Vikipediya Muzakiresi Bloklama Qaydalari Arxiv 1 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Müddət
Burada qeyd olunur ki, "Bloklama müddəti idarəçi tərəfindən sərbəst olaraq təyin edilir.". Bəlkə Vikipediya:İdarəçilərin fəaliyyətində Maddə 3.1. Bloklanma müddətinə əsasən olması məqbuldur? Yoxsa sonuncuda nəsə dəyişiklik olunmalıdır?--Vago 08:27, 10 yanvar 2011 (UTC)
Bloklama müddəti idarəçi tərəfindən təyin olunmalıdır. Belə ki, istifadəçinin etdiyi Vandalizmlər də müxtəlifdir, bir var ki, bilmədən mətni silir, mənasız məlumatlar yazır, lazımsız şəkillər qoyur, bir də var ki, kimisə çox pis təhqir edir və s. --Irada 08:58, 10 yanvar 2011 (UTC)
Bloklanma müddəti dəqiq vaxt çərçivəsində olarsa, daha ədalətli olar. --Cek Li Taran 09:05, 10 yanvar 2011 (UTC)
O halda bütün Vandalizm halları klassifikasiya olunmalı, xüsusi alqoritm əsasında bloklanma müddətlərinə uyğunlaşdırılmalıdır. Mən belə metoda rast gəlməmişəm :)P.S. Yeni Dissertasiya İşi mövzusudur. :)--Irada 09:19, 10 yanvar 2011 (UTC)
Onu klassifikasiya eləmək də qeyri-mümkündür. Elə mən bu dəqiqə oturub fikirləşib 500-700 vandalizm forması qeyd edə bilərəm. --Sortilegus 22:28, 10 yanvar 2011 (UTC)
Saxta mənbə
Məqalədə əlavə edili: "Məqalədə redaktə zamanı bilərəkdən saxta mənbələrin yazılması" Kimsə izah edə bilərmi - "saxta mənbə" dedikdə nə nəzərdə tutulur və mənbənin saxta olub-olmamasını necə təyin etmək olar?--Irada 09:25, 28 fevral 2011 (UTC)
- Demək istəyirdim ki, konkret mənbə göstərilir (məsələn, Herodot 3.6 və ya filan kitab səh.123) ancaq mənbədə iddia edilən fikir yoxdur.--Melikov Memmed⇒email 09:31, 28 fevral 2011 (UTC)
İndi aydın oldu və məqalədə fikirlə bağlı redaktə ilə razıyam. --Irada 09:53, 28 fevral 2011 (UTC)
İstifadəçinin bir neçə gizli qeydiyyat yazısının (kuklaların) olduğu aşkarlanarsa
Məncə bunu səsvermə zamanı bir neçə kukladan istifadə olunduğu halla dəyişdirmək lazımdır (məsələn İdarəçilərin seçkisinin keçirilməsi ilə bağlı qaydalarda göstərildiyi kimi).→VagoMüzakirə 09:47, 28 mart 2011 (UTC)
Bir az dəyişiklik etdim. --Irada 10:42, 29 mart 2011 (UTC)
İstifadəçinin adı
Salam. Mənim fikrimcə istifadəçinin adı reklam xarakterli olmamalıdır. Bu əgər reklam məqsədli seçilmiş addırsa, digər istifadəçilərdə reklam xarakterli xatırlatma yaradırsa bu vikipediya qaydalarına zidd olmalıdır. Əgər etirazınız yoxdursa, istifadəçi adları bölməsinə bu şərti də əlavə etmək istəyirəm.--Bakuemil 11:18, 28 mart 2011 (UTC)
Bəs qlobal istifadəçilərin adları necə olsun? --Cek Li Taran 12:30, 28 mart 2011 (UTC)
- Qlobal istifadəçiləri hansı mənada soruşursuz? Başa düşmədim?--Bakuemil 13:10, 28 mart 2011 (UTC)
Avtomatik qeydiyyatdan keçən istifadəçilər. --Cek Li Taran 13:12, 28 mart 2011 (UTC)
- Avtomatik istifadəçilər ağlıma gəlməmişdi :). Biz ən azından normal olaraq qeydiyyatdan keçən istifadəçilərdən bunu tələb edə bilərik.--Bakuemil 06:56, 29 mart 2011 (UTC)
- Bu çox müşkül, eyni zamanda mümkün olmayan məsələdir :). --Sultan11 07:18, 29 mart 2011 (UTC)
İstifadəçi qeydiyyatdan keçdikdən sonra, ondan adını dəyişdirməyi tələb etmək nə dərəcədə doğrudur? Bunun başqa yolunu tapmaq lazımdır. Görəsən META-da belə bir təcrübə varmı? Və yaxud da bizdən öndə olan digər vikilərdə belə təcrübə varmı? ----Cek Li Taranmesaj 07:24, 29 mart 2011 (UTC)
- Biz əgər qaydalara əsasən bu şərtləri tələb ediriksə; "Vikipediyadan qeydiyyatdan keçərkən istifadəçi özünə provokasiya məqsədilə, təhqiredici və ya ədəbsiz ad seçmişdirsə, o zaman o, idarəçi tərəfindən bloklana bilər. Həmin istifadəçilərin şəxsi və müzakirə səhifələrinə xəbərdarlıq şablonu qoyulur.", məncə bunu (reklam məqsədli adı) da tələb edə bilərik. Başqa vikilərdəki təcrübələri bilmirəm. Amma məntiqi olaraq da reklam məqsədli adın istifadəsi vikipediya qaydalarına ziddir. Vikipediya:Vikipediya nə deyil başlığı altındakı "Vikipediya azad tribuna (küçə tribunası) deyil" altbaşlığlnda da buna yer verilir. Həm də biz istifadəçinin hansı müddətə bloklanacağını da qeyd eləməliyik. --Bakuemil 09:34, 29 mart 2011 (UTC)
"Ümumi qeydiyyat yazısı"
Belə görünür ki, "Ümumi qeydiyyat yazıları" başlığı rus dilindəki "Общие учётные записи" ifadəsinin hərfi tərcüməsinin nəticəsidir. Bunu "Ortaq istifadəçi adı" şəklində dəyişdirməyi təklif edirəm. Çünki, rus dilindəki həmin ifadənin mahiyyətini daha düzgün ifadə edir. Wertuose 07:50, 7 aprel 2011 (UTC)
“fair-use” üçün də “Ədalətli istifadə” də əlavə edək--Melikov Memmed⇒email 08:02, 7 aprel 2011 (UTC)
Hərf səhvi
Ortaq istifadəçi adları bölməsinin Digər tərəfdən Vikipediyada qeydiyyatdan keçmək çox asandır və istifdəçi qeydiyyat zamanı göstərdiyi elektron ünvanını (ing. e-mail) gizlədə bilər cümləsində istifadəçi sözündə "a" hərfi yoxdur. →Seko Selimov 20:08, 24 may 2014 (Bakı vaxtı ilə)