Vikipediya Sesverme Yoxlanilabilerlik - Wikipedia
Vikipediya Sesverme Yoxlanilabilerlik - Wikipedia - Haqqında Məlumat
Səsvermə 10 mart 2021-ci il — 25 mart 2021-ci il (Bakı vaxtı ilə 25 mart saat 22:45-də səsvermə dayandırılacaq) tarixləri arasında keçirilir.
Dəstək
redaktə- Lehinə: --► Hörmətlə: SolaVirum 18:43, 10 mart 2021 (UTC)[cavabla]
- Lehinə: AzVikidə qaydalar barədə boşluqlarımız çoxdur və qaydalardakı boşluqlara sonradan düzəlişlər etmək mümkündür. Bu səbəbdən qaydanın qəbul olunmasını istəyirəm. Səhifədəki fəaliyyətinə görə Solavirum-a təşəkkürlər!— Turkmen müzakirə 18:34, 11 mart 2021 (UTC)[cavabla]
- Lehinə: İlk baxışdan cəlbedici və boşluqları dolduracaq qayda olaraq görsənir. Uğurlar və təşəkkürlər! — Dr.Wiki54 (müzakirə) 19:07, 12 mart 2021 (UTC)[cavabla]
- Lehinə: Yeni qaydaların azvikiyə çox köməyi olacağını düşünürəm. Təşəkkürlər. — Xeyal (müzakirə) 07:53, 13 mart 2021 (UTC)[cavabla]
- Lehinə: — Surə 🗯 12:30, 15 mart 2021 (UTC)[cavabla]
- Lehinə: — NMW03 (müzakirə) 16:05, 15 mart 2021 (UTC)[cavabla]
Qarşı
redaktə- Əleyhinə: Birinci etibarlı mənbələr haqqında qaydanı işləyib qəbul etmək daha yaxşı olardı, çünki çox bağlıdır bu qaydalarla. İkincisi, Azərbaycan dilində olan mənbələrə niyə üstünlük verilməlidir ki? Məsələn, o günləri Axundovda bir kitab almışdım, Yaponiya imperatorları ilə bağlı, min cür səhv var idi orda. Təsəvvür et ki, yaponları az qala türk çıxarıb, Yaponiya adalarının materikdən meteorit toqquşması ilə ayrıldığını deyirdi. Heç yerdə yoxdu belə şeylər. İndi mən Yaponiya imperatorları haqqında hansısa məqalə yazanda ingilisdilli mənbələri atıb bu cür qeyri-dəqiq mənbələrə istinad edim? Bir şeyi etiraf edək ki, bizim mənbələr heç vaxt ingilisdilli mənbələr qədər etibarlı ola bilməz.— 127-ci yapon imperatoru 11:50, 11 mart 2021 (UTC)[cavabla]
- Qismən razıyam sizinlə. Bəzi yerli nəşrlərdə ciddi yanlışlıqlara yol verilir. Ancaq bu halı əcnəbi mənbələrdə də müşahidə etmək olur. Qeyd etdiyiniz spesifik məqam üçün isə müəllif mötərizə içində "onlar daha az keyfiyyət və əhəmiyyətə sahib olmadıqları təqdirdə" əlavəsini verib. Məncə azərbaycandilli mənbələrdən istifadənin təşviqi, ingilisdilli wikipedia-dan mənbə ilə birlikdə "copy-paste"ın qarşısını müəyyən ölçüdə ala, habelə özünəməxsus məzmun istehsalını təşviq edə bilər. — Burocan (müzakirə) 14:43, 11 mart 2021 (UTC)[cavabla]
- @White Demon, azərbaycan dilində ensiklopedik mənbələrə üstünlük verilməlidir, təbii ki, düzdür, niyə? Vikipediyaçı peşəkar tərcüməçi deyil, başqa dildə olan ədəbiyyatı peşəkarcasına azərbaycan dilinə tərcümə edə bilmir, istənilən halda vikipediyaçının tərcüməsi həvəskar səviyyədədir və nöqsanlıdır. Bu gün AzVikidə başqa dillərdən tərcümə olunmuş məqalələrin içində bir dənə belə normal məqalə tapmaq mümkün deyil, baxmayaraq ki, əksəriyyəti seçilmiş statusa malikdir. Normal biri varsa, onu mənə göstərin, həmin məqalənin mətnində n qədər səhv tapım. The Encyclopedia of Shaki (müzakirə) 17:13, 11 mart 2021 (UTC)[cavabla]
- @White Demon, fərqi yoxdur, birinci o işlənsin, ya bu. Eyni məntiqlə, birinci etibarlı mənbələr işlənsəydi onu da qəbul etməməli olardıq. Onsuz da burada açar məsələlər var ki, Vikipediya:Etibarlı mənbələrin rolunu səthi formada özündə daşıyır. Həm də ki, məsələn, "BBC Azərbaycanca"nı "BBC İngiliscə"dən üstün tutmağımız, sözsüz ki, zəruridir. Əsas məqam odur ki, Vikipediya etibarlı mənbələrə əsaslanır və Vikipediyaçı heç bir halda yayımlanmış müstəqil mənbədən daha etibarlı deyil. --► Hörmətlə: SolaVirum 18:23, 11 mart 2021 (UTC)[cavabla]
- The Encyclopedia of Shaki, bizdəki Azərbaycan dilindəki ədəbiyyatın böyük hissəsi guya başqa ədəbiyyatların tərcüməsi deyil ki?) Adicə Yaponiya haqqında bütün Azərbaycandilli ədəbiyyat rus mənbələrinin tərcüməsidir, guya həmin mənbələri yazan peşəkar tərcüməçilərdi ki? Adicə Ryunosuke Akutaqavanın bizim dilindəki kitabına baxdım, yazıçının bir sitatını orijinalla müqayisə etdim, səhv tərcümə etmişdilər. Mən ancaq 2-3 dəfə bizim mənbələr əsasında Yaponiya haqqında məqalə yazmışam (Kociki, Heyan dövrü ədəbiyyatı, Yaponiyada İslam), qalan hallarda heç vaxt bizim mənbələrlə Yaponiya haqqında məqalə yazmağa üstünlük vermirəm, ingilisdilli mənbələr ola-ola. Bizdə Azərbaycan haqqında hansısa mövzuda məqalə yazanda bizim mənbələrə üstünlük vermək yaxşıdır ancaq.— 127-ci yapon imperatoru 03:29, 12 mart 2021 (UTC)[cavabla]
- Bu bir etalondur, bütün vikilərdə belədir. Siz Yaponiya haqqında məqalə hazırlamaq istəyirsinizsə, azərbaycanca təsadüfü mənbəni yox, ensiklopediyanı, professorların, heç olmasa elmlər namizədinin tərtib etdikləri dərslikləri əsas götürün. Hansısa jurnalist ağlına nə gəldi yaza bilər, jurnalist gördüklərini yazanda etibarlı ola bilər, tarixi, coğrafiyanı alimlər yazmalıdır, siz də alimlərin yazdıqlarına istinad etməlisiniz. Wikipediyaçı tərəfindən edilmiş istənilən tərcümə qüsurludur. Yalnız o vaxt qüsurlu olmaz ki, vikipediyaçı öz dilini təmiz bilsin və tərcümə etdiyi mövzu üzrə isə mütəxəssis olsun. Coğrafiyaçı coğrafiyaya aid, həkim tibbə aid və s. Əgər özünüzə arxayınsınızsa, mükəmməl tərcümə etdiyinizi hesab etdiyiniz bir məqaləni mənə göstərin, mən əminəm ki sizin həmin məqalədə n qədər səhv tapmaq mənim üçün çətin olmayacaq. The Encyclopedia of Shaki (müzakirə) 03:51, 12 mart 2021 (UTC)[cavabla]
- The Encyclopedia of Shaki, bizdəki Azərbaycan dilindəki ədəbiyyatın böyük hissəsi guya başqa ədəbiyyatların tərcüməsi deyil ki?) Adicə Yaponiya haqqında bütün Azərbaycandilli ədəbiyyat rus mənbələrinin tərcüməsidir, guya həmin mənbələri yazan peşəkar tərcüməçilərdi ki? Adicə Ryunosuke Akutaqavanın bizim dilindəki kitabına baxdım, yazıçının bir sitatını orijinalla müqayisə etdim, səhv tərcümə etmişdilər. Mən ancaq 2-3 dəfə bizim mənbələr əsasında Yaponiya haqqında məqalə yazmışam (Kociki, Heyan dövrü ədəbiyyatı, Yaponiyada İslam), qalan hallarda heç vaxt bizim mənbələrlə Yaponiya haqqında məqalə yazmağa üstünlük vermirəm, ingilisdilli mənbələr ola-ola. Bizdə Azərbaycan haqqında hansısa mövzuda məqalə yazanda bizim mənbələrə üstünlük vermək yaxşıdır ancaq.— 127-ci yapon imperatoru 03:29, 12 mart 2021 (UTC)[cavabla]
- Qismən razıyam sizinlə. Bəzi yerli nəşrlərdə ciddi yanlışlıqlara yol verilir. Ancaq bu halı əcnəbi mənbələrdə də müşahidə etmək olur. Qeyd etdiyiniz spesifik məqam üçün isə müəllif mötərizə içində "onlar daha az keyfiyyət və əhəmiyyətə sahib olmadıqları təqdirdə" əlavəsini verib. Məncə azərbaycandilli mənbələrdən istifadənin təşviqi, ingilisdilli wikipedia-dan mənbə ilə birlikdə "copy-paste"ın qarşısını müəyyən ölçüdə ala, habelə özünəməxsus məzmun istehsalını təşviq edə bilər. — Burocan (müzakirə) 14:43, 11 mart 2021 (UTC)[cavabla]
- The Encyclopedia of Shaki, Yaponiyada İslam məqaləsindəki səhvlərimi redaktə edin, tarixçələrdəki fərqləri müqayisə edib baxacam səhvlərimə.— 127-ci yapon imperatoru 07:37, 12 mart 2021 (UTC)[cavabla]
- Uzundursa, son yazdıqlarımdan Fumiko Hayaşi, Fumiko Ençi, Minako Oba da olar. Bunları Con Levelin "Modern Japanese Novelists" kitabı əsasında yazmışdım.— 127-ci yapon imperatoru 07:49, 12 mart 2021 (UTC)[cavabla]
- @White Demon, hələlik yalnız birinciyə baxdım, azviki üçün normaldır, amma təbii ki peşəkar tərcümə deyil və mətn normal olsa da kifayət qədər ensiklopedik deyil. Lap birinci cümləni götürək: Yaponiya yazıçısı və şairi. Niyə “Almaniya şairi” yox alman şairi, “Rusiya şairi” yox, rus şairi yazılır, amma “Yaponiya yazıçısı” “yapon yazıçısı” kimi yazılmasın? Nə fərqi var? İkinci cümlə başlayır "48 yaşında ölsə də" ifadəsi ilə. Ensiklopediyaları açın baxın görək harada "ölsə" sözü işlədilib? "48 yaşında vəfat etsə də" daha doğu ola bilərdi, amma təəssüf ki bununla iş bitmir, həmin cümlə tamamilə yendən qurulmalıdır. Nə ensiklopedik dildə, nə ədəbi dilimizdə belə cümlə ola bilməz. Mən belə yazardım: "Cəmi 48 illik qısa həyatı dövründə 278 kitabı çap olunmuşdur ki, bu kitabların hamısı birlikdə 30.000 səhifədən ibarət olub." Amma ədəbiyyatşünaslar bu cümləni heç şübhə etmirəm ki məndən daha yaxşı qura bilərlər. Maraq üçün bir ədəbiyyatşünasa göstərin, görün necə quracaq. Mən yalnız birinci və ikinci cümlə üzərində dayandım. Hər ingilis dili bilən, ingiliscə təhsil alan ABŞ senatında çıxış edə bilmir, senatın dili tamam başqadır. Ensiklopedik mətni də hər bir adam yaza bilməz. The Encyclopedia of Shaki (müzakirə) 08:41, 12 mart 2021 (UTC)[cavabla]
- Uzundursa, son yazdıqlarımdan Fumiko Hayaşi, Fumiko Ençi, Minako Oba da olar. Bunları Con Levelin "Modern Japanese Novelists" kitabı əsasında yazmışdım.— 127-ci yapon imperatoru 07:49, 12 mart 2021 (UTC)[cavabla]
- @The Encyclopedia of Shaki,, Vikipediyada "vəfat etmək", "dünyadan köçmək" kimi evfemizmlər işlənə bilməz. Məsələn, bura baxın, EnViki və TrVikidə də qayda var ki, "ölmək" sözü neytral və dəqiqdir. Ona görə də vəfat etmək kimi ifadələri işlətmirəm. Heyif ki, bu qayda hələki bizim Vikipediya üçün tərcümə olunaraq qəbul edilməyib. Bu arada, 30.000 səhifə sadəcə kitablarının deyil, ümumilikdə bütün işlərinin (kitab, ) səhifə sayıdır.— 127-ci yapon imperatoru 09:09, 12 mart 2021 (UTC)[cavabla]
- @White Demon, türkcədə işlənsə də bizim ensiklopedik dilimizdə ölüb sözü işlənmir, baxın görün hansısa ensiklopediyamızda yazılıbmı ki flankəs ölüb? Yazılsa, yalnız yazıla bilər ki Hitler ölüb. Bizdə bu kobud sözdür. Neytrallığı pozur. “Vəfat edib” etalon kimi qəbul olunub. Azvikidə də info-qutuda “vəfat edib”, “vəfat tarixi,” “vəfat yeri” yazılır. Bunu da nəzərə alın. Və səhifələr çap olunmuş kitablarının sayı deyilsə, cümləni belə iki yerə bölmək olardı: "Cəmi 48 illik qısa həyatı dövründə 278 kitabı çap edilmişdir ki, bunlar onun qələmə aldığı məqalə, esse və s. yazıları ilə birlikdə 30.000 səhifədən ibarətdir." Szin tərcümədə “səhifə yazıb”, “kitab yazıb” ifadələri qeyri-ensiklopedikdir. Kitab yazılmır, kitab çap olunur, ensiklopediyada “kitab yazmaq”, “səhifə yazmaq” ifadələri işlədilmir. Hesab edirəm ki bir cümlə üzərində bu qədər dayanmağa dəyməz. Ziyalılar, alimlər, istedadlı şəxsər Vikipediyaya gəlməlidirlər. Kimi danışdırırsan azvikidən qan töküb qan ağlayır. Sübut kimi sosial şəbəkələrdən sitatlar gətirə bilərəm. Rusların-ermənilərin arasında işləmək daha rahatdır, çem azviki. Siz də bir idarəçisiniz, tədbir görün, niyə biz burada yox, ruvikidə fəaliyyət göstərməliyik? Niyə mən ruvikidə şablon yarada bilirəm, amma burada yox? Niyə ruvikidə 1-ci redaktəmlə məqalə yaradıram, amma burada 500 redəktədən sonra yaratmalı idim, sonuncu qaydanıza görə? The Encyclopedia of Shaki (müzakirə) 11:09, 12 mart 2021 (UTC)[cavabla]
- Mən şəxsən "vəfat" temasına qarşıyam, şablonlarda və kateqoriyalarda yığışdırılmalıdır, bunla bağlı müzakirə açacam. Başa düşürəm ki, kobuddu, amma neytraldır. Çünki evfemizm kiməsə hörmət bildirən ifadələrdi, Vikipediya isə neytral olmalıdır. "Vəfat etdi" ifadəsi neytrallığı pozur. Real ensiklopediyalarda başqa cür ola bilər, düzdü, amma Vikipediyanın da öz prinsipləri var. Türk dilində "vefat" sözü işlənir çox yerdə, amma TrVikidə heç yerdə "vefat" işlənmir. Ya da "pass away" (vəfat etmək) sözü EnVikidə heç yerdə işlənmir, hər yerdə "die" (ölmək) yazılıb. Tema tərcümədən gör hara gəldi :)— 127-ci yapon imperatoru 11:26, 12 mart 2021 (UTC)[cavabla]
Şərhlər
redaktə- Solavirum Azərbaycan dilində "faktçekinq" deyə bir söz yoxdur. Əgər varsa mənbə göstərə və ya səbəbini qeyd edə bilərsinizmi? — Surə 🗯 10:55, 15 mart 2021 (UTC)[cavabla]
- Sura Shukurlu, salam. Yetərincə etibarlı bir mənbədə qeyd olunub məncə. --► Hörmətlə: SolaVirum 12:04, 15 mart 2021 (UTC)[cavabla]
- Solavirum, həmin saytda qeyd olunub ki, "Dərc olunan materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir...", zəhmət olmasa, buna da diqqət yetirin The Encyclopedia of Shaki (müzakirə) 14:09, 19 mart 2021 (UTC)[cavabla]
- burada da var. --► Hörmətlə: SolaVirum 15:50, 19 mart 2021 (UTC)[cavabla]
- dırnaq içərisində yazılması ədəbi dilimizdə belə sözün olmadığını göstərməyə hesablanmayıbmı? - ola bilər ki, buna görə dırnaq içində yazılıb. The Encyclopedia of Shaki (müzakirə) 16:32, 19 mart 2021 (UTC)[cavabla]
- Faktçekinq sözünün qarşısına hər ehtimala qarşı qısa bir qeyd yerləşdirdim.— Turkmen müzakirə 18:45, 25 mart 2021 (UTC)[cavabla]
- dırnaq içərisində yazılması ədəbi dilimizdə belə sözün olmadığını göstərməyə hesablanmayıbmı? - ola bilər ki, buna görə dırnaq içində yazılıb. The Encyclopedia of Shaki (müzakirə) 16:32, 19 mart 2021 (UTC)[cavabla]
- burada da var. --► Hörmətlə: SolaVirum 15:50, 19 mart 2021 (UTC)[cavabla]
- Solavirum, həmin saytda qeyd olunub ki, "Dərc olunan materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir...", zəhmət olmasa, buna da diqqət yetirin The Encyclopedia of Shaki (müzakirə) 14:09, 19 mart 2021 (UTC)[cavabla]
- Sura Shukurlu, salam. Yetərincə etibarlı bir mənbədə qeyd olunub məncə. --► Hörmətlə: SolaVirum 12:04, 15 mart 2021 (UTC)[cavabla]
Yekun nəticə:
- Səs verənlər — 7
- Etibarsız səs sayı — 0
- Etibarlı səs sayı — 7
- Lehinə — 6
- Əleyhinə — 1
- Bitərəf — 0
Qəbul edildi— Turkmen müzakirə 22:46, 25 mart 2020 (UTC)[cavabla]
Yekunlaşdırma
redaktəY Səsvermənin nəticələri hesablanmış və "Yoxlanılabilərlik" qaydaları rəsmi olaraq qəbul edilmişdir.— Turkmen müzakirə 22:46, 25 mart 2020 (UTC)[cavabla]