Vikipediya Teftisciler - Wikipedia
Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. |
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
- Səsvermə müddəti: 7 noyabr-22 noyabr 2018-ci il.
- Qüvvədədir: 22 noyabr 2018-ci il
Təftişçi (ing. CheckUser) — Xüsusi hüquqlara malik istifadəçidir. Az sayda istifadəçiyə bu hüquqlardan istifadə etmək icazəsi verilir. Bu cür istifadəçilər digər istifadəçilərin IP-ünvan-larını müəyyənləşdirə, başqa serverlərdə qeydiyyatdan keçmələri ilə bağlı mülahizələr irəli sürə və vandallıqla, ziyanvericiliklə məşğul olduqları halda onların bloklanmasını təklif edə bilərlər. Bunun üçün təftişçilərin xüsusi alətləri olur.
Təftişçi Vikipediyanı redaktə etmək üçün bir istifadəçi hesabı tərəfindən istifadə edilən bütün IP ünvanlarının siyahısını, bir IP tərəfindən edilən bütün dəyişikliklərin siyahısını və ya bir IP ünvanını istifadə edən bütün istifadəçi hesablarınının siyahısını görüntüləyə bilər. Təftişçinin fəaliyyəti Xüsusi:CheckUserLog səhifəsində göstərilir. O səhifəyə ancaq təftişçilərin baxmaq icazəsi var.
Təftişçi məlumatları Vikimedia Fondunun Gizlilik siyasəti və bu siyasətin qoyduğu əlavə məhdudiyyətlər istisna olmaqla heçbir zaman istifadə edilə bilməz. Təftişçi vasitəsilə istintaq başa çatdıqdan sonra, təftişçi operatorlarının əksəriyyəti öz nəticələrini ümumiləşdirilmiş formada (məsələn, A hesabı "B" və ya "C hesabı ilə eyni deyildir" və ya olmadıqları ifadəsi ilə) buraxır; Vikipediyada fərdi şəxsi məlumatların buraxılması ("D hesabı D IP ünvanı 0.1.2.3 vasitəsilə bağlanır" kimi) olduqca nadirdir.
Vikipediyada təftişçi, etibarlı istifadəçilərin məhdud sayına əmanət olunur. İcazə, Vikicəmiyyət tərəfindən icma məsləhətləşməsindən sonra verilir. Ayrıca, təftişçi 18 yaş və ya daha böyük olmalıdır və təyin edilməzdən əvvəl ictimai məlumat üçün Vikimediya Fondunun məxfilik müqaviləsini imzalamalıdır. Təftişçinin fəaliyyətinə vikicəmiyyət tərəfindən nəzarət edilir.
Siyasəti
Təftişçi alətlərindən yalnız Vikipediyada pozucu fəaliyyətlə məşğul olaraq digər kukla hesablar açan istifadəçilərin qarşısını almaq üçün istifadə oluna bilər.
Təftiş üçün əsaslar
Təftişçi məlumatları istifadəçini araşdırmaq, qarşısını almaq və cavab vermək üçün istifadə edilə bilər. Qeyd edilən məsələyə aşağdakılar zəmin yaradır:
- Vandalizm.
- Kukla hesablar.
- Hər hansı Vikimedia layihəsində pozuculuq fəaliyyəti.
- Mənfi redaktələr haqqında qanuni narahatlıqlar.
Hər hansısa istifadəçinin təftişi aşağdakı tələblər zamanı aparıla bilməz:
- Siyasi və ictimai məlumat toplamaq üçün.
- Bir istifadəçiyə qarşı təzyiq edilirsə.
- Müəyyən bir məzmun üzərində mübahisə baş verərsə.
Təftişçi hüququnun əsas məqsədi kukla hesabların qarşısının alınmasıdır. Habelə, buraya səsvermə zamanı və müzakirə zamanı əlavə dəstək məqsədilə kukla hesabdan istifadə də daxildir.
Yoxlanılmış hesab məlumatlarını açıqlamaq
Tələb olunmur ki, istifadəçiyə hesabının yoxlanıldığı bildirilsin. Təftişin nəticəsi Vikicəmiyətə açıqlana bilər.
Təftişçi və gizlilik siyasəti
Təftişçi alətləri qeyri-ictimai məlumatlara giriş imkanını asanlaşdırır. Vikimedia Fondu isə istifadəçilərinin gizliliyini son dərəcə ciddi qəbul edir. Optimal nəticə əldə etmək üçün aşağıdakı qaydalara riayət etmək tələb olunur:
- Təftişçilər hesabı araşdırmaq hüququna malikdirlər, lakin həmişə qanuni məqsədlər üçün bunu etməlidirlər. Təftişlər potensial, yaxud faktiki pozuntuların qarşısını almaq və ya azaltmaq, habelə pis nizam-intizam səbəbindən qanuni narahatlıqları araşdırmaq üçün edilməlidir.
- Təftişçiçilərə bir hesabın yoxlanılması üçün bir şəxs və ya bir neçə şəxs tərəfindən müraciətlər olunur (təftişçi bir hesabdan şübhələnirsə özü də təftiş apara bilər). İstifadəçi haqqında məlumatlar təftişçinin istədiyi vaxtda, və ya əksinə olaraq ictimaiyyətə açıqlanmalıdır.
- Təftişçi, təftiş siyasətinin hüdudlarından kənara çıxan hər hansı bir yoxlamanı gizlədə bilər.
- Yoxlama məlumatlarının (məsələn, IP ünvanlarının) açıqlanması gizlilik siyasətinə tabedir, bu məlumatın aşağıdakı hallarda istisna olmaqla, açıqlanmır:
- Təsirə məruz qalan istifadəçinin icazəsi ilə.
- Vikimedia Fondunun, onun istifadəçilərinin və ya ictimaiyyətin hüquqlarını, əmlakını və ya təhlükəsizliyini qorumaq üçün əsaslı düşünülmüş səbəb olarsa.
- İstifadəçinin davamlı vandalizmlə məşğul olması və bunun nəticəsində bloklanmasından sonra müvafiq İnternet provayderlərin və servislərin məlumatların açıqlanmasını istəməməsi ilə.
Məlumatların açıqlanması
- İstifadəçi bir neçə hesabdan sui-istifadə etsə belə, əgər mümkünsə şəxsi məlumatları görməməlisiniz.
- Ümumiyyətlə, IP açıqlanmamalıdır. Yalnız "eynidir / eyni deyil " kimi məlumatlar verilməlidir. Ətraflı məlumat yalnız etibarlı istifadəçilərə açıqlanmalıdır.
- İstifadəçi müəyyən bir yerdən olduğunu deyirsə və IP bunu təsdiqləyirsə, lazım olduqda onu təsdiqləmək şəxsi məlumatın açıqlanması deyildir.
- İstifadəçi İnternet xidmət provayderindən (məsələn, ADSL, Toll-Free, Sazz və s.) istifadə edirsə, milyonlarla insandan biridir və İnternet xidmət provayderindən istifadə etməsi həmin şəxsin şəxsiyyəti haqqında məlumatın verilməsi üçün səbəb deyil.
- İstifadəçinin yaşadığı ölkənin açıqlanması (məsələn, İstifadəçi:Filankəs1 Azərbaycanda, İstifadəçi:Filankəs2 isə Türkmənistanda yaşayır) şəxsi məlumatların açıqlanması kimi götürülmür.
Təftişçi əməliyyatları
Təftişçi bloklamaları
Təftişçi texniki (yoxlama) sübutları əsasında hesabları blok edə bilər. Blok jurnalının xülasəsində təftişçinin bloku ayrıca olaraq göstərilir. İdarəçilər əvvəlcə təftişçiyə müraciət etmədən "təftişçi blokunu" aça, və yaxud müddətini dəyişə bilməzlər. Bütün təftişçi bloklarına birbaşa vikicəmiyyət tərəfindən nəzarət edilir. Blokun yanlışlığı barədə narahatlıq yaranarsa, blokun səbəbləri nəzərdən keçirilməli və araşdırılmalıdır.
Hüququn geri alınması
- Əgər təftişçi 1 il müddətində heç bir fəaliyyət göstərmirsə, onun hüququ avtomatik olaraq geri alınacaq.
- Təftişçi hüququndan qaydaları pozmaq məqsədilə istifadə edirsə, onun hüququnun geri alınması əvvəlcə Azərbaycanca Vikipediyada müzakirə olunmalıdır. Stüardlar bu hüququ geri götürə bilməzlər, lakin araşdırmada kömək edə bilərlər. Zəruri hallarda, xüsusilə gizlilik siyasətinin kobud şəkildə pozulmasını nəzərə alaraq təftişçi hüququnun geri alınması üçün Vikimedia Fonduna müraciət edilə bilər.
- Vikipediyada bir təftişçi varsa Vikicəmiyyət mütləq surətdə ikincisini də seçməlidir. Vikipediyada təftişçinin sayı ən azı iki olmalıdır (çünki, bir təftişçi digərinin redaktələrini görə bilir).
Təftişçilərin seçilməsi qaydaları
Təftişçi hüququna seçkilər "qlobal olaraq" tənzimlənir və bu şərtlərə uyğun olaraq seçkinin uğurlu olması üçün səsvermədə ən azı 25 nəfər iştirak etməli və 70-80% dəstək faizinə nail olmalıdır. Seçki müddəti 15 gün olur və bürokratlar nəticələrin tam aydın olması üçün səsvermə müddətini uzada bilərlər.
Təftişçi hüququna malik olan istifadəçilər
Keçmiş təftişçilər
Xarici keçidlər
- About European Law
- m:Privacy policy
- m:Request for CheckUser information
- m:Requests for permissions to ask for the status
- m:Help:CheckUser user manual
- [Foundation-l] CheckUser (thoughts), by Anthere on April 22, 2006, includes a historic background