Vikipediya Silinmeye Namized Sehifeler 2020 Ci Il Qarabag Muharibesinde Heyatini Itirenler - Wikipedia
2020-ci il Qarabağ müharibəsində həyatını itirən hərbçilər
redaktə- Hörmətli dostlar, icma üzvləri, istifadəçilər və inzibatçılar, (hə birdə burada olacaq söhbətləri kənara çıxaran istifadəçilər :d) bu gün Azərbaycan dilli Vikipediya üçün mühüm və ən əsas problemin həlli istiqamətində zəruri və vacib addımın atılması zamanı gəldi. Son 6 ayda Azərbaycan dilli Vikipediyada VP:HƏRBÇİ şərtlərini ödəməyən məqalələrin geniş bir hissəsi silindi və ya aidiyyatı üzrə səliqəli formada siyahılarda verildi. Məqalələrdə olan səhv və yalan məlumatların hamısı dəqiq və qərəzsiz məlumatlarla əvəz olundu. Misal olaraq 1. 2016-cı ilin Aprel döyüşlərində şəhid olanların siyahısı, 2. 2022-ci ilin Sentyabr döyüşlərində şəhid olanların siyahısı, 3. 2023-cü ilin Anti-terror əməliyyatlarında şəhid olanların siyahısı, 4. 2020-2023-cü illərdə şəhid olanların ümumi siyahısı və s. Bundan sonra isə VP:ŞEƏ şərtlərini ödəməyən 20 Yanvar şəhidləri məqalələri səliqəli formada siyahıda verildi - Qara Yanvar qurbanlarının siyahısı. Həmin siyahının oxunaqlığı hazırda yaxşıdır və hətta siyahının En və Ru versiyaları da var. Ayrı-ayrı, adları heç geniş kütləyə tanınmayan, ay ərzində 1-2 nəfərin oxuduğu 120-dən çox məqalə vahid bir siyahı ilə əvəz olundu. Növbəti mərhələdə VP:Əİ şərtlərini ödəməyən fayllardan azad olundu Vikipediya. 2000-dən çox müəllif hüquqları ilə qorunan, müxtəlif saytlardan götürülən, lisenziya şərtlərini pozan, montaj istifadə olunmaqla hazırlanan fayl dostların günlərlə davam edən səyləri nəticəsində təmizləndi. Bu qərar qəbul edilən zaman icmanın da rəyi alındı və icma tam formada faylların silinməsinə tərəf oldu. Bütün bu atılan addımlar həm layihənin daha keyfiyyətli olması, həm də şəhid məqalələrinin bərbad vəziyyətdə qalması əvəzinə daha yaxşı layihələr vasitəsi ilə (unudulmazlar.az layihəsi və memorial.az layihəsi) geniş oxuculara çatması üçün yaxşıdır. İndi isə gəlim əsas mətləbə. Biraz uzun olacaq, amma nəticədə vacib qərar verilir. 2020-ci il müharibəsindən sonra heç bir ümumi qərar olmadan, çox məhdud şərtlər altında, hələ Azərbaycanda internet məhdudiyyətlərinin olduğu bir dönəmdə 3 minə yaxın şəhid üçün məqalə yaradıldı. Bu məqalələr əsasında sonradan Unudulmazlar.az və Memorial.az layihələri hazırlandı, yüzlərlə reportaj və saytda məhz Vikipediya mənbələri istinad olaraq göstərildi. Hazırda ən az tanınan şəhid barəsində belə məlumatlar var Unudulmazlar və Memorial platformalarında (vikipediyaya istinadən). Bu vikipediyanın xidməti idi. Amma indi, üstündən dörd il ötəndən sonra artıq qaydalara uyğun formada, bütün vətənpərvərliyimizi, vətənsevənliyimizi və VP:MİLLİ prinsipləri bir tərəfə qoyub, neytral və qərəzsiz formada məsələyə yanaşmaq lazımdır. 3 minə yaxın q/e məqalədən söhbət gedir. Bu məqalələrin silinməsi vaxtı gəldi. Əvvəldən qeyd edim - söhbət Vətən Müharibəsi Qəhrəmanı adı alan 35 şəhid, Zəfər ordeni olan 3 şəhiddən və populyar olan 10-15 nəfərdən getmir. Silinmə zamanı bunların hamısı nəzərə alınacaq və o məqalələr barədə tək-tək başlıqlar açılacaq. O məqalələr qalacaq o heç. Bəri başdan deyim gəlib əllərində arqument edən olmasın. Bu məqalələr bir sıra ciddi problemlər yaradır layihə üçün. Əvvəla ad mənasında. Bu gün eyni ad-soyadlılad bölməsində olan hər üç addan biri şəhid məqalələrinə görə yaradılıb. Yəni mötərizəli məqalələr 2020-ci ildən sonra qat qat artmağa başladı. Bu birinci məsələ. Digər məsələ məqalələrdə onlarla ciddi səhvə yol verilib. Əsasəndə bu S. Nəsiboğlu adlı istifadəçi səhvləri ucbatından olub. Mən məqalələri hazırlayan zaman dəqiq olan məlumatlardan istifadə edirdim, amma o, özündən uydurduğu məlumatlar və ya şişirdilmiş məlumatları əlavə edirdi. Misal üçün:
- Kursant olan hərbi qulluqçu "çağırışçı" əsgər adı altında təqdim edilib məqalədə.
- Yadıma gəlir bir dəfə şəhidin biri Cəbrayılın azad olunmasına görə medalı ilə təltif olunmadığı halda S. Nəsiboğlu məqaləyə o medalı əlavə etmişdi. Soruşdum niyə eləmisən? Dedi bacısı istədi olsun, məndə imtina edə bilmədim.
- 18 yaşlı əsgəri Hərbi Hissə Komandirinin müavini olaraq yazılmışdı məqalədə.
- Leytenant rütbəli (əsl vəzifəsi Bölüyün Komandiri) həqiqi hərbi xidmət qulluqçusuna atıcı yazmışdı.
- 2017-ci ildə hərbi xidmətə yollanan əsgərə Aprel döyüşlərinin qazisi yazmışdı və s.
Biz hazırda dörd ildir səhvlərlə dolu olan məqalələr saxlayırıq. Hələ şişirdilmiş məlumatlar nə qədərdir. 100 erməni öldürdü, əli ilə generalı boğdu, düşmənin qulağını dişlədi, əlbəyaxa döyüşdə 15 nəfəri əsir götürdü və s. Layihənin gələcəyi üçün lazım olan birinci addımı bu gün atmaq lazımdır. İndi isə mexanizmi izah edirəm. Konsensus əldə ediləcəyi halda mərhələli formada 2905 məqaləyə baxış olacaq. VP:HƏRBÇİ şərtləri ödəyən məqalələrin siyahısını hazırlanacaq. Ardınca isə açıq aydın VP:HƏRBÇİ şərtlərini ödəməyən məqalələrin silinməsi prosesi aparılacaq. Sual altında olan məqalələr isə ümumi müzakirəyə çıxarılacaq. Həmçinin bu müzakirə zamanı VP:Səs ovçuluğu olacağına da əminəm. İndidən inzibatçıları bu məsələdə son dərəcə həssas olmağa dəvət edirəm. Sullarınız olsa əlavə qeyd edə bilərsiz. Məsələyə lütfən qərəzsiz yanaşın və VP:MİLLİ hisslərini bir tərəfə qoyun. Sonda qeyd edirəm ki, bütün işlərin aparılması, sonrasında dəqiqləşdirmə səhifələri də daxil olmaqla bütün xırda işlərin aparılmasını öz üzərimə götürürəm. Beləcə:
- Silinsin: Yuxarıda qeyd edilən bütün məsələri hər tərəfli qaydada qərəzsiz və bütün VP:MİLLİ hissləri bir tərəfə qoyaraq bu addımın atılması üçün edilən təhlilləri də nəzərə alaraq məqalələrin silinməsinin bu gün üçün ən doğru qərar hesab edirəm. Grenzsoldat 19:52, 29 iyun 2024 (UTC)
- Silinsin: arqumentasiya ilə razıyam. --► Hörmətlə: SolaVirum 19:59, 29 iyun 2024 (UTC)
- Silinsin: icmanın yadındadırsa mən də buna bənzər bir müzakirəni kənd meydanında başlatmışdım. İstifadəçilərin çox hissəsi müsbət fikirdə idi, hətta maraqlı fikirlərdə səslənmişdi. Ancaq vətənpərvərlik hissləri müzakirədə böyük rol oynadı. Kimlərsədə ömrü boyu vikidə kənd meydanı nə olduğunu bilməyə-bilməyə müzakirəni saytlara dezinformasiya xəbər kimi yaymışdı. Nəysə. Grenzsoldatın fikirləri ilə tam razıyam. Birinci Qarabağ müharibəsi, Qara Yanvar, dörd günlük, anti-terror əməliyyatları şəhidlərinin hamısı səliqəli şəkildə ümumi səhifəyə köçürüldü. Əminəm ki, bu müzakirədə müsbət yönə gedəcək. Moses :) 20:18, 29 iyun 2024 (UTC)
- Vikipediya qaydaları bizdən nə tələb edirsə, elə də olmalıdır. Türklər demiş “bunun lamı-cimi yok”. Şəhidlər bizim müqəddəslərimizdir. Bəli. Lakin biz onların xatirələrini qəlbimizdən silmirik. Heç kim də silə bilməz. Şəxsən məni həyatda tanıyanlar, keçmiş əmək fəaliyyətimlə yaxından tanış olanlar bilir ki, neçə şəhid, qazi, veterana/ailəsinə nə qədər köməkliklər etmişəm, dualarını almışam. Onlar haqqında səhv-süf, natamam, qeyri-enaiklopedik tərzdə məlumatlar olmağındansa elə vahid ensiklopedik siyahı daha yaxşıdır, hətta vacibdir. Ona görə də bütün qeyri-ensiklopedik məqalələr kamil siyahıda Birləşdirilsin: samral müzakirə 21:36, 29 iyun 2024 (UTC)
- Son zamanlarda nədənsə hörmətli həmkar Samral ilə fikirlərim tez-tez üst-üstə düşür :) bu dəfə də Samral bəy, tam fikirləşdiklərimi yazıb. Silinməsi və ya birləşdirilməsi yönündə təkliflərlə razıyam. Əgər mükəlləf siyahılar (hər hərf üzrə) hazırlanacaqsa digər siyahılar kimi, onda Birləşdirilsin:, yox bu edilməyəcəksə Silinsin:. Hərhalda icmanın alacağı qərarın ümumviki qaydaları çərçivəsində olacağına ümid edirəm. - Dr.Wiki54 (müzakirə) 22:06, 29 iyun 2024 (UTC)
- Silinsin: mən bütün qeyri-ensiklopedik şəhid məqalələrinin silinməsinin tərəfdarıyam. Bütün şəhidlər qeyri-ensiklopedik də deyil. Arəstə Baxışova kimi şəxslər var ki, onlar konkret ensiklopedik şəxslərdir. Adına məktəb olanlar, haqqında konkret filmlər çəkilənlər, Xudayar Yusifzadə kimi başqa bir səbəbdən tanınan şəhidlərin məqalələri mütləq qalmalıdır. Bu səbəbdən silmə prosesi əvvəl siyahı tərtib etməklə başlamalıdır ki, görək hansılar ensiklopedik deyil, hansı ensiklopedikdir. Ensiklopedik olmayanları tədqiq etdikdən sonra silmə prosesinə başlamaq. Yoxsa bu müzakirə bitən kimi kor-korana məqalə silməyə başlamaq pis olacaq.--Kosmik Ozan utora! 02:29, 30 iyun 2024 (UTC)
- Qalsın: ilk gündən şəhid məqalələrinin silinməsi əleyhinə olmuşam. Hazırda da fikrim dəyişməyib. Təəssüf ki, şəhidlər haqda məqalələrə q/e yanaşma var. Halbuki elə AzVikidə kifayət qədər q/e məqalə mövcuddur. Diqqətə çatdırım ki, şəhidlər haqda məqalələr arasında bir neçə orden və medal alan şəxslər də var. Təəssüf ki, bunlar nəzərdən qaçırılır. "Vətənə xidmətə görə" ordeni (Azərbaycan), "Vətən naminə" medalı ilə təltif olunanlar və s. Bunlar nəzərə alınmalıdır. --Tarixi Nadir (müzakirə) 15:08, 30 iyun 2024 (UTC)
- @En Merker, hər orden alan ensiklopedik deyil. O zaman qazilərə də məqalə açaq? Həmçinin bax: VP:HƏRBÇİ və VP:SMİEÇA. Hörmətlə, Gadirmüzakirə 15:47, 30 iyun 2024 (UTC)
- "Halbuki elə AzVikidə kifayət qədər q/e məqalə mövcuddur" – bu, arqument deyil. Mövzuya çox da yaxın olmasa da, məsələn, ölkədə adamöldürənlər var deyə dələduzları həbs etməsinlər? Bir səhv bir digərini örtürmü? Onsuz da ensiklopedik şəhidlər nəzərə alınır, müəyyən əhəmiyyətli mükafat almış olanlar, təbii ki, ensiklopedikdir. --► Hörmətlə: SolaVirum 02:21, 1 iyul 2024 (UTC)
- Silinsin: VP:HƏRBÇİ kriteriyalarını ödəməyən bütün məqalələr. Amma Kosmik Ozan utora! dediyi kimi, diqqətli olmaq lazımdır. Keçən dəfə də diqqətsizliklər ucbatından qalmalı olan məqalələrdən bir neçəsinə şablon yerləşdirilmiş və nəticədə silinmişdi, daha sonra bərpa olundu. Siyahı tərtib edilməlidir. Hörmətlə, Gadirmüzakirə 15:50, 30 iyun 2024 (UTC)
- Qalsın: Məsələyə açıq formada tərəfli yanşılır. Bu müzakirə 6-7 aydan bir yenidən gündəmə gətirilir. Bəllidir ki, başlığı açan həmkar istədiyinə nail olana qədərdə bu mübarizədən əl çəkməyəcək. Doğurdan da gülməli mənzərədir. Bir istifadəçi 3.000 şəhid haqqında olan məqaləni saplantı halına gətirib və elə bir görüntü verməyə çalışır ki, sanki Azvikinin ən şiddətli problemli budur. Bir dəfə müzakirə açır və görür ki, cəhdi baş tutmadı. İki dəfə, üç dəfə.. Bir açın arxivlərə baxın görün ki, bu mövzu necə dəfə müzakirə edilib. Bir şey olmamış da, Milli və VP:SMİEÇA qaydaları ortaya atılır. VP:SMİEÇA qaydasını bizim icma qarşı tərəfi susdurmaq üçün istifadə edir. Sən qarşı çıxma və sus. Sus ki, məqalələri silək və arzumuza çataq. Pis vəziyyətdə, yalan məlumatlarla əhatə olunmuş məqalələr var. Digər tərəfdən isə gözəl hazırlanmış məqalələr də var. Mənə görə ortada unikal bir iş mövcuddur. Təklif olunan siyahı variantı məqalələr qədər əhatəli və ətraflı deyil.--Kholat Syakhl (müzakirə) 08:37, 3 iyul 2024 (UTC)
- Gələn gedən deyir ki, başqa problemlər də var, onlara baş qoşun bunlardansa, amma demirlər ki, niyə saxlanılmalıdır bu məqalələr. --► Hörmətlə: SolaVirum 15:16, 3 iyul 2024 (UTC)
- @Solavirum, burada gələn gedənlərlər yox, icmanın səsvermə hüququ olan istifadəçiləri mövzulara münasibət bildirirlər. Üslubunuz, danışığınız nəyinki inzibatçı heç istifadəçi olmağınız üçün belə yetərli deyil. Maraqlıdır ki, hər dəfə, sizin belə danışıq tərzinizə göz yumulur və hər məsələdə səhvi havada tutan həmkarlar heç nə demirlər. Məqalələrin niyə saxlanılmalı olduğu haqqında yuxarıda yazmışam. Təklif olunan siyahı variantı məqalələr qədər əhatəli deyil. 3.000 adamın adını siyahılarda göstərmək çıxış yoludur ? Söhbət 100-200 nəfərdən getmir. Cavid Həsənovun haqqında olan məqalə məsələn. Siyahıda məzmun bu qədər geniş formada təqdim ediləcək ? Yox ! O zaman niyə buna dəstək olmalıyıq ki ? @Grenzsoldat sonuncu suala istəsəniz siz də, cavab verə bilərsiz. Kholat Syakhl (müzakirə) 00:18, 4 iyul 2024 (UTC)
- Bu məsələnin dəfələrlə müzakirə olunması normaldır, çünki həssas mövzudur və istifadəçilər milli-mənəvi məsələlərə görə məqalələrin silinməsini istəmirlər ya da olacaqlardan çəkinirlər. Özü də burada bütün məqalələrin silinməsindən söhbət getmir, haqqında film, adına məktəb, Naytingeyl medalı kimi nüfuzlu mükafatı olan və s. hansısa ensiklopedik məqam olan şəxslərin məqalələri silinməyəcək. Amma məqalədə müharibədə iştirakdan başqa başqa heç bir məqam olmayan şəxs necə ensiklopedik olsun? Bir AzViki, bir ukraynca vikipediyada vəziyyət elədir. Minlərlə şəhid vermiş Türkiyədə türkcə vikipediya belə bu vəziyyətin öhdəsindən gəlməyi bacarıb. Kosmik Ozan utora! 06:14, 4 iyul 2024 (UTC)
- Siyahı nəyə lazımdır ki? Onda, məsələn, İkinci Dünya müharibəsində ölən bütün azərbaycanlılara siyahılar yaradaq? Məqalə kimi qeyri-ensiklopedikdirsə, siyahı ensiklopedik olacaq? Digər sayca az şəhid olan mövzularda başa düşürəm yenə, burada hər hərf üçün gərək səhifələr açılsın, üstəgəl yönləndirmələri də versən, bu da xeyli səhifə edir. Söhbət məzmundan da getmir, lazımdır ki? Ensiklopedik olanlar üçün kateqoriya bəs edər. Hörmətlə, Gadirmüzakirə 08:25, 4 iyul 2024 (UTC)
- Bu məsələnin dəfələrlə müzakirə olunması normaldır, çünki həssas mövzudur və istifadəçilər milli-mənəvi məsələlərə görə məqalələrin silinməsini istəmirlər ya da olacaqlardan çəkinirlər. Özü də burada bütün məqalələrin silinməsindən söhbət getmir, haqqında film, adına məktəb, Naytingeyl medalı kimi nüfuzlu mükafatı olan və s. hansısa ensiklopedik məqam olan şəxslərin məqalələri silinməyəcək. Amma məqalədə müharibədə iştirakdan başqa başqa heç bir məqam olmayan şəxs necə ensiklopedik olsun? Bir AzViki, bir ukraynca vikipediyada vəziyyət elədir. Minlərlə şəhid vermiş Türkiyədə türkcə vikipediya belə bu vəziyyətin öhdəsindən gəlməyi bacarıb. Kosmik Ozan utora! 06:14, 4 iyul 2024 (UTC)
- @Solavirum, burada gələn gedənlərlər yox, icmanın səsvermə hüququ olan istifadəçiləri mövzulara münasibət bildirirlər. Üslubunuz, danışığınız nəyinki inzibatçı heç istifadəçi olmağınız üçün belə yetərli deyil. Maraqlıdır ki, hər dəfə, sizin belə danışıq tərzinizə göz yumulur və hər məsələdə səhvi havada tutan həmkarlar heç nə demirlər. Məqalələrin niyə saxlanılmalı olduğu haqqında yuxarıda yazmışam. Təklif olunan siyahı variantı məqalələr qədər əhatəli deyil. 3.000 adamın adını siyahılarda göstərmək çıxış yoludur ? Söhbət 100-200 nəfərdən getmir. Cavid Həsənovun haqqında olan məqalə məsələn. Siyahıda məzmun bu qədər geniş formada təqdim ediləcək ? Yox ! O zaman niyə buna dəstək olmalıyıq ki ? @Grenzsoldat sonuncu suala istəsəniz siz də, cavab verə bilərsiz. Kholat Syakhl (müzakirə) 00:18, 4 iyul 2024 (UTC)
- Gələn gedən deyir ki, başqa problemlər də var, onlara baş qoşun bunlardansa, amma demirlər ki, niyə saxlanılmalıdır bu məqalələr. --► Hörmətlə: SolaVirum 15:16, 3 iyul 2024 (UTC)
- Şərh: Əlbətdə ki, vikipediyada olan istənilən mövzudakı qeyri-ensiklopedik məqalələr silinməlidir, amma bu qədər çox sayda məqalənin bir başlıq altında müzakirəsini düzgün hesab etmirəm. Məqalələri uyğun olaraq (məsələn təltiflərinə görə və s.) qruplaşdırıb təqdim etmək daha doğru olar. — Bikar müzakirə 13:47, 5 iyul 2024 (UTC)
- Mütərəqqi təklifdir, yekunlaşdıqdan sonra bu formada siyahılar yaratmaq olar, yoxsa keçən dəfəkilər yaşanmasın bu dəfə də. Hörmətlə, Gadirmüzakirə 13:52, 5 iyul 2024 (UTC)
- Siyahılar olacaq. 250-250 mərhələli formada rotasiyalarla silinməyi əsas tutan siyahı tərtib etmişəm. Hamısı açıq və nəzarət-təftiş altında olacaq. Qəti narahatçılığıa əsas yoxdur. Grenzsoldat 14:28, 5 iyul 2024 (UTC)
- @Grenzsoldat məqalədə qeyri-ensiklopedik olan şəxs siyahıda olan zaman ensiklopedikləşir ? Tutaq ki, 40 nəfər şəhid var və hər biri qeyri-ensiklopedik şəxsdir. 40 nəfərlik bir siyahı yaranda biz "40 nəfər qeyri-ensiklopedik şəxsin olduğu bir siyahı" yaratmış olmuruqmu ? Məsələn çıxış yolu təklif edilən bu variant çox yalnışdır. @Gadirdə yuxarıda bu sualı ünvanlayıb, ancaq cavabı sərf etməyən suallara cavab verən tapılmır hələ ki. Kholat Syakhl (müzakirə) 20:14, 5 iyul 2024 (UTC)
- Əgər "40 nəfərlik şəxs siyahısı" qeyri-ensiklopedikdirsə, onun silinməməsi üçün heç bir əsas yoxdur. Moses :) 23:46, 5 iyul 2024 (UTC)
- @Grenzsoldat məqalədə qeyri-ensiklopedik olan şəxs siyahıda olan zaman ensiklopedikləşir ? Tutaq ki, 40 nəfər şəhid var və hər biri qeyri-ensiklopedik şəxsdir. 40 nəfərlik bir siyahı yaranda biz "40 nəfər qeyri-ensiklopedik şəxsin olduğu bir siyahı" yaratmış olmuruqmu ? Məsələn çıxış yolu təklif edilən bu variant çox yalnışdır. @Gadirdə yuxarıda bu sualı ünvanlayıb, ancaq cavabı sərf etməyən suallara cavab verən tapılmır hələ ki. Kholat Syakhl (müzakirə) 20:14, 5 iyul 2024 (UTC)
- Siyahılar olacaq. 250-250 mərhələli formada rotasiyalarla silinməyi əsas tutan siyahı tərtib etmişəm. Hamısı açıq və nəzarət-təftiş altında olacaq. Qəti narahatçılığıa əsas yoxdur. Grenzsoldat 14:28, 5 iyul 2024 (UTC)
- Mütərəqqi təklifdir, yekunlaşdıqdan sonra bu formada siyahılar yaratmaq olar, yoxsa keçən dəfəkilər yaşanmasın bu dəfə də. Hörmətlə, Gadirmüzakirə 13:52, 5 iyul 2024 (UTC)
- @Nemoralis, Gadir, Solavirum, White Demon və digər inzibatçılar. Zəhmət deyilsə başlığı artıq qapada bilərsiz? Ki, icra mərhələsinə başlayım. 3 gündür heç bir rəydə gəlmir zatən. Grenzsoldat 17:34, 8 iyul 2024 (UTC)
Azərbaycandakı və AzVikidəki həssas vəziyyəti nəzərə alıb müzakirəni özüm yekunlaşdırıram. Əvvəlcədən qeyd edim ki, bu, yəni qeyri-inzibatçının SNS və ya hansısa bir müzakirəni yekunlaşdırması hansısa bir lokal və ya ümumviki qaydası ilə qadağan deyil, əksinə bu barədə esse belə mövcuddur. Başqa vikilərdə də bu ənənə var. Məqalələrə gəldikdə müzakirədə də bildirildiyi üzrə müxtəlif hərbi münaqişələrdə həlak olmuş, iştirak etmiş hansısa bir hərbçinin ensiklopedik hesab edilə bilməsi üçün o şəxs başda VP:HƏRBÇİ olmaqla VP:ŞEƏ-nin hansısa bir bəndinə uyğun olmalıdır. Müzakirə edilən II Qarabağ şəhidlərinin də 99 faizi, yəni mütləq əksəriyyəti, çox təəssüf ki, bu qaydaya uyğun deyil və ümumviki prinsiplərə əsasən də sürətli silinməlidirlər. Bu gün Ukrayna və Qəzza müharibələrində hər gün nə qədər insan həlak olur. Biz və ya kimsə deyə bilərmi ki, onlar hamısı və ya çoxsu ensiklopedikdir? Bizim Vikipediya:Vikipediya nə deyil? prinsipimiz də var. İstəyən yenidən nəzər yetirə bilər, bir də bura copy-paste etmək istəmirəm.
1) Heç bir ordeni olmayanların, yəni ancaq medalı (Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycan Milli Qəhrəmanına verilən Qızıl Ulduz medalı istisna) olanların;
2) Sadəcə medalları və cəmi 1 ordeni (Qarabağ, Zəfər kimi ən yüksək (ali) ordenlər istisna) olanların
hamısının silinməsinə qərar verilir.
@White Demon və digər istifadəçilərin də bildirdikləri kimi Xudayar və Arəstə kimi, məsələn, hətta VP:HƏRBÇİ-yə uyğun olmasalar belə, VP:ŞEƏ-nin digər bir sıra şərtləri üzrə ensiklopedik olanlar və ya ensiklopedikliyi mübahisəli olan az qisim (@Grenzsoldat hamısını zatən qruplaşdırıb və siyahılaşdırıb deyə 1-1 ad qeyd etmirəm) silinməyəcək. Gələcəkdə kimsə onların ensiklopedikliyini mübahisəli hesab etsə fərdi qaydada SNS edər və ya edə bilər. Medallardan izafə minimum 2 ordeni olanlar da həmçinin, silinmir. samral müzakirə 06:06, 12 iyul 2024 (UTC)