Hər nə qədər istədiyiniz hər hansı bir məqaləni səsləndirmək hüququna malik olmağınıza baxmayaraq, biz sizin ruh entuziazmınızı və bacarığınızı ilk növbədə aşağıda sadalanmış növdə olan məqalələrə yönəltməyinizi qətiyyətlə tövsiyə edirik:
Səsləndirmək istədiyiniz məqaləni seçməzdən öncə sizə yol göstərəcək bir iki xırda təfərrüat:
Qeydlər, yükləmə qaydalarında bəhs edildiyi kimi məqalənin yalnız bir variantını daşıyacaq şəkildə olmalıdır. Qeydiyyat prosesinə başlamazdan öncə səsləndirilməsi planlaşdırılan məqalə əvvəldən axıra kimi diqqətlə oxunulmalı və hazır bir variant kimi bir yerə köçürülməlidir. Həmçinin məqaləni orfoqrafik qaydalara əsasən yenidən nəzərdən keçirməyi və orfoqrafik səhvlər aşkar edildiyi halda, üzərində məqsədəuyğun dəyişikliklərin aparmasını da unutmamaq lazımdır; siz bu sayədə bükülmüş cümlələri düzəldə, uzun cümlələri daha aydın hissələrə parçalaya və bütün bunlar sayəsində oxunan mətnin daha aydın olmasını təmin edə bilərsiniz.
Səsləndirməyi düşündüyünüz məqalə üzərində davam edən bir dəyişiklik vəziyyətinin olması, məqalə keçərliliyinin tez bir zamanda aradan qalxacağı mənasına gəlir. Məhz buna görə də səsləndirməyi planlaşdırdığınız mövzunu artıq kifayət qədər savadlı iştirakçılar tərəfindən yazılmış və idarəçilər tərəfindən qramatik xüsusiyyətləri "qənaətbəxş" olaraq qiymətləndirilmiş məqalələrdən seçməyiniz tövsiyə olunur. Sizin daha çox seçilmiş və ya yaxşı məqalə statuslarına sahib olan məqalələrə üstünlük verməyiniz, həmin səsləndiriləcək məqalə üzərində daha az vaxt itkisi ilə qarşılaşacağınızı güman edir.