Vikipediya Sesverme Sehife Silme Kriteriyalarinin Quvveden Dusmesi - Wikipedia
Vikipediya Sesverme Sehife Silme Kriteriyalarinin Quvveden Dusmesi - Wikipedia - Haqqında Məlumat
Səsvermə 3 fevral 2022 — 10 fevral 2022-ci il tarixləri arasında keçirilir.
Dəstək
redaktə- Bir neçə gündür Eldaradonun etirazı üzərinə ətrafında müzakirələr gedən məsələni kökündən həll etmək üçün hörmətli Araz Yaquboglu, Azerifactory, Babək Akifoğlu, Baskervill, Drabdullayev17, Eldarado, Eminn, Nicat49, Qolcomaq, Sortilegus, Toghrul R, Turkmen, Wertuose, White Demon, Solavirum, Sura Shukurlu, Burocan, Gabbani, Lavici, Patriot Kor, Verman1, Xeyal və işarələməyi unutduğum bütün digər həmkarlar, sizləri səsverməyə dəvət edirəm! 2021-ci ilin iyul ayında Vikipediya:Sürətli silmə kriteriyaları qəbul olundu. Onun ardından Vikipediya:Səhifə silmə kriteriyaları əsasında, digər təkmil vikilərdəki qaydaya uyğun təkmilləşdirilib hazırlanan Vikipediya:Səhifə silmə qəbul olundu. Hərçənd ki, ruvikidə də eyni praktika olmuş, yeni silmə qaydası qəbul olunanda köhnəsi qüvvədən düşmüşdür, bəzi istifadəçilər azvikidəki bu praktikanın doğru olmadığını iddia etdilər. Buna görə də səsvermə başldılmasının bütün problemlərin aradan qaldıracağını düşünürəm. Təklifim Vikipediya:Səhifə silmə kriteriyaları qaydasının qüvvədən düşməsini rəsmi təsdiqləyərək, səhifə silmə ilə bağlı əsas, rəsmi və tək "əl kitabçamızın" Vikipediya:Səhifə silmə olmasıdır. Mənim səsim Lehinə: - Dr.Wiki54 (müzakirə) 14:15, 3 fevral 2022 (UTC)[cavabla]
- Lehinə: KM-də mövqeyimi detallı bildirmişəm. Səsvermə ilə yeni qayda qəbul olunub, belə olan halda köhnəsi qüvvədən düşüb. İrad və ya təklif var idisə, bunu müzakirələr gedən zaman bildirmək olardı. İstənilən halda kimsə zamanında passivlik və s. səbəbdən müzakirələrdə iştirak eləməyibsə, bu qəbul olunmuş qaydanın legitimliyini sual altına ala bilməz. — Burocan (müzakirə) 14:24, 3 fevral 2022 (UTC)[cavabla]
- Lehinə: yuxarıdakı fikirlərə qatılıram. — Xeyal (müzakirə) 15:46, 3 fevral 2022 (UTC)[cavabla]
- Lehinə: Fikirlərə qatılıram. Lavici mesaj? 15:51, 3 fevral 2022 (UTC)[cavabla]
- Lehinə:— Eminn (müzakirə) 16:09, 3 fevral 2022 (UTC)[cavabla]
- Lehinə: — Toghrul R (m) 16:56, 3 fevral 2022 (UTC)[cavabla]
- Lehinə:— Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 19:02, 3 fevral 2022 (UTC)[cavabla]
Qarşı
redaktəƏleyhinə:, Səhifə silmə kriteriyaları qaydasında müəyyən bölmələr var ki, onlara Sürətli silmə kriteriyaları qaydasında yer verilməyib. Buna görə də mənim fikrim hansı bölmələr yenilənibsə o bölmələri çıxarmalıyıq. Misal üçün Məqalənin silinməsi təklifi, Silinməyə namizəd olan səhifələrdə nəzərə alınmalı məqamlar və Məqalənin silinməyə namizəd olan məqalələr siyahısından çıxarılması başlıqlarına toxunulmayıb. Sürətli silmə kriteriyaları qaydası əsasən Müzakirə edilmədən silinən səhifələr başlığına uyğun gəlir. Belə olan halda ümumi qaydanın qüvvədən düşməsi doğru addım olmayacaqdır. Əgər qeyd elədiyim bütün başlıqlara Sürətli silmə kriteriyaları qaydalarında toxunulsaydı bu qaydanın qüvvədən düşməsinə razı olardım.Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 10:43, 4 fevral 2022 (UTC)[cavabla]
Bitərəf
redaktəŞərhlər
redaktə- Şərh: Eldarado, zəhmət olmasa yazdıqlarımı, təklifimi və qaydaları yenidən oxuyun. Artıq bunu neçənci dəfədir yazıram, bildirirəm. VP:Sürətli silmə kriteriyaları VP:SS deyil. Yuxarıda da yazmışam, təkrarlamamaq üçün copy-paste edirəm "Təklifim Vikipediya:Səhifə silmə kriteriyaları qaydasının qüvvədən düşməsini rəsmi təsdiqləyərək, səhifə silmə ilə bağlı əsas, rəsmi və tək "əl kitabçamızın" Vikipediya:Səhifə silmə olmasıdır." - Dr.Wiki54 (müzakirə)
- Şərh: Dr.Wiki54, haqlısız. Mən VP:SS qaydasını ümumiyyətlə oxumamışam. Gözümdən qaçıb :) Demək olar ki, tam olaraq əhatə edir əvvəlki qaydanı. Bircə bu bənd əlavə olunmayıb. "Silinməyə namizəd səhifələr" səhifəsinə bir gündə maksimum 3 məqalənin silinməsi ilə bağlı təklif vermək olar. 3-dən artıq məqalənin silinməsi haqqında təklif yalnız eyni tipli məqalələr haqqında ümumi qərar qəbul edildikdə mümkündür. Bunu offline və online şəkildə müzakirə edib, səsvermə təşkil edərək əlavə etmişdik qaydalara. Gərək yenidən səsvermə təşkil edək. Vikipediya:Səhifə silmə kriteriyaları qaydalarını isə ümumiyyətlə VP:SNSə təqdim edərək silmək lazımdır ki, çaşqınlıq yaratmasın. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 11:44, 4 fevral 2022 (UTC)[cavabla]
- Eldarado, NƏHAYƏT!! :) Offline müzakirələrin qüvvəsi olmasa da, online müzakirələrin üzərindən xeyli vaxt keçib. VP:SS qəbul olunanda da heç kim etiraz etmədi. O bənd lazımsızdır, hazırki vəziyyətdə elə mürtəce qaydanı qəbul etmək düzgün olmaz. VP:SNS-da heç bir axsama yaranmadı. Əksinə təmizlənmə işləri sürətləndi. Bircə hörmətli idarəçilər operativ olub 14 günü dolan müzakirələri vaxtında yekunlaşdırsa hər şey gözəl olar. Vikipediya:Səhifə silmə kriteriyalarını SNS-yə təqdim etmək düzgün deyil. 3 ilə yaxın bu qaydalara əsasən işləmişik, arxivdə qalmalıdır. - Dr.Wiki54 (müzakirə) 12:47, 4 fevral 2022 (UTC)[cavabla]
- Dr.Wiki54, yanaşmanız maraqlıdır və görünür ki, məsələyə yalnız öz tərəfinizdən yanaşırsız. Gün ərzində çox sayda məqalə təqdim olunduğu zaman bir neçə günə onlarla məqalə yığılır və bu zaman məqaləyə fikir bildirənlərin heç biri tək tək məqalələri yoxlamır. Bir iki istifadəçi nə yazıbsa ona əsasən lehinə və ya əleyhinə yazır. Bu mövzunu dəfələrlə müzakirə etmişik sizin olmadığınız zamanlar. Eyni zamanda yoxlanış və yekunlaşdırma da çətinləşir. Sürətləndirmə hər zaman, hər yerdə çıxış yolu deyil. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 14:12, 4 fevral 2022 (UTC)[cavabla]
- @Eldarado, məncə isə sizin yanaşmanız maraqlıdır və görünür ki, siz yalnız öz tərəfinizdən yanaşırsınız. Bu mürtəce qayda heç bir vikilayihədə yoxdur. Siz elə başdam bir-ikisi belə yazır, digərləri eyni şeyi yazır deyirsiniz. İstər səsvermə istər sns-də. Belə ittihamları doğru hesab etmirəm. SNS-də çox istifadəçi təkrarçılıq olmasın deyə şərhsiz yazır. Onsuz elə sns-də 3-5 nəfər iştirak edir, vəssalam, onlar da eyni istifadəçilərdir. Viki dəyişir inkişaf edir, səsverməylə qayda qəbul olunub. İdarəçilər aktiv olsa, yoxlanış yekunlaşdırma işləri ləngiməz. - Dr.Wiki54 (müzakirə) 17:49, 4 fevral 2022 (UTC)[cavabla]
- Dr.Wiki54, yanaşmanız maraqlıdır və görünür ki, məsələyə yalnız öz tərəfinizdən yanaşırsız. Gün ərzində çox sayda məqalə təqdim olunduğu zaman bir neçə günə onlarla məqalə yığılır və bu zaman məqaləyə fikir bildirənlərin heç biri tək tək məqalələri yoxlamır. Bir iki istifadəçi nə yazıbsa ona əsasən lehinə və ya əleyhinə yazır. Bu mövzunu dəfələrlə müzakirə etmişik sizin olmadığınız zamanlar. Eyni zamanda yoxlanış və yekunlaşdırma da çətinləşir. Sürətləndirmə hər zaman, hər yerdə çıxış yolu deyil. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 14:12, 4 fevral 2022 (UTC)[cavabla]
- Dr.Wiki54, bura azwikidir, digər vikipediyalarda olmaya bilər. Buradakı qaydaları biz, cəmiyyət olaraq qəbul edirik. Bu qərar vikicəmiyyətin qərarı idi təkcə mənim deyil. Bu arada zəhmət olmasa səsvermə müddətinə lazimi düzəlişləri edin. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 11:19, 7 fevral 2022 (UTC)[cavabla]
- Eldarado, vikicəmiyyət yeni qayda qəbul edib. Ona da riayət etməliyik. - Dr.Wiki54 (müzakirə) 11:34, 7 fevral 2022 (UTC)[cavabla]
- Dr.Wiki54, mən vikicəmiyyətin qəbul etdiyi qaydalara riayət etməyək deyə bir fikir irəli sürmədim. Əksinə siz məni mövzulara və qaydalara öz maraqlarıma uyğun yanaşmaqla ittiham edirsiz. Bu cür münaqişəyə meyilli şərhlərlə çıxış etməsəniz çox yaxşı olar. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 11:45, 7 fevral 2022 (UTC)[cavabla]
- @Eldarado, bu nöqtədən sonra sağlam müzakirənin davam edəcəyini düşünmürəm Mən indiyədək heç bir yazımda heç kimə qarşı iddia və ya ittiham irəli sürməmişəm. Əksinə, 5 abzas yuxarıda siz mənə qarşı ittiham irəli sürmüsünüz. Mən iddia və ittihamlar sürmək əvəzinə faktlarla damışmağı sevirəm. Heç bir yazımda münaqişəyə meyil yoxdur. Əksinə vikidə həmişə sağlam müzakirə və xeyirli kompromis tərəfdarı olmuşam. Sizə fəaliyyətinizdə uğurlar! - Dr.Wiki54 (müzakirə) 15:28, 7 fevral 2022 (UTC)[cavabla]
Yekun nəticə:
- Səs verənlər — 7
- Etibarsız səs sayı — 0
- Etibarlı səs sayı — 7
- Lehinə — 7
- Əleyhinə — 0
- Bitərəf — 0
- Qəbul edildi — Turkmen müzakirə 17:10, 10 fevral 2022 (UTC)[cavabla]
Yekunlaşdırma
redaktəSəsvermənin nəticələri hesablanmış və "Vikipediya:Səhifə silmə kriteriyaları" prinsipi rəsmi olaraq qüvvədən düşmüşdür.— Turkmen müzakirə 17:10, 10 fevral 2022 (UTC)[cavabla]