Vikipediya Secilmis Meqale Laboratoriyasi Arxiv 2010 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
|
Seçilmiş məqalə laboratoriyası arxivində olan məqalələr:
Azərbaycan ədəbiyyatı (son tarix 5 avqust, 2010)
Üzərində işləyənlər
- Məqalə üzərində işləyən istifadəçilərin imzası
Təqdim olundu
- Məqalənin "Seçilmiş məqalə" statusu almağa layiq olduğunu bildirən idarəçinin imzası.
İmtina edildi
- Məqaləni laboratoriyadan çıxaran 2 idarəçinin (ən azı) imzası
- --Sortilegus 18:44, 5 Avqust 2010 (UTC)
- --Ira 12:18, 12 Avqust 2010 (UTC)
Şərhlər
Avestanın Azərbaycan Ədəbiyyatına və ümumiyyətlə azərbaycanlı adlandırdığımız Azərbaycan türklərinə dəxlinin olmasına şübhəli yanaşıram. Avesta irandilli xalqların qədim ədəbiyyat nümunəsidir. Bu səbəbdən bizə dəxli ola bilməz. Əgər Avestanı Azərbaycan ədəbiyyatının nümunəsi sayırıqsa deməli özümüzü irandilli və ya farsdan dönmə hesab edirik. Bu səbəbdən də Avestayla bağlı iddiaların məqalədən çıxarılmasını təklif edirəm Ayrıca bu gün əlimizdə olan Avesta Zərdüştün Avestası deyil, Sasanilər dövründə hazırlanmış Avestadır ki, onun da yalnız Qatlar hissəsinin bəzi (ən qədim vəö mürəkkəb, həmçinin monist) hissələri Midiya maqları və Zərdüştə, dolayısıyla Azərbaycana aid edilir. Ayrıca Azərbaycan (alban) ədəbiyyatının erkən nümayəndəsi və Cavanşirin saray şairi olan Dəvdəklə bağlı bir hissəinin məqaləyə əlavə edilməli olduğunu düşünürəm. --sefer azeri 21:38, 30 İyul 2010 (UTC)
Məqalə ciddi işlənməlidir. Yuxarıdakı bəzi iradlarla razıyam, bəziləri ilə yox. Hər halda, seçilmiş məqalə olması hələ tezdir, məncə.--Sortilegus 17:56, 30 İyul 2010 (UTC)
Bu günə qədər məqalənin müzakirəsində təəccüblüdür heç bir irad və təkliflər yoxdur. Ya yüksək səviəlidir ya da... Məncə belə olmamalıdır.--MrArifnajafov 11:27, 12 Avqust 2010 (UTC)
laboratoriyaya gətiriləndən bu günə qədər məqalədə məndən başqa heş kim ciddi redaktə ilə Məşğul olmadığından, mənim isə ədəbiyyatçı olmadığıma görə məqalənin nə dərəcədə mükəmməl olması barədə qərar verə bilmədiyim üçün onu laboratoriyadan çıxarılmasını istəyirəm.--Ira 12:18, 12 Avqust 2010 (UTC)
Azərbaycan milli geyimləri (son tarix 5 avqust, 2010)
Üzərində işləyənlər
- Məqalə üzərində işləyən istifadəçilərin imzası
--Sortilegus 13:35, 30 İyul 2010 (UTC)
Təqdim olundu
- Məqalənin "Seçilmiş məqalə" statusu almağa layiq olduğunu bildirən idarəçinin imzası.
İmtina edildi
- Məqaləni laboratoriyadan çıxaran 2 idarəçinin (ən azı) imzası
- --Sortilegus 18:44, 5 Avqust 2010 (UTC)
- --Ira 12:18, 12 Avqust 2010 (UTC)
Şərhlər
Ciddi iş getməyib məqalə üzərində. Məncə, seçilmiş məqalə statusu almağa təqdim edilməsi hələ tezdir.--Sortilegus 18:44, 5 Avqust 2010 (UTC)
Bu günə qədər məqalənin müzakirəsində təəccüblüdür heç bir irad və təkliflər yoxdur. Ya yüksək səviəlidir ya da... Məncə belə olmamalıdır.--MrArifnajafov 11:27, 12 Avqust 2010 (UTC)
Üzərində işləyənlər
- Məqalə üzərində işləyən istifadəçilərin imzası
Təqdim olundu
- Məqalənin "Seçilmiş məqalə" statusu almağa layiq olduğunu bildirən idarəçinin imzası.
İmtina edildi
- Məqaləni laboratoriyadan çıxaran 2 idarəçinin (ən azı) imzası
- --Sortilegus 18:44, 5 Avqust 2010 (UTC)
- --Cekli829 17:27, 12 avqust 2010 (Cek vaxtı ilə)
Şərhlər
Ciddi iş getməyib məqalə üzərində. Məncə, seçilmiş məqalə statusu almağa təqdim edilməsi hələ tezdir.--Sortilegus 18:44, 5 Avqust 2010 (UTC)
Ciddi iş aparıldıqdan sonra, yenidən laboratoriyaya qaytarılacaq. Əlimdə kifayət qədər məlumat olsa da bunu indi etməyi lüzum bilmirəm. -- Cekli829 17:28, 12 avqust 2010 (Cek vaxtı ilə)
Azərbaycan kinosu (son tarix 15 avqust, 2010)
Üzərində işləyənlər
- Məqalə üzərində işləyən istifadəçilərin imzası
--Sortilegus 13:35, 30 İyul 2010 (UTC)
Təqdim olundu
- Məqalənin "Seçilmiş məqalə" statusu almağa layiq olduğunu bildirən idarəçinin imzası.
İmtina edildi
- Məqaləni laboratoriyadan çıxaran 2 idarəçinin (ən azı) imzası
--Sortilegus 13:23, 18 Avqust 2010 (UTC)
--Cekli829 10:27, 19 avqust 2010 (Cek vaxtı ilə)
Şərhlər
Məqalə hələ lazımi qədər təkmilləşdirilməyib.--Sortilegus 13:23, 18 Avqust 2010 (UTC)
Cəfər Cabbarlı (son tarix 28 avqust, 2010)
Üzərində işləyənlər
- Məqalə üzərində işləyən istifadəçilərin imzası
--Vüsal Ağayev 03:08, 5 Avqust 2010 (UTC)
Təqdim olundu
- Məqalənin "Seçilmiş məqalə" statusu almağa layiq olduğunu bildirən idarəçinin imzası.
- --Ira 19:27, 24 Avqust 2010 (UTC)
İmtina edildi
- Məqaləni laboratoriyadan çıxaran 2 idarəçinin (ən azı) imzası
Şərhlər
Üzərində işləyənlər
- Məqalə üzərində işləyən istifadəçilərin imzası
--Cekli829 9:34, 18 avqust 2010 (Cek vaxtı ilə)
--Proger danış 07:37, 18 Avqust 2010 (UTC)
Təqdim olundu
- Məqalənin "Seçilmiş məqalə" statusu almağa layiq olduğunu bildirən idarəçinin imzası.
İmtina edildi
- Məqaləni laboratoriyadan çıxaran 2 idarəçinin (ən azı) imzası
Şərhlər
Ağdamın Qarabağ futbol klubunun mövcud şəraitdə Azərbaycan üçün strateji əhəmiyyətini nəzərə alaraq, məqalənin təkmilləşdirilib, seçilmiş məqalə statusu almasını vacib hesab edirəm. -- Cekli829 9:36, 18 avqust 2010 (Cek vaxtı ilə)
Təbiət elmləri (son tarix 12 sentyabr, 2010)
Üzərində işləyənlər
- Məqalə üzərində işləyən istifadəçilərin imzası
--Acategory 18:25, 23 Avqust 2010 (UTC)
Təqdim olundu
- Məqalənin "Seçilmiş məqalə" statusu almağa layiq olduğunu bildirən idarəçinin imzası.
- --Ira 17:51, 11 Sentyabr 2010 (UTC)
- --Cekli829 11:00, 16 sentyabr 2010 (Cek vaxtı ilə)
İmtina edildi
- Məqaləni laboratoriyadan çıxaran 2 idarəçinin (ən azı) imzası
Şərhlər
- Məqalə xüsusi struktur üzrə, bütü uyğun elmi sahələri əhatə etməklə və zövq ilə işlənmişdir. --Ira 17:51, 11 Sentyabr 2010 (UTC)
Qafqaz Albaniyası (son tarix 15 sentyabr, 2010)
Üzərində işləyənlər
- Məqalə üzərində işləyən istifadəçilərin imzası:
--Proger danış 01:02, 15 Avqust 2010 (UTC)
--sefer azeri 14:13, 15 Avqust 2010 (UTC)
Təqdim olundu
- Məqalənin "Seçilmiş məqalə" statusu almağa layiq olduğunu bildirən idarəçinin imzası.
- --Ira 18:01, 23 Avqust 2010 (UTC)
- --MrArifnajafov 09:58, 10 Sentyabr 2010 (UTC)
İmtina edildi
- Məqaləni laboratoriyadan çıxaran 2 idarəçinin (ən azı) imzası
Şərhlər
Xalqımızın tarixinə aid olduğuna görə məqalənin seçilmiş meyarlarına uyğunlaşdırmaqda yardımçı olmaları üçün bütün həmkarlara müraciyətlə. Uğurlar.--MrArifnajafov 00:44, 15 Avqust 2010 (UTC)
- Müraciətə görə təşəkkür edirəm, hörmətli həmkar. Çox düzgün buyurmusunuz. Başqa məqalə üzərində işləsəm də, Qafqaz Albaniyası üçün də nə isə etməyə çalışacam. Bu arada məqalə elə indi də sadəcə mükəmməldir. Çox böyükdür. Demək olar ki, antik dövlətin bütün tərəflərini məqalə götürür. Bu üzdən düşünmürsüz ki, son vaxt bir az qısaldılsa daha məqsədə uyğun olar? Bu məqalə demək olar ki, hazırdır. Həmlarımız Səfər bəy də yaman düşün üstünə. Biz öz gücümüzü başqa məqalələr, daha zəif olanlar üzərində cəmləşdirə bilərik. Hörmətlə. --Proger danış 01:02, 15 Avqust 2010 (UTC)
- Artıq iki aya yaxındır ki, məqalə üzərində işləyirəm və istəyim də Azərbaycan tarixinin ən əhəmiyyətli dövrlərindən birini əhatə edən və bizə min ildən artıq dövlətçilik və zəngin mədəniyyət yadigar qoymuş Qafqaz Albaniyadı haqqında olan məqalənin seçilmiş statusu almasıdır. Alban dövlətinin süqutu dövrü (məqalənin qısaldılması təklif edilən hissə) qarışıq siyasi proseslərlə əhatə edildiyindən daha anlaşıqlı olması üçün az ixtisarlara yol verməyi və birbaşa mənbələrdən sitatlar gətirməyi qət etmiçdim məqaləni hazırlayarkən. Amma müzakirə edərək müəyyən ixtidarlara da yol verə bilərik təbii ki. İki gün idi ki, məqalə üzərində son tamamlama işləri aparırdım və demək olar ki, işləri yekunlaşdırmışdım. Bu arada məqaləni laboratoriyaya təqdim edən MrArifnajafov qardaşımıza da təşəkkür edirəm. --sefer azeri 14:22, 15 Avqust 2010 (UTC)
Məncə Tarixi dövlət şablonunda əvvəlki xəritənin olması daha yaxşıdır. Məndə Azərbaycanın tarixi dövlətlərinin hamısının eyni şəkildə hazırlanmış xəritələri var. Digərləri ilə eyni olması məncə daha yaxşı olar. Həmin xəritədə Albaniyanın erkən yaranma ərazisi və sonrakı dövrlərdə əhatə etdiyi ərazi göstərilib. Progerin şablona qoyduğu xəritədə isə yalnız Albaniyanın III əsrdəki ərazisi göstərilib. Diqqət yetirsəniz artıq seçilmiş məqalə statusu almış Atropatena məqaləsində də tarixi dövlət şablonunda eyni xəritədən istifadə etmişəm. --sefer azeri 12:54, 16 Avqust 2010 (UTC)
- Əlbəttə eyni olması yaxşıdır. Amma bu labüd deyil axı. Dəyişdiyim şəkildə Albaniyanın pik dövründəki xəritədir. Elədir? Bunun nəyi pisdir ki? Sizin dəyişdiyini şəkil isə ingiliscədir və göz-oxşayan deyil. Bəlkə yenə də əvvəlkinə dəyişək? Atropatenada da belə etmək olar. Bu arada bu cür müzakirələri məncə burada yox, müzakirə səhifəsində etsək daha yaxşıdır. Köçürdüm. --Proger danış 07:37, 18 Avqust 2010 (UTC)
Bu məqalənin son tarixini məncə azaltmaq lazımdır. Məqalə mükəmməl vəziyyətdədir. --Proger danış 09:41, 22 Avqust 2010 (UTC)
Tamamilə razıyam. Maksimum qısa müddətdə məqaləni səsverməyə çıxarsaq (təbii ki, başqa təklif və əlavələr yoxdursa) yaxşı olar. Amma mən hər halda istərdim idarəçilərimizdən biri məqaləylə tanış olub fikrini bildirsin. Mövzu Azərbaycan üçün çox əhəmiyyətli və mübahisəli olduğundan tariximizin bu dönəmini daha çox təhrif etməyə səy göstərən bədxah qonşularımızın "ilişə biləcəyi" bir şey olmasını istəmirəm. Ayrıca Albaniyanın Sasanilər dövlətinin tərkibində olduğu dönəmə aid bir xəritə hazırlansa çox yaxşı olar. Albaniyanın ərazi bu [1]xəritədə olduğu kimidir. Sadəcə həmin ərazini Sasanilər imperiyasının [2] xəritəsinin tərkibində göstərmək lazımdır. Bunu edə biləcək istifadəçimiz var? --sefer azeri 14:22, 15 Avqust 2010 (UTC)
Buyurun, baxın. Əgər xoşunuza gəlirsə orijinaldakını da dəyişəcəm. İşdir birdən tərs damarları tutsa, qaytarsalar burada da analoqu var. İstifadə edə bilərsiniz. Ancaq əvvəl fikrinizi bildirin ki, mən də bilim orijinalı yeniləyim ya yox (Commonsda olanı nəzərdə tuturam). --Proger danış 18:53, 24 Avqust 2010 (UTC)
Bir sıra qırmızı rənglər göyərdilsə pis olmazdı.--MrArifnajafov 19:29, 24 Avqust 2010 (UTC)
Çoxlu texniki problem var məqalədə. Təkcə "qırmızı keçid" problemi deyil. Ən əsas problem mənbələrlə bağlıdır.--Sortilegus 20:21, 24 Avqust 2010 (UTC)
- Düzəldin və ya hansısa sitat, cümlələr sizə şübhəlidirsə mənbə şablonunu qoyun. Əgər mənbələr şübhəlidirsə, neytrallıq şablonunu qoyun. Bizdə baxaq görək nə olan şeylərdir... --Proger danış 20:43, 24 Avqust 2010 (UTC)
- Düzdür iradlar konkret göstərilməlidir ki, üzərində işləyənlər onları aradan qalıra bilsinlər. --MrArifnajafov 08:23, 25 Avqust 2010 (UTC)
- Bu xəritə çox böyükdür və nəyin nəzərdə tutulduğu anlaşılmır məncə. Xəritədə yalnız Sasanilər imperiyası və onun da tərkibində Albaniya (sərhədləri göstərilməklə) verilərsə daha yaxşı olar məncə. Bu xəritədə heç Albaniyanın sərhədləri də göstərilməyib.
- Əsas problem mənbələrlədi deyərkən konkret nə nəzərdə tutulur, mənbələri mən göstərmişəm hansı mənbəylə bağlı problem varsa aydınlaşdıra bilərəm.--sefer azeri 18:32, 25 Avqust 2010 (UTC)
Bununla bağlı mən bizim burdakı istifadəçilərdən birinin müzakirə səhifəsinə ismarıc yazmışam. O ismarıcı bura köçürürəm ki, nə demək istədiyim aydın olsun. → "...Məqalələrə mənbələr əlavə edəndə bunu konkretləşdirin. Yəni məlumatın hansı kitabdan götürüldüyü ilə yanaşı, kitabın çap olunduğu nəşriyyatın adını və məlumatın yer aldığı səhifəni dəqiq göstərin. Yəni bu formada yox → H.Əzimov Ş.Əhmədov Qax abidələri Bakı 1998, məsələn, belə → H.Əzimov, Ş.Əhmədov. Qax abidələri. Bakı: Gənclik, 1998, səh. 54-55." Hörmətlə:--Sortilegus 11:19, 26 Avqust 2010 (UTC)
Baş üstə, bunu mən həll edərəm, amma indi Azərbaycanda olmasığımdan kitablarım yanımda deyil. Bakıya qayıdan kimi mənbələri dəqiqləşdirərəm, amma mən Kalankatlının (eləcə də digər erməni dilli mənbələrin) əlyazmasından istifadə etmişəm, onu necə göstərim, axı əlyazma nəşr olunmayıb. Amma dəqiq şəkildə məlumatın əsərin hansı fəslində olduğunu göstərmişəm, bu məlumat isə nəşr olunmuş versiyalar ilə üst-üstə düşür. --sefer azeri 17:12, 27 Avqust 2010 (UTC)
Əlyazmalar, sənədlərlə bağlı mənbəyə onlar harda saxlanılır, nömrəsi və s. bu kimi məlumatlar daxil edilməlidir. İrəvan məqaləsinin "Mənbə" hissəsində var, təxminən necə olmalıdır.--Sortilegus 17:21, 27 Avqust 2010 (UTC)
Səfər, belə bir xəritə deyirdin? --Proger danış 10:43, 3 Sentyabr 2010 (UTC)
Bəli, xəritə çox əla alınıb. Əllərinə sağlıq. Amma Azərbaycan dilində olsa lap yaxşı olardı. Ancaq bu versiyanı da commonsa yükləmək lazımdır ki, başqa dillərdə olan vikilərdə istifadə edilsin. Bir daha təşəkkür edirəm. --sefer azeri 15:15, 03 Sentyabr 2010 (UTC)
- Dəyməz əşi :). Lazım olanda müraciət et. Bütün xəritə almancadır. Ümumiyə hesablanıb deyə bu fikirdən vaz keçdim. Orijinalı commonsa endirmişəm :). --Proger danış 19:49, 9 Sentyabr 2010 (UTC)
- Hörmətli Proger imkan və vaxtın varsa xəritəni Ermənistan görsənəcək kimi düzəldə bilərsən? Bu az da olsa ermənilərin iddialarına qarşı yaxşı sübutdur. Mənbəyi bizə aid olmayan bir xəritə olmağıda lap yerinə düşür. Bunu məncə orjinal xəritədən kəsilərək düzəldildiyini bildirərək Commonsa yükləmək olar.--Bakuemil 12:12, 3 Sentyabr 2010 (UTC)
Bu gün təsadüfən gördüm: xəritədə [3] Mingəçevir dənizi göstərilib. Bildiyim qədər o dövrdə bu dəniz yox idi :) --Ira 17:46, 9 Sentyabr 2010 (UTC)
- Aydınlaşdırım. Bu hazırki dünya (fiziki) xəritə əsasında hazırlanıb. Sadəcə sərhədlər və rənglər verilib. O üzdən bütün göllər, çaylar, dənizlər və hətta dağlar müasirdir :). Bu arada Siz Minqəçevir su anbarına dəniz deyirsiniz? :P --Proger danış 19:36, 9 Sentyabr 2010 (UTC)
Hörmətli Proger mən o xəritəyə baxıb hələ Ermənistanı gördüyüm üçün xoşuma gəldi. Orjinalda Albanıyanın xaricində, Şərqi Romanın daxilində olmağı çox açıq aydın görsənir. Kəsib düzəltdiyin xəritəyə məncə heç nə deyə bilməzlər. Orjinalı qəbul edən bunu da qəbul eləmək məcburiyətindədir. Yorulmayasız. --Bakuemil 07:00, 10 Sentyabr 2010 (UTC)
Minqəçevir su anbarını nəzərdə tuturam. Mingəçevirlilər ona dəniz dedikləri üçün mən də belə deməyi daha doğru hesab edirəm. Amma məsələ bunda deyil, dediyim odur ki, xəritədə onun göstərilməsini düzgün hesab etmirəm. Amma hər halda məsləhət sizindir...--Ira 09:51, 11 Sentyabr 2010 (UTC)
- Xəritənin müəllifi mən deyiləm. Mən sadəcə modifikasiya etmişəm. Müəlliflər də hazırki fiziki xəritə üzərində qurublar. Əgər onu silsəm müasir landşaftı da gərək dəyişəm. --Proger danış 11:15, 11 Sentyabr 2010 (UTC)
- Belə bir təklif edərdim ki, ilkin mənbə göstərilməklə xəritənin müasir fiziki xəritə üzərində hazırlanmış olması etiket kimi qeyd edilsin ki, sonra bunu qonşularımız tutub zurna çalmasınlar. Hörmətlə--MrArifnajafov 12:16, 11 Sentyabr 2010 (UTC)
İradlar
- Yevgeni Krupnov,Anatoli Novoseltsev və s kimi müəllif keçidləri göyərdilsə pis olmazdı
--MrArifnajafov 08:29, 25 Avqust 2010 (UTC)
Novoseltsev haqqında burda [[4]] məqalə var. Rus dilində bilən yoldaşlar həmin məqalədən istifadə edərək bizdə də bir məqalə yaratsalar yaxşı olar. --sefer azeri 18:32, 25 Avqust 2010 (UTC)
Rusdilli vikipediyada yoxdur. Amma o adda tarixçi var. Şimali Qafqazın tarixini araşdırıb. İnquşetiyada "Krupnov oxuları" tədbiri də keçirilir. [5] İnternetdə "eşələnmək" lazımdır. Daxili keçidlə bağlı problem olanda, keçidi ləğv etmək də olar, müəyyən müddətə.--Sortilegus 17:53, 27 Avqust 2010 (UTC)
Mehriban Əliyeva (son tarix 26 sentyabr, 2010)
Üzərində işləyənlər
- Məqalə üzərində işləyən istifadəçilərin imzası
--Cekli829 16:41, 26 avqust 2010 (Cek vaxtı ilə)
Təqdim olundu
- Məqalənin "Seçilmiş məqalə" statusu almağa layiq olduğunu bildirən idarəçinin imzası.
İmtina edildi
- Məqaləni laboratoriyadan çıxaran 2 idarəçinin (ən azı) imzası
- --Sortilegus 19:40, 29 Sentyabr 2010 (UTC)
- --Vago 06:06, 30 Sentyabr 2010 (UTC)
Şərhlər
Fikrimcə Mehriban Əliyeva məqaləsini seçilmiş məqalə səviyyəsinə çatdırmaq bizim üçün elə də çətin olmaz. Hər halda bunun üçün kifayət qədər material mövcuddur. -- Cekli829 16:41, 26 avqust 2010 (Cek vaxtı ilə)
Vay dədə... --Proger danış 13:12, 26 Avqust 2010 (UTC)
Birinci ledimizin doğum gününə hədiyyə eləmək istəyirik?:)sefer azeri 17:07 27 Avqust 2010 (UTC)
Bəlkə də... -- Cekli829 17:18, 27 avqust 2010 (Cek vaxtı ilə)
Məqalə üzərində hələ xeyli iş getməlidir ki, seçilmiş məqalə şərtlərinə cavab versin. --Sortilegus 19:41, 29 Sentyabr 2010 (UTC)
- Fikrinizə şərikəm. --Vago 06:06, 30 Sentyabr 2010 (UTC)
FİFA Dünya Kuboku 2010 (son tarix 3 oktyabr, 2010)
Üzərində işləyənlər
- Məqalə üzərində işləyən istifadəçilərin imzası
--Cekli829 14:10, 3 sentyabr 2010 (Cek vaxtı ilə)
Təqdim olundu
- Məqalənin "Seçilmiş məqalə" statusu almağa layiq olduğunu bildirən idarəçinin imzası.
İmtina edildi
- Məqaləni laboratoriyadan çıxaran 2 idarəçinin (ən azı) imzası
- --Sortilegus 18:06, 4 Oktyabr 2010 (UTC)
- --Wertuose 08:07, 6 Oktyabr 2010 (UTC)
Şərhlər
Məqalə çox yaxşıdır, amma çempionatın rəsmi himni haqqında informasiya yoxdur. Çalışıb Time for Africa mahnısı haqqında ayrıca məqalə yaratmaq və çempionat haqqında olan məqalədə də bu haqqda məlumat vermək lazımdır. --sefer azeri 15:18 03 Sentyabr 2010 (UTC)
Məqalənin dili bərbad gündədir. Məncə onu laboratoriyaya daxil etmək hələ tez idi. Amma oktyabrın 3-nə qədər bəlkə bütün problemlər aradan qaldırıldı. Ona görə hələ qəti mövqe bildirmirəm. Hər halda vaxt çoxdur.--Sortilegus 15:14, 5 Sentyabr 2010 (UTC)
- Bu məqalənin müəyyən hissələri deyəsən Dilmanc vasitəsilə tərcümə olunub. Qaydalara görə isə bu yolla tərcümə olunan mətnlər silinməlidir, Seçilmiş məqalə adına namizədliyini verməzdən əvvəl məqalədəki bu çatışmazlıqları aradan qaldırmaq pis olmazdı. Wertuose 08:07, 6 Oktyabr 2010 (UTC)
Azərbaycan şifahi xalq ədəbiyyatı (son tarix 10 noyabr, 2010)
Üzərində işləyənlər
- Məqalə üzərində işləyən istifadəçilərin imzası
Təqdim olundu
- Məqalənin "Seçilmiş məqalə" statusu almağa layiq olduğunu bildirən istifadəçinin imzası.
İmtina edildi
- Məqaləni laboratoriyadan çıxaran 3 istifadəçinin imzası
- --Cekli829 13:36, 6 oktyabr 2010 (Cek vaxtı ilə)
- --Sortilegus 19:44, 6 Oktyabr 2010 (UTC)
- --MrArifnajafov 22:29, 6 Oktyabr 2010 (UTC)
Şərhlər
Məqalə çox kasaddır. Elmi yanaşma ümumiyyətlə yoxdur. İndiki halından ən azı 3 dəfə daha geniş olmalıdır ki, Seçilmiş məqalə statusuna layiq olsun. Wertuose 08:02, 6 Oktyabr 2010 (UTC)
- Bu məqaləni Rovshan.95 (müzakirə • töhfələr • statistikalar) əlavə edib. Onun Vikipediyaya töhfəsinin sayı 1000-dən azdır. Qaydalara uyğun olaraq çıxarılmalıdır. --Vago 08:24, 6 Oktyabr 2010 (UTC)
Ən azından nu məqalə redaktə edilib, daha da təkmilləşdirilməlidir! İstifadəçi: Rovshan.95
- Təbii ki...--Vago 13:44, 6 Oktyabr 2010 (UTC)
Həmçinin bu məqaləni mən bura Cekli829 istifadəçisinin məsləhəti ilə yerləşdirmişəm indi isə o bundan imtina edir . İstifadəçi: Rovshan.95
- Burada hətta səsvermə zamanı da, səsvermə bitməyibsə, səsini dəyişmək imkanın var. Nə qədər imkanınız var redaktələri edin, mən də çalışacağam Sizə dəstək olum.--Vago 13:54, 6 Oktyabr 2010 (UTC)
- Wertuoseun fikri ilə tamamilə razıyam. --sefer azeri 19:13, 6 Oktyabr 2010 (UTC)
- Wertuoseun sözü ilə mən razılaşıram ki, seçilmiş məqalə statusu verilməsin amma redaktə edilərək daha yaxşı vəziyyətə gətirilsin İstifadəçi: Rovshan.95 19:17, 6 oktyabr 2010 (UTC)
- Wertuoseun fikri ilə tamamilə razıyam. --sefer azeri 19:13, 6 Oktyabr 2010 (UTC)
İstifadəçi 1000 redaktə limitini yerinə yetirməyib, ona görə də gərək məqalə idarəçilər tərəfindən dərhal çıxarılardı laboratoriyadan. Bu qədər şərh yazmağa ehtiyac yox idi. Bir də seçilmiş məqalə laboratoriyasının nədən ötrü yaradıldığını deyəsən yaxşı izah edə bilməmişik. Laboratoriyaya daxil edilən məqalə artıq seçilmiş məqalə şərtlərinə cavab verməlidir. Burda məqalənin yalnız cüzi əyər-əskiyi müəyyən edilməli, düzəldilməli və o seçilmiş məqalə namizədi statusu almalıdır (və ya bu statusun verilməsindən imtina edilməlidir). Yoxsa ki, mən istəyirəm filan 3-5 cümləlik məqalə seçilmiş məqalə olsun, onu bura daxil edirəm və gözləyirəm ki, istifadəçilər onu zənginləşdirəcək - bu düzgün deyil. İstifadəçi özü məqaləni zənginləşdirib onu seçilmiş məqalə şərtlərinə cavab verən bir səviyyəyə çatdırmalı, sonra laboratoroyaya daxil etməlidir. --Sortilegus 19:41, 6 Oktyabr 2010 (UTC)
- Sortilegusun fikirinə şərikəm. Qoy həmkarımız İstifadəçi: Rovshan.95 bu fikirləri ona qarşı yönəlmiş bir hərəkət kimi qəbul etməsin. Hər bir istifadəçinin azviki üçün gördüyü iş, qoymuş olduğu kərpic hər birimiz üçün qiymətlidir. Amma hər bir kəsin vikinin qaydalarına uyğun fəaliyyət göstərməsi vacibdir. Bu qaydalar ona görə qəbul edilməmişdir ki, rezin kimi uzadılsın. Hörmətlə--MrArifnajafov 12:52, 7 Oktyabr 2010 (UTC)
- İstifadəçi:Rovshan.95in 4 aya yaxın bir müddətdir müntəzəm surətdə öz vaxtını Vikipediyaya fayda vermək üçün sərf edir. Bu, məndə belə təəssürat yaradır ki, onun özü də Vikipediya qaydalarının pozulmasını istəməz və kimdənsə inciməsi haqında söhbət gedə bilməz. --Vago 13:05, 7 Oktyabr 2010 (UTC)
Əsas problem Rovshan.95in 1000-dən az redaktə etməsindədir. Amma mən bunun qaydalara zidd olmasına baxmayaraq Rovshan.95i dəstəkləyirəm. Və onun laboratoriyaya məqalə təqdim etməsinin əleyhinə deyiləm. Amma bu məqaləni fikrimcə 5 noyabradək qaydaya salmaq mümkün olmayacaq. --Cekli829 18:16, 7 oktyabr 2010 (Cek vaxtı ilə)
- Keçəl Həsən ya da Həsən keçəl. Cekli829: "Amma bu məqaləni fikrimcə 5 noyabradək qaydaya salmaq mümkün olmayacaq." bu o deməkdir ki, məqalə tələsik və qaydalara uyğun olmayaraq təqdim edilmişdir. Məncə artıq şərhləri bitirib, arxivləşdirmək lazımdır.--MrArifnajafov 14:46, 7 Oktyabr 2010 (UTC)
II Yelizaveta (son tarix 24 oktyabr, 2010)
Üzərində işləyənlər
- Məqalə üzərində işləyən istifadəçilərin imzası
- --Acategory 13:16, 4 Oktyabr 2010 (UTC)
Təqdim olundu
- Məqalənin "Seçilmiş məqalə" statusu almağa layiq olduğunu bildirən istifadəçinin imzası.
- --Cekli829 12:22, 11 oktyabr 2010 (Cek vaxtı ilə)
- --MrArifnajafov 22:23, 12 Oktyabr 2010 (UTC)
- --Sortilegus 18:24, 23 Oktyabr 2010 (UTC)
İmtina edildi
- Məqaləni laboratoriyadan çıxaran 3 istifadəçinin (ən azı) imzası
Şərhlər
Məqalənin mətnində ingiliscə yazılar var. Bəzi hallarda tərcümə ürəkaçan deyil. Amma ümumi görünüşü və stili yaxşıdır. Wertuose 07:58, 6 Oktyabr 2010 (UTC)
- Məqalənin içində şəkillərin yerləşdirilməsi məqaləni daha gözəl göstərər məncə. Acategorynin icazəsi ilə (məqalənin əziyyətini o çəkib :)) bunu mən etmək istərdim. --sefer azeri 19:18, 6 Oktyabr 2010 (UTC)
Hörmətli sefer azeri gəlin bu işi birlikdə görək. Məqalədə istifadə edilməsi mümkün olan bütün şəkilləri onun fotoqalereya hissəsinə yığılıb. Ancaq təəsüf ki, bəzilərini açmaq mümkün olmur. İndi vikidostlarımızla onu həll etməyə çalışırıq. Sonradan hər birimiz öz foto yerləşdirmək planımızı tərtib edək və məsləhətləşərək ortaq plan hazırlayaq. Söz verirəm ki, Sizin mövqe maksimum nəzərə alınacaq. Hörmətlə --Acategory 18:19, 6 Oktyabr 2010 (UTC)
- Vikipediyanın ən zəngin məqalələrindən biridir. Dil qüsurları və tərcümə xətaları cüzidir. Onları mən də aradan qaldırmağa çalışacam. 1-2 qeydim var: 1. Məqalə şəkillərlə çox yüklənib. Mümkün qədər sayını azaltmaq lazımdır. 2. İstinadlar siyahısı uzundur, səhifənin görkəmini korlayır. İstinadları yığılıb-açılan etmək lazımdır. Məqaləni oxuyan 10 nəfərdən ən uzağı 2-3-ü istinad mənbələri ilə maraqlana bilər. Onlar da aşağıdan "İstinadlar" bölməsində "göstər" düyməsinə basıb siyahını oxuya biləcəklər. --Sortilegus 16:19, 9 Oktyabr 2010 (UTC)
Sortilegusə verdiyi qiymətə görə təşəkkür edirəm. İradlarla razıyam. Şəkillər ona görə çox yüklənib ki, seçim imkanı çox olsun və məqalənin o biri dil variantlarından effektli şəkilləri ilə fərqlənsin. Məqaləyə şəkillər yerləşdirilən kimi fotoqalereyada olanların çoxusu silinəcək. "İstinadlar" bölməsinin "göstər" formasına gəldikdə isə, mən o texnologiyanı bilmirəm. Bəlkə dostlardan kimsə onu edib bizə kömək edərdi?--Acategory 19:30, 9 Oktyabr 2010 (UTC)
Özgə ömür (film, 1987) (son tarix 8 oktyabr, 2010)
Üzərində işləyənlər
- Məqalə üzərində işləyən istifadəçilərin imzası
- --Cekli829 16:03, 18 sentyabr 2010 (Cek vaxtı ilə)
- --Vüsal Ağayev 06:14, 19 Sentyabr 2010 (UTC)
Təqdim olundu
- Məqalənin "Seçilmiş məqalə" statusu almağa layiq olduğunu bildirən istifadəçinin imzası.
İmtina edildi
- Məqaləni laboratoriyadan çıxaran 3 istifadəçinin (ən azı) imzası
Şərhlər
Vikipediyamız filmlər haqqında məqalələrlə zəngindir. Artıq bu məqalələri seçilmiş məqalə səviyyəsinə qədər yüksəltməyin vaxtı gəlib çatıb. --Cekli829 16:03, 18 sentyabr 2010 (Cek vaxtı ilə)
Bəxtiyar (film, 1955) (son tarix 8 oktyabr, 2010)
Üzərində işləyənlər
- Məqalə üzərində işləyən istifadəçilərin imzası
- --Cekli829 18:07, 18 sentyabr 2010 (Cek vaxtı ilə)
- --Sortilegus 13:32, 18 Sentyabr 2010 (UTC)
- --Vüsal Ağayev 06:14, 19 Sentyabr 2010 (UTC)
Təqdim olundu
- Məqalənin "Seçilmiş məqalə" statusu almağa layiq olduğunu bildirən istifadəçinin imzası.
- --Irada 08:06, 15 noyabr 2010 (UTC)
- --Cekli829 12:31, 18 noyabr 2010 (Cek vaxtı ilə)
İmtina edildi
- Məqaləni laboratoriyadan çıxaran 3 istifadəçinin (ən azı) imzası
Şərhlər
Otto fon Bismark (son tarix 23 noyabr, 2010)
Üzərində işləyənlər
- Məqalə üzərində işləyən istifadəçilərin imzası
Təqdim olundu
- Məqalənin "Seçilmiş məqalə" statusu almağa layiq olduğunu bildirən istifadəçinin imzası.
İmtina edildi
- Məqaləni laboratoriyadan çıxaran 3 istifadəçinin (ən azı) imzası
Şərhlər
- Məqalə çox xoşuma gəldi. --Irada 08:06, 15 noyabr 2010 (UTC)
Möminə Xatun Türbəsi (son tarix 23 noyabr, 2010)
Üzərində işləyənlər
- Məqalə üzərində işləyən istifadəçilərin imzası
- --sefer 19:25, 25 Oktyabr 2010 (UTC)
Təqdim olundu
- Məqalənin "Seçilmiş məqalə" statusu almağa layiq olduğunu bildirən istifadəçinin imzası.
İmtina edildi
- Məqaləni laboratoriyadan çıxaran 3 istifadəçinin (ən azı) imzası
Şərhlər
- Türbə haqqında geniş məlumat verilmişdir. Azərbaycan tarixi və mədəniyyətini tərənnüm edən abidənin seçilmiş məqalə statusu alması məqsədəuyğundur.--Irada 08:06, 15 noyabr 2010 (UTC)
Yaşar Nuri (son tarix 28 avqust, 2010)
Üzərində işləyənlər
- Məqalə üzərində işləyən istifadəçilərin imzası
- --Vüsal Ağayev 03:08, 5 Avqust 2010 (UTC)
Təqdim olundu
- Məqalənin "Seçilmiş məqalə" statusu almağa layiq olduğunu bildirən idarəçinin imzası.
- --Irada 08:06, 15 noyabr 2010 (UTC)
- --Cekli829 9:37, 26 noyabr 2010 (Cek vaxtı ilə)
İmtina edildi
- Məqaləni laboratoriyadan çıxaran 2 idarəçinin (ən azı) imzası
#--Sortilegus 14:06, 2 Sentyabr 2010 (UTC)
Şərhlər
Məqalə Ensiklopediya yox, qəzet məqaləsi stilində işlənib.Ciddi redaktə olunmalıdır. Bu formada seçilmiş məqalə statusunun verilməsinin əleyhinəyəm.--Acategory 18:21, 1 Avqust 2010 (UTC)
- Məqalənin (xüsusilə mətninin) müəyyən redaktələrə ehtiyacı var.--Sortilegus 14:06, 2 Sentyabr 2010 (UTC)
- Məqalənin məzmunu mövzu ilə əlaqədar geniş araşdırma aparıldığından xəbər verir. --Irada 08:06, 15 noyabr 2010 (UTC)
- Səsimi geri götürürəm. Məqalə seçilmiş məqalə namizədliyinə təqdim olunur.--Sortilegus 17:09, 27 noyabr 2010 (UTC)
Üzərində işləyənlər
- Məqalə üzərində işləyən istifadəçilərin imzası
Təqdim olundu
- Məqalənin "Seçilmiş məqalə" statusu almağa layiq olduğunu bildirən istifadəçinin imzası.
- --MrArifnajafov 10:38, 3 noyabr 2010 (UTC)
- --Sortilegus 17:06, 27 noyabr 2010 (UTC)
- --Cekli829 8:55, 29 noyabr 2010 (Cek vaxtı ilə)
İmtina edildi
- Məqaləni laboratoriyadan çıxaran 3 istifadəçinin (ən azı) imzası
Şərhlər
Şarl de Koster (son tarix 5 dekabr, 2010)
Üzərində işləyənlər
- Məqalə üzərində işləyən istifadəçilərin imzası
Təqdim olundu
- Məqalənin "Seçilmiş məqalə" statusu almağa layiq olduğunu bildirən istifadəçinin imzası.
- --Robert Langdon 15:41, 4 noyabr 2010 (UTC)
- --Rashad-95 16:50, 4 noyabr 2010 (UTC)
- --Irada 16:43, 11 dekabr 2010 (UTC)
- --Cekli829 9:57, 13 dekabr 2010 (Cek vaxtı ilə)
İmtina edildi
- Məqaləni laboratoriyadan çıxaran 3 istifadəçinin (ən azı) imzası
Şərhlər
Bu məqalənin lehinə səs verirəm. Amma bir qədər də təkmilləşdirilməsi və ədəbiyyat siyahısının artırılması lazımdır. --Cekli829 9:57, 13 dekabr 2010 (Cek vaxtı ilə)
Frans Kafka (son tarix 19 dekabr, 2010)
Üzərində işləyənlər
- Məqalə üzərində işləyən istifadəçilərin imzası
Təqdim olundu
- Məqalənin "Seçilmiş məqalə" statusu almağa layiq olduğunu bildirən istifadəçinin imzası.
İmtina edildi
- Məqaləni laboratoriyadan çıxaran 3 istifadəçinin (ən azı) imzası
Şərhlər
Mircəfər Bağırov (son tarix 29 dekabr, 2010)
Üzərində işləyənlər
- Məqalə üzərində işləyən istifadəçilərin imzası
- --Cekli829 16:17, 29 noyabr 2010 (Cek vaxtı ilə)
- --Bakuemil 07:01, 2 dekabr 2010 (UTC)
Təqdim olundu
- Məqalənin "Seçilmiş məqalə" statusu almağa layiq olduğunu bildirən istifadəçinin imzası.
- --Irada 16:43, 11 dekabr 2010 (UTC)
- --Cekli829 16:32, 22 dekabr 2010 (Cek vaxtı ilə)
- --Bakuemil 11:39, 27 dekabr 2010 (UTC)
İmtina edildi
- Məqaləni laboratoriyadan çıxaran 3 istifadəçinin (ən azı) imzası
- --Sortilegus 18:24, 27 dekabr 2010 (UTC)
- --Amon-Ra999 11:03, 29 dekabr 2010 (UTC)
- --Robert Langdon 12:34, 29 dekabr 2010 (UTC)
Şərhlər
İmkan varsa idarəçilər və digər fəal istifadəçilər məqaləyə bir az siz də göz gəzdirin. Bizim görmədiyimiz səhvləri düzəltməkdə kömək edin. Sizin də məsləhətləriniz pis olmaz.--Bakuemil 06:58, 16 dekabr 2010 (UTC)
Mən məqaləni bütünlüklə oxudum. Məzmun dolğunluğu, xronoloji ardıcıllıq baxımından yaxşı məqalədir. Amma birtərəfli mövqedən yazılıb. Məqaləni oxuyan adamda elə təəssürat yaranır ki, elə XX əsrdə Azərbaycan xalqının Bağırovdan böyük oğlu olmayıb. Halbuki onun əli minlərlə dəyərli Azərbaycan ziyalısının, ləyaqətli, şəxsiyyətli insanın qanına bulaşıb. Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq və s. minlərlə dəyərli insan onun çəkdiyi imzalarla gedər-gəlməzə göndərilib. Məqalədə bu haqda təxminən o söylənilir ki, bu Bağırovluq deyilmiş, o vaxt zaman beləymiş. Yaxşı olsun. Sonra da qeyd edilir ki, o vaxt filan şəhərlər salındı, filan binalar tikildi. Onda mən də deyirəm ki, onlar da Bağırovluq deyil. Zaman eləydi və bu proses bütüt SSRİ-də gedirdi və Bağırovun yerinə Əli də, Vəli də olsaydı bu işlər görüləcəkdi. Yəni faktlar veriləndə hər iki mövqeni əks etdirmək gərəkdir. Məqalədə tez-tez qeyd edilir ki, Bağırov "antisovet" qüvvələrlə mübarizə aparmışdır. Bu sovet dövrü təbliğatının ifadəsidir. Antisovet qüvvələr Azərbaycan Cümhuriyyətinin sağ qalmış zabitləri, kəndində, şəhərində hörmətli adamlar olub da. Bağırov onların axırına çıxıb. Mircəfər Bağırov Qərbi Azərbaycanlıların Ermənistandan deportasiyasının II dalğası dövründə "Azərbaycan SSR KP MK-nın birinci katibi" olub. Məqalədə bunun üstündən sükutla keçirilir. Bu gün Azərbaycan Respublikasının hüquqi varisi olan Azərbaycan Xalq Cümhuriyyətinin yıxılması uğrunda ruslarla, ermənilərlə əlbir işləyən azərbaycanlılardan biri də Mircəfər Bağırov olub. Tariximizə, özü də yaxın tariximizə (tarixdə 100 il yaxın tarix sayılır) münasibətimiz çox qəribədir. Bir tərəfdən ADR-in varisi olmağımızla fəxr edirik, digər tərəfdən o dövləti yıxanlardan qəhrəman düzəltmək istəyirik. Təxminən Peyğəmbərə səcdə edib Yezidi tərifləmək kimi bir şeydir. Mənim bu məqalənin texniki göstəricilərinə heç bir etirazım yoxdur. Mənbələr, xarici keçidlər, istinadlar, məqalənin dil və yazı üslubu hamısı yerindədir və əladır. Məqalənin üzərində böyük əmək sərf edilib və bu işdə əməyi olan bütün istifadəçilərə, xüsusilə Cekli və Bakuemilə öz təşəkkürümü bildirirəm. Amma məqalənin birtərəfli yazılmasına görə onun seçilmiş məqalə namizədi olmasına etiraz edirəm. İnanıram ki, anlaşıqlı qarşılayacaqsınız. Hörmətlə: --Sortilegus 18:24, 27 dekabr 2010 (UTC)
Mircəfər Bağırov Azərbaycan tarixində oturuşmuş qiymətini almamış tarixi şəxslərdəndir. Tarix elmi ona hələ tam qiymət verməyibdir. Həmçinin onun fəaliyyəti ilə bağlı bir çox arxiv sənədləri ya öyrənilməyib, ya da hələ açılmayıb. Bu baxımdan onun haqqında seçilmiş məqalə hazırlanmasını məqsədəuyğun hesab etmirəm. Çünki, bizlər tarixçilərin yerinə qiyçmət verə bilmərik, biz ancaq tarixçilərin verdiyi qiyməti ensiklopediyaya köçürməliyik. Bu qiymət isə olmadığından önların yerinə danışmış və hökm vermiş oluruq.
Məqalənin seçilmiş məqalə olması eyni zamanda oxucuya nümunə işarəsi vermək deməkdir. Bizim seçilmiş məqalələrimiz o mövzular olmalıdır ki, onlar ziyalılara bu günün aktual mövzusunu göstərsin. Mircəfər Bağırovu nümunə göstərmək Stalinə, Beriyaya və digər onun kimi tiranlara bəraət verdirmək deməkdir.--Acategory 19:17, 27 dekabr 2010 (UTC)
- Bağırov haqqında son 5 ildə 1-2 kitab ya da sənədli film çıxıb və çəkilib. Düzdür hər birini oxumaq və izləmək imkanım olmayıb. Amma Bağırovun çox bilinməməsinə və internet mənbələrində yığcam məlumatlara rast gəlmədiyimə görə bu məqaləyə həvəslə əlavələr eləmişəm. Əlavələrimdə çalışmışam informativ əlavələr edim. Eyni zamanda obyektiv alınsın deyə qeyri-azərbaycanlı müəlliflərə üstünlük vermişəm. Amma deyəsən Cekli ilə elədiyimiz birgə əlavələrdə obyektiv ola bilməmişik. :)--Bakuemil 20:02, 27 dekabr 2010 (UTC)
- Dostlarımız Cekli və Bakuemil. Siz məqalə üçün bu gün ortada olan materiallardan maksimum istifadə etmisiniz. Ancaq dahi Hüsyn Cavidə seçilmiş məqalə hazırlanmamış M.Bağırov məqaləsinə xüsusi status vermək onun şəxsiyyətini qaldırmaq demək olardı. Yuxarıda onun haqqında dediklərimi isə yenidən təkrarlamaq istəmirəm. Hələ demirəm ki, "Azərbaycan", "Nizami Gəncəvi", "Qarabağ", "Muğam" adlı fundamental seçilmiş məqalələr hələ işlənməyib. İnanıram ki, vikipediyanı çox dəyərli məqalələrlə zənginləşdirəcəksiniz.--Acategory 05:56, 28 dekabr 2010 (UTC)
- Hörmətli Acategory. Sizi çox gözəl başa düşürəm, arzularınız, mənim də arzumdur. Amma ... Bir alimin (adı yadımdan çıxıb) başına gələn hadisə yadıma düşdü (lətifəsi bizdən uzaq). Həmin alim buzovu tövləyə salmaq istəyir, buzov dirənir, hətta oğlu da köməyə gəlir, xeyri olmur. Bunu görən qulluqçu buzova yaxınlaşıb, barmağını onun ağsına salır. Buzov da onu sovura-sovura qulluqçunun ardınca tövləyə girir :) Yəni bizim nəyi istəməyimiz yox, istifadəçinin nə istəməsi önəmlidir, əsas məsələ istəklərimizi üst-üstə gətirməkdir ki, Sizinlə bərabər bütün Vikisevərlərə bu xüsusda müvəffəqiyyətlər arzulayıram :) -Vago 07:18, 28 dekabr 2010 (UTC)
Con Kennedi (son tarix 24 dekabr, 2010)
Üzərində işləyənlər
- Məqalə üzərində işləyən istifadəçilərin imzası
- --Cekli829 13:54, 24 noyabr 2010 (Cek vaxtı ilə)
- --JameS RamireZ 19:33, 27 dekabr 2010 (UTC)
Təqdim olundu
- Məqalənin "Seçilmiş məqalə" statusu almağa layiq olduğunu bildirən istifadəçinin imzası.
- --Irada 16:43, 11 dekabr 2010 (UTC)
- --Cekli829 16:18, 22 dekabr 2010 (Cek vaxtı ilə)
- --Amon-Ra999 11:03, 29 dekabr 2010 (UTC)
- --JameS RamireZ 16:28, 29 dekabr 2010 (UTC)
İmtina edildi
- Məqaləni laboratoriyadan çıxaran 3 istifadəçinin (ən azı) imzası