Vikipediya Musiqi - Wikipedia
Bu qayda rəsmi olaraq qəbul edilməmişdir. Qayda hal-hazırda hazırlanma mərhələsindədir. |
Bu səhifə redaktorların, musiqi ifaçıları, qrupları, albomları və mahnılar da daxil olmaqla, musiqi ilə əlaqəli məqalələri redaktə edərkən riayət etməli olduqları qaydaların bələdçisidir. Musiqi leyblları və nəşriyyatları haqqında qayda üçün VP:EƏTŞ qaydasına baxa bilərsiz.
Vacib qeyd: Məqalənin ensiklopedik əhəmiyyətlilik qaydasına cavab verməməsi onun sürətli silmə meyarına uyğun olması anlamına gəlmir. Lakin, ifaçı və ya qrup haqqında məqalədə onun vacib və ya əhəmiyyətli olmasını tədiq edən məlumat yoxdursa, o zaman məqalə A7 meyarına əsasən sürətli silinə bilər. Məqalənin əhəmiyyətliyi haqqında sadə bir iddianın mövcud olduğu halda belə, onun A7 kriteriyası ilə silinməsindən qaçılmalı, məqalə silinmə üçün müzakirəyə çıxarılmalı və onun əhəmiyyətliyi müzakirə olunmalıdır.
Musiqi haqqında məqalələrin zənginləşdirilməsinə vaxt sərf edən redaktorların bir çoxu belə hesab edir ki, məqalədə mövzu olanın (musiqiçi, qrup və sair) məşhur olması onun ensiklopedik əhəmiyyətliyini sübut edən faktordur. Zəhmət olmasa, nəzərə alın ki, aşağıdakı bütün kriteriyalara cavab verdiyi halda ensiklopedik baxımdan əhəmiyyətli olmayan məqalələrin mövcud olması kimi, aşağıdakı kriteriyaların heç birinə cavab vermədiyi halda ensiklopedik əhəmiyyəti olan məqalələrin mövcud olması da mümkündür. Aşağıdakı qaydalar əsasən idarəçilər tərəfindən vikipediyada saxlanılması və ya silinməsi müzakirə olunan məqalələrin taleyinin həll edilməsi üçün nəzərdə tutulub.
Vikipediyanın “Yoxlanılabilərlik” və “Ensiklopedik əhəmiyyətlilik” qaydalarına görə müzakirə mövzusu olan məqalənin mətni özlüyündə onun əhəmiyyətini təsdiq etməlidir. Məqalənin müzakirə səhifəsində və ya məqalənin müzakirə edildiyi digər yerlərdə onun mövzusunun ensiklopedik əhəmiyyətliyini tədiq edən məlumat və mənbələrin göstərilməsi kifayət deyil, bütün bu məlumatlar məqalənin məzmununda da əks olunmalıdır.
Ümumilikdə bioqrafiya məqalələrində Ensiklopedik əhəmiyyətlilik tələbləri üçün Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (şəxslər) qaydasına baxmanız məsləhətdir.
Musiqiçilər və ansambllar üçün meyarlar
redaktəMusiqiçilər və ansambllar (bu kateqoriyaya musiqi qrupları, müğənnilər, repçilər, orkestrlar, Dj-lər, musiqili teatr truppaları, instrumentalistlər və s. daxildir) aşağıdakı meyarlardan ən azı birinə cavab verdiyi halda ensiklopedik əhəmiyyətli hesab edilə bilər.
- Müxtəlif etibarlı mənbələrdə nəşr edilmiş məqalə və tədqiqatların mövzusu olmuş, haqqında ifaçı və ya ansablla əlaqəsi olmayan, özü tərəfindən nəşr edilməyən müstəqil mənbələrdə məlumat verilmişdir.[qeyd 1]
- Bu meyar istənilən formalı nəşr olunmuş işlər, qəzet məqalələri, kitablar, jurnal məqalələri, nəşr edilən media orqanlarının onlayn məqalələri və aşağıdakılar istisna olmaqla televiziya sənədli filmləri[qeyd 2] əhatə edir:
- Press-relizlərin nəşr edilmiş istənilən formaları, musiqiçi və ya ansablın özündən bəhs etdiyi, musiqiçi və ya ansamblı təbliğ edən istənilən növ reklam məhsulları, o cümlədən istehsalçının reklamları.[qeyd 3]
- İstehsal tarixi və ya kompozisiya siyahısı (trek-list) nəşr edilmiş, rəhbərliyin əlaqə və sifariş vasitələrinin nəşr edildiyi işlər.
- Məktəb və ya universitet qəzetlərində (və ya bu kimi oxşar nərlərdə) yayımlanmış materiallar.
- Bu meyar istənilən formalı nəşr olunmuş işlər, qəzet məqalələri, kitablar, jurnal məqalələri, nəşr edilən media orqanlarının onlayn məqalələri və aşağıdakılar istisna olmaqla televiziya sənədli filmləri[qeyd 2] əhatə edir:
- Hansısa ölkənin milli musiqi hit-paradına daxil olmuş sinql və ya alboma malikdir.
- Ən azı bir ölkədə qızıl və ya daha yüksək sertifikat almış səsyazmasına malikdir.
- Ən azı bir müstəqil və etibarlı mənbədə beynəlxalq və ya milli konsert turu işıqlandırılıb.[qeyd 4]
- Hansısa böyük səsyazma leyblı və ya mühüm indi leybl (bir neçə illik tarixi olan və nüfuzlu ifaçılarla işləyən müstəqil leybl) tərəfindən iki və ya daha çox albomu çıxarılıb.
- Ansambl iki və ya daha çox müstəqil şəkildə məşhur olan və ya əvvəl məşhur olmuş ansamblın üzvü kimi tanınmış musiqiçilərdən təşkil olunubsa.[qeyd 5] Bu meyar musiqi janrına uyğunlaşdırılmalıdır, məsələn əgər opera ifaçısından bəhs edilirsə, iki və ya daha çox böyük opera evində baş rol ifa etmə nəzərdə tutulmalıdır.
- Xüsusi stilin ən çox qeyd edilən nümayəndəsi və ya şəhərin yerli səhnəsinin ən məşhur ifaçısı olmuşdur; nəzərə alınmalıdır ki, subyekt bu zaman vikipediyanın digər bütün standartlarına, o cümlədən yoxlanılabilərlik qaydasına cavab verməlidir.
- Qremmi, Cuno, Merkuri, Çoyz və Qremmis kimi əsas və nüfuzlu musiqi mükafatına namizəd göstərilmiş və ya mükafatı qazanmışdır.
- Nüfuzlu musiqi yarışmasında birinci, ikinci və üçüncü yeri tutmuşdur.
- Hansısa məşhur media nümunəsində (teleserial, məşhur film, teleşou mövzu musiqisi) onun musiqisindən istifadə olunmuşdur və ya onun musiqisi nüfuzlu ümumiləşdirici alboma daxil edilmişdir. Lakin, əgər bu yeganə meyardırsa, bu zaman subyekt haqqında məqalə yaradılmaq əvəzinə onun adı aid olan mövzu ilə əlaqəli məqaləyə (və ya onun hissəsinə) yönləndirilə bilər. Ətraflı aydınlaşdırma üçün V:YŞB və V:ŞEƏ qaydalarına baxın.
- Ölkənin milli radio və ya televiziya şəbəkəsi vasitəsiylə davamlı olaraq musiqiləri yayımlanmışdır.
- Milli radio və ya televiziya vasitəsiylə yayımlanmış verilişin mövzusu seçilmişdir.
Qeyd: Nəzərə alınsın ki, əgər qrup üzvü qrupdan kənar solo fəaliyyəti ilə məşhurlaşmayıbsa, bu zaman onun haqqında ayrıca məqalə yaradılmadan adı, təmsil etdiyi qrup haqqında olan məqaləyə yönləndirilir. Televiziya realiti şoularında iştiakına görə məşhurlaşmış müğənnilər və ya digər musiqiçilər, layihədən kənar musiqi fəaliyyəti ilə məşhurlaşana kimi onların adı iştirak etdikləri realiti şou haqqında məqaləyə (və ya şounun mövsümü və ya seriyası haqqında məqaləyə) yönləndirilə bilər.
Bəstəkarlar və söz yazarları üçün meyarlar
redaktəBəstəkarlar, mahnı yazanlar, librettoçular və ya mahnı sözü yazanlar aşağıda sadalanan kriteriyalardan birinə və ya bir neçəsinə cavab verdiyi halda ensiklopedik şəxslər hesab edilə bilər:
- Məşhur bir mahnının söz/musiqi müəllifi və ya həmmüəllifidir.
- Məşhur teatrlarda ifa edilmiş musiqili teatr əsərlərinin (myuzikl, opera, operetta və sair daxil olmaqla) müəllifi və ya həmmüəllifidir.
- Ensiklopedik əhəmiyyətlilik meyarına cavan verən mahnı müəllifi, bəstəkar və ya söz müəllifi tərəfindən yazdığı əsər əsas olaraq istifadə olunubsa.
- Yeni təmsilçilərin yarışmadığı nüfuzlu musiqi yarışmasında əsəri birinci yer tutub (və ya müəyyən səbəblərə görə ikinci yerə layiq görülüb).
- Ensiklopedik əhəmiyyətlilik qaydalarına cavab verən bəstəkar, mahnı müəllifi və ya söz müəllifinə böyü təsir göstərmiş və ya müəllimi olmuşdur.
- Təmsil etdiyi musiqi janrı haqqında kitablar və ya kataloqlarda haqqında geniş məlumat verilirsə.
Əgər müəllif haqqında məlumatlar kifayət qədər yoxlanıla bilinən mənbələrə malik deyilsə, bu zaman onun haqqında olan məqalə ensiklopedik əhəmiyyətlilik meyarlarına cavab verən əsəri haqqında məqalə ilə birləşdirilməli və ya adı həmin məqaləyə yönləndirilməlidir. Əgər bəstəkar və ya söz müəllifi bir neçə əsərinə görə məşhurdursa (və ya ensiklopedik əhəmiyyətlilik meyarına cavab verən bir neçə əsəri haqqında məqalə yaradılıbsa), o zaman, bu cür birləşdirmə mümkün olmaya bilər.
Digərləri
redaktəBəstəkarlar və ifaçılar kütləvi mətbuat ənənələri xaricində aşağıdakı meyarlara cavab verdikləri halda da ensiklopedik əhəmiyyətli hesab edilə bilərlər:
- Müəyyən bir texnika və ya repertuarın öyrənilməsində, həmçinin, bu və ya digər janrın tədqiqində əhəmiyyətli obraz (şəxs) olması etibarlı mənbələrdə məlumatlar verilir.
- Ensiklopedik əhəmiyyətlilik qaydalarına cavab verən musiqiçi və ya bəstəkarın musiqi stilinin formalaşmasına əhəmiyyətli təsir göstərir.
- Bu və ya digər janrın, ənənə və ya musiqi məktəbinin (musiqi stilinin) əsasını qoyub.
- Məşhur janr, ənənə və ya janr daxili məktəbdə istifadə edilən çoxsaylı melodiya, motiv və ya standartların müəllifidir.
- Tez-tez məhşur submədəniyyətə aid nəşrlərin üz qabığında təsvirləri əks olunur.
Səs yazmaları
redaktəAlbomlar, sinqllar və digər səsyazmaları haqqında olan bütün məqalələr ümumi ensiklopedik əhəmiyyətlilik qaydalarına, o cümlədən, subyektin özündən asılı olmayan müstəqil, etibarlı və yoxlanılabilən mənblərə malik olmalıdır. Ensiklopedik əhəmiyyətlilik qaydaları xaricində, məqalə mövzusu olan subyekt haqqında detallı informasiya verməyə imkan yaradan etibarlı və müstəqil mənbələrin olması da vacib şərtdir; qaralama vəziyyətindən inkişaf etdirilməsi ehtimalı olmayan və ya az olan səs yazmaları haqqında məqalələr ya ifaçının diskoqrafiyası ya da özü haqqında olan məqalələrlə birləşdirilməlidir.
Bütün növ səsyazmaları üçün meyarlar:
- Müxtəlif etibarlı mənbələrdə nəşr edilmiş məqalə və tədqiqatların mövzusu olmuş, haqqında ifaçı və ya ansablla əlaqəsi olmayan, özü tərəfindən nəşr edilməyən müstəqil mənbələrdə məlumat verilmişdir.
- Bu meyar istənilən formalı nəşr olunmuş işlər, qəzet məqalələri, kitablar, jurnal məqalələri, nəşr edilən media orqanlarının onlayn məqalələri və aşağıdakılar istisna olmaqla televiziya sənədli filmlərini[qeyd 2] əhatə edir:
- Press-relizlərin nəşr edilmiş istənilən formaları, musiqiçi və ya ansablın özündən bəhs etdiyi, musiqiçi və ya ansamblı təbliğ edən istənilən növ reklam məhsulları, o cümlədən istehsalçının reklamları.
- İstehsal tarixi və ya kompozisiya siyahısı (trek-list) nəşr edilmiş, rəhbərliyin əlaqə və sifariş vasitələrinin nəşr edildiyi işlər.
- Məktəb və ya universitet qəzetlərində (və ya bu kimi oxşar nərlərdə) yayımlanmış materiallar.
- Bu meyar istənilən formalı nəşr olunmuş işlər, qəzet məqalələri, kitablar, jurnal məqalələri, nəşr edilən media orqanlarının onlayn məqalələri və aşağıdakılar istisna olmaqla televiziya sənədli filmlərini[qeyd 2] əhatə edir:
- Sinql və ya albom hansısa ölkənin milli husiqi hit-paradına daxil olmuşdur.
- Ən azı bir ölkədə qızıl və ya daha yüksək sertifikat almışdır.
- Qremmi, Cuno, Merkuri, Çoyz və Qremmis kimi əsas və nüfuzlu musiqi mükafatına namizəd göstərilmiş və ya mükafatı qazanmışdır.
- Hansısa məşhur media nümunəsində (teleserial, məşhur film, teleşou mövzu musiqisi) onun musiqisindən istifadə olunmuşdur və ya onun musiqisi nüfuzlu ümumiləşdirici alboma daxil edilmişdir. Lakin, əgər bu yeganə meyardırsa, bu zaman subyekt haqqında məqalə yaradılmaq əvəzinə onun adı aid olan mövzu ilə əlaqəli məqaləyə (və ya onun hissəsinə) yönləndirilə bilər. Ətraflı aydınlaşdırma üçün V:YŞB və V:ŞEƏ qaydalarına baxın.
- Ölkənin milli radio və ya televiziya şəbəkəsi vasitəsiylə davamlı olaraq səsləndirilmişdir (və bu haqqda etibarlı mənbə (lər) mövcuddur).
- Milli radio və ya televiziya vasitəsiylə yayımlanmış verilişin mövzusu seçilmişdir.
Albomlar
redaktəHaqqında məqalə yaradılan hər bir albom ümumi ensiklopedik əhəmiyyətlilik qaydalarına cavab verməli, bu haqqda etibarlı və yoxlanılabilən mənbə(lər) olmalıdır. Albomun ensiklopedik əhəmiyyətlilik qaydalarına cavab verən məşhur musiqiçi və ya ifaçı tərəfindən rəsmi çıxarılması onun ensiklopedik əhəmiyyətliyini göstərən meyar deyildir. Əksinə, albomun ensiklopedik əhəmiyyətli hesab edilməsi üçün, onun ensiklopedik əhəmiyyətlilik qaydalarına cavab verən musiqiçi və ya ifaçı tərəfindən çıxarılması yox, ümumi ensiklopedik əhəmiyyətlilik qaydalarına cavab verməsi lazımdır. Geniş məlumat əks etdirməyən, əsasən kompozisiya siyahısı (trek list) hesabına həcmli görünən albom məqalələri ifaçının özü və ya diskoqrafiyası haqqında olan məqalə ilə birləşdirilməlidir.
Sinqllar
redaktəHaqqında məqalə yaradılan hər bir sinql ümumi ensiklopedik əhəmiyyətlilik qaydalarına cavab verməli, bu haqqda etibarlı və yoxlanılabilən mənbə (lər) olmalıdır. Sinqlın ensiklopedik əhəmiyyətlilik qaydalarına cavab verən məşhur musiqiçi və ya ifaçı tərəfindən rəsmi çıxarılması onun ensiklopedik əhəmiyyətliyini göstərən meyar deyildir. Əksinə, sinqlın ensiklopedik əhəmiyyətli hesab edilməsi üçün, onun ensiklopedik əhəmiyyətlilik qaydalarına cavab verən musiqiçi və ya ifaçı tərəfindən çıxarılması yox, ümumi ensiklopedik əhəmiyyətlilik qaydalarına cavab verməsi lazımdır. Geniş məlumat əks etdirməyən, əsasən kompozisiya siyahısı (trek list) hesabına həcmli görünən sinql məqalələri ifaçının özü, diskoqrafiyası və ya sinqlın aid olduğu albom haqqında olan məqalə ilə birləşdirilməlidir.
Çıxarılmamış materiallar
redaktəÇıxarılmamış materiallar (demolar, miksteyplər, butleqlər və yalnız təbliğat üçün yazılmış səs yazmaları) yalnız haqqlarında qaralama vəziyyətində olmayacaq məqalə yaradacaq qədər məlumat verən müstəqil, etibarlı və yoxlanılabilən mənbələr olduğu halda ensiklopedik əhəmiyyətli hesab edilə bilinər.
Xüsusi hallara hələ çıxarılmamış albom haqqında müstəqil, etibarlı və yoxlanılabilən mənbələrdə kifayət qədər məlumat verilməsi şərtləri daxilində məqalə yaradıla bilinər; məsələn, “Guns N’ Roses” qrupunun 2008-ci ildə çıxarılmış “Chinese Democracy” albomu haqqında ingiliscə vikipediyada 2004-cü ildən məqalə yaradılması halında olduğu kimi. Lakin, bu hal çox nadir hallarda, böyük gözləntili layihələrə (ikonik (və ya bütün dünyada böyük fanat kütləsi olan ifaçıların layihələri) aid edilir. Bu zaman da, albomun adı, kompozisiya siyahısı və çıxış tarixi ifaçı və ya leybl tərəfindən rəsmən təsdiqlənmiş olmalıdır.
Albomlar və onların yaxın gələcəkdə çıxış tarixləri haqqında məlumat etibarlı mənbələr tərəfindən təsdiqlənməlidir. Albomun çıxış tarixi haqqında kifayət qədər etibarlı və yoxlanılabilən mənbələr olmadığı halda onun haqqında ayrıca məqalə yaradılmamalıdır. Məsələn məlumatlarda “ifaçının növbəti albomu” adlandırılan, albomun özünün və ona daxil olan mahnıların adları haqqında mübahisəli məlumatların yayıldığı halda, albom haqqında ayrıca məqalə yaradılması Vikipediyanın təməl prinsiplərindən olan “Vikipediya şüşə şar deyil” qaydasının pozulmasıdır. Albomun çıxış tarixi haqqında etibarlı mənbədə məlumatın verilməsi halında bu məlumat yalnız ifaçı və ya onun diskoqrafiyası haqqında məqaləyə əlavə edilə bilinər.
Mahnılar
redaktəMahnılar haqqında ifaçı və ya leybldan asılı olmayan müstəqil, etibarlı və yoxlanılabilən nəşr olunmuş mənbələrdə geniş məlumat verildiyi və ya bu cür mənbələrdə yayımlanmış kiçik olmayan[1] nəşr materialının mövzusu[2] seçildiyi halda ensiklopedik əhəmiyyətli hesab edilə bilinər. Burada nəşr materialı deyildikdə qəzet və jurnal məqalələri, kitab məlumatları, televiziya sənədli filmləri və ya icmallar və rəylər (revyu) nəzərdə tutulur. Bu zaman press-relizlərin müxtəlif media orqanlarında təkrar nəşrləri, ifaçı, leybl, agent və ya maraqlı tərəfi təmsil edən digər şəxslər tərəfindən iş haqqında yayımlanmış məlumatlar nəzərdə tutulmur.[3] Albom haqqında rəy və ya icmalda mahnıdan da bəhs edilməsi onun ensiklopedik əhəmiyyətliyini göstərən meyar ola bilməz. Əgər rəydə yalnız mahnının hansısa alboma daxil olması haqqında məlumat verilirsə (və ya kompozisiya siyahısında mahnının adı qeyd edilirsə) bu zaman mahnı haqqında ayrıca məqalə yaradıla bilinməz.
Ensikloedik əhəmiyyətlilik qaydalarından başqa haqqında məqalə yaradılan mahnı haqqında kifayət qdr detallı məqalə yaratmağa imkan verəcək qədər çox məlumat olması da vacibir. Məqalənin gələcəkdə qaralama vəziyyətindən inkişaf etdirilməsinə imkan verəcək qədər çox məlumatın əks etdirildiyi mənbələrin olmadığı halda mahnı haqqında məqalənin ifaçı, onun diskoqrafiyası və ya mahnının daxil olduğu albom haqqında məqaləyə yönləndirilməsi lazımdır.
Yuxarıda qeyd edilmiş şərtlərdən başqa aşağıda sadalanan meyarlar da mahnının ensiklopedik əhəmiyyətliyini göstərən faktorlar ola bilər:
- Milli və ya xüsusi əhəmiyyətli musiqi və ya satış hit-paradlarına daxil olması.
- Qremmi, Cuno, Merkuri, Çoyz və Qremmis məşhur musiqi mükafatları qazanıb və ya namizəd göstərilib.
- Müxtəlif nüfuzlu ifaçılar və ya qruplar tərəfindən müstəqil səsyazması kimi çıxarılıb.
Mahnıların məşhur kover versiyaları haqqında məlumatlar xüsusi başlıq altında mahnı haqqında məqalədə verilməlidir. Xalq mahnıları haqqında məqalələrdə orijinal tədqiqata yol verilməməli və orijinal tədqiqat materiallarının nəşr olunmuş məlumatlarla qarışdırılmasından qaçılmalıdır.
- Qeyd: Ensiklopedik əhəmiyyətlilik qaydalarına cavab verməyən mahnıların adları mahnının müəllifi olan bəstəkar, mahnının daxil olduğu albom və ya mahnını ifa etmiş ifaçı haqqında məqaləyə yönləndirilə bilər.
- Qeyd 2: Mənbələr və istinadlar həmişə məqalədəki məzmunu təsdiq edən ikinci dərəcəli məzmun olmalıdır. Vikikitab və Vikiversitet kimi xüsusi qaydaları olan Vikipediya layihələri bu cür materialların paylaşılması üçün daha doğru məkandır.
Konsert turları
redaktəKonsert turları yalnız haqqında müxtəlif etibarlı, müstəqil və yoxlanılabilən mənbələrdə qaralama halında olmayacaq kifayət qədər detallı məqalə yaratmağa imkan verən məlumatların yayılması halında ensiklopedik əhəmiyyətli hesab edilə bilinər. Belə yanaşma, bədii tərtibatın əhəmiyyəti, maddi uğur, auditoriyanın münasibəti və sair bu kimi meyarları da əhatə edə bilər. Sadəcə turun həyata keçirilməsi (və ya konsertlərin baş tutması) haqqında məlumatın verildiyi mənbələr ensiklopedik əhəmiyyətliyi göstərən mənbələr hesab edilə bilinməz. Haqqında kifayət qədər məlumat olmayan və ya ikinci dərəcəli mənbələrdə məlumat verilən turlar və konsertlər haqqında məlumat ifaçı haqqında olan məqalədə verilməli, bu cür turlar və konsertlər haqqında ayrıca məqalə yaradılmamalıdır. Turun ensiklopedik əhəmiyyətlik qaydalarına cavab verməsi, ifaçının həmin turla əlaqəli digər turlarının və konsertlərinin də ensiklopedik əhəmiyyətlik tələblərinə cavab verməsi üçün meyar hesab edilə bilinməz. Ensiklopedik əhəmiyyətlilik tələblərinə cavab verən konsert turlarına misal olaraq Maykl Ceksonun 1998-ci ildə həyata keçirilmiş “Bad Dünya Turu”nu göstərmək olar.
Mənbələr
redaktəFreedb və Allmusic səs yazmaları haqqında yaxşı onlayn mənbələr hesab edilir. ABŞ-da müəllif hüquqları qeydiyyata alınmış mahnıların mətninin müəllif hüquqlarının kimə aid olduğunun müəyyənləşdirilməsi üçün “ASCAP ACE” və “BMI Repertoire” əvəzolunmaz mənbələrdir. Bəzən, dərin axtarış zamanı, “Google kitab” uğurlu nəticələr verə bilər. Elm xadimlərinin diqqətini çəkə biləcək mövzular haqqında məlumatları “Google akademiya” vasitəsiylə axtarmaq olar.
Əgər mövzu ensiklopedik əhəmiyyətlilik meyarlarına cavab vermirsə
redaktəYuxarıda sadalanan meyarlara, ümumi ensiklopedik əhəmiyyətlilik qaydalarına cavab verməyən, yuxarıda sadalanan qaydalara cavab verdiyi halda haqqında məqalə (qaralama məqalələr nəzərdə tutulmur) yaradılması üçün müstəqil, etibarlı və yoxlanılabilən mənbələrdə kifayət qədər məlumat olmayan şəxslər, qruplar və ya musiqi əsərləri haqqında Vikipediyada müstəqil məqalə yaradılmamalıdır. Vikipediyanın əsas hədəfi gələcəkdə inkişaf etdirilmə ehtimal olmayan (çox aşağı olan) qaralama məqalələrin və ya şəxslərin özləri haqqında məlumat verdikləri məqalələrin bir yerə toplanması deyil.
Lakin, müəyyən tələblərə riayət etməklə bu cür subyektlər haqqında məlumatlar Vikipediyada əks etdirilə bilər. Haqqında müstəqil məqalələr yaradılması üçün ensiklopedik əhəmiyyətlilik tələblərinə cavab verməyən musiqiçilər, qruplar və ya musiqi əsərləri haqqında məlumatlar aşağıdakı tələblərə cavab verdiyi halda başqa əlaqəli məqalələrin tərkibinə əlavə edilməklə Vikipediyada saxlanıla bilinər:
- Məqaləyə əlavə edilə bilinəcək səviyyədə yararlı tərəfsiz məlumat olması halında;
- Reklam (özünüreklam) xarakteri daşımadığı halda;
- Məlumatlar müstəqil, etibarlı və yoxlanılabilən mənbələrlə təsdiqləndiyi halda.
Məsələn, musiqi qruplarının üzvləri haqqında olan məlumatlar adətən musiqi qrupları haqqında olan məqalə ilə birləşdirilir. Mahnılar haqqında məlumat diskoqrafiya və ya başqa mahnı siyahıları ilə birləşdirilə bilinər. Bu halda oxuyucunun məlumatı tapmaqda çətinlik çəkməməsi üçün məlumatın birləşdirildiyi məqalənin adı da əsas kimi götürülmüş məqaləyə yönləndirilməlidir.
Qeydlər
redaktə- ↑ Özünüreklam və ya məhsul tanıtma materialları ensiklopedik məqalədə istifadə oluna bilinməz. Musiqiçi, ansambl, bəstəkar, söz yazarı və ya onların əsərləri haqqında nəşr edilmiş məlumatın müəllifi mütləq başqa bir adam olmalıdır. (Müəllifin özü tərəfindən nəşr edilmiş materialların istifadəsi haqqında ətraflı məlumat üçün “Vikipediya: Müəllifin özü tərəfindən nəşr edilmiş mənbələr”, təbliğat materiallarından istifadə qaydaları üçün isə “Vikipediya: Maraqların münaqişəsi” qaydaları ilə tanış olmanız məsləhətdir.) Mənbənin mstəqil hesab edilməsi üçün onun, haqqında məhs edilən subyektlə əlaqəsi olmayan bir şəxs tərəfindən yazılması əsasən kifayət edir. Lakin, bu göstərici mənbənin etibarlı olması və vikipediyada istifadə edilmək üçün yaralı olması anlamına gəlmir. Subyektin şəxsi bloqu, veb saytı, kitabı, sosial şəbəkə hesabı və ya musiqi saytında verilən məlumat onun ensiklopedik əhəmiyyətliyini sübut edən mənbə kimi istifadə edilə bilinməz. Belə olsa idi, hər kəs özü haqqında Vikipediyada məqalə yarada bilərdi. Yaddan çıxarmayaq ki, Vikipediya kataloq deyil.
- ↑ 1 2 “Nəşr edilmiş əsər”ə əsaslanan sənədli film işləri nəzərdə tutulur.
- ↑ Məsələn, razılıq anlaşmaları (satış çekləri, təbliğat posterləri, flayerlər və sair), ifaçının məlumat xarakterli müsahibələri və sair.
- ↑ Bu meyar əvvəllər ingilscə vikipediyada uzunmüddətli müzakirəyə səbəb olmuş və nəticədə müyarın qaydada saxlanmasına qərar verilmişdir. Müzakirə ilə tanış olmaq üçün bax: 1, 2.
- ↑ Adətən kiçik qruplarda bütün heyət üzvləri yaddaqalan olur, lakin xorlar, Brodvey myuziklları adətən bunun üçün kifayət etmir.
Mahnıların qeydləri
redaktə- ↑ Kiçik olmayan deyildikdə şəxsi saytlar, bloqlar, bülletenlər, vikilər və özlüyündə etibarlı olmayan digər mənbələr nəzərdə tutulmur. Musiqiçi, leybl, agent və digər maraqlı şəxslərin üçüncü tərəf kimi nəşr olunmuş materiala təsir etməməsini də nəzərə almaq lazımdır.
- ↑ ”Mövzusu olmaq” deyildikdə mahnının musiqi və ya qrup haqqında materialda xatırlanması yox, nəşr materialında geniş tədqiq edilməsi və ya haqqında geniş məlumat verilməsi (materialın məhz mahnıya həsr edilməsi) nəzərdə tutulur.
- ↑ Özünüreklam və ya məhsul tanıtma materialları ensiklopedik məqalədə istifadə oluna bilinməz. Musiqiçi, ansambl, bəstəkar, söz yazarı və ya onların əsərləri haqqında nəşr edilmiş məlumatın müəllifi mütləq başqa bir adam olmalıdır.