Vikipediya Sesverme Ensiklopedik Ehemiyyetlilik Elm Xadimleri - Wikipedia
Vikipediya Sesverme Ensiklopedik Ehemiyyetlilik Elm Xadimleri - Wikipedia - Haqqında Məlumat
Səsvermə 30 iyun — 14 iyul 2021-ci il tarixləri arasında keçirilir.
Dəstək
redaktə- Lehinə: — Dr.Wiki54 (müzakirə) 16:19, 30 iyun 2021 (UTC)[cavabla]
- Lehinə: — Surə 🗯 17:04, 30 iyun 2021 (UTC)[cavabla]
- Lehinə: — Burocan (müzakirə) 10:04, 1 iyul 2021 (UTC)[cavabla]
- Lehinə: — Xeyal (müzakirə) 05:39, 4 iyul 2021 (UTC)[cavabla]
- Lehinə: --► Hörmətlə: SolaVirum 23:04, 4 iyul 2021 (UTC)[cavabla]
- Lehinə: — Toghrul R (m) 08:10, 5 iyul 2021 (UTC)[cavabla]
- Lehinə: Turkmen müzakirə 01:19, 6 iyul 2021 (UTC)[cavabla]
Qarşı
redaktəBitərəf
redaktəŞərhlər
redaktə- "İstinadlar üçün qaydalar" bölməsi bizim vikiyə aid deyilmiş kimi gəlir mənə. Bəlkə həmin bölməni çıxaraq? — Surə 🗯 17:05, 30 iyun 2021 (UTC)[cavabla]
- Cavab: Sura Shukurlu xanım, niyə ki? Google Scholar beynəlxalq səviyyədə istifadə olunur, o cümlədən Azərbaycanda da. PubMed tibb üçün vahid portaldır. Hər yerdə istifadə olunur. Dünya praktikasında da PubMed və bu tipli platformada yayımlanmayan araşdırmalara ciddi yanaşmırlar. - Dr.Wiki54 (müzakirə) 17:08, 30 iyun 2021 (UTC)[cavabla]
- Dr.Wiki54 məlumat üçün təşəkkürlər. Mən özüm heç vaxt istifadə etməmişəm deyə "naməlum" göründü gözümə. — Surə 🗯 17:12, 30 iyun 2021 (UTC)[cavabla]
- Sura Shukurlu, buyurun. :) -17:52, 30 iyun 2021 (UTC)[cavabla]
- Dr.Wiki54 məlumat üçün təşəkkürlər. Mən özüm heç vaxt istifadə etməmişəm deyə "naməlum" göründü gözümə. — Surə 🗯 17:12, 30 iyun 2021 (UTC)[cavabla]
- Cavab: Sura Shukurlu xanım, niyə ki? Google Scholar beynəlxalq səviyyədə istifadə olunur, o cümlədən Azərbaycanda da. PubMed tibb üçün vahid portaldır. Hər yerdə istifadə olunur. Dünya praktikasında da PubMed və bu tipli platformada yayımlanmayan araşdırmalara ciddi yanaşmırlar. - Dr.Wiki54 (müzakirə) 17:08, 30 iyun 2021 (UTC)[cavabla]
- Şərh: Solavirum, bildiyiniz kimi, Azərbaycan alimlərinin işləri və fəaliyyətiləri böyük əksəriyyəti dünya nüfuzlu mənbələrdə öz əksini tapmayıb. Bu qaydalar qəbul edilsə, yerli alimlər haqqında olan məqalələrin böyük bir qismi silənəcək, yoxsa necə? --► Hörmətlə: SolaVirum 19:07, 30 iyun 2021 (UTC)[cavabla]
- Cavab: sizin də dəfələrlə işlətdiyiniz ifadə ilə desək, təəssüf ki, fəaliyyəti “Biləcəridən o tərəfə” keçməyən şəxslər var. İstinadlar üçün qaydalarda sadəcə misallar və bu misallarla bağlı qaydalar verilib. Kriteriyaların təfsilatlı açıqlamalarında isə yerli mətbuatla bağlı maddə var. Adətən yerli elm xadimlərinin fəaliyyəti yerli mətbuatda işıqlandırılır və yaxud da AMEA və ona bağlı təşkilatlardakı tədbirlərdə və s. Bu isə Əhəmiyyətli akademik mükafatlar və uğurlar (aşağıya baxın); Akademik jurnalların redaksiya heyətində yer almaq; çox önəmli və seçici jurnallarda nəşrlər; şəxsin toplu əsərlərinin nəşr olunmuş olması; şəxsə ithaf okunmuş doğum günü, yubiley, ya da xatirə tipli bir (cild) əsərin nəşri; şəxsin akademik sahədə uğurları şərəfinə təşkil olunmuş elmi tədbirlər; bir akademik mükafata, ya da mühazirə mövzularına şəxsin adının verilmiş olması və bunlar kimi digər nüanslar. ilə ödənə bilər. Təlimatın qəbul edilməsi ilə qeyri ensiklopedik olacaq onlarla məqalənin silinməsi halı yaşanacağı istisna deyil. Çünki bundan əvvəl keçərli və vikiicma tərəfindən qəbul edilmiş təlimat yox idi. - Dr.Wiki54 (müzakirə) 19:17, 30 iyun 2021 (UTC)[cavabla]
- Bu da yerli mətbuatla bağlı hissə: Bir şəxsin mütəxəssisi olduğu mövzular haqqındakı açıqlamaları əhəmiyyətli, tərəfsiz və etibarlı hesab olunan yerli mətbuatda müntəzəm olaraq işıqlandırılırsa, 7-ci kriteriya ödənilmiş hesab oluna bilər. - Dr.Wiki54 (müzakirə) 19:20, 30 iyun 2021 (UTC)[cavabla]
- Dr.Wiki54, əslində, azərbaycanlı alimlər üçün məqalələrinin Ali Attestasiya Komissiyasının siyahısında olan elmi nəşrlərdə dərc olunması bir meyar kimi götürülə bilər. — Burocan (müzakirə) 22:18, 30 iyun 2021 (UTC)[cavabla]
- Hər elmi ad alan şəxsin (elmlər namizədi və s) əsəri orada dərc olunursa, bu yenə xaosa səbəb olar @İstifadəçi:Burocan - Dr.Wiki54 (müzakirə) 03:36, 1 iyul 2021 (UTC)[cavabla]
- Dr.Wiki54, məsələ burasındadır ki, Ali Attestasiya Komissiyasının (AAK) tövsiyyə etdiyi siyahı məhdud jurnalları əhatə edir və oradakı nəşrlər lokal bazisdə əhəmiyyətli sayılır (real yerli situasiyada impakt faktoru məsələsinin keçərli olmadığını nəzərə alsaq). Ancaq mənim indiyə qədər alimlərin məqalələrini müşahidələrimdən gəldiyim qənaət bundan ibarətdir ki, onların azərbaycandilli elmi nəşrlərinin əksəriyyəti AKK-ın tövsiyyə siyahısından kənardakı jurnallarda çapdan çıxıb. Bunu nəyə görə qeyd etdim, adətən SNS-də məqalələrə təqdim olunan zaman tərtibatçıların arqumenti belə olur ki, "Qiymətli alimdir, 50-dən çox elmi məqaləsi var." Əslində isə bu qəbildən olan məqalələr heç bir elmi mahiyyət daşımır. Məhz bu səbəbdən qeyd etidiyim amili bir dəyər ölçüsü kimi götürüb məsələlərə konkret yanaşma formalaşdırmaq üçün istifadə etmək olar. Bununla yanaşı, patent və ixtira məsələsinə də məncə xüsusi yer ayırmaq lazımdır. Çünki patent anlayışının elmi çəkisi olduqca yüksəkdir. — Burocan (müzakirə) 08:14, 1 iyul 2021 (UTC)[cavabla]
- Hörmətli @İstifadəçi:Burocan, ətraflı məlumatım yox idi.
Xahiş edirəm AAK-ın müvafiq siyahısının linkini göstərin, hansında ki, jurnallar siyahısı tövsiyyə olunub. Uyğun olsa, istinadlar üçün kriteriyalar bölməsinə əlavə edim.Patent və ixtira məsələsində isə qəti bir şey deyə bilmərəm. Məncə bunun əlavə olunması üçün ayrıca müzakirıə olsa daha yaxşı olar. - Dr.Wiki54 (müzakirə) 08:25, 1 iyul 2021 (UTC)[cavabla] - İncələdim və əlavənin uyğun ola biləcəyi qənaətinə gəldim. İlk dəfə təlimat\vikiqayda hazırladığım üçün naşı hesab oluna bilərəm :) Tövsiyə və qatqınız üçün təşəkkürlər Burocan. Solavirum və Sura Shukurlu təlimatın sonunda İstinadlar üçün qaydalar bölməsinə yerli nəşrlər barəsində maddə əlavə olundu. Buna görə şərhinizi və səsinizi yenidən dəyərləndirə bilərsiniz. — Dr.Wiki54 (müzakirə) 08:45, 1 iyul 2021 (UTC)[cavabla]
- Dr.Wiki54, o zaman patent və ixtiralar məsələsinin gələcəkdə bu təlimata əlavə olaraq müzakirəsi mümkündür, elə deyilmi?— Burocan (müzakirə) 10:06, 1 iyul 2021 (UTC)[cavabla]
- Burocan Məncə, bəli. Heç bir təlimat toxunulmaz deyil. Müzakirə və konsensus ilə dəyişdirilə bilər. — Dr.Wiki54 (müzakirə) 10:09, 1 iyul 2021 (UTC)[cavabla]
- Hörmətli @İstifadəçi:Burocan, ətraflı məlumatım yox idi.
- Dr.Wiki54, məsələ burasındadır ki, Ali Attestasiya Komissiyasının (AAK) tövsiyyə etdiyi siyahı məhdud jurnalları əhatə edir və oradakı nəşrlər lokal bazisdə əhəmiyyətli sayılır (real yerli situasiyada impakt faktoru məsələsinin keçərli olmadığını nəzərə alsaq). Ancaq mənim indiyə qədər alimlərin məqalələrini müşahidələrimdən gəldiyim qənaət bundan ibarətdir ki, onların azərbaycandilli elmi nəşrlərinin əksəriyyəti AKK-ın tövsiyyə siyahısından kənardakı jurnallarda çapdan çıxıb. Bunu nəyə görə qeyd etdim, adətən SNS-də məqalələrə təqdim olunan zaman tərtibatçıların arqumenti belə olur ki, "Qiymətli alimdir, 50-dən çox elmi məqaləsi var." Əslində isə bu qəbildən olan məqalələr heç bir elmi mahiyyət daşımır. Məhz bu səbəbdən qeyd etidiyim amili bir dəyər ölçüsü kimi götürüb məsələlərə konkret yanaşma formalaşdırmaq üçün istifadə etmək olar. Bununla yanaşı, patent və ixtira məsələsinə də məncə xüsusi yer ayırmaq lazımdır. Çünki patent anlayışının elmi çəkisi olduqca yüksəkdir. — Burocan (müzakirə) 08:14, 1 iyul 2021 (UTC)[cavabla]
- Salam. Məncə, "əməkdar elm xadimi" adı da şəxsi birbaşa ensiklopedik etməlidir. Eyni zamanda, elm və texnika sahəsində dövlət mükafatı laureatları (respublika və AzSSR) da bu qəbildən hesab oluna bilər. Bununla bağlı punktun əlavə olunması dəqiqliyi artırar — Toghrul R (m) 06:35, 5 iyul 2021 (UTC)[cavabla]
- Əslinə qalsa, mən belə düşünürəm. Fəxri adlar alan minlərlə şəxs var. Əvvəllər türkcə vikipediyada fəaliyyət göstərdiyim zaman, oradakı bir çox qaydalar belə idi: şəxs lap şöhrət ordeni də alsa bu şəxsi birbaşa ensiklopedik etmir. Haqqında yetərli, neytral və dolğun mənbələr və s lazımdır. İndiki halda da hələ ki, sürətli silmə kriteriyaları mövcud olmadığı üçün o punktun əlavəsi yenə qarışıqlığıa səbəb olacaq. Necə ki, bəzi məqalələr var; Filankəs-AMEA-nın mübir üzvü və istinadsızdır. Təbii ki bu mənim şəxsi düşüncələrimdir. @İstifadəçi:Toghrul R - Dr.Wiki54 (müzakirə) 06:39, 5 iyul 2021 (UTC)[cavabla]
- @Dr.Wiki54, Məsələ təltifd (orden, medal) deyil, onsuz da yüksək orden (minimum "Şərəf" ordeni) alan şəxs həmin vaxta qədər kifayət qədər ensiklopedik fəaliyyətlə məşğul olur. Bütün post-sovet ensiklopediyalarında "əməkdar elm xadimi" fəxri adı əsas kriteriyadır. Həmin adamlar haqda kifayət qədər mənbə də olur. Türkcə vikipediya çox zəifdir, məqalələri görürsünüz. Həm də post-sovet ölkəsi olaraq bizim prinsiplərə uzaqdır. — Toghrul R (m) 06:49, 5 iyul 2021 (UTC)[cavabla]
- Bu dəfə səsverməni başlatmaqla tələskənlik etdim. Ən azı gərək 1 həftə gözləyim müzakirə üçün. Təcrübəsizlikdən oldu yəqin. Mən misal olaraq Şərəf ordenini çəkdim, amma əsasən əməkdar …. adı almış on minlərlə insan var. Çox vaxt onlar haqqında kifayət qədər mənbəylə rastlaşmıram, maksimum hansısa universitetin müəllim kollektivi ilə bağlı olan məlumat səhifələrindən məlumat əldə etmək olur. Siz daha təcrübəlisiniz, bəlkə də mən diqqətsiz yanaşmışam. Türkcə vikipediyanın zəifliyini mən də qəbul edirəm, amma sns (sas) çox professionalcasına işləyir. Mən də bir dönəm bir sıra məqalələrin müzakirəsində iştirak edəndə dəfələrlə idarəçilər və istifadəçilər hərhansı ordenin, fəxri adın olmasının təkbaşına kriteriya olmadığını irəli sürürdülər (qayda belədir). Təəssüf ki, envikidə fəaliyyətim olmayıb. Yoxsa oradakı sistemi də biləedim. Ona görə də, müvafiq şəkildə 2-ci kriteriyaya əlavəmi etdim. Artıq ikinci əlavəmi edirəm, üzrlü sayın sizi də narahat edirəm @İstifadəçi:Burocan @İstifadəçi:Solavirum @İstifadəçi:Sura Shukurlu @İstifadəçi:Xeyal qaydaya dəyişiklik etmişəm, nəzərə alın, zəhmət olmasa. - Dr.Wiki54 (müzakirə) 07:27, 5 iyul 2021 (UTC)[cavabla]
- Dr.Wiki54 Təklif etdiyiniz kriteriyalar kifayət qədər yaxşıdır, əlavələri zamanla onsuz da, etmək mümkündür. "Əməkdar" adı ilə ümumiyyətlə razıyam, amma "əməkdar elm xadimi" fərqlidir və on minlərlə insana verilmir və bu ad elm sahəsindəki ən yüksək fəxri addır (*post-sovet ölkələrində). Sayı üçün bu siyahıya baxa bilərsiniz. Siyahı təqribən 70% hazırdır. Təqribən 63 ildə bu ad 200 nəfərə verilib. Müstəqillik dövründə isə bundan da azdır. "Əməkdar müəllim" isə ensiklopedik deyil, siz dediyiniz kimi, minlərlə şəxsə verilib. Ümumiyyətlə, mənbələrə əsaslanmayan, digər ensiklopediklik şərtlərə uyğun gəlməyənlər bu tələbə cavab versələr belə silinməlidir. Hörmətlə, — Toghrul R (m) 08:09, 5 iyul 2021 (UTC)[cavabla]
- Toghrul R elə mən də əməkdar müəllim kimi adlar səbəbi ilə dəyişiklikdə “bəzən” sözünü qeyd etsim. Məlumat üçün təşəkkürlər, bilmirdim. Sürətli silmə kriteriyalarını da hazırlayıram, qeyd etdiyiniz tipdə məqalələrin təmizlənməsi rahatlaşacaq. Amma bu dəfə müzakirədə hamını işarələyib, 1 həftə gözləyəcəyəm :))) - Dr.Wiki54 (müzakirə) 08:13, 5 iyul 2021 (UTC)[cavabla]
- Y — Xeyal (müzakirə) 07:38, 5 iyul 2021 (UTC)[cavabla]
- Cavab: hörmətli Dr.Wiki54, əslində bu kimi ciddi qayda və təlimatlar ümumi müzakirələr əsasında hazırlanmalıdır. Yəni bu tipli qaydaların hazırlanması "bir nəfərin işi deyil". Amma təəsüflər olsun ki, vikidə aktivlik o həddə deyil. Müzakirə açılsa belə o qədər də diqqət görmür. Mən əslində təklif edərdim ki, səsvermə dayandırılsın və qayda üzərində bir daha işlənilsin. Təkcə bir nəfər yox, bütün viki olaraq :) Əslində normalda qaydaların qəbulu olsun, yeniliklər olsun, bunların ertələnməsini sevmirəm. Bəzən bu kimi dəyişikliklər "daha təkmili üçün vaxt lazımdır" deyə-deyə ertələnir. Amma bu mövzu bir qədər "xırdaçılıq" tələb edir. — Surə 🗯 07:44, 5 iyul 2021 (UTC)[cavabla]
- Müzakirə başlatmışdım əslində. Sadəcə 2-3 gün gözlədim. Siz dediyiniz kimi, aktivlik çox aşağıdır. İndiki halda əksiklik görmürəm. Əgər böyük miqyasda bir irad olarsa dayandırlmağını dəstəkləyərəm. Bu da əslində mənim şəxsi hazırladığım bir şey deyil. İngilis dilindən Azərbaycam dilinə tərcümə etmişəm :) Mən də prossesin axsamasını istəmirəm. Məncə indiki halda səsvermə davam etməlidir, daha təkmili üçün əlavələr şəklində səsvermə başladıla bilər. Fikirlər fərqli ola bilər. - Dr.Wiki54 (müzakirə) 07:48, 5 iyul 2021 (UTC)[cavabla]
- Şərh: Elə isə belə bir fikrim də var: Əgər bu qaydalar azviki üçün yetərli olmasa və yerli şəxslərlə bağlı ayrı kriteriyalara ehtiyac yaransa, belə halda azviki ümumi müzakirə şəklində yeni kriteriylar qəbul edə və qaydaya əlavə olaraq yerli elm xadimlərinə aid bölmə əlavə edə bilər. Hətta düşünürəm ki, bunu alt-səhifə olaraq yaradıb ayrı səhifədə sırf yerli elm xadimlərinə aid kriteriyalar qəbul edə bilərik. Çünki envikidəki kriteriyalar bizim üçün yetərli deyil. Məsələn, mən məqalə adları ilə bağlı qaydanı haızrlayakən ayrı bir bölmə yaradıb orada xüsusi kriteriyaları qeyd edirəm. Ki, bu təcrübə ruvikidə də var. Və bir çox halda postsovet ölkəsi olaraq ruvikiyə aid kriteriya və yazı tərzindən istifadə etdiyimizə görə tərcüməni də oradan edirəm. Qısacası bu qaydada da əlavələri ruvikidəki qaydaları əsas götürərək edə bilərik. Amma bu sonranın işidir. Hal-hazırda isə səsimi ümumi qaydaların təşkilinə görə verirəm. — Surə 🗯 08:41, 5 iyul 2021 (UTC)[cavabla]
- Müzakirə başlatmışdım əslində. Sadəcə 2-3 gün gözlədim. Siz dediyiniz kimi, aktivlik çox aşağıdır. İndiki halda əksiklik görmürəm. Əgər böyük miqyasda bir irad olarsa dayandırlmağını dəstəkləyərəm. Bu da əslində mənim şəxsi hazırladığım bir şey deyil. İngilis dilindən Azərbaycam dilinə tərcümə etmişəm :) Mən də prossesin axsamasını istəmirəm. Məncə indiki halda səsvermə davam etməlidir, daha təkmili üçün əlavələr şəklində səsvermə başladıla bilər. Fikirlər fərqli ola bilər. - Dr.Wiki54 (müzakirə) 07:48, 5 iyul 2021 (UTC)[cavabla]
- @Dr.Wiki54, Məsələ təltifd (orden, medal) deyil, onsuz da yüksək orden (minimum "Şərəf" ordeni) alan şəxs həmin vaxta qədər kifayət qədər ensiklopedik fəaliyyətlə məşğul olur. Bütün post-sovet ensiklopediyalarında "əməkdar elm xadimi" fəxri adı əsas kriteriyadır. Həmin adamlar haqda kifayət qədər mənbə də olur. Türkcə vikipediya çox zəifdir, məqalələri görürsünüz. Həm də post-sovet ölkəsi olaraq bizim prinsiplərə uzaqdır. — Toghrul R (m) 06:49, 5 iyul 2021 (UTC)[cavabla]
- Əslinə qalsa, mən belə düşünürəm. Fəxri adlar alan minlərlə şəxs var. Əvvəllər türkcə vikipediyada fəaliyyət göstərdiyim zaman, oradakı bir çox qaydalar belə idi: şəxs lap şöhrət ordeni də alsa bu şəxsi birbaşa ensiklopedik etmir. Haqqında yetərli, neytral və dolğun mənbələr və s lazımdır. İndiki halda da hələ ki, sürətli silmə kriteriyaları mövcud olmadığı üçün o punktun əlavəsi yenə qarışıqlığıa səbəb olacaq. Necə ki, bəzi məqalələr var; Filankəs-AMEA-nın mübir üzvü və istinadsızdır. Təbii ki bu mənim şəxsi düşüncələrimdir. @İstifadəçi:Toghrul R - Dr.Wiki54 (müzakirə) 06:39, 5 iyul 2021 (UTC)[cavabla]
- Hər elmi ad alan şəxsin (elmlər namizədi və s) əsəri orada dərc olunursa, bu yenə xaosa səbəb olar @İstifadəçi:Burocan - Dr.Wiki54 (müzakirə) 03:36, 1 iyul 2021 (UTC)[cavabla]
- Şərh: Əgər müzakirə davam edəcəksə, əvvəlki hissədə qeyd etdiyim patent və ixtira məsələsinə də məncə xüsusi yer ayırmaq lazımdır. Çünki patent anlayışının elmi çəkisi olduqca yüksəkdir. Məsələn, ola bilər ki, şəxs dosentdir, 3-4 elmi məqaləsi var, ancaq bir sxemin banisidir, yaxud yeni bir ixtiranın müəllifidir. Bu halda, göstərilən məqam mənbələrlə təsdiqlənirsə, onun ensiklopedikliyi məncə mübahisəsiz olmalıdır. — Burocan (müzakirə) 10:16, 5 iyul 2021 (UTC)[cavabla]
- Cavab: Hörrmətli Burocan bu kimi əlavələr üçün bir müddət sonra yeni müzairə açıb uyğun əlavələri etməyi düşünürəm. Fikrinizlə razıyam. — Surə 🗯 10:21, 5 iyul 2021 (UTC)[cavabla]
- Yenə deyirəm, mənim səhvim və naşılığımdan (təlimat hazırlamaqla bağlı) belə qarışıqlıq yarandı. İndi usə prossesin ləngiməməsi üçün ikinci müzakirəyə ehtiyac yaranır. Həm də mövzu fərqlidir, əslində. Mən ümumi qaydanı işləmişəm. Lap elə müzakirə bitən kimi başlada bilərsiniz hörmətli @İstifadəçi:Sura Shukurlu və@İstifadəçi:Burocan. Bacardığım qədər kömək etməyə hazıram ;) - Dr.Wiki54 (müzakirə) 10:35, 5 iyul 2021 (UTC)[cavabla]
- Dr.Wiki54, bu qaydanı təkmilləşdirməklə kifayət qədər ciddi iş görmüsünüz. Yerdə qalan bir sıra əhəmiyyətli məqamlar da müzakirə yolu ilə həll olunar. — Burocan (müzakirə) 10:39, 5 iyul 2021 (UTC)[cavabla]
- Dr.Wiki54 Qarışıqlıq? Məncə qarışıqlıq yaranmayıb. Zatən dediyim kimi bu kimi mövzuların ertələnməsinin əleyhinəyəm. Çünki əgər siz ümumi qaydaları vikicəmiyyətin xüsusi kriteriyalarla bağlı razılığına qədər ertələsəydiniz, indi əlimizdə ümumiyyətlə heç nə yox idi. :) Hal-hazırda ümumi qaydalarla bağlı səsvermə keçirilir. Yeni kriteriyaların isə tezliklə hazırlanacağına ümidim yoxdu. Hal-hazırda başqa işlərim var. Amma bir müddət sonra böyük müzakirə açıb, hamını bir-bir teq edib müzakirəyə cəlb edəcəm. :D — Surə 🗯 10:41, 5 iyul 2021 (UTC)[cavabla]
- Dr.Wiki54, bu qaydanı təkmilləşdirməklə kifayət qədər ciddi iş görmüsünüz. Yerdə qalan bir sıra əhəmiyyətli məqamlar da müzakirə yolu ilə həll olunar. — Burocan (müzakirə) 10:39, 5 iyul 2021 (UTC)[cavabla]
- Yenə deyirəm, mənim səhvim və naşılığımdan (təlimat hazırlamaqla bağlı) belə qarışıqlıq yarandı. İndi usə prossesin ləngiməməsi üçün ikinci müzakirəyə ehtiyac yaranır. Həm də mövzu fərqlidir, əslində. Mən ümumi qaydanı işləmişəm. Lap elə müzakirə bitən kimi başlada bilərsiniz hörmətli @İstifadəçi:Sura Shukurlu və@İstifadəçi:Burocan. Bacardığım qədər kömək etməyə hazıram ;) - Dr.Wiki54 (müzakirə) 10:35, 5 iyul 2021 (UTC)[cavabla]
- Cavab: Hörrmətli Burocan bu kimi əlavələr üçün bir müddət sonra yeni müzairə açıb uyğun əlavələri etməyi düşünürəm. Fikrinizlə razıyam. — Surə 🗯 10:21, 5 iyul 2021 (UTC)[cavabla]
Yekun nəticə:
- Səs verənlər — 7
- Etibarsız səs sayı — 0
- Etibarlı səs sayı — 7
- Lehinə — 7
- Əleyhinə — 0
- Bitərəf — 0
Qəbul edildi — Turkmen müzakirə 03:27, 15 iyul 2021 (UTC)[cavabla]
Yekunlaşdırma
redaktəY Səsvermənin nəticələri hesablanmış və "Ensiklopedik əhəmiyyətlilik (elm xadimləri)" prinsipi rəsmi olaraq qəbul edilmişdir. — Turkmen müzakirə 03:27, 15 iyul 2021 (UTC)[cavabla]