Vikipediya Sehifenin Adini Deyisdirmek - Wikipedia
Bir səhifənin adını onun üzərindəki "Adını dəyiş" keçidinə klikləməklə dəyişdirə bilərsiniz.
Bunun üçün siz müvafiq olaraq səhifə addəyişdirisi və ya fayl addəyişdiricisi hüquqularına sahib olmalısınız. Əgər bu hüquqlara sahib deyilsinizsə və ya sadəcə oxucusunuzsa, Vikipediya:Addəyişmə müraciətləri səhifəsinə müraciət edin. İstifadəçi adınızın dəyişdirilməsi üçün Vikipediya:İstifadəçi adı dəyişdirmək səhifəsinə baş çəkin.
Texniki əngəllərə görə yaranan addəyişmə məhdudiyyətləri üçün Vikipediya:Addəyişmə müraciətləri/Texniki səhifəsi vasitəsilə inzibatçılara müraciət etməlisiniz.
Köhnə ad avtomatik olaraq yeni ada istiqamətləndiriləcəkdir (bax: İstiqamətləndirmə). Orfoqrafiya fərqlərinin tək bir səhifəyə istiqamətləndirilməsi təkrarların qarşısını alır və məlumat əldə etmək asanlığını artırır.
Səhifə adı səhv daxil edilərsə, səhifəyə silinməsi üçün {{sil}} şablonu əlavə edə bilərsiniz. (bax: Sürətli silmə kriteriyaları).
Səhifənin adını dəyişdirərkən onun məzmununu kopyalamayın/yapışdırmayın, çünki bu, bütün səhifənin tarixçəsinin itməsinə səbəb olacaq. Töhfə verən bütün şəxslərin səhifə üzərində haqları vardır. Bütün dəyişiklik tarixçələri normal müəllif hüquqlarının müddəti bitənə qədər saxlanılmalıdır.