Vikipediya Qiymetlendirme Yaxsi Meqaleler Elinin Qetli - Wikipedia
Vikipediya Qiymetlendirme Yaxsi Meqaleler Elinin Qetli - Wikipedia - Haqqında Məlumat
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
- Təqdim olunduğu tarix: 1 Avqust
- Məqalə üzərində işləyən(lər): Solavirum
- İcraçı: Baskervill
Şərh: Yaxşı yazılıb.--Advellerd
- Şərh: — Sofy ₪ 09:14, 2 avqust 2020 (UTC)
- Şərh: Xarici keçidlər də olsa əla olardı.-- Şöhrət✉ 09:05, 3 avqust 2020 (UTC)
- Şöhrət, --► Hörmətlə: SolaVirum 09:34, 3 avqust 2020 (UTC)
- Şərh: Problem görmürəm, layiqdir.— Nicat49 ⋠müzakirə⋡ 20:27, 4 avqust 2020 (UTC)
- Lehinə: — Azerifactory (müzakirə) 21:42, 11 avqust 2020 (UTC)
- Şərh: Məqalədə xeyli orfoqrafik səhvlər var. Məsələn qatil İbn Mülcəmin ata adı olan "mülcəm" sözü demək olar ki, hər dəfə bir cür yazılıb. Məqalədə bu kimi (Buna baxmayaraq, Həsən xəlifə olmaq istəmirdi və döyüşlərə son verməyi arzulayırdı. Vilferd Madelunqa görə, kiçik bir azlıq Əlinin "peyğəmbərdən sonrakı ən yaxşı müsəlman və onlara idarə edəcək tək şəxs" olduğuna inanırdı. (Madelunq belə düşünürsə belə təkcə onun fikrini qeyd etmək tərəfkeşlikdir, qeyri-obyektivdir. Çünki tamam əks fikirləşən daha çox alim tədqiqatçı var. Sadəcə Madelunq ingilisdilli akademik çevrədə çox məşhurdu)) çox ciddi tərəfli iddialar var. Nəhrəvan döyüşü ifadəsi çox yerdə əl-Nəhrəvan kimi qeyd edilib. Buna qəti ehtiyac yoxdur. "Əl" ərəb dilində müəyyənlik artiklıdır və bizim dildə nadir hallarda istifadə edilir. Məsələn ərəblər hətta Misirin paytaxtı məşhur Qahirə şəhərinə də əl-Qahirə deyirlər, amma biz təkcə Səudiyyə Ərəbistanının paytaxtına ər-Riyad deyirik, qalan demək olar ki, bütün hallarda əl/ər müəyyənlik artiklını ixtisar edirik həm yazıda, yəni kitablarda filan, həm də danışıqda. Sabah inşallah çalışacam qeyd etdiklərimdən bacardıqlarımı düzəldim.— samral müzakirə 20:49, 15 avqust 2020 (UTC)
- Cavab: Adlandırmalardakı səhvlər ərəb dilinin Azərbaycan dilinə transliterasiyasından bixəbərəm deyə olub. Düzəltsəniz, əla olardı. Mənbələr, tərəfkeşlik və obyektivlik məsələsi envikidə yoxlanıb, ona görə də məncə bunu problem etməməliyik. Həmçinin, Qərb alimləri daha etibarlı hesab olunur, nəinki ərəb, fars və ya azərbaycanlı. --► Hörmətlə: SolaVirum 20:57, 15 avqust 2020 (UTC)
- Məqalənin ingiliscə versiyasını, hansı ki oradan tərcümə etmişəm, tərtib edən bu istifadəçidir. Ondan soruşmaq daha yaxşı olardı. --► Hörmətlə: SolaVirum 20:58, 15 avqust 2020 (UTC)
- Şərh: @Solavirum, bura ingiliscə yox, Azərbaycanca Vikipediyadır.— samral müzakirə 07:09, 16 avqust 2020 (UTC)
- Samral, söhbət ondan getmir. Məqalənin enviki versiyası status almazdan əvvəl 3-4 nəfər tərəfindən birbaşa yoxlanılıb, allah bilir neçə nəfər isə əlavələr edib. Özü də müxtəlif dinlərdən, millətlərdən olanlar. Buna görə də tərəfsizlik məsələlərində ora daha yaxşıdır. Mətnə nəsə əlavəniz varsa, buyurun. --► Hörmətlə: SolaVirum 09:40, 16 avqust 2020 (UTC)
- Şərh: Məqalə üzərində düzəlişlər edirəm. Bəzi orfoqrafik və qrammatik səhvlər var. Bir neçə günə tam həll edəcəm. Biraz səbrli olaq, yekunlaşdırmanı özüm edəcəm. Müəllifə əziyyətinə görə təşəkkürlər.— Turkmen müzakirə 20:34, 16 avqust 2020 (UTC)
- Qəbul edildi - məqaləyə YM statusu verilmişdir.— Turkmen müzakirə 18:03, 28 avqust 2020 (UTC)