Vikipediya Vikilesdirme - Wikipedia
Vikipediya Vikilesdirme - Wikipedia - Haqqında Məlumat
Vikiləşdirmə — məqalələrə viki-işarələrin əlavə edilməsi və ya düzəliş edilməsi prosesidir. Bununla bağlı daha ətraflı məlumat əldə etmək üçün Kömək:Məqalələrin redaktə qaydaları ilə tanış ola bilərsiniz.
Vikiləşdirmə dedikdə, məqaləyə daxili və xarici keçidlərin yerləşdirilməsi, məqalənin bölmələrə ayrılması, kateqoriyaların və şablonların yerləşdirilməsi, məqalənin vizual görünüşünü yaxşılaşdırmaq üçün teqlərdən istifadə, həmçinin yazı üslubunun ensiklopedik üsluba uyğunlaşdırılması və s. əlavə və düzəlişlər nəzərdə tutulur.
Hər bir istifadəçi məqalələri vikiləşdirə bilər. Həmçinin digər istifadəçilərin diqqətini cəlb etmək üçün vikiləşdirilməsinə ehtiyac olan məqalələrə {{Vikiləşdirmək}} şablonu əlavə edilə bilər.