Vikipediya Silinmeye Namized Sehifeler Elxan Ibrahimov - Wikipedia
Vikipediya Silinmeye Namized Sehifeler Elxan Ibrahimov - Wikipedia - Haqqında Məlumat
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbər • kitab • akademik • azad şəkillər) • JSTOR
- VP:HƏRBÇİ kriteriyasına cavab vermir. Nazirlik daxili vəzifələrdə çalışıb, kriteriyanın tələb etdiyi kimi yüksək komandanlıq vəzifəsində heç vaxt olmayıb. Nemoralis (müzakirə) 18:40, 4 mart 2024 (UTC)
- Bir az müzakirə olunmalıdır. Fikrimcə generallar ensiklopedik sayıla bilər. Dərhal qərar vermək çətindir. Patriot (müzakirə) 04:57, 5 mart 2024 (UTC)
- Tibb qoşunlarının rəhbərliyi döyüş zamanı mobil hospitalları təşkil edir, Mülki müdafiə olmadığı hallarda, ölü və yaralıları daşımaq üçün firewall təmin edir, dərman və digər tibbi ləvazimatı təchiz edir, həkimləri səfərbər edir. Elxan İbrahimovun vəzifəsini Dağlar Abdullayevlə müqayisə etmək olar (Dağlar Abdullayev). Eyni yolu keçir. Əgər Abdullayev barədə viki səhifəsi varsa, İbrahimov barədə də olmalıdır. Lawyer.F (müzakirə) 07:18, 5 mart 2024 (UTC)
- Kriteriya olaraq :
- Lawyer.F (müzakirə) 07:22, 5 mart 2024 (UTC)
- Eyni zamanda, bu şəxs "Əməkdar həkim" fəxri adına Prezident aktı ilə layiq görülüb (istinad verilib). Lawyer.F (müzakirə) 07:27, 5 mart 2024 (UTC)
- 2-ci dərəcəli ordeni belə yoxdur. İnanmıram ki, sırf general rütbəsinə görə ensiklopedik sayılsın, VP:HƏRBÇİ kriteriyasını ödəmir. Moses :) 07:31, 5 mart 2024 (UTC)
- 1 ci dərəcəli ordenləri də var. Səhifədə göstərilib 5.44.34.146 12:45, 5 mart 2024 (UTC)
- 2-ci dərəcəli ordeni belə yoxdur. İnanmıram ki, sırf general rütbəsinə görə ensiklopedik sayılsın, VP:HƏRBÇİ kriteriyasını ödəmir. Moses :) 07:31, 5 mart 2024 (UTC)
Şərh: məqalənin hazırlanmasında ciddi stil qaydaları pozuntusu var. Vizual görünüşü yaxşı deyil. Şəxs general rütbəsinə malikdir. Bu səbəbdən ensiklopedik tələblərə cavab verir. Məqalə üzərində işlənilib, təkmilləşmə aparılsa saxlamaq olar. — Tarixi Nadir (müzakirə) 07:30, 5 mart 2024 (UTC)
- Salam. Texniki biliklərim az olduğundan, ola bilsin, visual görüntü qüsurlarına yol vermişəm. Zəhmət olmasa, dəqiq tövsiyələr verə bilsəniz, səhifəni təkmilləşdirərdim. Lawyer.F (müzakirə) 11:14, 5 mart 2024 (UTC)
- Qalsın: sözün düzü təqdimat ediləndə təəcüb elədim. Bəli. Məqalə Stil Kitabçasına uyğun deyil. Amma ümumi olaraq şəxs şərtləri ödəyir. Ali hərbi rütbənin daşıyıcısıdır. Əgər müəllif fəaliyyətini tam dəqiq əhatə edə bilsə, məndə biraz üstündə stili və s. düzəltsəm qala bilər. Grenzsoldat 14:32, 5 mart 2024 (UTC)
- Qalsın: Rütbəsinə görə. Məqalənin vəziyyəti ilə bağlı artıq yazılıb.— Bikar müzakirə 12:12, 6 mart 2024 (UTC)
- Qalsın: ensiklopedikdir, ali rütbəsi var. 2015-ci ildə "Əməkdar həkim" fəxri adı da verilib, bu, ensiklopedikliyin daha da artırır. Atakhanli (müzakirə) 15:17, 8 mart 2024 (UTC)
- Qalsın: general rütbəsi kifayət edir. Digər punktlara baxmağa ehtiyac yoxdur. — Xeyal (müzakirə) 20:11, 8 mart 2024 (UTC)
Sürətli qalsın:} "Birmənalı şəkildə" Redivy (müzakirə) 21:33, 8 mart 2024 (UTC)
- Qalsın: General rütbəsi və "əməkdar həkim" fəxri adı şəxsi ensiklopedik etməyə yetəcək qədər əhəmiyyətli faktlardır. — Sura Shukurlu (müzakirə) 21:45, 8 mart 2024 (UTC)
Yekunlaşdırma: Saxlanılmasına qərar verildi. Atakhanli (müzakirə) 21:07, 9 mart 2024 (UTC)