Vladimir Nemirovic Dancenko - Wikipedia
Vladimir İvanoviç Nemiroviç-Dançenko (11 (23) dekabr 1858, Ozurgeti, Kutaisi quberniyası – 25 aprel 1943[1][2][…], Moskva[1]) — rus rejissoru, dramaturq və teatr xadimi, SSRİ Xalq artisti, (1936), Stalin mükafatları laureatı (1942, 1943).
Vladimir Nemiroviç-Dançenko | |
---|---|
Doğum tarixi | 11 (23) dekabr 1858 |
Doğum yeri | |
Vəfat tarixi | 25 aprel 1943[1][2][…] (84 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | dramaturq, rejissor, teatr tənqidçisi, ssenarist, opera rejissoru[d], teatr pedaqoqu[d], aktyor, dramaturq |
Təhsili | |
Teatr | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəK. S. Stanislavski ilə birlikdə Moskva Bədaye Teatrını yaratmış, 1919-cu ildə həmin teatrın nəzdində musiqi studiyası təşkil etmişdi (1926-cı ildən K. S. Stanislavski və V. İ. Nemiroviç-Dançenko adına Musiqili Teatr). Vladimir Nemiroviç-Dançenkonun Üzeyir Hacıbəyovla işgüzar əlaqələri olmuşdur. Stalin mükafatları komitəsinin sədri V. Nemiroviç-Dançenko, komitənin üzvü Ü. Hacıbəyovla iclaslarda tez-tez görüşür, Ü. Hacıbəyovu rəhbərlik etdiyi teatrın premyera tamaşalarına dəvət edirdi. Vladimir Nemiroviç-Dançenko İncəsənət İşləri üzrə Ümumittifaq Komitəsinin nəzdindəki bədii şuranın sədri kimi də Ü. Hacıbəyovun müzakirələrdəki rəy və fikirləri ilə hesablaşırdı.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Немирович-Данченко Владимир Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Vladimir Ivanovich Nemirovitch-Danchenko // Internet Broadway Database (ing.). 2000.