Vikipediya Sesverme Nezaket2 - Wikipedia
Vikipediyada nəzakətli davranış ilə bağlı səsvermə
redaktəSəsvermə 6 may 2015-ci il (Vikipediya vaxtı ilə saat 09.00) — 21 may 2015-ci il (Vikipediya vaxtı ilə saat 09.00) tarixləri arasında keçirilir.
Dəstək
redaktə- --Baskervill müzakirə 09:36, 6 may 2015 (UTC)
- --Keete 37 (Farid Aliev) (müzakirə) 09:47, 6 may 2015 (UTC)
- --sefer azeri 10:20, 6 may 2015 (UTC)
- Lehinə:--samral müzakirə 11:17, 6 may 2015 (UTC)
- -Rezo (müzakirə) 11:20, 6 may 2015 (UTC)
- --Asparux Xan Bulqar (müzakirə) 13:00, 6 may 2015 (UTC)
- Lehinə:--Serk@nl@nd 13:17, 6 may 2015 (UTC)
- --Araz Yaquboglu (müzakirə) 13:30, 6 may 2015 (UTC)
- --Zaur Turan (1994) (Söhbət) 15:09, 6 may 2015 (UTC)
- --Cavid Ağa (müzakirə) 20:54, 6 may 2015 (UTC)
- --Yusif Sərrac (müzakirə) 21:05, 6 may 2015 (UTC)
- --Sortilegus (müzakirə) 19:40, 14 may 2015 (UTC)
- -- ■ Sultan mesaj 17:19, 18 may 2015 (UTC)
Qarşı
redaktə- Əleyhinə: Bundan sonra istifadəçiləri bloklamaq daha da rahatlaşacaq. --►Cekli829 03:48, 7 may 2015 (UTC)
- Əleyhinə: Bütün Vikipediyalarda vandalizm ilə məşğul olan və istifadəçiləri təhqir edən hər kəs bloklanır. Ancaq hazırda müzakirə edilən bu qayda daha çox “vikipediya iştirakşılarının şərəf və ləyaqətlərini qorunması” haqqındadır, məncə bu düz deyil, AzVikidən başqa digər vikipediyalarda istifadəçilərin şəxsiyyəti ümumiyyətlə məlum deyil. Bloklanma bəndlərini oxuyanda bunlara ciddi qayda demək belə mümkün deyil. İstifadəçilərə qarşı bu qədər inzibatı cəza tədbirləri fikirləşməkdənsə, onlara Vikipediyada heç bir şəxsi fikrə yer olmadığını aşılamaq daha düz olardı. --Melikov Memmed⇒email 04:22, 7 may 2015 (UTC)
- Əleyhinə: Bu qaydanın hər bir bəndini ayrıca müzakirə etməliyik. --Мурад 97 (müzakirə) 09:35, 7 may 2015 (UTC)
- Əleyhinə: Fikrimi şərhlərdə qeyd etmişəm.--Wertuose (müzakirə) 11:54, 7 may 2015 (UTC)
- Əleyhinə: Rəsmi prinsip olmağa hazır görmürəm.-- Pərviz 20:37, 20 may 2015 (UTC)
- Əleyhinə: Bu prinsiplər (təkliflər) hardasa hər hansı müzakirələri, mübahisələri məhdudlaşdıracaq--Namikilisu 20:51, 20 may 2015 (UTC)
Bitərəf
redaktəŞərhlər
redaktəMəncə qayda mətndə əsassız ittihamlar nədir izah edilməlidir. Bəzi istifadəçilər bunu fərqli başa düşürlər. --Мурад 97 (müzakirə) 10:02, 6 may 2015 (UTC)
- Düşünürəm ki, sizin sualınıza sözü gedən qaydaların hazırlanmasında fəal iştirak etmiş İrada xanım cavab verə bilər. --Baskervill müzakirə 10:08, 6 may 2015 (UTC)
Əsassız ittihamlar. Yəni, sübut olmadan istifadəçini günahlandırmaq. Hər hansı fikrin və ya işin sübut göstərmədən ona aid olduğunu iddia etmək. "Mən bilirəm...", "Mən hiss edirəm...", "Məni aldada bilməzsiz..." və bu kimi qeyri-etik ifadələr işlətmək.--İrada (müzakirə) 20:06, 6 may 2015 (UTC)
- Qrşı səs verənlər qaydada göstərilən bəndlərdən hansınınsa ciddi qayda olmadığını göstərsə və bənddə icazə verilməyəm hərəkətlərə "əslində icazə verilməlidir" bildirsə mən həmin bəndi silməyə və ya düzəliş etməyə hazıram (ümumi istifadəçilərin razılığı ilə). --İrada (müzakirə) 05:45, 7 may 2015 (UTC)
- Məsələ çox sadədir, qeyri-etik ifadələr işlədən, istifadəçiləri təhqir edən şəxsəlin yeri Vikipediya deyil. İstifadəçilərin şəxsi fikirləri də Vikipediya üçün qətiyyən maraqlı deyil. Qaydalar bu şəkildə olmalıdır. Hazırda, məsələn, 1-9, 11, 15 bəndlərdə kobudluq etmək, hökmlü, ədalı tonda göstərişlər vermək, istifadəçiləri ələ salmaq, yalan danışmaq və ya kimisə aldatmaq, əsassız ittiham etmək, istifadəçini günahlandırmaq, istifadəçilərə məhəl qoymamaq və s... üçün "Vikipediyada ən ağır cəza" olan blok nəzərdə tutulur, ancaq bunlar sübuta ehtiyac olan anlayışlardır, belə halların həqiqətən olduğunu Vikipediyada kim sübut edəcək? Yaxud, "14. Digər istifadəçilərin mesajlarına düzəlişlər etmək (niyyətindən asılı olmadan)". Məqaləyə aid olmayan istənilən yazını pozmaq olar və ya məsələn, biri Səməd Vurğun məqaləsinin müzakirə səhifəsinə yazıb ki, "Səməd Vurğun çox zəif şair olub", onun şəxsi fikri Vikipediyada maraqlı deyil və bu mənada, onun bu yazısını silmək mənim hüququmdur, buna görə blok veriləcəkmi? Təklif olunan bu qaydalara görə istifadəçiləri olduqca ədalətsiz şəkildə blok etmək olar.--Melikov Memmed⇒email 08:49, 7 may 2015 (UTC)
- Qrşı səs verənlər qaydada göstərilən bəndlərdən hansınınsa ciddi qayda olmadığını göstərsə və bənddə icazə verilməyəm hərəkətlərə "əslində icazə verilməlidir" bildirsə mən həmin bəndi silməyə və ya düzəliş etməyə hazıram (ümumi istifadəçilərin razılığı ilə). --İrada (müzakirə) 05:45, 7 may 2015 (UTC)
Melikov Memmed əgər, siz hesab edirsiniz ki, kobud davranış, hökmlü, ədalı tonda göstərişlər vermək, istifadəçiləri ələ salmaq, yalan danışmaq və ya kimisə aldatmaq, əsassız ittiham etmək, istifadəçini günahlandırmaq, istifadəçilərə məhəl qoymamaq və s... hərəkətlər Vikipediyada cəzasız qalmalıdır və ya buna görə blok etməzdən öncə müzakirə açılmalıdır mən sizinlə razı deyiləm. O zaman Vikipediyada tərbiyyəsizlik baş alıb gedər. Onsuz da göstərilən məhdudiyyətlərə bu günə kimi heç kim, hətta idarəçilər də 100 faiz əməl etmirlər və çox, çox, çox şübhəm var ki, qayda qəbul edildikdən sonra da əməl edəcəklər. Mən qaydanı tərtib edib sizlərin öhtəsinə buraxmağı bir idarəçi kimi özümə borc bildim. Bundan sonrakı vəziyyət sizlərin məsuliyyətindədir. Hörmətlə, --İrada (müzakirə) 10:41, 7 may 2015 (UTC)
- İrada xanım, siz mən burada yazdığım bu qaydasının interpretasiya ilə razımısınız? --Мурад 97 (müzakirə) 09:39, 7 may 2015 (UTC)
Мурад bəy, razıyam və hətta dəyərli məlumata görə sizə təşəkkür edirəm. Amma siz elə bilirsiniz ki, hər bir fəaliyyəti kiçik detallara kimi analiz edib, açıqlayıb qaydaya daxil etsək hamı hər şeyi anlayacaq. Sizi inandırıram ki, belə olmayacaq. İndiki qaydalarda hər şey aydın və sadə yazılmışdır. Mmma yenə də mübahisə yaranır. Biz daha dərin analiz aparsaq aləm qarışar bir-birinə, ona görə də təklif edirəm ki, qaydalar daha sadə və anlaşılan yazılsın. Hörmətlə, --İrada (müzakirə) 10:41, 7 may 2015 (UTC)
- Qaydaların mətni ilə tanış oldum və hesab edirəm ki, bu qaydalar adına və təyinatına uyğun deyil. Digər vikilərdə (en, ru, tr) bu qaydaların məqsədi istifadəçilərə nəzakətli olmağı, müəyyən münaqişəli situasiyalarda davranışı və münaqişəli situasiyaların yaranmasına yol verməməyi başa salmaqdır. Bizdəki qayda isə Vikipediya:Bloklama qaydalarının təyinatına uyğun olan bəndlər ehtiva edir və çox aqressiv, əmranə tonda yazılıb. Qaydaların mətnindən bloklanma ilə bağlı bəndlər çıxarılmalı ("Vikipediya:Bloklama qaydaları"na birləşdirilə bilər) və Vikipediyada etik davranışın nə demək olduğu aydın dildə izah edilməlidir. Hazırda isə istifadəçilərin riayət etməli olduqları tələblər yox, onların hansı fəaliyyətə görə bloklana biləcəkləri, "nəzakətsiz" olmalarının doğuracağı fəsadlar, nəzakətsizliklə rastlaşdıqda atılmalı olan addımlar və s. qeyd olunub. Vikinəzakətin nə olduğunu izah etməmiş onun pozulmasına görə cəzaları göstərmək düzgün deyil. Qaydaların dili də yumşaldılmalı və daha nəzakətli, tövsiyə tərzində yazılmalıdır.--Wertuose (müzakirə) 11:53, 7 may 2015 (UTC)
Qaydalar əsasən ru-vikidən tərcümə olunmuşdur. Əgər siz hesab edirsinizsə qaydalar daha yumuşaq, tövsiyə tərzində yazılmalıdır, o zaman buyurun redaktənizi edin. Mən bacardığımı etdim və hesab edirəm ki, bundan da yumuşaq yazmaq az-vikinin indiki durumunda mümkün deyil. Məndən bu qədər. hamıya uğurlar.--İrada (müzakirə) 12:11, 7 may 2015 (UTC)
Tənqid etmək asandır. Hörmətli qarşı çıxan həmkarlarım! Heç olmasa qaydalardakı razı olmadığınız bəndlərdə kiçicik də olsa düzəlişlər edin. Qoy sizin də zəhmətiniz olsun. Qaydalarda düzəlişlər etmək tənqid etməkdən çox-çox çətindir. Eybi yox bir az da gözləyərəm. Çox istərdim ki, siz də müəyyən dəyişikliklər edəsiniz- mən tənqid edim. Amma deyəsən ürək etmirsiniz :)--İrada (müzakirə) 11:12, 8 may 2015 (UTC)
- İrada xanım, əziyyətinizi qiymətləndirirəm və başqalarının da redaktə etməli olması məsələsində Sizinlə razıyam. Amma, səs vermə zamanı namizəd prinsipin vizual dəyişikliklərdən başqa redaktəsi düzgün hal deyil. Bəlkə də buna görə, səsverməni dayandırılıb, müəyyən vaxt ərzində prinsipin məzmunu ilə razı olmayanların (həmçinin mənim) redaktəsindən sonra yenidən səsverməyə çıxılsa, məncə hamı razı qalar. Hörmətlə, Pərviz 22:07, 20 may 2015 (UTC)