Vikipediya Muzakiresi Sehife Silme Kriteriyalari Arxiv 1 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
boş məqalələr
Yaradıldıqdan vəya uyğun olmayan məzmunu silindikdən sonra, o tarixdən etibarən bir həftə sonunda məzmununda vikipediyanın ən bəsit məzmun qaydasını (Ən bəsit məzmun qaydası: Bir məqalə ən az o məqalənin başığı və o başlığı ən azından çox bəsit şəkildə də olsa tanımlayan bir cümlədən ibarət olmalıdır.) uyğun olmayan məqalələr.
boş məqalələr ifadəsini yuxarıdaki kim dəyişdirdim. Təbii bu halda silinməsi gərəkən minlərcə məqalə olur bir anda. Ancaq kənd meydanından aparılan müzakirələrdən görünən odur ki, bir konsensus yoxdur silinsin mi silinməsin. Onun üçün bu qaydanın müzakirə edib, gərəkəni eləmək lazımdır məncə. -Aruzmzkrfəalyt21:34, 14 yanvar 2008 (UTC)
Yeni kriteriyalar
Mən burda yeni səhifə silmə kriteriyası hazırlayıram. Fikri olanlar, müzakirəyə qoşulsun, ortaya çıxan nəticəni rəsmi prinsip olaraq qəbul edib tətbiq edək. Aşağıda yazılan kriteriyalar əsasən ingilis dilində vikipediyadan nümunə götürülərək hazırlanmışdır. Hər halda onların bu məsələləri daha geniş qatılımla müzakirə edib hazırladıqlarını nəzərə alsaq bundan yararlanmağın məntiqli olduğunu görərik.--TimBitsتِمبِتس 20:09, 13 İyul 2009 (UTC)
Salam. Lazımlı prinsipdir. Tamamlayandan sonra burda qeyd edərsən, istifadəçilər və idarəçilər fikirlərini yazarlar, sonra səsverməyə çıxararıq və prinsip kimi qəbul edərik (bir neçə başqa prinsipdə də düzəlişlər edib (məsələn, bürokrat statusu və s.) hamısını bir vaxtda səsverməyə çıxarsaq yaxşı olar). Hələlik bir təklif verim - bütün bəndləri nömrələyək və gələcəkdə idarəçi səhifəni siləndə qeyd etsin tutaq ki, "Səhifə silmə kriteriyalarının 3.1 və ya 2.5 (və s.) bəndinə əsasən məqalə silinir və ya məqalədən bu hissə çıxarılır". Hörmətlə:--Sortilegus 12:43, 14 İyul 2009 (UTC)
- Bəli, o mənim də ağlıma gəlmişdi. Elə o cür də edərik. Səsverməni isə düz deyirsən, hər məsələ üçün ayrıca keçirsək onda bura MSK-ya dönəcək. Yaxşısı budur prinsipləri işləyək, əlavə edilməli şeyləri düzəldək sonra hamısını birdən səsverməyə təqdim edək. Sadəcə hansıların yeni, hansıların status-kvo dəyişikliyi olduğunu səsvermənin başında bildirmək lazımdır ki, nə qədər səs almaq lazım olduğu da bəlli olsun. --TimBitsتِمبِتس 13:34, 14 İyul 2009 (UTC)
Beləliklə:
Vikipediyada məzmunu ensiklopedik tələblərə cavab verməyən səhifələr idarəçilər tərəfindən silinir. İstifadəçinin silinən bu səhifələrin məzmununa və tarixçəsinə baxmaq imkanı yoxdur. Bunu yalnız idarəçi edə və müəyyən hallarda bu səhifələri geri qaytara (bərpa edə) bilər. Səhifənin silinməsi barədə istifadəçilər arasında konsensus yoxdursa, idarəçi həmin səhifəni dərhal silmir.
Səhifələrin silinməsi üçün mümkün səbəblər
Aşağıdakı səbəblərdən səhifələr silinə bilər.
- Müəlliflik hüququ pozuntusu;
- Vandalizm məqsədilə yaradılmış səhifələr, səhifənin məzmununun tamamilə anlaşılmaz olduğu hallar;
- Reklam və spam xarakterli səhifələr
- Eyni və ya çox yaxın məzmunun başqa səhifələrdə mövcud olması
- Mötəbər mənbələrlə əsaslanması mümkün olmayan məzmuna malik səhifələr, o cümlədən istifadəçilərin mənbələrə əsaslanmayan özfəaliyyəti
- Məqalənin subyektinin yetərincə tanınmış olmadığı hallar
- Heç bir funskiyası olmayan və ya istifadə edilməyən şablonlar
- Lazımsız kateqoriyalar
- İstifadə edilməyən, başqa variantla əvəzlənmiş və ya müəlliflik hüququ pozuntusu yaradan fayllar
- Ensiklopediyaya uyğun olmayan hər hansı məzmuna malik səhifələr
Silinməyə alternativlər
Əgər səhifədəki problem təşkil edən qismin redaktə edilərək düzəldilməsi mümkündürsə silinmə yerinə redaktə variantına üstünlük verilir. Bu zaman əlaqəli şablon və etiketlərdən istifadə edərək problemli qismi istifadəçilərin nəzərinə çatdırmaq lazımdır. Bu cür alternativ islah variantlarına nümunə olaraq aşağıdakıları göstərmək olar:
- Həddindən artıq lazımsız qismlərin olduğu səhifələrdə təmizləmə aparılması üçün "Vikiləşdirmək" şablonunun yerləşdirilməsi
- Tamamilə və ya bir qismi xarici dillərdə yazılmış səhifələrin tərcümə edilməsi üçün "Azərbaycanca deyil" şablonunun yerləşdirilməsi
- Bitərəf olmayan üslubla yazılmış qismlərin düzəldilməsi üçün "Tərəfli" şablonunun yerləşdirilməsi
- Qısa və ya natamam səhifələrə "Qaralama" şablonunun yerləşdirilməsi
- Məlumatın mənbəyinin göstərilmədiyi qismlərə "Mənbəsiz" şablonunun yerləşdirilməsi
- Oxşar məzmunlu səhifələrin birləşdirilməsi üçün "Təkrarlanan məqalə" şablonunun yerləşdirilməsi
Məqalələrin birləşdirilməsi
Qısa məzmuna malik və inkişaf etdirilməsi mümkün olmayan məqalələr daha geniş məqalələrin tərkibinə əlavə edilə bilər.
Müzakirə
Səhifələrin tərkibi ilə bağlı məsələlərdə səhifənin silinməsi arzuolunan deyil. Bütün mübahisəli məsələlər məqalələrin müzakirə səhifəsində və konsensus yolu ilə həll edilir. Səhifənin silinməsi üçün açılmış müzakirə səhifənin məzmunu ilə bağlıdırsa idarəçilər səhifə silmə müzakirəsini bağlayıb, bütün danışıqları əlaqəli müzakirə səhifəsinə köçürə bilərlər.
Arxivləmə
Səhifələrin arxivlənməsi nəzərdə tutulursa həmin səhifənin silinməsi düzgün deyil. Silinmiş məlumatların gələcəkdə serverlərdən kənarlaşdırılması və həmişəlik itirilməsi mümkündür.
Proseduralar
Səhifə silmə əməliyyatı üçün aşağıdakı proseduralardan biri tətbiq olunur.
Müəlliflik hüququ pozuntuları səbəbindən silinmə
Vikipediyada hüquqi səbəblərdən Müəlliflik Hüququ qanunları ilə qorunan işlərdən istifadə edilə bilməz.
- Müəlliflik hüququ qanunları ilə qorunan işlər təsbit edildikdə bu cür işlər idarəçilərin nəzərinə çatdırılaraq silinir.
- Silinməyə etiraz edirsinizsə həmin işin müəllifi ilə əlaqə saxlayaraq ondan sözügedən işin
- 1) Vikipediyada istifadə üçün qəbul edilən lisenziyalarla (CC-BY-SA və ya GFDL) dərc edilməsinə razılıq verməsini xahiş edə və ya
- 2) həmin işi ictimai istifadəyə verməyə razı olub olmadığını müəyyən edə bilərsiniz. "Yalnız Vikipediyada istifadə üçün" və ya "qeyri-kommersiya məqsədli istifadə üçün" icazələr lisenziya şərtlərini yerinə yetirmədiyi üçün kifayət deyil.
- Bu səbəbdən silinmiş səhifələr yenidən yaradıldığı halda dərhal silinə bilər.
Dərhal silmə
Aşağıdakı dərhal silmə kriteriyalarına uyğun gələn səhifələr müzakirə açılmadan silinə bilər. Bu kriteriyalar bütün səhifələrə (məqalələr, yönləndirmələr, istifadəçi səhifələri, müzakirə səhifələri, şəkillər və s.) aiddir.
Təklif əsasında silmə
İstifadəçilər hər hansı bir səhifənin açıq aşkar ensiklopedik olmadığını və ya hər hansı bir formada vikipediyanın işinə yaramayacağını hesab edirsə bu səhifənin silinməsi barədə təklif verə bilərlər. Haqqında bu cür təklif verilmiş səhifələr heç bir etiraz yoxdursa idarəçilər tərəfindən təklif verildikdən 7 gün sonra silinə bilər. Silinməyə etiraz varsa və ya silinmə müzakirəsi başlanmışsa artıq bu səhifənin silinməsi təklif edilə bilməz. Bu qaydalar yönləndirmə səhifələrinə aid deyil. Yönləndirmələr dərhal silmə kriteriyalarının 14-cü bəndinə uyğun gəldiyi halda birbaşa silinir.
- Səhifənin silinməsini istəyirsinizsə ora səhifənin məzmumuna toxunmadan Sil şablonunu əlavə edərək səhifənin silinməsini təklif edə bilərsiniz. Şablonun müvafiq bölməsində bu barədə fikrinizi əsaslandırmanız lazımdır.
- Silinməsi təklif edilmiş səhifənin silinməsinə etiraz edirsinizsə şablonu səhifədən çıxarın. Bu halda arzuolunandır ki, silmə təklifini nəzərə alaraq səhifədəki qüsurların aradan qaldırlmasına çalışasınız.
- Silinmə təklifinə etiraz edildikdən sonra səhifənin silinməsi yenidən təklif edilə bilməz. Əgər hər hansı istifadəçi yenə də səhifənin silinməsini istəyirsə onda bu barədə aşağıdakı qaydada müzakirə açılmalıdır.
Səhifə silmə müzakirəsi
Yuxarıdakı üç üsulla silinməsi mümkün olmayan səhifələr müzakirə nəticəsində silinə bilər. Bu müzakirələrdə istifadəçilər məsələ ilə bağlı rəylərini bəyan edə bilərlər. Müzakirələrin nəticəsi səsvermə və ya çoxluq əsasında deyil, arqument və konsensus əsasında müəyyən edilir. Bu səbəbdən də sadə "lehinə", "bitərəf" və ya "əleyhinə" kimi rəylər nəzərə alınmır. Müzakirələrdə iştirak edən istifadəçilərin mövqelərini qayda və prinsiplərə istinad etməklə, müvafiq sahəyə aid rəsmi prinsip hələlik yoxdursa məntiq və arqumentlərlə çıxış edərək əsaslandırmaları lazımdır. Müzakirələr azı 7 gün ərzində aparılmalıdır. Müzakirənin nəticəsində idarəçilər ümumi konsensusun olub olmadığını müəyyən edir və bu konsensusun əsasında səhifəni silir və ya saxlayır. Ümumi konsensusun müəyyən edilməsində qeyd edildiyi kimi tərəflərin sayı deyil, arqmunetləri əsas götürülür. Əgər müzakirələr nəticəsində ümumi konsensus bəlli deyilsə məqalə silinmir. Səhifənin tərkibi ilə bağlı mübahisəli məsələlərdən ötrü bütün səhifənin silinməsini istəmək düzgün hesab edilmir. Bu cür mübahisələr müzakirə səhifəsində aparılmalıdır.
- Müzakirələr müvafiq səhifənin müzakirə səhifəsində aparılır. Müzakirə səhifəsində silmə ilə bağlı xüsusi bölmə açılır və bu bölməyə silinmə ilə bağlı müzakirə getdiyini bildirən şablon əlavə edilir. Bu şablonun əlavə edildiyi səhifələrin ümumi bir kateqoriya altında yığılması təmin edilir.
- Müzakirə nəticəsində saxlanmasına qərar verilən səhifələrin silinməsi üçün yenidən müzakirə açılması üçün müəyyən müddət keçməsi tələb olunur. Bu müddətdə istifadəçilərin səhifə ilə bağlı mümkün problemləri nizamlamaqla məşğul olacağı gözlənildiyindən bu cür tələsik yenidən açılmış müzakirələr idarəçilərin rəyi əsasında ləğv edilə bilər. Eyni səhifənin silinməsi üçün tez-tez bu tipli müzakirələrin açılması vikipediyanın təkmilləşdirilməsi işinə mənfi təsir göstərə bilər.
Silinmiş səhifələrin işinə yenidən baxılması
İstifadəçilər hər hansı bir səhifənin silinməsini səhv hesab edir, səhifə saxlanması qərarına etiraz edir və yaxud silmə ilə bağlı müzakirələrin yekunlaşdırılmasında səhv edildiyini hesab edirsə əvvəl bu qərarı tətbiq etmiş idarəçinin müzakirə səhifəsində iradlarını bildirməlidirlər. Bunun nəticə vermədiyi hallarda alınmış qərarlara yenidən baxılması üçün müzakirə açıla bilər. Bu cür müzakirələr müvafiq layihə səhifəsində aparılır. Həmin səhifədə silinmiş səhifənin işinə yenidən baxılması ilə bağlı xüsusi bölmə açılır və bu bölməyə müvafiq şablon əlavə edilir. Bu şablonun əlavə edildiyi səhifələrin ümumi bir kateqoriya altında yığılması təmin edilir. Müzakirələr səhifə silmə müzakirəsi qaydalarına uyğun olaraq aparılır.
Silinmiş səhifələrin bərpa edilməsi
Səhifəni silmiş idarəçi bu barədə edilən etiraza əsasən apardığı müzakirənin nəticəsinə bağlı olaraq sildiyi səhifəni bərpa edə bilər. Əgər silinmiş səhifənin işinə yenidən baxılması üçün müzakirə açılmış və müzakirə nəticəsində səhifənin bərpasına qərar verilmişsə idarəçilərdən biri bu qərarı tətbiq etməlidir.
Dərhal silmə kriteriyaları
- 1) Tamamilə mənasız məzmun. Bura səliqəsiz yazılar, tərəfli yazılar, qrammatik və orfoqrafik səhvlər, vandalizm, Azərbaycan dilində olmayan və ya yaxşı tərcümə olunmamış normal məzmunlu səhifələr daxil deyil.
- 2) Sınaq səhifələri. Qaralama səhifəsi və istifadəçinin öz səhifəsi istisnadır.
- 3) Şəksiz vandalizm nümunələri
- 4) Daha əvvəl müzakirə nəticəsində silinmiş səhifələrin yenidən yaradılması. Bu halda səhifənin məzmununun silinmiş məzmunla kifayət qədər yaxın olub olmadığı əsas götürülür.
- 5) Bloklanmış istifadəçilər tərəfindən yaradılmış və digər istifadəçilər tərəfindən əhəmiyyətli dərəcədə dəyişikliklərin olmadığı səhifələr
- 6) İdarəçilər tərəfindən aparılan texniki əməliyyatlarla (yerdəyişmə, yönləndirmələrin nizamlanması və s.) bağlı silmələr. Mübahisə doğura biləcək hallar istisnadır. İdarəçilər silmənin səbəbi barədə xülasə bölməsində izah təqdim etməlidirlər.
- 7) Səhifənin məzmununun əksər hissəsini yaratmış istifadəçinin səhifənin silinməsini istəməsi
- 8) Mövcud olmayan və ya silinmiş səhifələrdən asılı olan səhifələr, məsəl üçün, hal-hazırda mövcud olmayan səhifələrin müzakirə səhifəsi (istifadəçi müzakirəsi istisnadır)
- 9) Vikimedia Fondunun qərarları əsasında silinmiş səhifələr. Bu səhifələr fondun icazəsi olmadan yenidan yaradılmamalıdır.
- 10) Reklam xarakterli səhifələr
- 11) Şəksiz müəlliflik hüququ pozuntusu halları. Bu cür pozuntu halları üçün yararsız qismi çıxarmaqla və ya daha əvvəlki varianta qaytarmaqla səhifənin saxlanması mümkündürsə səhifə silinməməlidir.
- 12) Boş səhifələr. Bura həmçinin təkcə xarici keçidlərdən, kateqoriyalardan, "həmçinin baxın" bölməsindən, məqalə adının təkrarı və ya başqa formada yazılışından, şablon və şəkillərdən ibarət səhifələr daxildir. Qısa qaralama məqalələri və lazımlı məzmuna malik məlumat qutusu olan səhifələr bu kriteriyanı təmin etmir.
- 13) Məzmunu digər Vikimedia layihələrinə köçürülmüş səhifələr
- 14) Tamamilə mənasız yönləndirmə səhifələri. Geniş yayılmış orfoqrafik səhvlər, səhv adlandırmalar, başqa dillərdə olan yönləndirmə səhifələri faydalı olma ehtimalı nəzərə alınaraq silinməməlidir.
- 15) Lazımsız fayllar- istifadə olunmayan dublikat fayllar və ya Vikipediyada mövcud olan faylın aşağı keyfiyyətli surəti
- 16) Texniki səhvlər ucbatından artıq istifadəsi mümkün olmayan fayllar
- 17) Lazımi etiketlərin olmadığı fayllar. Bu cür fayllar silmə barədə xəbərdarlıq yerləşdirildikdən bir həftə sonra silinə bilər.
- 19) Sərbəst istifadə icazəsi olmayan faylların istifadə şərtləri barədə izahatın olmadığı və ya verilmiş izahatın qeyri-qənaətbəxş olduğu hallar. Bu cür fayllar silmə barədə xəbərdarlıq yerləşdirildikdən bir həftə sonra silinə bilər.
- 20) Ortaq Media Anbarındakı faylların eynisi olan fayllar. Mühafizə altındakı fayllar istisnadır.
- 21) Boş kateqoriyalar. Bura kateqoriya yönləndirmələri və xüsusiyyətinə görə müəyyən dövr üçün boş qalması mümkün olan kateqoriyalar (məs. "iş gedir" səhifələrinin daxil olduğu kateqoriya) aid deyil.
- 22) İstifadəçi səhifəsinin həmin istifadəçinin xahişi ilə silinməsi. Bura istifadəçi müzakirəsi daxil deyil, bu cür səhifələr dərhal silmə yolu ilə silinmir.
Aşağıdakı səbəblər özlüyündə dərhal silmə üçün kifayət deyil:
- Ensiklopedik stildə yazılmamış məqalələr. Məsələn, forum, bloq, qəzet məqaləsi stilləri.
- İstifadəçi özfəaliyyəti
- Neologizmlər
- Məqalənin subyektinin ensiklopedik şəxs olduğu şübhə doğuran hallar. Bu cür hallarda ancaq subyektin əhəmiyyətsiz olduğunun şəkk doğurmadığı hallarda dərhal silmə vasitəsindən istifadə edilə bilər.
- Məqalənin ilkin müəllifindən başqa istifadəçilərin əhəmiyyətli dərəcədə dəyişiklik etdiyi səhifələr. Bu cür hallarda səhifə 7-ci bəndə əsasən müəllifin istəyi ilə dərhal silinə bilməz.
- Əsərlərin surətinin müəlliflik hüququ pozuntusu olmayan hallar. Başqa yerdə müəlliflik hüququ qanunu ilə qorunan işlər daha əvvəl Vikipediya və ya Ortaq Media Anbarına yüklənmiş olar bilər.
- Səhifələrin tərkibindəki şübhəli məlumatın vandalizm olmadığı hallar. Bu hallarda "xoş niyyət" prinsipi güdülərək səhifə dərhal silinmir.
- Anonim istifadəçilərin istifadəçi səhifəsi. İstifadəçilərin qeydiyyatdan keçmələri təşviq olunsa belə istəyə bağlı olaraq anonim fəaliyyət göstərmək mümkündür. Belə hallarda əgər anonim istifadəçi sabit İP ünvanından yazırsa bu cür istifadəçilər üçün istifadəçi səhifəsi və müzakirə səhifəsi yarada bilər.
Qeydlər
Səhifələrin silinməsi üçün mümkün səbəblər
- Müəlliflik hüququ pozuntusu - kriteriyaları hansılar olacaq?
- Vandalizm (məzmunu tamamilə anlaşılmaz olan, heç bir mənası olmayan məlumatın yer aldığı səhifələr) - bu aydındır
- Reklam və spam - bu aydındır (spam hissəsi)
- Eyni və ya yaxın məzmun - tutaq ki, Mustafa Kamal Atatürk və Türk Qurtuluş Müharibəsi - 2-cisi silinməlidir?
- Mötəbər mənbələrlə əsaslanması mümkün olmayan məzmuna malik səhifələr, o cümlədən istifadəçilərin mənbələrə əsaslanmayan özfəaliyyəti - mötəbər mənbə kimi nə qəbul olunur? Konstitusiya, Qurani-Kərim? Cümlənin istifadəçilər haqqındakı ikinci hissəsi lazımsızdır.
- Məqalənin subyektinin yetərincə tanınmış olmadığı hallar - bu xüsusilə şəxslərə aid məqalələrdə problemlər yaradacaq.
- Heç bir funksiyası olmayan və ya istifadəsiz şablonlar - bu aydındır.
- Lazımsız kateqoriyalar - bəlkə burda da yazaq "istifadəsiz kateqoriyalar"?
- İstifadə edilməyən, başqa variantla əvəzlənmiş və ya müəlliflik hüququ pozuntusu yaradan şəkillər - bəlkə sadəcə yazaq "istifadəsiz şəkillər"? Ümumilikdə isə "şəkil" sözlərinin yerinə hər yerdə "fayl" işlətsək yaxşı olar. Bütün "şəkil"ləri əvvəl-axır "fayl"a dəyişməli olacağıq
- Ensiklopediyaya uyğun olmayan hər hansı məzmuna malik səhifələr - bu ümumi formuldur. Bunu əsas tutub idarəçilər çoxlu sayda səhifəni silə bilərlər.
--Sortilegus 21:08, 28 Oktyabr 2009 (UTC)
- Müəlliflik hüququ pozuntusu - Məncə reallığı nəzərə alaraq hələlik bu bəndi silinmə üçün mümkün səbəblər siyahısından çıxsaz yaxşıdır.
--Melikov Memmed 13:03, 29 Oktyabr 2009 (UTC) Əvvəl Məmməd yoldaşın qeydinə casvab yazım. Müəlliflik hüququ qanunlarla qorunduğu üçün bunu əlavə etməyə məcburuq. Bunun nə dərəcədə tətbiq olunacağı artıq başqa məsələdir amma rəsmi prinsipdə əks etdirməyə bilmərik. Bundan başqa, burda səhifə sözlərini məqalə ilə əvəz etmişdin. Mən onu geri qaytardım, bağışla amma sənə izahat verməmişdim. Bunun səbəbi odur ki, hazırki prinsip bütün səhifələrə aiddir. Təkcə məqalələrə yox. İndi də Sortilegusun qeydləri barədə. Bunlar prisipi izah etmık məqsədi ilə yazılan, səhifələrin hansı hallarda silinməsinin mümkün olduğunu göstərən nəzəri qismdir. Praktiki olaraq səhifə silmədə bu səbəblər öz-özlüyündə istifadə olunmayacaq. Aşağıdakı proseduralardan biri izlənəcək. Ona görə də bu cür praktiki işlərlə bağlı qeydlər proseduralar bölümünə aiddir. Lakin yenə də yazılan səbəblərin aydın olmadığını, daha əlavə izahata ehtiyac olduğunu fikirləşən varsa bunu da prinsipə əlavə edə bilərik. Elə istəyən özü də edə bilər.
- Müəlliflik hüququ pozuntusu - kriteriyaları hansılar olacaq? - ola bilsin ki, onu da ayrıca müəyyən etməliyik. Hər halda bu səhifə silmə barədə kriteriyadır, müəlliflik hüququ pozuntularının nə olub olmadığı burda təsbit olunmur, bu kriteriyada nəyin pozuntu olub nəyin olmadığının bəlli olduğu hesab olunur. Sadəcə bu kriteriya müəllifik hüququ pozuntu olduğu bəlli olan səhifələrin silinməsinin mümkünlüyünü bildirir.
- Eyni və ya yaxın məzmun - tutaq ki, Mustafa Kamal Atatürk və Türk Qurtuluş Müharibəsi - 2-cisi silinməlidir?- iki məqalənin birləşdirildiyi hallarda biri ya silinir ya da lazımlıdırsa digərinə yönləndirmə olur. Bu da hazırki prinsipin işi deyil. Həmçinin növbəti iki qeyd. Bunlar barədə ayrı prinsiplər hazırlanmalıdır. Bu prinsipdə sözügedən məsələlərin aydın olduğu hesab edilir.
- Lazımsız kateqoriyalar - bəlkə burda da yazaq "istifadəsiz kateqoriyalar"?- daha düzgündürsə elə yazaq.
- İstifadə edilməyən, başqa variantla əvəzlənmiş və ya müəlliflik hüququ pozuntusu yaradan şəkillər -bəlkə sadəcə yazaq "istifadəsiz şəkillər"? Ümumilikdə isə "şəkil" sözlərinin yerinə hər yerdə "fayl" işlətsək yaxşı olar. Bütün "şəkil"ləri əvvəl-axır "fayl"a dəyişməli olacağıq - Müəlliflik hüququ qismini çıxaq amma qalanı qalsın. Başqa variantla əvəz olunsada istifadə olunan şəkillər ola bilər. Amma çox əhəmiyyətli bir şey deyil, istəyirsənsə elə sən deyən kimi yazarıq. Şəkil sözünü faylla indi əvəz edərəm. O əvvəlcədən qalmışdı. Nəzərimə yetirdiyin üçün çox sağ ol. Bu prinsip səsverməyə çıxarılanda elə idarəçi statusu ilə bağlı səsvermə də açmaq istəyirəm. Camaat barmağın lakladmışkən ora da bir səs versin. --TimBitsتِمبِتس 14:37, 29 Oktyabr 2009 (UTC)
- Başqa suallar, qeydlər, səsvermədən əvvəl dəyişdirilməsi istənən yerlər yoxdursa bu prinsipi, eləcə də idarəçi statusu ilə bağlı daha əvvəl müzakirə etdiyimiz bir neçə təklifi sabah səsverməyə çıxarmaq istəyirəm. Nəysə bir deməli sözü olan buyursun, lazım gəlsə səsverməni daha sonraya da keçirə bilərik. Təki hər şey düzgün olsun. --TimBitsتِمبِتس 14:50, 30 Oktyabr 2009 (UTC)
- Məncə tələsməsək yaxşıdır. Belə ciddi prinsipləri tələm-tələsik qəbul etmək düzgün deyil. Amma hansısa məsələni səsverməyə çıxarmaq burda hər bir istifadəçinin hüququdur. --Sortilegus 15:38, 30 Oktyabr 2009 (UTC)
- Necə məsləhətdi. Mən əlavə qeyd olmadığına görə dedim. Nə qədər lazımdı müzakirə edək. --TimBitsتِمبِتس 21:44, 30 Oktyabr 2009 (UTC)
- Belə başa düşürəm ki, bu qaydalar ingilis dilindən tərcümədir. Bu məqamda unutmaq olmaz ki, ingilis vikisinin qaydaları bizim reallığa tam uyğun gəlmir. O daha liberal olmağa məcburdur, çünki, bütün dünya ingilis dilindəki vikidə məqalə yaradır və oxuyur, bizdə isə həm yazan, həm də oxuyan ancaq özümüzük. Ona görə də ingilis vikisi bir tərəfdən ingilis dilini yaxşı bilməyən istifadəçiləri, digər tərəfdən ingilis vikisinin adminlərinin hər ölkə, xalq, hadisə və şəxs haqqındakı məqalələrin dəyərliliyini müəyyənləşdirmək imkanlarının məhdudluğunu nəzərə almalı və yumşaq qaydalar tətbiq etməli olur. Mən konkret olaraq "dərhal silmə üçün kafi deyil" bölməsinin bəzi müddəaları ilə razı deyiləm və hesab edirəm ki, bu bölmə qismən dəyişilməli və bizim reallıqlara uyğunlaşdırılmalıdır. Wertuose 20:34, 31 Oktyabr 2009 (UTC)
Sözün düzü, el dili ilə desək, idarəçinin hər şeyə bir "mız qoyması" lazımdır və təbiidir:) Çünki bu tip prinsiplərə hamıdan əvvəl idarəçilər əməl etməli olacaqlar. Amma ümumilikdə götürəndə heç elə "mız qoyulası" bir şey yoxdur burda. Mən öz qeydlərimi yuxarıda yazmışam, aldığım cavablar da məni qane edir. "Dərhal silmə üçün kafi deyil" bölməsində də nəsə "kafi" sözü bir az "qulağa yatmır":) Adlandırmanı dəyişmək olar. Məsələn, "Dərhal silinməsi məsləhət bilinməyən" (ilk ağlıma gələn adlandırma) və s. Amma hamı razı olmadığı məqamları burda qeyd edə bilər. Elə müzakirə də onun üçün açılıb. Bəlkə doğrudan da hansısa bəndləri daha da "sərtləşdirməyə" ehtiyac var.--Sortilegus 21:29, 31 Oktyabr 2009 (UTC)
- Mən ümumuyyətlə kiçik (nisbətən kiçik) vikipediyalarda daha sərt və bürokratik qaydaların olmasını başa düşürəm. Bu barədə daha əvvəl də iradlar olub ki, "nəyə görə o boyda ingilis vikipediyası olduqca liberladı bizdə isə bürokratiya var, məgər bizim dildə yazanlar azad olmağa hazır deyillər, mütləq başlarında nə isə olmalıdı?" Mən bu fikirlə razı deyiləm. Məsələ hansı millətin daha "ponyatkalı" olması deyil. Əslində böyük vikilərdə vandalizm, lazımsız fəaliyyət və s. bizdən qat-qat daha çoxdu, həm miqyasa, həm də nisbətə görə. Əsas odur ki, bizim kimi balaca vikilərin problemləri düzlətmək imkanı daha məhduddur. İngilis və s. böyük vikilərdə gecə-gündüz yüzlərlə adam məqalələri yoxlayır, son dəyişiklikləri nəzarətdə saxlayır, vandalizmə qarşı xüsusi bot proqramları və s. var. Bizdə isə 3 nəfər o qədər də sərt olmayan idarəçi, 3-5 nəfər də müntəzəm olaraq nəzarət edən istifadəçi var. Buna görə də bizdə aktiv olaraq edə bilmədiyimiz nəzarət funksiyasının bir hissəsini bu cür prinsiplərə yıxmaq başadüşüləndir. Belə də olmalıdı, hər haldahələlik. Bu səbəbdən də mən prinsipi ingiliscədən tam tərcümə olmasa da nümunə götürərək hazırladığıma baxmayaraq bəzi müddəaların sərtləşdirilməsinə qarşı deyiləm. Təbii ki, "açıq ensiklopediya" prinsipini pozmamaq şərtilə. Hansı müddəalar barəsində spesifik təklif varsa buyurun müzakirə edək. --TimBitsتِمبِتس 14:51, 1 noyabr 2009 (UTC)
- Kafi deyil-Kifayət deyil. Belə necədi? Minimum məna fərqi olması üçün, yoxsa yuxarıdakı variant da pis deyil. --TimBitsتِمبِتس 14:54, 1 noyabr 2009 (UTC)
- Təklif edirəm maddə-maddə müzakirə edilib qərar verilsin --Melikov Memmed 19:55, 1 noyabr 2009 (UTC)
- Bu prinsip layihəsinin müzakirəsi də uzun müddətdir aparılmır. Bəlkə davam edək?--TimBitsتِمبِتس 17:46, 12 Aprel 2010 (UTC)
- Təklif edirəm maddə-maddə müzakirə edilib qərar verilsin --Melikov Memmed 19:55, 1 noyabr 2009 (UTC)
- Kafi deyil-Kifayət deyil. Belə necədi? Minimum məna fərqi olması üçün, yoxsa yuxarıdakı variant da pis deyil. --TimBitsتِمبِتس 14:54, 1 noyabr 2009 (UTC)
Məqalənin adı
Məqalənin adının "Vikipediya:Səhifə silmə meyarları" olmasını təklif edirəm. →VagoMüzakirə 12:02, 8 fevral 2011 (UTC)
Ümumiyyətlə mən burada bəzi bəndlərlə razı deyiləm. Onları silə bilərəm? --N KOzi 12:05, 8 fevral 2011 (UTC)
Digər dillərdən olduğu kimi köçürülən məqalələr. Məsələn bununla. --N KOzi 12:07, 8 fevral 2011 (UTC)
- Maddələri bir-bir müzakirə edib düzəltsək əla olar. Söhbət hələ bu maddədən açıldısa mənim fikrim budur. Burda böyük ehtimal digər dillərdəki Vikiləri nəzərdə tuturlar. Məncə bu maddəni fərqli formada saxlamaq olar: "Digər Vikipediayalardan mənbəsi olmayan və ya olduğu halda mənbəni göstərmədən köçürülən məqalələr." Bu maddənin taleyi ilə əlaqədar razılığa gəldikdən sonra mənim də digər təkliflərim var. --Bakuemil 14:49, 8 fevral 2011 (UTC)
- Razıyam amma bu məsələdə istisnalar da olmalıdı, məsələn şəhərlər, coğrafi məntəqələr. --N KOzi 14:52, 8 fevral 2011 (UTC)
Nümunə verə bilərsiz? Mənim ağlıma birinci yeni yaradılmış Rusiya şəhərləri gəldi. Bunu nəzərdə tutursuz? "Kriteriya" sözünün "meyar" sözü ilə əvəzlənməsində problem görmürəm--Bakuemil 15:02, 8 fevral 2011 (UTC)
- Elədir mən də yaxında belə məqalə yaratmışam. Dəmənhur --N KOzi 15:03, 8 fevral 2011 (UTC)
Hazırki səhifədə yazılanlar müvəqqəti qaydadır, ümumi təsəvvür vermək üçün yazılıb, hansısa prosesi və s. izah etmir. Yeni səsverməyə çıxarılacaq qaydalar üçün bu səhifənin yuxarısında yazılanlanlara və müzakirələrə baxın. Son variantı danışıb yaxın vaxtlarda səsverməyə çıxardaq. --TimBits 15:27, 8 fevral 2011 (UTC)
-Xahiş edirəm buraya Qeyri-ensiklopedik məqalə kriteriyasını da əlavə edəsiniz və bu kriteriya haqqında informasiya verəsiniz. Hörmətlə:--iAZİSS 14:13, 26 dekabr 2012 (UTC)
Musa Abdullayev haqqinda məqalə
Bu məqalə hələ redaktə olunub bitməyib, üzərində iş gedir, xahiş edirik silməyin, əgər təklif və iradlarınız varsa bizə yazın. [email protected]
Qaydanın qüvvədən düşməsi
Salam Turkmen, qayda necə qüvvədən düşə bilər əgər daxilində qüvvədən düşmə bəndi yoxdursa və ya bununla bağlı müzakirə olunmayıbsa? Zəhmət olmasa bu barədə fikirlərinizi bildirəsiniz. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 13:53, 1 fevral 2022 (UTC)
- Salam @Eldarado. Zəhmət olmasa buradakı müzakirəyə göz atın. Hətta qeyd etdiyim arxivə baxsaz, bu barədə 2 müzakirə getdiyini görərsiniz və sizdə işarələnmisiz. Həmçinin səhifənin intervikisinə nəzər salsaz görə bilərsiz ki, RuVikidə də eyni praktikadan istifadə edilib. Həmkar mən sizdən bir neçə dəfə xahiş etmişdim ki, cavabımı gözləmədən redaktələrimi geri almayasız. Amma yenə də fikir verməmisiz. Hörmətlə, Turkmen müzakirə 20:05, 1 fevral 2022 (UTC)
- Turkmen, təşəbbüs gözəldir. Mən heç kəsin fəaliyyətinə və ya çəkdiyi əziyyətə kölgə gətirmək istəmirəm. Amma qaydanı müzakirəsiz və səsverməsiz qüvvədən salmaq doğru deyil. O zaman qaydaların gücü qalmaz. Əgər oxşar mövzu ilə bağlı yeni qayda hazırlanıbsa və eyni bəndlərə toxunulubsa yeni qayda qəbul olunduğu üçün həmin bəndlər köhnəsindən çıxarıla bilər. Çünki artıq yenidən cəmiyyət qərar verib. Lakin qaydanı tam qüvvədən salmaq bir nəfərəin qərarı ola bilməz. Səsvermə ilə qəbul olunan qaydalar səsvermə ilə qüvvədən düşməlidir. Misal üçün Səhifə silmə kriteriyalarında belə bir bənd var: "Silinməyə namizəd səhifələr" səhifəsinə bir gündə maksimum 3 məqalənin silinməsi ilə bağlı təklif vermək olar. 3-dən artıq məqalənin silinməsi haqqında təklif yalnız eyni tipli məqalələr haqqında ümumi qərar qəbul edildikdə mümkündür. Bu bəndi yeni qaydada tapa bilmədim, hanı bu qayda? iki nəfər bu qaydanı qüvvədən salaq deməsi ilə qüvvədən düşdü? Ümumiyyətlə qaydaların qəbulu üçün səsvermələrdə 10 nəfər həddinin götürülməsi qərarının doğru olmadığını görürük. 15 günün içində 5 nəfərin səsi ilə qayda dəyişir, bu nə dərəcədə məntiqlidir? Ümid edirəm fikrimi tam izah edə bildim. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 07:11, 2 fevral 2022 (UTC)
- @Eldarado axşamınız xeyir. Axı mən sizə müzakirənin keçidini atmışdım. Lütfən tanış olun müzakirə ilə. Birincisi müzakirədə 2-3 yox, 6 istifadəçi bu barədə müsbət qərar verib. Səsvermənin isə keçidini Dr.Wiki54 sizə atmışdı səhv etmirəmsə. Lazımdırsa mən birdə atım (Vikipediya:Səsvermə/Sürətli silmə kriteriyaları - 9 istifadəçi iştirak edib, Vikipediya:Səsvermə/Səhifə silmə - 6 istifadəçi iştirak edib). İkincisi Vikidəki aktiv istifadəçilərdən hamsı bilirki qayda səsvermələrində, qaydanın mövcud versiyası göstərilir. Səhifə silmə qaydasının da səsverməsində onun mövcud versiyası kimi Vikipediya:Səhifə silmə kriteriyaları götürülüb. Və istifadəçilər də səs verib mövcud versiyanın əvəzinə yeni versiyanı qəbul ediblər. Bu praktika vikidə həmişə tətbiq edilib. Üçüncüsü səhifənin intervikisinə nəzər salsaz görə bilərsiz ki, RuVikidə də eyni praktikadan istifadə edilib. Hörmətlə, Turkmen müzakirə 19:18, 2 fevral 2022 (UTC)
- 3 məqalə və 10 nəfər həddinin götürülməsinin isə mənimlə əlaqəsi yoxdur, bu ortaq konsensusdur. Müzakirə ilə dəyişdirilə bilər. Hörmətlə, Turkmen müzakirə 19:20, 2 fevral 2022 (UTC)
- @Eldarado axşamınız xeyir. Axı mən sizə müzakirənin keçidini atmışdım. Lütfən tanış olun müzakirə ilə. Birincisi müzakirədə 2-3 yox, 6 istifadəçi bu barədə müsbət qərar verib. Səsvermənin isə keçidini Dr.Wiki54 sizə atmışdı səhv etmirəmsə. Lazımdırsa mən birdə atım (Vikipediya:Səsvermə/Sürətli silmə kriteriyaları - 9 istifadəçi iştirak edib, Vikipediya:Səsvermə/Səhifə silmə - 6 istifadəçi iştirak edib). İkincisi Vikidəki aktiv istifadəçilərdən hamsı bilirki qayda səsvermələrində, qaydanın mövcud versiyası göstərilir. Səhifə silmə qaydasının da səsverməsində onun mövcud versiyası kimi Vikipediya:Səhifə silmə kriteriyaları götürülüb. Və istifadəçilər də səs verib mövcud versiyanın əvəzinə yeni versiyanı qəbul ediblər. Bu praktika vikidə həmişə tətbiq edilib. Üçüncüsü səhifənin intervikisinə nəzər salsaz görə bilərsiz ki, RuVikidə də eyni praktikadan istifadə edilib. Hörmətlə, Turkmen müzakirə 19:18, 2 fevral 2022 (UTC)
- Turkmen, Siz məni yanlış anlamısız. Mən sizin üzərinizə nəisə atmır və ya ittiham etmirəm. Sadəcə Səhifə silmə kriteriyalarının qüvvədən düşməsinin yanlış olduğunu qeyd etdim və bunu nə üçün etdiyinizi soruşdum. Cavablar isə hələ də məsələyə aydınlıq gətirmir. Əgər Vikipediya:Səsvermə/Sürətli silmə kriteriyaları səsverməsində mövcud versiya kimi Səhifə silmə kriteriyaları yeni versiya kimi isə Sürətli silmə kriteriyaları qeyd olunsaydı sizinlə tam olaraq razı olardım. Lakin indiki halda o qayda qüvvədə qalmalıdı. Qüvvədən salınması üçün səsvermə keçirməlisiniz. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:59, 3 fevral 2022 (UTC)
- Turkmen, təşəbbüs gözəldir. Mən heç kəsin fəaliyyətinə və ya çəkdiyi əziyyətə kölgə gətirmək istəmirəm. Amma qaydanı müzakirəsiz və səsverməsiz qüvvədən salmaq doğru deyil. O zaman qaydaların gücü qalmaz. Əgər oxşar mövzu ilə bağlı yeni qayda hazırlanıbsa və eyni bəndlərə toxunulubsa yeni qayda qəbul olunduğu üçün həmin bəndlər köhnəsindən çıxarıla bilər. Çünki artıq yenidən cəmiyyət qərar verib. Lakin qaydanı tam qüvvədən salmaq bir nəfərəin qərarı ola bilməz. Səsvermə ilə qəbul olunan qaydalar səsvermə ilə qüvvədən düşməlidir. Misal üçün Səhifə silmə kriteriyalarında belə bir bənd var: "Silinməyə namizəd səhifələr" səhifəsinə bir gündə maksimum 3 məqalənin silinməsi ilə bağlı təklif vermək olar. 3-dən artıq məqalənin silinməsi haqqında təklif yalnız eyni tipli məqalələr haqqında ümumi qərar qəbul edildikdə mümkündür. Bu bəndi yeni qaydada tapa bilmədim, hanı bu qayda? iki nəfər bu qaydanı qüvvədən salaq deməsi ilə qüvvədən düşdü? Ümumiyyətlə qaydaların qəbulu üçün səsvermələrdə 10 nəfər həddinin götürülməsi qərarının doğru olmadığını görürük. 15 günün içində 5 nəfərin səsi ilə qayda dəyişir, bu nə dərəcədə məntiqlidir? Ümid edirəm fikrimi tam izah edə bildim. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 07:11, 2 fevral 2022 (UTC)