Vikipediya Kend Meydani Arxiv Yanvar 2016 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Məhəmməd Əmin Rəsulzadə
Çox ölkələrin vikipediyasında öz baniləri haqqında seçilmiş məqalələlər var.
Biz niyə Məhəmməd Əmin Rəsulzadəyə elə hörmət qoya bilmirik? Gəlin birləşib, onun məqaləsini seçilmiş məqalə edək! Kim razıdır?--Azerifactory (müzakirə) 10:30, 31 dekabr 2015 (UTC)
- Azerifactory burada birləşməli bir şey yoxdur. Bunu siz təkbaşına da edə bilərsiz. Mənbə sarıdan nə kömək lazımdırsa mən əlimdən gəldiyincə sizə kömək edə bilərəm.--samral müzakirə 11:06, 31 dekabr 2015 (UTC)
- Mənim üçün ayıb olan odur ki, bu məqalə RuVikidə seçilmişdir, bizdə isə yox. Bir də İstiqlal Bəyannaməsimizi imzalayanlar haqqında məqalələr, yəni Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyov, Cavad Məlik-Yeqanov və Mustafa Mahmudov (özəlliklə Camo bəy Hacınski, Mustafa Mahmudov və Fətəli xan Xoyski) məqalələri yaman qısadılar. Bunlar dövlətimizin Təsisatçı Atalardır, EnVikidə Amerikanın Təsisatçı Ataların haqqında bilə ayrı məqalə var, bizdə isə Təsisatçı Atalarımız haqqında ayrı məqalələr bilə yaman kiçik və qeyri-inkişaflanmışdılar. --Мурад 97 (müzakirə) 11:35, 31 dekabr 2015 (UTC)
- Məndə onu deyirəm. Gəlin Azərbaycanın Təsisatçı Ataların təkmilləşdirmə ayı keçirək.--Azerifactory (müzakirə) 15:56, 31 dekabr 2015 (UTC)
- Vikipediyada kim hansı məqaləni istəyirsə təkmilləşdirə, onu seçilmiş məqalə səviyyəsinə qədər çatdıra və səsverməyə çıxarıb seçilmiş məqalə statusu almasına təşəbbüskar ola bilər. Bunun üçün "təsisatçı ata", "təsisatçı ana" kimi kateqoriyalaşdırmalara, bu kateqoriyalaşdırmaların dalınca gələcək siyasi mübahisələrə ehtiyac yoxdur. --Sortilegus (müzakirə) 22:47, 31 dekabr 2015 (UTC)
Azerifactorynin təklifinə qoşuluram. Bilirəm ki, ayın mövzuların seçimi ilə Azərbaycan vikimediaçıları məşquldular və mən də artıq çoxdandır ki, onlara yazıldım. Lakin, onlar necə ayın mövzusunu seçirlər hələ də başa düşə bilmədim. --Мурад 97 (müzakirə) 23:56, 31 dekabr 2015 (UTC)
- Мурад 97, əslində mürəkkəb proses deyil. Məsələn, dekabrın əvvəllərində keçirilmiş vikigörüşdə yanvarda keçiriləcək Mövzulu ay haqqında müzakirə aparıldı, mən də Yaponiya ayını təklif etdim, plan hazırladım. Ümumiyyətlə, Vikipediya:Mövzulu ay/Təkliflər adlı səhifə yaradacam ki, təklifləri qiymətləndirmək daha asan olsun.--Serk@nl@nd 00:06, 1 yanvar 2016 (UTC)
- Serkanland, belə bir səhifə çoxdan mövcuddur, lakin orda artıq beş ildir ki, iş görünmür.--Мурад 97 (müzakirə) 00:52, 1 yanvar 2016 (UTC)
- Мурад 97, o köhnə səhifədir, müasir mövzulu aylar 2014-cü ilin sentyabrından keçirilir. Funksiyası itib o səhifənin.--Serk@nl@nd 00:55, 1 yanvar 2016 (UTC)
- Hörmətli Azerifactory təklifinizi dəstəkləyirəm, hər hansı bir məqalə üzrə bayraqdar kimi başlasaz xəbərdarlıq edin sizə əlimdən gələn köməyi göstərməyə hazıram. Bircə problem odur ki, vaxtım az olur. Amma bu rekatə etməyimə çox da mane olmayacaq.--Asparux Xan Bulqar (müzakirə) 11:30, 1 yanvar 2016 (UTC)
- Мурад 97, o köhnə səhifədir, müasir mövzulu aylar 2014-cü ilin sentyabrından keçirilir. Funksiyası itib o səhifənin.--Serk@nl@nd 00:55, 1 yanvar 2016 (UTC)
- Hörmətli Asparux Xan Bulqar, mən sadəcə bilmirəm M.Rəsulzadənin həyatını elə güclü. O, məqaləni hissələrə bölmək lazımdır.--Azerifactory (müzakirə) 13:34, 1 yanvar 2016 (UTC)
- Həmkar bəli məqaləni hissələrə bölmək mümkündür, amma indiki halda zənnimcə o ölçüyə çatmayıb. Tam olaraq qaneedici vəziyyətə gəldikdən sonra lazım olsa bölərik.--Asparux Xan Bulqar (müzakirə) 13:42, 1 yanvar 2016 (UTC)
- Serkanland, belə bir səhifə çoxdan mövcuddur, lakin orda artıq beş ildir ki, iş görünmür.--Мурад 97 (müzakirə) 00:52, 1 yanvar 2016 (UTC)
Yeni iliniz mübarək!
Əziz dostlar! 2015-i bütün yaxşı və pis şeyləri ilə geridə qoyuruq. Hər birinizə Yeni İldə möhkəm can sağlığı və xoşbəxtlik diləyirəm. AzVikinin inkişafında əməyi olan bütün vikipediyaçılarımıza işlərində uğurlar diləyirəm! Qoy bu 2016-cı il bizim hər birimizə, eləcə də Vikipediyanın Azərbaycandilli bölməsinə uğur gətirsin! Hörmətlə -- Babək Akifoğlu (müzakirə) 12:12, 31 dekabr 2015 (UTC)
Mən də Yeni il bayramı münasibətilə bütün Vikipediya idarəçilərini və istifadəçilərini təbrik edir, onlara uzun ömür, can sağılığı və işlərində uğurlar arzulayıram. Gələn ildə Vikipediyanın daha inkişaf etməsini və daim yüksək pillələrdə olmasını istəyirəm. Yeni iliniz mübarək dostlar! --Keete 37 (Farid Aliev) (müzakirə) 14:09, 31 dekabr 2015 (UTC)
Hər kəsi yenicə gələn 2016-cı il münasibətilə təbrik edir, bu ilin hamımıza, Azərbaycana, dünyaya, Vikipediyaya düşərli olmasını arzu edirəm! --Şeyx Şamil Danış! 20:05, 31 dekabr 2015 (UTC)
- Mən də hər kəsə Yeni il münasibəti ilə təbriklərimi çatdırıram. Amma belə görünür ki, Vikipediyanın özü hələ Yeni ilə girməyib))) Lokal vaxtla Vikipediyada indi saat 20:30-dur.)))--Serk@nl@nd 20:29, 31 dekabr 2015 (UTC)
- Təbriklərə və bütün xoş sözlərə qoşuluram.--Sortilegus (müzakirə) 22:41, 31 dekabr 2015 (UTC)
- Hamıya uğurlu 2016 arzulayıram.--Azerifactory (müzakirə) 04:16, 1 yanvar 2016 (UTC)
- Təbriklərə mən də qoşulur və xoş arzulara görə bütün həmkarlara təşəkkür edirəm.--Asparux Xan Bulqar (müzakirə) 11:25, 1 yanvar 2016 (UTC)
Wikimania 2016 Scholarships - Deadline soon!
- Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin
A reminder - applications for scholarships for Wikimania 2016 in Esino Lario, Italy, are closing soon! Please get your applications in by January 9th. To apply, visit the page below:
Patrick Earley (WMF) via MediaWiki message delivery (müzakirə) 01:49, 5 yanvar 2016 (UTC)
Rafael
Bu Rəfael Əsədov (milli qəhrəman) məqaləsinin adını Rafael Əsədov (milli qəhrəman). Onun adı Rafaeldir, Rəfael yox.--Azerifactory (müzakirə) 02:43, 8 yanvar 2016 (UTC)
- Adın Rafael olmasına əmin olmaq üçün mənbə lazımdır--Melikov Memmed⇒email 10:39, 8 yanvar 2016 (UTC)
Vikipediya 15
Salam. Bildiyiniz kimi, yanvarın 15-də Vikipediyanın 15 yaşı tamam olur. Bununla əlaqədar dünyanın bir çox şəhərlərində tədbirlər nəzərdə tutulub. "Azərbaycan vikimediaçıları" istifadəçi qrupu da Bakıda belə bir görüş keçirməyi planlaşdırır. Görüşdə iştirak etmək istəyən hər kəs bu səhifədə imza ataraq, iştirakını təsdiq edə bilər.--Wertuose (müzakirə) 17:53, 9 yanvar 2016 (UTC)
- Mən hazır.--Serk@nl@nd 17:54, 9 yanvar 2016 (UTC)
- Məndə iştirak edəcəm --hinkel777 (müzakirə) 18:55, 9 yanvar 2016 (UTC)
Hər kəsi salamlayıram. Təəssüf ki, vacib işim olduğuna görə mən gələ bilməyəcəm. --Nəsibli Təhmasib 06:44, 16 yanvar 2016 (UTC)
Azerbaijani Music Şablonu
Salam, bu "Azerbaijani music" şablonunu kim mənə kömək edib, burda yarada bilər?
https://en.wikipedia.org/?q=Template:Azerbaijani_music
Bu şablonun yaranmağı mənə musiqi janrları məqalələrini təkmilləşdirməsinə görə çox lazımdır.
--Azerifactory (müzakirə) 06:08, 12 yanvar 2016 (UTC)
- Salam Azerifactory. Şablon hazırdır {{Azərbaycan musiqisi}}. --Zaur Turan (1994) (Müzakirə) 12:43, 12 yanvar 2016 (UTC)
- Zaur Turan (1994) (Müzakirə, çox sağ ol!--Azerifactory (müzakirə) 01:42, 13 yanvar 2016 (UTC)
Film mükafatlarının adlandırılması
Salam. Film mükafatlarının adlandırılması haqqında hər hansı bir qayda varmı? Adlandırmaları necə aparmalıyıq? Məsələn, Ən yaxşı aktyorra görə Saturn Mükafatı, Ən yaxşı aktyor işinə görə Saturn Mükafatı və ya Ən yaxşı aktyor (Saturn Mükafatı)? Hansı daha düzgündür? Mükafatların adı necə yazılmalıdır? Adlandırma üçün dırnaq işarəsindən istifadə edilməlidir ya yox? --Aabdullayev851 (müzakirə) 11:20, 12 yanvar 2016 (UTC)
"Vikipediya-15" mövzusu televiziyada
Vikipediyanın 15 illik yubileyi məsələsinə televiziya kanallarımızın reaksiyası olduqca gözəl haldır. Bu baxımdan Lider TV-nin hazırladığı süjeti istifadəçilərin diqqətinizə çatdırmaq istərdim. --Babək Akifoğlu (müzakirə) 21:16, 15 yanvar 2016 (UTC)
- 45-ci yerdə demələri səhv oldu. Bir də ki, "Odur ki, Vikipediyadan mənbə kimi istifadə etməyə tələsmək olmaz" cümləsi xoşuma gəlmədi.--Serka@nl@nd 21:34, 15 yanvar 2016 (UTC)
Vikipediyanın 15 illiyi münasibəti ilə təbriklər
Vikipediyanın, dünyanın ən zəngin virtual ensiklopediyasının yaranmasının yubileyi münasibəti ilə azərbaycan vikipediyaçılarını və istifadəçiləri təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirəm. Hörmətlə --Acategory (müzakirə) 16:48, 16 yanvar 2016 (UTC)
- Çox sağ olun Acategory. Hörmətlə:--Zaur Turan (1994) (Müzakirə) 16:55, 16 yanvar 2016 (UTC)
Bu məqalə silinməyə namizəd səhifələr arasındadır. Amma elə həmin şəxs məqaləni öz istəyinə uyğun şəkildə redaktə edir, Silinməyə namizəd şablonunu müzakirə nəticəsini gözləmədən silir. Xahiş edirəm lazımı tədbirləri görəsiniz. – Aabdullayev851 (müzakirə) 19:19, 16 yanvar 2016 (UTC)
- Calal99, Enver62, Serkanland, Zaur Turan(1994), Qolcomaq, Sortilegus, Shahrux və digər aktiv istifadəçi və idarəçilər xahiş edirəm müzakirədə aktiv iştirak edəsiniz. Aabdullayev851 (müzakirə) 19:25, 16 yanvar 2016 (UTC)
Aabdullayev851 Səhifə hələ redaktə olunur. Bir az təcrübəsiz olduğumuza görə bəzi şərtləri bilmirik. Xahiş edirik köməklik göstərəsiniz. Səhifənin silinməyə namizəd səhifələr sırasında olmasına səbəb nədir?
Mustafa Abbasbəyli səhifəsini niyə sildiniz? Serkanland Səhifə hələ redaktə olunurdu. Əziyyət çəkib yaratmışdıq səhifəni. Bir az təcrübəsiz olduğumuza görə bəzi şərtləri bilmirik. Səhifədə heç bir şübhəli məlumat yerləşdirilməmişdi. Xahiş edirik ki, səhvlərimizi düzəldib səhifəni yenidən yaratmaqda bizə köməklik göstərəsiniz.
- Serkanland SNS qaydalarında yaılıb ki, "Səhifənin Vikipediyada qalması ilə əlaqədar müzakirələr maksimum 15 gün ərzində sona çatmalıdır." Bəs siz niyə bu məqalənin müzakirəsini 6 günə yekunlaşdırmısız?--samral müzakirə 20:55, 17 yanvar 2016 (UTC)
- samral bəy minimum 15 gün yazılmayıb ki, maksimum 15 gün yazılıb.--Nicat49 (müzakirə) 21:42, 17 yanvar 2016 (UTC)
Salam! Hörmətli vikimedia qrupunun istifadəçi üzvləri diqqətinizə çatdırım ki, mənim burada “Mustafa Abbasbəyli” adına yaratdığım məqalə qrupun üzvü Serkanland tərəfindən silinib. Səbəb kimi isə Mustafa Abbasbəylinin “Qeyri-ensiklopedik” şəxs olduğu göstərilib. Sizə bildirmək istəyirəm ki, bu bizim tərəfimizdən normal qarşılanmayıb..Hesab edirik ki, bu qərar yanlış və ədalətsizdir. https://az.wikipedia.org/?q=Vikipediya:Ensiklopedik_%C9%99h%C9%99miyy%C9%99tlilik_(%C5%9F%C9%99xsl%C9%99r)#Aliml.C9.99r - Ensiklopedik əhəmiyyətlilik ` kateqoriyasının “Alimlər” bölməsində belə bir Punkt var: “Elm üzrə fəlsəfə doktorları (elmlər namizədləri) yalnız o halda ensiklopedik şəxs hesab edilə bilərlər ki, onların elmi fəaliyyətləri barədə, həmçinin, 10-dan artıq elmi məqaləsi və minimum 2 kitabı haqqında məlumat verilsin. Daxil edilən məlumatlar mötəbər mənbələrə söykənmirsə məqalənin silinməsi labüddür”. Mustafa Abbasbəyli Hüquq üzrə Fəlsəfə doktorudur. 3 Universitet bitirib. Onun tanınmış jurnallarda müxtəlif vaxtlarda çap olunmuş 30-dan çox elmi məqaləsi var. 32 məqalənin sübutu olan skan versiyaları da təqdim edə bilərik. “İzahlı sığorta terminləri lüğəti” və “Yol Hərəkəti qaydaları və inzibati xətalar” adlı kitabların hazırlanmasında bilavasitə iştirak etmişdir. http://www.maliyye.gov.az/sites/default/files/Izah2011.pdf Və qeyd etdiyim kimi bir çox məqalələri müxtəlif vaxtlarda bir çox ölkələrdə çap edilmişdir. Məsələn, 2009-cu ilin avqust ayında Rusiyanın «Юрист» jurnalında, 2015-ci ilin aprel ayında “Audit” jurnalında, Maliyyə xidmətləri bazarında nəzarət işinin təşkilində yeni meyillər (meqatənzimləyici sistem) , Keçid dövründə Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri elmi məqalələr məcmuəsi, Sığorta müqaviləsinin bağlanması qaydası və forması və yaratdığımız məqalədə yerləşdirilmiş cədvəldə qeyd olunan bir çox əsərlərin və məqalələrin müəllifidir. AR Təhsil Nazirliyi və Az. Dövlət İqtisad Universitetinin Magistratura mərkəzi “Bank işi” kafedrasında müəllim işləməklə yanaşı, həmin kafedrada tədris proqramının tərtibatçısıdır. Qanunvericilikdə dəfələrlə iştirak etmiş və bir çox layihələrin icraçısıdır.Yaratdığımız məqalədəki cədvəldə və digər bölmələrdə Mustafa Abbasbəylinin elmi fəaliyyəti geniş şəkildə əks olunmuşdur. Sonda sizdən xahiş edirəm ki, məqaləyə yenidən nəzər salıb təkrar səsvermə keçirəsiniz. Öncədən təşəkkürlər.
- Nicat49 Biz vikipediyaçıyıq və bura da vikipediyadır. Bura nə MSK-dı və nə də biz burada seçki keçirmirik ki, 1 həftə belə çəkməyən dırnaqarası müzakirə nəticəsində məqalə silək. Mən demirəm şəxs ensiklopedikdir və ya deyil. Lakin mən deyirəm ki, vikipediya qaydalarına uyğun müzakirə getsin və hər kəs öz fikrini desin. Bu "yargısız infaz"dı. Məsələn yuxarıdakı rəydən belə görünür ki, ola bilər ki, bu şəxs ensiklopedikdir. Serkanland sizcə SNS-də müzakirə gedib? Hər kəs gəlib və silinsin şablonu qoyub. Heç kim fikrini əsaslandırmayıb. Qarşı tərəfin fikirləri, arqumentləri dinlənilməyib və məqalə silinib. Belə şey olar? Siz İngiliscə, rusca və ya türkçə vikidə belə şey görmüsüz? Tələb edirəm ki, silinmiş məqaləni geri qaytarasız, müzakirəni yenidən bərpa edəsiz. Və ən əsası yalnız və yalnız əsaslandırılmış fikirləri, rəyləri nəzərə alasız. Özündən əvvəl sadəcə silinsin deyərək rəy bildirmiş istifadəçinin rəyini copy paste edib imza qoyulan rəylər yox.--samral müzakirə 20:57, 18 yanvar 2016 (UTC)
- samral bizim vikipediyaçı olduğumuzu və buranın MSK olmadığını siz qeyd etməsənizdə onsuzda çox gözəl bilirəm. Siz dünən qeyd etmisinizki "Səhifənin Vikipediyada qalması ilə əlaqədar müzakirələr maksimum 15 gün ərzində sona çatmalıdır." bunu yazmaqla nədən şikayətçi olmağınızı anlamaq çətindir. Məqalə vikipediya qaydaları çərçivəsində silinməyə namizəd göstərilib və 6 gün ərzində səsvermə keçirilib (müzakirələr 15 gün ərzində sona çatmalıdır) və nəticədə silinməsi qərarı qəbul olunub. Sizdə 6 gün ərzində bu müzakirəyə qoşulub səs verib fikrinizi bildirə bilərdiz.--Nicat49 (müzakirə) 21:20, 18 yanvar 2016 (UTC)
- Öz dilimizdəki qaydalar hələ rəsmiləşməyib. Alimlər və elm xadimləri ilə bağlı səsvermələrdə əgər öz dilimizdə qaydalar tam şəkildə qəbul edilməyibsə mən adətən ingilisdilli qəbul edilmiş prinsiplərə də nəzər salıb sonra münasibət bildirirəm. Göstərdiyim keçiddə konkret kriteriyalara görə məqalədə bəhs edilən şəxs ensiklopedik xarakter daşımadığı üçün məqalənin silinməsi lehinə səs vermişdim.--Asparux Xan Bulqar (müzakirə) 21:31, 18 yanvar 2016 (UTC)
- samral bizim vikipediyaçı olduğumuzu və buranın MSK olmadığını siz qeyd etməsənizdə onsuzda çox gözəl bilirəm. Siz dünən qeyd etmisinizki "Səhifənin Vikipediyada qalması ilə əlaqədar müzakirələr maksimum 15 gün ərzində sona çatmalıdır." bunu yazmaqla nədən şikayətçi olmağınızı anlamaq çətindir. Məqalə vikipediya qaydaları çərçivəsində silinməyə namizəd göstərilib və 6 gün ərzində səsvermə keçirilib (müzakirələr 15 gün ərzində sona çatmalıdır) və nəticədə silinməsi qərarı qəbul olunub. Sizdə 6 gün ərzində bu müzakirəyə qoşulub səs verib fikrinizi bildirə bilərdiz.--Nicat49 (müzakirə) 21:20, 18 yanvar 2016 (UTC)
Biz bu məqaləni yaradanda maneələrlə rastlaşdıq və hara gəldi, necə gəldi yazdıq ki kömək edin. Hətta əlaqə nömərsi də qoydum. Əfsuslar olsun ki kömək edən olmadı.. Əksinə birdə xəbər tutduq ki silinib.. İlk dəfə idi vikipediyada bir məqalə yaradırdıq.. hansı əzab əziyyətlə.. Dinləmədən, bizə söz haqqı tanımadan silinib. :( Və mənə dünən deyildiki müzakirə başa çatmamış "silinməyə namizəd" sözünü silmisiz.. Serkan bəylə bu mövzuda xeyli söhbət etdik.. və sizi əmin edirəm ki o sözün ora necə və hansı şərtlər altında düşdüyündən xəbərimiz yox idi.. Elə bilirdik təsadüfən necəsə biz edirik və link kikmi 'silinməyə namizəd' sözü düşür. Bilmədən silmişik.. Yəni qayda varsa bizdə bu qaydalara əməl etməliyik.. Lakin xəbərimiz olmayıb. Üzürlü sayın.
- Nicat49 bəy 15 gün söhbətinə ilişib qalmayın. Digər dediyim detallara diqqət edin.--samral müzakirə 23:09, 18 yanvar 2016 (UTC)
- Mustafa Abbasbəyli və Samralın tələbələrini qiymətləndirdim və müzakirəni yenidən davam etdirirəm. Amma Samral, mənə maraqlı gələn məqamlar var. Niyə görə 6 gün davam edən müzakirə zamanı gəlib fikir bildirməmisiz, məqalə silinən günün sabahı məqalənin bərpası üçün tələb irəli sürürsüz? 6 gün heç də az müddət deyil, bu zaman müddətində uzun müzakirələr aparılmadı, 6 gün ərzində uzun müzakirələr başlamadısa, nə vaxt başlayacaq? Mən hər istifadəçiyə məlumat verməli deyiləm ki, filan səhifə silinməyə namizəddir, gəlin fikir bildirin. Ancaq məqaləni yaradan istifadəçiyə məlumat verilsə, kifayətdir (düzü, ona da ehtiyac yoxdur; yaratdığı məqaləyə silinməyə namizəd şablonu qoyulduğundan bunu görəcək). Əgər istifadəçi gəlib 6 gün müddətində fikir bildirmirsə, mən onu gözləməməliyəm ki, səsverməni başa çatdırım. İkincisi, necə yəni "Qarşı tərəfin fikirləri, arqumentləri dinlənilməyib və məqalə silinib"? İstifadəçiyə xəbərdarlıq edilmişdi ki, məqalə silinməyə namizəddir. Hətta götürüb silinməyə namizəd şablonunu çıxarıb. Üstəlik hazırda bu yazını yazdığım müzakirə başlığının əvvəlində məqaləsi tag edilmişdi ki, məqalə silinməyə namizəddir. + Silinməyə namizəd səhifəsində də tag edilmişdi. Həm də yazıb ki, Səhifənin silinməyə namizəd səhifələr sırasında olmasına səbəb nədir? Bütün bunlar məqalə silinməzdən qabaq baş vermişdi, yəni istifadəçinin müzakirədən xəbəri ola-ola fikir bildirmədi. Üstəlik Kənd meydanından Aabdullayev851 bu məqalə ilə bağlı müzakirənin yekunlaşdırılmasını istəyəndə mən müzakirəni dərhal yekunlaşdırmadım, gözlədim. Samral, indi hər şey aydındır?--Serka@nl@nd 11:34, 19 yanvar 2016 (UTC)
Çox-çox təşəkkür edirəm sizə! Minnətdaram. Məsələ belədir ki həqiqtəndə buradakı şərtləri bilmirdim..Qeyd etmişdim axı.. Mən elə bilirdim ki kodlaşdırmada etdiyimiz səhvə görə `silinməyə namizəd` yazılır.. Bir daha hər birinizə minnətdaram. Təşəkkürlər.. Hörmətlə Nicat Əlibəyli
- Mənə bir şey çatmadı. Hələ də mötəbər mənbə əlavə olunmadan məqalə geri qaytarıldı. Xahiş edirəm mənbə əlavə olunsun. Bir də ki bu qaydaları artıq müzakirə edib, səs verməyə çıxarıb qayda halına salaq. Çox gecikirik. --Aabdullayev851 (müzakirə) 18:34, 19 yanvar 2016 (UTC)
Bu şəxsin adı Azərbaycan Dövlət İqtisad Universiteinin Bank işi kafedrasının professor-müəllim heyəti siyahısında adı yoxdur axı. Amma məqalədə bu qeyd edilib. --Aabdullayev851 (müzakirə) 19:06, 19 yanvar 2016 (UTC)
Mustafa Abbasbəylinin Universitetin müəllim heyətində olduğunu təsdiq edən link http://unec.edu.az/tedqiqat/kafedralar/iqtisadiyyat-ve-isletme/
Mustafa Abbasbəylinin maqistr tələbələrinə elmi rəhbər olduğunu təsdiq edən link
http://unec.edu.az/magistr-dissertasiyalarinin-elektron-versiyalari/ http://unec.edu.az/application/uploads/2015/05/kazimova_nigar.pdf
- Ya mən koram ya da yuxarıda verilən keçidlərdə bu şəxsin adı yoxdur. Xahiş edirəm bir də siz nəzər salasınız. Bir də ki müzakirədə iştirak edənlər imza qoymağı unutmasınlar. --Aabdullayev851 (müzakirə) 04:37, 20 yanvar 2016 (UTC)
- Hörmətli Abdullayev mən, biz burada heç kimi heç tənqid belə etmirik. Lakin siz linklərə baxmadan, və ya dəqiq baxmadan yuxarıdakı keçiddə şəxsin adı yoxdur deyirsiz.. Bir də xahiş edirəm ki diqqətli olun və yenidən nəzər salın linkə..
Hörmətlə Əlibəyli Nicat
- Lazımı düzəlişi etdim. Amma bir məsələ yenə qaranlıq qaldı. Bu şəxs məqalədə hüquq üzrə fəlsəfə doktoru adı verilib amma sizin verdiyiniz keçidlərdə f.e.d. və i.e.d. olaraq verilib. Müəllimlər siyahısında isə sadəcə Dr. olaraq verilib. Hansını əsas götürək? --Aabdullayev851 (müzakirə) 05:21, 21 yanvar 2016 (UTC)
Niyə görə 6 gün davam edən müzakirə zamanı gəlib fikir bildirməmisiz, məqalə silinən günün sabahı məqalənin bərpası üçün tələb irəli sürürsüz? Dünən gördüm və dünən reaksiya verdim. 6 gün heç də az müddət deyil, bu zaman müddətində uzun müzakirələr aparılmadı, 6 gün ərzində uzun müzakirələr başlamadısa, nə vaxt başlayacaq? Mən hər istifadəçiyə məlumat verməli deyiləm ki, filan səhifə silinməyə namizəddir, gəlin fikir bildirin.. Baxanda hiss olunmur ki, bu məqaləni yaradan, üzərində işləyən və fikir bildirən istifadəçilər viki təcrübəsi demək olar ki, heç olmayan yeni istifadçilərdir? Bizlər aktiv, peşəkar və ən əsası təcrübəli vikipediya istifadəçiləriyik. Siz isə həm də idarəçisiz. Məqalə silməyə, istifadəçi küsdürməyə nə var ki. Bunu hamı edə bilər. Biz yıkıcı yox, yapıcı olmalıyıq. Öyrətməliyik. Başa salmalıyıq. Kömək etməliyik. Digər qeyd etdiyiniz məsələlər də yenə də bu istifadəçi və istifadəçilərin vikipediyada yeni və təcrübəsiz olmasından irəli gəlir. İndi hər şey aydındır Serka@nl@nd?--samral müzakirə 21:37, 20 yanvar 2016 (UTC)
Hörmətli, |Aabdullayev851| etdiyiniz köməkliyə görə sizə minnətdaram. Sualınıza cavab olaraq bildirim ki, Musatafa Abbasbəyli hal-hazırda Hüquq üzrə Fəlsəfə doktorudur.. Məqalənin Sertifikatlar bölümündə bunu təsdiq edən sənəd var.--Nijat Alibayli (müzakirə) 08:27, 21 yanvar 2016 (UTC)
Məqalələrin laboratoriyada qalma müddətləri
Təklif edirəm ki, məqalələrin laboratoriyada qalma müddəti 1 aydan 15 günə düşürülsün. 1 ay çox böyük müddətdir, həm də bu, laboratoriyada böyük sıxlığa səbəb olur. Laboratoriyada tez-tez səs verən istifadəçilərdən Sefer azeri, Nicat49, Azerifactory, Shahrux, Keete 37-nin fikirlərini bilmək istərdim.--Serka@nl@nd 13:24, 17 yanvar 2016 (UTC)
- Məncə yaxşı təklifdi. --sefer azeri 13:41, 17 yanvar 2016 (UTC)
- Mən isə tamamilə laboratoriyanın yeni şəklə salınmasını istərdim, məsələn rus versiyasında olduğu kimi, buradan baxa bilərsiniz - [1]. Hörmətlə: --Keete 37 (Farid Aliev) (müzakirə) 13:47, 17 yanvar 2016 (UTC)
- O, Seçilmiş məqalə namizədləri səhifəsidir. Bizdə laboratoriya kimi sistemin mövcudluğu bir az problem yaradır. Məqalərin əvvəlcə laboratoriyaya, sonra Seçilmiş məqalə namizədləri səhifəsinə düşməsi uzun prosesdir. Birbaşa Seçilmiş məqalə namizədi olması daha yaxşı olardı.--Serka@nl@nd 14:01, 17 yanvar 2016 (UTC)
- Cənab Serkanland, əksər Vikipediyalarda, o cümlədən Rus Vikipediyasında Resenziyalaşdırma (rus. Рецензирование) səhifəsi mövcuddur. Biz bu cür səhifəni biz də aktivləşdirə bilərik, bura baxa bilərsiniz: [2] --Keete 37 (Farid Aliev) (müzakirə) 14:09, 17 yanvar 2016 (UTC)
- Başa düşdüyümə görə burada məqalələrin təhlili gedir. Amma buna uyğun laboratoriyamız yoxdur ki? Deyəsən, RuViki-də Resenziyalaşdırma səhifəsinə düşən səhifələr sonra seçilmiş və ya yaxşı məqalə namizədi olur. Eynən laboratoriyamızda kimi. Fərq sadəcə səsvermənin olub-olmasındadır. Elə deyil?--Serka@nl@nd 14:29, 17 yanvar 2016 (UTC)
- Cənab Serkanland, Resenziyalaşdırma zamanı hər bir aktiv istifadəçi və idarəçi konkret məqalələrin çatışmazlığı barədə rəy bildirməlidir. Resenziya müddəti iki həftədən az olmamalıdır. Mən bildiyim qədəri ilə, müsbət rəy almayan məqalə növbəti mərhələyə keçmir. --Keete 37 (Farid Aliev) (müzakirə) 14:50, 17 yanvar 2016 (UTC)
- Başa düşdüyümə görə burada məqalələrin təhlili gedir. Amma buna uyğun laboratoriyamız yoxdur ki? Deyəsən, RuViki-də Resenziyalaşdırma səhifəsinə düşən səhifələr sonra seçilmiş və ya yaxşı məqalə namizədi olur. Eynən laboratoriyamızda kimi. Fərq sadəcə səsvermənin olub-olmasındadır. Elə deyil?--Serka@nl@nd 14:29, 17 yanvar 2016 (UTC)
- Cənab Serkanland, əksər Vikipediyalarda, o cümlədən Rus Vikipediyasında Resenziyalaşdırma (rus. Рецензирование) səhifəsi mövcuddur. Biz bu cür səhifəni biz də aktivləşdirə bilərik, bura baxa bilərsiniz: [2] --Keete 37 (Farid Aliev) (müzakirə) 14:09, 17 yanvar 2016 (UTC)
Tam lehinəyəm. Onsuzda bizdə aktiv səsvermə olmur. Səsverənlər isə maksimum 1 həftə ərzində fikirlərini bildirirlər. 15-gün münasib variantdır. Daha 15-gün boş-boşuna laboratoriyada qalmasının mənası yoxdur.--Nicat49 (müzakirə) 17:51, 17 yanvar 2016 (UTC)
- Mən də lehinəyəm. Hal hazırda bizdə elədə çox aktiv səsvermə olmur. Gələcəkdə istifadəçilərin sayı artsa, 1 ay etmək olar.--Azerifactory (müzakirə) 08:53, 18 yanvar 2016 (UTC)
- Mən də müddətin 30 gündən 15 günə endirilməsi təklifinin lehinəyəm.--Asparux Xan Bulqar (müzakirə) 19:56, 18 yanvar 2016 (UTC)
- Məncə müzakirənin forması müddətdən daha mühümdür. Bizdə müzakirə demək olar ki getmir. Seçki kimi səs veririk və səs çoxluğu ilə qərar qəbul edirik.--samral müzakirə 21:11, 18 yanvar 2016 (UTC)
- samralın fikri ilə qismən razıyam. Digər Vikipediyalarda belə deyil. Əvvəl müzakirə gedir, məqalənin çatışmamazlıqları haqqında fikir bildirilir. Bizdə həm laboratoriyada səsvermə gedir, həm namizəd səhifələrində səsvermə gedir. Kaş ki, laboratoriyanın əvəzində Peer review kimi səhifə olsaydı.--Serka@nl@nd 11:43, 19 yanvar 2016 (UTC)
- Məncə müzakirənin forması müddətdən daha mühümdür. Bizdə müzakirə demək olar ki getmir. Seçki kimi səs veririk və səs çoxluğu ilə qərar qəbul edirik.--samral müzakirə 21:11, 18 yanvar 2016 (UTC)
- Mən də müddətin 30 gündən 15 günə endirilməsi təklifinin lehinəyəm.--Asparux Xan Bulqar (müzakirə) 19:56, 18 yanvar 2016 (UTC)
- Mən də lehinəyəm. Hal hazırda bizdə elədə çox aktiv səsvermə olmur. Gələcəkdə istifadəçilərin sayı artsa, 1 ay etmək olar.--Azerifactory (müzakirə) 08:53, 18 yanvar 2016 (UTC)
2016 WMF Strategy consultation
- Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin
Hello, all.
The Wikimedia Foundation (WMF) has launched a consultation to help create and prioritize WMF strategy beginning July 2016 and for the 12 to 24 months thereafter. This consultation will be open, on Meta, from 18 January to 26 February, after which the Foundation will also use these ideas to help inform its Annual Plan. (More on our timeline can be found on that Meta page.)
Your input is welcome (and greatly desired) at the Meta discussion, 2016 Strategy/Community consultation.
Apologies for English, where this is posted on a non-English project. We thought it was more important to get the consultation translated as much as possible, and good headway has been made there in some languages. There is still much to do, however! We created m:2016 Strategy/Translations to try to help coordinate what needs translation and what progress is being made. :)
If you have questions, please reach out to me on my talk page or on the strategy consultation's talk page or by email to [email protected].
I hope you'll join us! Maggie Dennis via MediaWiki message delivery (müzakirə) 19:06, 18 yanvar 2016 (UTC)
Mətn səsləndirilməsi
Salam. Dilmanc-ın mətn səsləndirilməsi layihəsi var. Dilmanc-la əlaqə saxlayıb o proqramı vikipediya da daxil olmaqla vikilayihələrdə də tətbiq edə bilərik mi? Siz necə fikirləşirsiz?--samral müzakirə 23:32, 22 yanvar 2016 (UTC)
- Yaxşı fikirdir.--Azerifactory (müzakirə) 01:03, 23 yanvar 2016 (UTC)
- Yoxladım, çox yaxşı da deyil, çox pis də deyil.--Serka@nl@nd 11:27, 23 yanvar 2016 (UTC)
Moqadişo
Moqadişo məqaləsinin təhsil bölməsini kim mənə ingilis dilindən tərcümə etməyə kömək edə bilər?--Azerifactory (müzakirə) 01:03, 23 yanvar 2016 (UTC)
World-Art.ru
Bu məqaləyə World-Art.ru saytından bir mənbə əlavə etməyə istəyirdim, mənə isə sistem imkan vermir və bu cür xəbərdarlığı verir:
- The text you wanted to save was blocked by the spam filter.
This is probably caused by a link to a blacklisted external site.
- The following text is what triggered our spam filter: world-art.ru
Bu mənbəni həmin məqalənin RuVikidəki versiyadan almışam, orda onnan bir problem yoxdur. --Мурад 97 (müzakirə) 13:53, 23 yanvar 2016 (UTC)
- Hansı linkdir dəqiq? Mən də baxardım.--Serka@nl@nd 14:08, 23 yanvar 2016 (UTC)
- Onu Kənd meydanına qoymağa çalışanda da eyni xəbərdarlıq çıxır. RuVikinin bu məqaləsində nömrəsi 50-dir. --Мурад 97 (müzakirə) 14:30, 23 yanvar 2016 (UTC)
- Мурад 97, bir az araşdırdım, məlum oldu ki, bu sayt metanın ümumi Spam siyahısındadır: Spam blacklist. F3-ə basıb world-art yazsaz tapacaqsız. EnViki-də də yoxladım, spam olduğunu işarələdi. RuViki-də bilmirəm bu necə mümkün olub.--Serka@nl@nd 14:42, 23 yanvar 2016 (UTC)
- Deyəsən LocalSettings-də nəsə ediblər, amma bu işdən o qədər anlamıram.--Serka@nl@nd 15:53, 23 yanvar 2016 (UTC)
- Serkanland, biz də RuVikidə kimi onu spam siyahıdan çıxarda bilərik? Mənim fikirimcə, bu çox vacib bir məlumat mənbəsidir.--Мурад 97 (müzakirə) 17:46, 23 yanvar 2016 (UTC)
- Dediyim kimi, LocalSettingslə əlaqəli bir şey etmək lazımdır. Həll edə bilsəm, xəbər edəcəm.--Serka@nl@nd 17:48, 23 yanvar 2016 (UTC)
- Serkanland, biz də RuVikidə kimi onu spam siyahıdan çıxarda bilərik? Mənim fikirimcə, bu çox vacib bir məlumat mənbəsidir.--Мурад 97 (müzakirə) 17:46, 23 yanvar 2016 (UTC)
- Deyəsən LocalSettings-də nəsə ediblər, amma bu işdən o qədər anlamıram.--Serka@nl@nd 15:53, 23 yanvar 2016 (UTC)
- Мурад 97, bir az araşdırdım, məlum oldu ki, bu sayt metanın ümumi Spam siyahısındadır: Spam blacklist. F3-ə basıb world-art yazsaz tapacaqsız. EnViki-də də yoxladım, spam olduğunu işarələdi. RuViki-də bilmirəm bu necə mümkün olub.--Serka@nl@nd 14:42, 23 yanvar 2016 (UTC)
- Onu Kənd meydanına qoymağa çalışanda da eyni xəbərdarlıq çıxır. RuVikinin bu məqaləsində nömrəsi 50-dir. --Мурад 97 (müzakirə) 14:30, 23 yanvar 2016 (UTC)
Мурад 97, Mavrikantın köməkliyi ilə həll etdim. Saytı Ağ siyahıya əlavə etdim, indi istifadə etmək olar: http://www.world-art.ru/animation/animation.php?id=803 --Serka@nl@nd 18:57, 23 yanvar 2016 (UTC)
- Serkanland, sizi də, Mavrikantı da çox təşəkkür edirəm.--Мурад 97 (müzakirə) 19:36, 23 yanvar 2016 (UTC)
Vikilüğətdə şablon problemi
Salam. Vikilüğətdə belə bir problem yaranıb. Hər hansı bir şablonda dəyişiklik etdikdə, bu dəyişiklikdən əvvəl istifadə edildiyi yerlərdə təsirli olmur. Yenidən o sözü tapıp redaktə etməli oluram. Bu nədən qaynaqlana bilər? Həmçinin bu hal daxili keçidlərdə də baş verir. --Aabdullayev851 (müzakirə) 05:45, 26 yanvar 2016 (UTC)
- Bəzən edilən dəyişiklik tez bir zamanda digər səhifələrdə görünmür. Bir neçə dəqiqədən sonra düzəlişlər görsənir. --Araz Yaquboglu (müzakirə) 06:03, 26 yanvar 2016 (UTC)