Virtual Turizm - Wikipedia
Virtual Turizm - Wikipedia - Haqqında Məlumat
Virtual turizm — turistlərin olduqları yeri tərk etmədən istənilən yerə (teatr, muzey, otel, kafe, milli park və s.) virtual olaraq səyahət edə bildikləri turizm növü[1]. Texnoloji inkişafın gətirdiyi yeniliklər ilə daha da təkmilləşən virtual turizmin həcmi hər il artmaqdadır. Bu turizm növünün digər turizm növlərindən əsas fərqi ucuz olmasıdır. Belə ki, turistlər virtual səyahət zamanı yol, qida və yerləşmə xərclərindən, təhlükəsizlik qayğılarından və əlavə vaxt sərfindən azad olmuş olurlar. Müxtəlif saytlar və tətbiqlər müxtəlif qiymətlərə, yaxud ödənişsiz olaraq virtual səyahət təklif edir.
Çatışmayan xüsusiyyətləri
redaktə- Məhdud səyahət növüdür
- Texniki problemlərin baş vermə ehtimalı yüksəkdir
- Hər fəaliyyət, təcrübə və hədəf üçün uyğun deyil
İstinadlar
redaktə- ↑ "7 virtual turizm nümunələri". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.