Vilcek Torpagi - Wikipedia
Vilçek Torpağı — Şimal Buzlu okeanında yerləşən, Frans-İosif Torpağına daxil olan ikinci ən böyük ada. Ada Avstriyalı Karl Veyprext və Yulius Payerin rəhbərlik etdiyi ekspedisiyanı maliyyələşdirən Hans Vilçekin şərəfinə adlandırılmışdır. Ada 1873-cü ildə kəşf edilmişdir. Frans-İosif Torpağı yasaqlığı ərazisinə daxildir.
Vilçek Torpağı | |
---|---|
rus. Земля Вильчека | |
Ümumi məlumatlar | |
Sahəsi | 2055 km² |
Uzunluğu |
|
Eni | 47 km |
Hündür nöqtəsi | 606 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
80°35′00″ şm. e. 60°30′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
Coğrafiyası
redaktəArxipelaqın şərqində yerləşir. Qərb qrupunda yerləşən adalardan Avstriya boğazı ilə ayrılır. Qrehem-Bell adası ilə arasında Morqan boğazı yerləşir. Üzəri əsasən buzlaqlarla örtülü olur. Hündürlük 400-600 metr arasında dəyişir. Sahəsi 2055 km², ən hündür nöqtəsi isə 606 metrdir.
Ən yaxın yerləşən adalar
redaktə- 9 km cənubda Persey buxtasında Klaqenfurt, Avstriya şəhəri Klaqenfurtun şərəfinə adlandırılmışdır.
- Şərq sahillərində Qorbunov adaları yerləşir. Adalar Qriqori Petroviç Qorbunovun şərəfinə adlandırılmışdır.
- 1,5 km cənub-qərbdə adağıdakı adalar yerləşir:
İqlimi
redaktəİqlimi sərtdir. İlin cəmi 18 günü temperatur 0 °C-dən yuxarı olur. İllik orta temperatur -12 °C, maksimal temperatur isə +12 °C, minimal temperatur -42 °C təşkil edir. İllik yağıntının miqdarı 280 mm-dir.
Mənbə
redaktə- Yerləşməsi: [1] Arxivləşdirilib 2008-01-09 at the Wayback Machine
- Gregory Petrovich Gorbunov: [2] Arxivləşdirilib 2008-01-28 at the Wayback Machine