Virciniya Xurmasi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Virciniya xurması (lat. Diospyros virginiana) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin ebenakimilər fəsiləsinin xurma cinsinə aid bitki növü.
Virciniya xurması | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Virciniya xurması |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəABŞ-nin şərq hissəsində bitir. Növün arealı şimaldan İngiltərəyə, cənubdan Floridaya, şərqdən Atlantika okeanına və qərbdən Texasa, Kanzasa və Oklahomaya qədər uzanır.
Botaniki təsviri
redaktəHündürlüyü 15–17 m-ə çatan, ikievli, və ya birevli, yarpağıtökülən ağacdır. 100-150 il yaşayır. Çətiri cavanlıqda piramidal, sonra oval olur. Bitki ikievlidir. Yarpaqarı iri, uzunluğu 8-14 sm, dərili, yumurtavarı və ya oval formalı, üst tərəfdən tünd-yaşıl, bünövrəsi ürəkşəkilli və ucu bizdir. Yarpaqları payızda sarı və qırmızı rəng alır. Çiçəkləri bircinsli, xırda (uzunluğu 1 sm), rəngsiz və ya sarımtıl, ətirlidir. Bu növ cücülərlə və ya küləklə tozlanır. Meyvələri şarşəkilli və ya konusvarı, diametri 2-5 sm, sarı, giləmeyvəli, sulu və lətlidir. Toxumları nazik qabıqlı və çox bərk endospermlidir. Payızda təzə toxumlarla və ya yazda stratifikasiya olunmuş toxumlarla çoxalır.
Ekologiyası
redaktəİşıqsevəndir. Küləkdən qorunan sahələrə üstünlük verir. Qışadavamlıdır, -25-30 °C-dək, bəzən -37 °C-dək şaxtalara dözür. Torpaqlar turş, neytral (pH 5-8) və yüngül olmalıdır. Rütubətsevəndir, torpağın quruluğuna dözür. Kök sistemi dərindir.
Azərbaycanda yayılması
redaktəCənub bölgəsində rast gəlinir.
İstifadəsi
redaktəTərkibində 40% şəkər, 0,88% zülal maddələri və 0,5% alma turşusu vardır. 2-4-cü ilində meyvə verməyə başlayır. Bir ağacdan 300 kq-dək məhsul alınır. Yaxşı balverəndir, şəhər yaşıllaşdırmasında tək əkinlərdə istifadəsi məqsədyönlüdürlər. Oduncağı mebel və musiqi alətlərinin düzəldilməsi üçün yararlıdır.
İstinadlar
redaktə- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1057.