Vikipediya Silinmeye Namized Sehifeler Azerbaycan Mentaliteti - Wikipedia
Vikipediya Silinmeye Namized Sehifeler Azerbaycan Mentaliteti - Wikipedia - Haqqında Məlumat
Mənbə axtar: Google (xəbər • kitab • akademik • azad şəkillər) • JSTOR
- Artıq bəzi fikirlərimi məqalənin müzakirə səhifəsində yazmışam. Məqalə OT-dır. Orda "Azərbaycan mentaliteti" anlayışının izahatı başlığında mənbəsiz göstərilir. Və mən, ümumiyyətlə əmin deyiləm ki, işlənilən mənbələrin çoxunda "mentalitet" haqqında məlumat verilir. Məqalə neytral deyil. Onun "Dəyərlər" hissəsi dəyərlər haqqında ciddi akademik araşdırmaları iqnor edir və beləliklə, mövcud olan dominant akademik diskursuna ziddir. Və ümumiyyətlə, bu mövzu ensiklopedik deyil. Мурад 97 (müzakirə) 11:20, 13 dekabr 2024 (UTC)
- Şərh:: Mən bunları yazan zamanı, məqalənin adı dəyişdirilib. İndiki adı belədir: "Azərbaycan sosial normaları və dəyərləri". Və məncə, bu təsdiq edir ki, məqalə OT-dir. Bundan artıq, hər hansı ölkənin sosial normalar ilə dəyərlər haqqında niyə birgə məqalə olmalıdır? Sosial normalar və dəyərlər eyni şey deyil. Və yenə də vurğulamaq istərdim ki, məqalədəki "Dəyərlər" bölməsi tamamilə anti-elmidir.--Мурад 97 (müzakirə) 11:27, 13 dekabr 2024 (UTC)
- Qalsın:. Məqalənin artıq adı dəyişdirilmişdir. Daha geniş ad seçmişəm. İqnor etmek məsələsinə gələndə isə mən tapa bildiyim mənbələrdən istifadə etmişəm. Bir mənbəni gərək tapasan ki, sonra iqnor edə biləsən. Mənbə azlığına görə məqalə silinə bilməz. Digər mənbələr mənə təklif edilsə, məqaləyə onlar haqqında da yazmağa hazıram. Məqalələr daim genişləndirilmək məqsədi ilə yazılır. Olmayan mənbələr gələcəkdə əlavə edilə bilər deyə düşünürəm.--Abutalub (müzakirə) 11:30, 13 dekabr 2024 (UTC)
- Fakt odur ki, hazırda məqalənin böyük bir bölməsi mövcud olan akademik diskursuna ziddir. Bu qəbul olunmazdır. --Мурад 97 (müzakirə) 11:35, 13 dekabr 2024 (UTC)
- Bunun yolu məqaləni silmək deyil. Hansısa mənbədən istifade edilməyibsə, əlavə edilər. Məqalənin adı uyğun gəlmirsə, qoyaq adını Azərbaycan cəmiyyəti. İngilis vikipediyasında English society adlı məqalə var buna nümunə kimi.--Abutalub (müzakirə) 12:13, 13 dekabr 2024 (UTC)
- Bunun üçün məqalənin tərkibi ciddi şəkildə dəyişməlidir. Çünki, məqalə əvvəlcədən Azərbaycan cəmiyyəti haqqında yox, onnan bağlı bir qeyri-ensiklopedik bir mövzu ətrafında yazılmışdı. Özəlliklə "Dəyərlər" hissəsi. Ümumiyyətlə, məqalə Azərbaycan cəmiyyəti haqqındadırsa, problemi odur ki, mətni həddən artıq tarixidir. İngiliscə Vikipediyada olan, qeyd etdiyiniz məqalədə "since 1945" bölməsi var, məsələn. Orda artıq müasir cəmiyyətdən söhbət gedir. --Мурад 97 (müzakirə) 12:53, 13 dekabr 2024 (UTC)
- Oradakı məqalədə "since 1945" bölməsi də var, daha əvvəlki tarixə aid bölmələr (hətta qədim dövr İngiltərəsi) də var. İslam mədəniyyətinin, digər təsirlərin, çar və sovet dövrlərinin təsiri izah edilməlidir ki, cəmiyyətin necə dəyişməsi görülsün. "Dəyərlər" bölməsində verilənlər isə daha çox azərbaycanlılara aid xüsusiyyətlərdir, hamısı da ensiklopedik mövzulardır və düzgün mənbələrdən istifadə edilərək yazılıb. Dəyər sözü yaxşı çıxmırsa, yazaq "Azərbaycanlılara xas xüsusiyyətlər". Adlar mənim üçü bir məna ifadə etmir. Ancaq qonağa, böyüyə münasibət izah edilməsə, deməli, "Azərbaycan cəmiyyəti" mövzusunu yarımçıq işləmiş olarıq.--Abutalub (müzakirə) 13:18, 13 dekabr 2024 (UTC)
- Dəyərlər anlayışı Azərbaycanın xüsusiyyəti deyil. Çox geniş şəkildə araşdırılan məsələdir, və Azərbaycanın həmin araşdırmalarında öz yeri var. Bu araşdırmalarının ən tanınmış olanı artıq qeyd etmişdim. Həmin araşdırmalarda, o cümlədən Azərbaycan üçün "igidlik" kimi ifadələr istifadə olunmur, ona yaxın olan maskulanlıq işlənilir, "yarımlaşma" işlənilmir, kollektivizm işlənilir, böyüyə münasibət kimi məsələr isə iyerarxiyalara yanaşma ilə bağlı məsələdir. Yəni, bunların heç biri Azərbaycanın ayrı xüsusiyyəti deyil. Hamısı həm Azərbaycanda, həm də başqa ölkələrində araşdırılıb. Sadəcə, istifadə etdiyiniz mənbələrdə onlar üçün qeyri-elmi terminologiya işlənilir. --Мурад 97 (müzakirə) 13:42, 13 dekabr 2024 (UTC)
- Azərbaycanlılara xas xüsusiyyətlər deyəndə mən nəzərdə tutmuram ki, bu xüsusiyyətlər sadəcə azərbaycanlılarda var. Burada nəzərdə tutulan odur ki, azərbaycanlılarda nə ön plana çıxır. Azərbaycan etnoqrafiyası kitabının III cildində qonaqpərvərliyə, yardımlaşmaya ayrıca bölmələr həsr edilib, deməli bunlar vacib məsələlərdir. Sizin qeyd etdiyiniz mənbə də bunu təsdiqləyir, sadəcə fərqli adlarla.--Abutalub (müzakirə) 13:58, 13 dekabr 2024 (UTC)
- Qonaqpərvərlik xüsusiyyətinin sadəcə azərbaycanlılarda olduğunu təsdiqləyir qeyd etdiyim mənbə? Ciddən? Nə yerdə? --Мурад 97 (müzakirə) 18:58, 13 dekabr 2024 (UTC)
- Səhv yazmışam. Qonaqpərvərliyi yox, ancaq digər xüsusiyyətləri təsdiqləyir. Üzrlü sayın.--Abutalub (müzakirə) 19:15, 13 dekabr 2024 (UTC)
- Yaxşı, problem deyil. Zəhmət olmasa, konkret bir nümunə verə bilərsiniz? --Мурад 97 (müzakirə) 19:20, 13 dekabr 2024 (UTC)
- Kollektivizmlə yardımlaşma kimi. Əlaqəli mövzulardır. Məqalədə yardımlaşma ilə bağlı verilən faktlarda şəxslərin bir qrup olaraq hərəkət etməsi halları çoxdur.--Abutalub (müzakirə) 19:34, 13 dekabr 2024 (UTC)