Yeni il yolkası
1 yanvar : Yeni il (Qriqori təqvimi ), Beynəlxalq domen günü
Digər günlər: 31 dekabr – 1 yanvar – 2 yanvar
bax – müzakirə – redaktə – tarixçə
Bruklin körpüsü
1788 — Corciya ABŞ Konstitusiyasını təsdiqləyən dördüncü ştat oldu.
1833 — İki ingilis hərbi gəmisi Britaniyanın Folklend adaları üzərində Britaniya suverenliyini təsdiqləmək üçün adaya istiqamət götürdü.
1839 — Lui Dager Ayın ilk fotoşəklini çəkdi.
1870 — Bruklin körpüsünün inşası başladı.
1905 — Rus-Yapon müharibəsi : Rusiyanın Port Artur şəhəri və Çindəki rus qarnizonu yaponlara təslim oldu.
1942 — II Dünya müharibəsi : Manila Yaponiya tərəfindən işğal olundu.
1949 — Luis Munyoz Marin Puerto-Rikonun ilk demokratik yolla seçilən qubernatoru oldu.
2002 — Argentina Qanunverici Məclisinin qərarı ilə Eduardo Duhalde Argentinanın müvəqqəti prezidenti təyin edildi.
Digər günlər: 1 yanvar – 2 yanvar – 3 yanvar
bax – müzakirə – redaktə – tarixçə
Janna d'Ark
Digər günlər: 2 yanvar – 3 yanvar – 4 yanvar
bax – müzakirə – redaktə – tarixçə
Xristofor Kolumb
Digər günlər: 3 yanvar – 4 yanvar – 5 yanvar
bax – müzakirə – redaktə – tarixçə
San-Fransiskoda "Golden Gate" körpüsü
1769 — İngilis mühəndisi Ceyms Vatt buxar maşınını patentləşdirdi.
1809 — Türkiyə ilə İngiltərə arasında müharibə Sultaniyə sülhü ilə başa çatdı.
1895 — Rentgen şüaları kəşf edildi.
1930 — ÜİK(b)P MK "Kollektivləşmənin templəri və dövlətin kolxoz quruculuğuna kömək tədbirləri haqqında" qərar verdi. Bu tarix keçmiş SSRİ -də kütləvi kollektivləşmənin başlanğıcı hesab olunur.
1933 — San-Fransiskoda Golden Gate körpüsünün (şəkildə) tikintisinə başlandı.
2005 — Məlum olan ən böyük cırtdan planet — Erida kəşf edildi.
Digər günlər: 4 yanvar – 5 yanvar – 6 yanvar
bax – müzakirə – redaktə – tarixçə
Vyanada "Musikverei" konsert zalı
1810 — İstanbul sülh sazişi imzalandı. Sazişə əsasən Osmanlı dövləti Krımı Rusiya imperiyasına verdi.
1810 — Samuel Morze teleqrafı kəşf etdi.
1870 — Vyanada məşhur konsert zalı "Musikverei"nin təntənəli açılışı oldu.
1907 — İtaliyalı pedaqoq Mariya Montessori Romada orta təbəqəli ailələrin uşaqları üçün özünün ilk məktəbini və uşaq bağçasını açdı.
1912 — Nyu-Meksiko ABŞ -ın 47-ci ştatı oldu.
1930 — İosif Stalinin fərmanı ilə SSRİ -də fərdi təsərrüfat sistemi ləğv edildi, eyni zamanda "Yeni İqtisadi Siyasət" dövrünün sona çatdığı elan olundu.
1992 — Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı hesabına Qondarma Dağlıq Qarabağ Respublikasının yaradıldığı elan edildi.
Digər günlər: 5 yanvar – 6 yanvar – 7 yanvar
bax – müzakirə – redaktə – tarixçə
Qalileo Qaliley
1598 — Boris Qodunov Rüriklər sülaləsindən olmayan ilk şəxs kimi Rusiya çarı oldu.
1610 — Qalileo Qaliley öz teleskopu vasitəsilə Yupiter planetinin dörd peykini aşkar etdi.
1782 — İlk ABŞ kommersiya bankı olan Şimali Amerika Bankının açılışı oldu.
1910 — Fransız pilot Ubert Latham aviasiya tarixində ilk dəfə olaraq 1000 metrdən yüksəyə qalxdı.
1927 — London və Nyu-York arasında ilk birbaşa qitələrarası telefon danışığı baş tutdu.
1953 — ABŞ prezidenti Harri Trumen ölkəsinin hidrogen bombasına malik olduğunu açıqladı.
1979 — Vyetnam qoşunları qonşu Kambocadakı Pol Pot rejimini devirdilər.
1989 — Naxçıvan MSSR ərazisində SSRİ -Türkiyə sərhədindəki qurğular dağıdıldı.
Digər günlər: 6 yanvar – 7 yanvar – 8 yanvar
bax – müzakirə – redaktə – tarixçə
Şarl de Qoll
1297 — Monako müstəqillik əldə etdi.
1912 — Afrika Beynəlxalq Konqresinin təməli qoyuldu.
1914 — Xərçəng xəstəliyinin müalicəsi üçün radium elementindən istifadə edildi.
1923 — Zaqafqaziya SFSR vahid Zaqafqaziya pul nişanı haqqında dekret qəbul etdi.
1959 — Fidel Kastro Havanaya daxil oldu.
1959 — Şarl de Qoll (şəkildə) Fransada Beşinci Respublikanın ilk prezidenti seçilmişdir.
1962 — Niderlandda Harmelen qatarının qəzaya uğraması nəticəsində 93 nəfər həlak oldu.
Digər günlər: 7 yanvar – 8 yanvar – 9 yanvar
bax – müzakirə – redaktə – tarixçə
BMT-nin Nyu-Yorkdakı mənzil qərargahı
1768 — Londonda ilk dəfə olaraq Filip Astley müasir sirk təşkil etdi.
1905 — Peterburqda baş verən "Qanlı bazar günü" olaylarında hökumət qüvvələrinin dinc nümayişçiləri atəşə tutması nəticəsində 130 nəfər həlak oldu, 300 nəfər yaralandı.
1951 — BMT -nin Nyu-Yorkdakı mənzil qərargahının rəsmi açılışı oldu.
1960 — Sovet İttifaqının texniki dəstəyi ilə Misirdə Asuan bəndinin tikintisinə başlanıldı.
1992 — Serbiya müstəqilliyini elan etdi.
2005 — Mahmud Abbas Fələstin Muxtariyyətinin başçısı seçildi.
Digər günlər: 8 yanvar – 9 yanvar – 10 yanvar
bax – müzakirə – redaktə – tarixçə
Con Rokfeller
1072 — Robert Qviskar Palermonu fəth etdi.
1810 — Napoleon Bonapart və Jozefina Boharnenin nikahı ləğv edildi.
1861 — ABŞ Vətəndaş müharibəsi dövründə Florida İttifaqdan ayrıldı.
1863 — Londonda Paddinqton və Farrinqton stansiyaları arasında dünyada ilk metro xətti istifadəyə verildi.
1870 — Con Rokfeller (şəkildə) "Standart Oil Co" şirkətini təsis etdi.
1946 — Londonda 51 dövlətin nümayəndəsinin iştirakı ilə BMT Baş Assambleyasının ilk iclası başladı.
2001 — Vikipediya Nupediyanın tərkibində fəaliyyətə başladı.
Digər günlər: 9 yanvar – 10 yanvar – 11 yanvar
bax – müzakirə – redaktə – tarixçə
Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə tərtib edilmiş xəritəsi
1919 — Rumıniya Transilvaniyanı tutdu.
1920 — Azərbaycan Demokratik Respublikasıın müstəqilliyi Versal Sülh Konfransının Ali Şurasında tanındı.
1922 — İlk dəfə olaraq diabet xəstələrini müalicə etmək üçün insulindən istifadə edildi.
1935 — Ameliya Erhart Havay adalarından Kaliforniyaya uçuş həyata keçirdi.
1940 — Sergey Prokofyevin "Romeo və Cülyetta " baletinin premyerası oldu.
1942 — İkinci dünya müharibəsi : Yaponiya Kuala-Lumpuru ələ keçirdi.
1972 — Şərqi Pakistanın adı dəyişdirilərək Banqladeş adlandırıldı.
Digər günlər: 10 yanvar – 11 yanvar – 12 yanvar
bax – müzakirə – redaktə – tarixçə
Eyfel qülləsi
1908 — "Leyli və Məcnun " operasının ilk tamaşası keçirildi.
1908 — Eyfel qülləsi radio qülləsi kimi istifadə edilməyə başladı.
1990 — Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovun Vilnüsə səfəri zamanı 300 min nəfər müstəqillik tələbi ilə mitinq keçirdi.
1991 — ABŞ Konqresi Corc H.U. Buşa İraqa hərbi müdaxilə etmək səlahiyyəti verdi.
2000 — Türkiyədəki koalisiyalı hökumət terrorçu Abdullah Öcalan barəsində çıxarılan ölüm hökmünün icrasını təxirə saldı.
2006 — Həcc ziyarəti zamanı şeytan daşlama mərasimində, basabas zamanı 362 zəvvar həlak oldu.
Digər günlər: 11 yanvar – 12 yanvar – 13 yanvar
bax – müzakirə – redaktə – tarixçə
Henri Ford
1822 — Yunan bayrağının dizaynı ilk Milli Məclisdə qəbul edildi.
1830 — Nyu-Orleanda dəhşətli yanğın başladı.
1908 — Pensilvaniyada yerləşən Rods Opera Sarayında yanğın nəticəsində 171 nəfər həlak oldu.
1915 — İtaliyanın Avezzano şəhərində baş vermiş zəlzələ nəticəsində 29 800 nəfər həyatını itirdi.
1942 — Henri Ford plastik kütlədən avtomobil hazırladı, bu avtomobil digər avtomobillərdən 30% daha yüngül idi.
1991 — Vilnüsdə Sovet hərbçiləri müstəqillik istəyən litvalılara hücum etdi.
2001 — Salvadorda zəlzələ 800-dən çox insanın həyatına son qoydu.
Digər günlər: 12 yanvar – 13 yanvar – 14 yanvar
bax – müzakirə – redaktə – tarixçə
Bill Klinton
1301 — III Andraşın vəfatı ilə Macarıstanda Arpadlar sülaləsinin hakimiyyəti sona çatdı.
1539 — Kuba İspaniyanın koloniyası oldu.
1858 — III Napoleon ona qarşı həyata keçirilən sui-qəsddən sağ çıxdı.
1907 — Yamaykada baş verən zəlzələ nəticəsində mindən artıq insan həlak oldu.
1973 — Elvis Preslinin peyk vasitəsilə canlı yayımlanan "Aloha from Hawaii" konserti televiziya tarixində ən çox tamaşaçı cəlb edən fərdi veriliş oldu.
1994 — Bill Klinton Boris Yeltsinlə nüvə silahlarının hər hansı bir ölkəyə hədəflənməsinə son qoyulması və Ukraynanın nüvə arsenalının ləğv edilməsi barədə razılığa gəldilər.
2011 — Ərəb baharı : Tunis prezidenti Zeynalabdin ben Əli Səudiyyə Ərəbistanına qaçdı.
Digər günlər: 13 yanvar – 14 yanvar – 15 yanvar
bax – müzakirə – redaktə – tarixçə
Müəmmər Qəzzafi
1559 — İngiltərə kraliçası I Yelizaveta taxta çıxdı.
1759 — Britaniya muzeyinin açılışı oldu.
1892 — ABŞ -ın Massaçusets ştatının Sprinqfild şəhərində Basketbol oyununun qaydaları elan edildi.
1964 — III London Konfransında İngiltərə , Türkiyə və Yunanıstan təmsilçiləri ilə yanaşı Şimali Kiprin və adanın yunan qisminin təmsilçiləri də iştirak etdilər.
1970 — Müəmmər Qəzzafi Liviyanın baş naziri seçildi.
1992 — Avropa dövlətlərinin Xorvatiya və Sloveniyanın müstəqilliyini rəsmən tanıması ilə Yuqoslaviya dağıldı.
Digər günlər: 14 yanvar – 15 yanvar – 16 yanvar
bax – müzakirə – redaktə – tarixçə
II Filipp
1556 — II Filipp (şəkildə) İspaniyanın kralı oldu.
1778 — Fransa ABŞ -ın müstəqilliyini tanıdı.
1920 — ABŞ -da "Quru qanun" qüvvəyə mindi, spirtli içkilər istehsal etmək, satmaq və qəbul etmək qadağan edildi.
1956 — Misir müstəqillik əldə etdi.
1973 — "Luna 21 " kosmik stansiyası Ay səthinə uğurlu eniş etdi.
1979 — İran şahı öz ailəsi ilə birlikdə ölkəni tərk edib Misirə qaçdı.
1992 — Mexikoda Salvador rəsmiləri ilə üsyançıların rəhbərləri arasında imzalanan Çapultepek sülh razılaşması 12 illik Salvador vətəndaş müharibəsinə son qoydu.
Digər günlər: 15 yanvar – 16 yanvar – 17 yanvar
bax – müzakirə – redaktə – tarixçə
Don Kixot
1605 — Don Kixot romanı ilk dəfə nəşr olunmuşdur.
1773 — Ceyms Kuk və onun komandası Antarktik dairəyə yaxınlaşmışlar.
1860 — rus yazıçısı Anton Çexov anadan olmuşdur (ö. 1904 )
1852 — Sand-River müqaviləsi ilə İngiltərə , Transvaaldakı (Cənubi Afrika ) Boer müstəmləkələrinin istiqlalını qəbul etmişdir.
1942 — məşhur ABŞ boksçusu Məhəmməd Əli anadan olmuşdur.
1944 — İkinci dünya müharibəsinin ən uzun və qanlı döyüşlərindən biri - Monte Kasino döyüşü başlamışdır.
1946 — BMT Təhlükəsizlik Şurasının ilk yığıncağı olmuşdur.
1991 — "Səhrada tufan" hərbi əməliyyatı çərçivəsində müttəfiq ölkələrin təyyarələri İraq və Küveyti bombalamışlar.
2001 — Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycannın təşkilata tamhüquqlu üzv qəbul edilməsi barədə qərar qəbul etmişdir.
Digər günlər: 16 yanvar – 17 yanvar – 18 yanvar
bax – müzakirə – redaktə – tarixçə
Henri Morqan
1654 — Pereyaslav radasında Ukraynanın Rusiyaya birləşməsi haqqında qərar qəbul edildi.
1670 — Henri Morqan Panamanı ələ keçirdi.
1896 — Nyu-Yorkda Rentgen cihazının ilk təqdimatı baş tutdu.
1911 — İlk dəfə təyyarə gəminin üzərinə eniş etdi. Pilot Yucin B. Elay, San-Fransisko limanındakı "USS Pennsylvania"nın göyərtəsinə enmişdir.
1943 — İkinci dünya müharibəsi : Sovet ordusu Leninqradın 872 gün davam edən mühasirəsini yarıb.
1990 — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun 13 yanvarda başlayan iclasları başa çatıb. İclaslarda respublikadakı vəziyyət müzakirə edilib, iştirak edənlər güc tətbiq etmənin zəruri olduğunu bildiriblər. Etiraz edən olmayıb.
2005 — 800 sərnişin tutumlu "Airbus A380 " təyyarəsi Fransanın Tuluza şəhərində mətbuata təqdim edilib.
Digər günlər: 17 yanvar – 18 yanvar – 19 yanvar
bax – müzakirə – redaktə – tarixçə
Fətəli xan Xoyski
1853 — Romada Cüzeppe Verdinin "Trubadur" operasının ilk tamaşası keçirildi.
1903 — İlk dəfə "Tur de Frans " velosiped yarışına start verildi.
1944 — İkinci dünya müharibəsinin gedişi zamanı sovet qoşunları Novqorodu azad etdilər.
1965 — "Naxçıvan", "Boksitoqorsk", "Sevsk" və "Sebej" balıqçı gəmilərinin Berinq dənizində qəzaya uğraması nəticəsində 100 nəfər həlak oldu.
1990 — Yanvarın 18-dən 19-na keçən gecə Cəlilabad və Biləsuvar rayonlarında Sovet-İran sərhədi qurğularının dağıdılmasının ardından minlərlə insan milli təəssübkeşlik hisləri ilə İran tərəfə keçdi.
1993 — Azərbaycan Respublikası Qırğızıstan ilə diplomatik əlaqələr qurdu.
2007 — erməniəsilli Türkiyə jurnalisti Hrant Dink İstanbulda qətlə yetirildi.
Digər günlər: 18 yanvar – 19 yanvar – 20 yanvar
bax – müzakirə – redaktə – tarixçə
Qara Yanvar qurbanlarından.
1265 — Hersoq Lankaster ilk ingilis parlamentini toplamışdır.
1944 — İkinci Dünya müharibəsinin gedişi zamanı Böyük Britaniya hərbi hava qüvvələri Berlinə 2300 ton bomba tullamışlar.
1961 — Con Kennedi ABŞ-nin 35-ci prezidenti seçilmişdir.
1980 — ABŞ prezidenti Cimmi Karter Moskva Yay Olimpiadasını boykot edəcəklərini elan etmişdir.
1990 — SSRİ prezidenti Mixail Qorbaçovun göstərişi ilə sovet ordusu hissələri həm quru, həm də dəniz yolu ilə Bakı şəhərinə hücum etmiş, bu hücum nəticəsində 150-dən artıq dinc sakin qətlə yetirilmiş, yüzlərlə insan yaralanmışdır.
1996 — Yasir Ərəfat Fələstinin prezidenti seçilmişdir.
2010 — Bakıda 20 Yanvar abidə-kompleksinin açılışı olmuşdur.
Digər günlər: 19 yanvar – 20 yanvar – 21 yanvar
bax – müzakirə – redaktə – tarixçə
Kuba
1701 — I Pyotrun fərmanı ilə Moskvada Top Əmrləri Məktəbi açılır.
1775 — Rusiyada kəndli üsyanının rəhbəri Yemelyan Puqaçov edam edilib.
1920 — Parisdə Versal Sülh Konfransı başa çatıb.
1968 — Göyərtəsində 4 hidrogen bombası olan ABŞ hərbi təyyarəsi Qrenlandiya yaxınlığında qəzaya uğrayıb. Bombalardan biri indiyədək tapılmayıb.
1977 — İtaliyada aborta rəsmi icazə verilir.
1990 — Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası keçirilib. Respublika rəhbərliyi sessiyada iştirak etməyiblər və onu "qeyri-qanuni yığıncaq" adlandırıb. Sessiyada Bakıdan qoşunların çıxarılması və fövqəladə vəziyyət rejiminin ləğvi barədə qərarlar qəbul edilib. Lakin SSRİ rəhbərliyi buna məhəl qoymayıb.
1998 — Roma papası II İohan Pavel ilk dəfə olaraq kommunist rejimli ölkəyə, Kubaya səfər edib.
Digər günlər: 20 yanvar – 21 yanvar – 22 yanvar
bax – müzakirə – redaktə – tarixçə
"Boinq 747" təyyarəsi
1863 — Polşada "Yanvar qiyamı" ilə milli azadlıq hərəkatı başlamışdır.
1905 — Rusiyada tarixə "Qanlı bazar" adı ilə düşmüş inqilab baş vermişdir.
1932 — Türk dilində ilk dəfə "Quran" İstanbulda məscidlərin birində uca səslə oxunmuşdur.
1957 — İsrail ordusu Sinay yarımadasından çəkilsə də, Qəzzə bölgəsi işğaldan azad olunmamışdır.
1970 — Boinq 747 təyyarəsi ilk dəfə havaya qalxmışdır.
1990 — 20 yanvar şəhidləri Bakının ən uca yeri olan Dağüstü Parkda dəfn edilmişlər.
2005 — Şimali Koreyanın xarici işlər naziri Kim Ke Qvan KXDR -in nüvə silahına malik ölkə olduğunu elan etmişdir.
Digər günlər: 21 yanvar – 22 yanvar – 23 yanvar
bax – müzakirə – redaktə – tarixçə
Qənd rafinad
98 — Trayan Roma imperatorluğuna rəhbərliyi ələ alıb.
1792 — Qənd və kofe qıtlığı Fransa paytaxtında kütləvi iğtişaşlarla nəticələnib.
1832 - Fransız impressionist rəssamı Eduard Mane anadan olub.
1849 — Amerikalı həkim Elizabet Blakvel Qərb Yarımkürəsində doktorluğu müdafiə etmiş ilk qadın kimi tarixə düşüb.
1922 — Torontoda şəkər xəstələrinə insulin kütləvi şəkildə tətbiq edilməyə başlanıb.
1950 — Knesset (İsrail parlamenti) Təl-Əvivi İsrailin paytaxtı elan edib.
1978 — Fransada kilsə ölüm hökmünün ləğvinə razılıq verib.
1990 — 41 il əvvəl Macarıstana girən Sovet ordusu ölkəni tərk edib.
1992 — ABŞ Azərbaycanın müstəqilliyini tanıyıb.
Digər günlər: 22 yanvar – 23 yanvar – 24 yanvar
bax – müzakirə – redaktə – tarixçə
Janna Dark
1909 — Katolik kilsəsi 1431 -ci ildə yandırılmış fransız qızı Janna d'Arkı müqəddəs elan edib.
1924 — Petroqradın adı dəyişdirilərək Leninqrad adlandırılıb.
1940 — Azərbaycan Rus Dram Teatrında Səməd Vurğunun "Vaqif" dramının ilk tamaşası olub.
1978 — SSRİ -nin nüvə reaktorlu kosmik raketi "Kosmos 954" okeana düşüb. Bu, tarixdə nüvə mühərrikli raketin ilk qəzası idi.
1984 — "Apple " şirkəti "siçan"la idarə olunan ilk kompüteri bazara çıxarıb.
1992 — Ukrayna Azərbaycana nota verərək diplomatik münasibətlər qurmaq niyyətini bildirib. Azərbaycan 6 fevralda notaya müsbət cavab verib.
1994 — Türkiyənin ilk rabitə peyki "TÜRKSAT 1" orbitə çıxarılandan 12 dəqiqə sonra Atlantik okeanına düşüb.
Digər günlər: 23 yanvar – 24 yanvar – 25 yanvar
bax – müzakirə – redaktə – tarixçə
Kral III Eduard
1325 — III Eduard İngiltərə kralı oldu.
1554 — Braziliyada San-Paulu şəhərinin əsası qoyuldu.
1879 — Bolqarıstan Beynəlxalq Bankı yaradıldı.
1918 — Ukrayna bolşevik Rusiyasının aslılığından ayrıldığını bəyan etdi.
1924 — Fransanın Şamoni şəhərində 16 ölkədən 200-ə yaxın atletin iştirakı ilə ilk Qış Olimpiya oyunları başladı.
1999 — Qərbi Kolumbiyada baş verən zəlzələ min nəfərin həyatına son qoydu.
2001 — Azərbaycan Respublikası Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi.
Digər günlər: 24 yanvar – 25 yanvar – 26 yanvar
bax – müzakirə – redaktə – tarixçə
Lissabon
1531 — Portuqaliyanın Lissabon şəhərində baş verən zəlzələ minlərlə insanın həyatına son qoydu.
1837 — Miçiqan ABŞ -ın 26-cı ştatı elan edildi.
1860 — Amerika vətəndaş müharibəsi : Virciniya yenidən ştatlar birliyinə qoşuldu.
1965 — Hind dili Hindistanın rəsmi dili kimi qəbul edildi.
1980 — İsrail və Misir arasında diplomatik əlaqələr yaradıldı.
1995 — Azərbaycan Respublikası Xorvatiya ilə diplomatik əlaqələr qurdu.
Digər günlər: 25 yanvar – 26 yanvar – 27 yanvar
bax – müzakirə – redaktə – tarixçə
Cordano Bruno
98 — Nervanın ölümündən sonra Trayan Roma İmperatoru oldu.
1299 — Osmanlı İmperiyasının əsası qoyuldu.
1593 — Vatikan Cordano Bruno barədə yeddiillik məhkəmə prosesini başlatdı.
1695 — II Əhmədin ölümündən sonra II Mustafa Osmanlı İmperiyasının sultanı oldu.
1888 — Vaşinqtonda Milli Coğrafiya Cəmiyyətinin əsası qoyuldu.
1944 — İkinci dünya müharibəsi : Leninqradın 900 günlük mühasirəsi başa çatdı.
1993 — Azərbaycan Respublikası Çexiya ilə diplomatik əlaqələr qurdu.
Digər günlər: 26 yanvar – 27 yanvar – 28 yanvar
bax – müzakirə – redaktə – tarixçə
"Challenger" kosmik gəmisinin heyət üzvləri
1958 — Kiprdə ingilislərin türk nümayişçilərə atəş açması və əsgərin yük avtomobilini insanların üstünə sürməsi nəticəsində 8 nəfər həlak oldu.
1965 — Kanada bayrağının dizaynı parlament aktı ilə qəbul edildi.
1982 — Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkan ASALA tərəfindən qətlə yetirildi.
1986 — Göyərtəsində 7 astronavt olan "Challenger" kosmik gəmisinin startdan 73 saniyə sonra 14 km yüksəklikdə partlaması nəticəsində bütün heyət üzvləri həlak oldu.
1992 — "Ağdam –Şuşa " marşrutu ilə uçan "Mİ-8" mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vuruldu , çoxu qadın və uşaq olan 44 sərnişin və ekipaj həlak oldu.
2002 — Ekvadorun TAME hava yolu şirkətinə aid Boeing 727 -100 təyyarəsinin And dağlarına çırpılması nəticəsində 92 nəfər həlak oldu.
Digər günlər: 27 yanvar – 28 yanvar – 29 yanvar
bax – müzakirə – redaktə – tarixçə
İvan Qroznı
1547 — Moskvada çar İvan Qroznının tacqoyma mərasimi keçirilib.
1821 — İlk dəfə Rus dənizçiləri Antarktidaya çıxıblar.
1833 — Rusiyada ilk dəfə olaraq Peterburqda şəhər poçt xidməti təsis edilib.
1896 — Amerika fiziki Qrubbe ilk dəfə olaraq xərçəngin müalicəsində radioaktiv şüalanmadan istifadə edib.
1956 — Almaniya Demokratik Respublikası Varşava müqaviləsinə qoşulub.
1978 — İsveçrə ozon təbəqəsinə zərər verdiyi üçün bütün aerozol maddələrin satışını qadağan edən ilk ölkə olub.
2001 — Fransa parlamenti Erməni soyqırımını tanıyıb.
Digər günlər: 28 yanvar – 29 yanvar – 30 yanvar
bax – müzakirə – redaktə – tarixçə
1649 — İngiltərə kralı I Karl Stüart (şəkildə ) edam edildi.
1933 — Adolf Hitler Almaniyanın kansleri seçildi.
1948 — Mahatma Qandi ekstremist Nathuram Qodse tərəfindən qətlə yetirildi.
1982 — 15 yaşlı məktəbli Riçard Skrenta ilk kompüter virusunu yazdı.
1992 — Azərbaycan ATƏM-ə üzv qəbul edildi.
2000 — Keniya Hava Yollarına aid Airbus A310-300 təyyarəsinin Atlantik okeanına düşməsi nəticəsində 169 nəfər həlak oldu.
2007 — "Windows Vista " əməliyyat sistemi və "Microsoft Office 2007 " proqram paketi satışa çıxarıldı.
Digər günlər: 29 yanvar – 30 yanvar – 31 yanvar
bax – müzakirə – redaktə – tarixçə
Yuqoslaviya
1714 — I Pyotr Rusiyada ən qədim muzey sayılan Kunstkameranı təsis etdi.
1865 — Dmitri Mendeleyev "Spirtin su ilə birləşmələri" adlı dissertasiyasını müdafiə etdi.
1946 — Yeni konstitusiyaya görə, Yuqoslaviya 6 respublikadan ibarət federasiyaya çevrildi.
1950 — ABŞ Prezidenti Harri Trumen hidrogen bombası planını açıqladı.
1968 — Nauru Avstraliyadan müstəqillik qazandı.
1990 — Moskvada ilk "McDonald's " kafesi açıldı.
2000 — Alyaska Hava Yollarına aid MD-83 təyyarəsinin Sakit okeana düşməsi nəticəsində 88 nəfər həlak oldu.
Digər günlər: 30 yanvar – 31 yanvar – 1 fevral
bax – müzakirə – redaktə – tarixçə