Vitali Hakko - Wikipedia
Vitali Hakko (d. 1913, İstanbul – ö. 10 dekabr 2007, İstanbul) — Türkiyənin məşhur "Vakko" brendinin yaradıcısı; yəhudi əsilli türk iş adamı və modelyer.[1][2]
Vitali Hakko | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | İstanbul |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul |
Dəfn yeri | |
Fəaliyyəti | iş adamı |
Həyatı
redaktəVitali Hakko 1913-cü ildə İstanbulun yoxsul və azlıqların yaşadığı məhəlləsində anadan olub. Atası dəmiryolçu, anası isə evdar qadın imiş. "Yoxsulluq nədir, yaxşı bilirəm" deyən Hakko öz xatirələrində ailəsinin dəmiryolçunun kiçik maaşı ilə birtəhər dolandığını yazıb.
Məktəb yaşı çatanda Vitali Kumqapıdakı fransız missionerlərinə məxsus olduğu təxmin edilən məktəbdə oxumağa başlayır. Ödənişli olan təhsil müəssisəsinin xərcini atasının işlədiyi fransız firması qarşılayır. Şirkətin verdiyi paso ilə isə yolpulunu ödəyir. Yəni qatarla pulsuz gedib-gəlmək imkanı qazanır. Ciddi rejimli məktəbdə Vitalinin dostu belə olmur. Bununla belə, hər zaman sözünü deməyi bacarır. Bir dəfə hətta məktəbin müdirinə "sizdən deyiləm, mənə kilsə duası oxutdura bilməzsiniz" deyir. Məktəb günləri uzun çəkmir. Cümhuriyyətin elan edilməsi Vitaliyə düşmür. Dəmiryollarının dövlətləşdirilməsi nəticəsində atası işsiz qalır. 10 yaşlı Vitali təhsil həyatına məcbur olaraq nöqtə qoyur. Ailənin digər üzvləri ilə birlikdə işləmək məcburiyyətində qalır. Düzdür, ilk vaxtlar anası Boxçaçı Behmoriaslardan iş götürür və bacısı ilə birlikdə dərziliyə başlayır. Amma atasının Ayancıkda "iş tapmışam deyib" evi tərk etməsi ilə çətin günləri başlayır. Çünki gedişi o gediş olur. Evin bütün yükü Vitalinin çiyininə çökür. Mahmutpaşada Spiros adlı bir rumlu mağaza sahibinin yanında işə düzəlir. İşi, əsasən, səhər dükanı açmaq, malları asmaq və küçədə "buyrun xanımlar, içəridə çeşidlərimiz var" deyə yoldan keçənləri içəriyə dəvət etmək olur. Qısa müddət sonra Kapalıçarşıdakı uşaqlıq xəyalı olan Kupidis mağazasına dəzgahdar olaraq işə düzəlir. Yalnız parça satmaqla kifayətlənmir. Kupidis mağazası daxil, bazardakı digər biznesmenlərin mağazalarının vitrinlərini tərtib etməyə başlayır.
"Şən Şapka"
redaktə1925-ci ildə Mustafa Kamal Atatürkün Şapka və Paltar İnqilabını reallaşdırması təkcə türk hazır geyim sənayesinin təməlini qoymur, Vitali Hakkonun da həyatını dəyişdirir.
O, 1934-cü ildə Sultanhamamda “Şən Şapka” adlı kiçik dükanı açır. Varını-yoxunu bu dükana qoyur. Restoranda yemir, kinoya getmir, hətta şənbə günləri belə işləyir. İkinci dünya müharibəsində öncə, yeni qurulmuş Cümhuriyyət Türkiyəsində qadına şapka geydirən və bunu yayıb dəb halına gətirən şəxsə çevrilir. Pulu olmadığı üçün 10 yaşında məktəbi yarımçıq buraxan Vitali Hakkonun nəinki özü, hətta anası və bacısı da artıq xoşbəxtliyin zirvəsinə yüksəlir. Artıq anası kürk geyinir, bərbəzək əşyaları taxır, Parisdən qayıdan qardaşı Əli isə agentlik açaraq iş qurur. Vitali Hakko isə öz müvəffəqiyyətini belə xatırladır:
"Yaşadığım dövrdə bir çox iş adamı işə sıfırdan başladı. Mən sıfırdan belə başlamamışam. Başladığım nöqtə sıfırın altında idi. Mən və mənim dövrümdəki bir çox iş adamı tam fərqli şərtlər çərçivəsində yetişdik. Yaxşı niyyətdən, ümiddən, gələcəyə və özümüzə olan etibardan, bacarığımızdan başqa heç bir sərmayəmizin olmadığı dövrdə öz-özümüzü yetişdirdik. Gənc Cümhiriyyətin ilk nəsli idik. Bizə sürət verən Atatürk inqilabları idi. "Şapka inqilabı, paltar inqilabı baş verməsəydi, nə "Şən Şapka", nə də "Vakko" olacaqdı".
Şapka dönəmi bitdikdən sonra Vitali də biznes profilini dəyişir. Türk ipəyi, pambığı və yunundan şərflər istehsal etməyə başlayır, İstanbulda kiçik ipək istehsalı atelyesi yaradır. Türkiyədə irəliləmə və yenilənmə dövründə şapka, şarf və fabrik parçalarına təlabatın tam ödənilmədiyini görən Hakko hazır geyim istehsalına istiqamətlənir.
1962-ci ildə Beyoğlunda öz soyadı ilə ilk "Vakko" moda mağazasını açır.
Son illəri
redaktəVitali Hakko yaşlandığı zaman mağazaların rəhbərliyini digər ailə üzvlərinə – xüsusilə oğlu Cem Hakkoya həvalə edir.[4] Lakin əsas nəzarəti əlində saxlayır. Tarixə şanslı bəndə kimi düşən Vitali Hakko 2007-ci ilin 10 dekabrında vəfat edir. Şalom sinaqoqunda təşkil edilən mərasimdən sonra yəhudi qəbiristanlığında basdırılır.
Kiçik dükanla iş dünyasına atılan Vitali Vakko ailəsinə böyük sərvət buraxır. Bu gün onlar Türkiyənin ən varlı iş adamlarından sayılırlar.
Mənbə
redaktə- Leyla Əliyeva. “Brendlərin tarixi” layihəsi: Atatürkün “şapka inqilabı”ndan doğulan “Vakko”. publika.az, 22.05.2014 (az.)
İstinadlar
redaktə- ↑ Rifat Bali Model Citizens of the State: The Jews of Turkey during the ... 2012 - Page 477 "Adnan Kahveci was Minister of Finance; Vitali Hakko (1913–2007) was a Jewish businessman and one of the"
- ↑ Yalçın Küçük Tekeliyet: ansiklopedi 2003 - Volume 1 - Page 421 "Bu tarih sorulanndan sonra, "cem" adına gelebiliriz; sabetayistlerin ve Ya- hudiler'in, Cem Hakko var, "cem" adına düşkünlükleri hâlâ tatminkar çözümünü bulamadığım bilmecelerden birisidir; Cem Boyner'i, Cem Uzan'ı ve sa- betayist bir baba ..."
- ↑ Adını modayla özdeşleştiren marka Arxivləşdirilib 2015-02-18 at the Wayback Machine. hurriyet.com.tr, 17.09.2013 (türk.)
- ↑ Jürgen Gottschlich, Dilek Zaptcioglu Istanbul. Con atlante stradale 2011 Page 19 "Uomini d'affari ebrei come Ishak Alaton, che opera nel campo dell'elettronica, e l'imperatore della moda Cem Hakko (Vakko) sono attualmente tra i personaggi più noti di İstanbul. Gli armeni furono decimati dalle persecuzioni del 1915 ..."