Vladimir Adoratski - Wikipedia
Vladimir Viktoroviç Adoratski (rus. Владимир Викторович Адоратский; 7 (19) avqust 1878[1], Kazan – 5 iyun 1945[2][1], Moskva, RSFSR, SSRİ) — SSRİ Kommunist Partiyası xadimi, tarixçi, filosof, akademik.
Vladimir Adoratski | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 (19) avqust 1878[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 5 iyun 1945[2][1] (66 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Partiya | |
Təhsili | |
Fəaliyyəti | filosof, siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəVladimir Viktoroviç Adoratski 19 avqust 1878-ci ildə Rusiya imperiyasının Kazan şəhərində anadan olmuşdur. 1900-cü ildən inqilabi hərəkata qoşulmuş, RSDFP Kazan Komitəsinin katibi olmuşdur. 1900-cü ildə həbs edilib Həştərxan quberniyasına, 1906-cı ildə xaricə sürgün edilmişdir. 1904-cü ildən Sov.İKP üzvudür. Xaricdə dəfələrlə Vladimir Leninlə görüşmüş və onun tapşırıqlarını yerinə yetirmişdir. Oktyabr inqilabından sonra müxtəlif vəzifələrdə işləmiş, Marks–Engels–Lenin İnstitutunun direktoru (1931–1939), eyni zamanda SSRİ EA Fəlsəfə İnstitutunun direktoru, 1939-cu ildən Marks–Engels–Lenin İnstitutunun baş redaktoru olmuşdur. 1932-ci ildən SSRİ EA akademiki olmuşdur. Adoratski Sov.İKP-nin XVI–XVIII qurultaylarına nümayəndə seçilmişdir. Elmi fəaliyyəti marksizm tarixi məsələlərinə həsr edilmişdir. Onun redaktorluğu ilə Karl Marks və Fridrix Engelsin əsərlərinin rus dilində 15 cildliyi və alman dilində 8 cildliyi çıxmışdır. Marks və Engelsin seçilmiş məktublarını nəşrə hazırlamışdır (I nəşr, l922). Vladimir Lenin əsərlərinin və Lenin məcmuələrinin (11–32) redaktorlarından idi. Lenin Adoratskini nəzəriyyəçi və təbliğatçı, marksizmin bilicisi kimi yüksək qiymətləndirmişdir. O, 5 iyun 1945-ci ildə Moskva şəhərində vəfat etmişdir.[3]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Адоратский Владимир Викторович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Адоратски Владимир Викторович // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 123.
Əlavə ədəbiyyat
redaktə- Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //
- Vladimir Adoratski // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
- Конюшая Р. П. "Учёный-марксист" // "Вопросы истории КПСС", 1963, № 8;
- Литвин А. А., Литвин А. Л. Заурядная жизнь незаурядного человека: В. В. Адоратский (1878–1945). — Казань: Изд-во Казанск. гос. ун-та, 2008. — 128 с.
- Владимир Викторович Адоратский. М., 2014 (Материалы к биобиблиографии учёных. Философия. Вып. 8)
Xarici keçidlər
redaktə- Биографический очерк
- Биография в Справочнике по истории КПСС
- Статья на сайте "Летопись Московского университета"
- Историческая справка на сайте Архива РАН
- История коллекции документов последнего российского императора и членов его семьи (Новоромановского архива) в 1917–1919 гг.
\