Vladimir Qafarov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qafarov Vladimir Əbüləzim oğlu (19 may 1935[1], Sabirabad[1] – 19 iyul 2000[1], Bakı[1]) — şair, tərcüməçi, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1979), Azərbaycan SSR Əməkdar incəsənət xadimi(1989)
Vladimir Qafarov | |
---|---|
Vladimir Əbdül-Əzim oğlu Qafarov | |
Doğum tarixi | 19 may 1935[1] |
Doğum yeri | |
Vəfat tarixi | 19 iyul 2000[1] (65 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | tərcüməçi |
Mükafatları |
Həyatı
redaktəVladimir Qafarov 1935-ci il mayın 19-da Sabirabad şəhərində anadan olmuşdur. Bakıda orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1952-1957).
Əmək fəaliyyətinə "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin redaktoru kimi başlamışdır (1959-1960). "Literaturnıy Azerbaydjan" jurnalında ədəbi işçi (1960-1963), "Literaturnaya qazeta"nın Azərbaycan üzrə xüsusi müxbiri (1967), "Bakinski raboçiy" qəzetində şöbə müdiri olmuşdur. Sonra bütün qüvvəsini yaradıcılığa həsr etmişdir.
Bədii yaradıcılığa 1952-ci ildə "Oğul" adlı ilk mətbu şeiri ilə başlamışdır. Bundan sonra istər respublikada, istərsə də onun hüdudlarından uzaqlarda əsərləri müntəzəm çap edilmişdir. "Gəlin", "İki qala", "Lermontov, 123", "Bürünc külək", "Küləkli alov" və digər kitabları oxucuların rəğbətini qazanmışdır. Poetik tərcüməyə böyük əhəmiyyət vermişdir. Azərbaycan el ədəbiyyatı, klassik aşıq poeziyası və sovet şeri incilərini seçib ruscaya çevirmişdir. Əsərlərini Azərbaycan və rus dillərində yazmışdır. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilmişdir (1968-1985).
2000-ci il iyulun 19-da vəfat etmişdir.
Mükafatları
redaktə- Azərbaycan SSR əməkdar mədəniyyət işçisi— 30.07.1979[2]
- Azərbaycan SSR əməkdar incəsənət xadimi - 1989
Əsərləri
redaktə- 1.Невеста. Баку, Азернешр, 1961, 60 стр.
- 2.Две крепости. Баку, Детюниздат, 1963, 71 стр.
- 3.Lermontov, 123, B., Azərnəşr, 1965, 130 səh.
- 4.Бронзовый ветер. Баку, Азернешр, 1968, 147 стр.
- 5.Огонь на ветру. Баку, Гянджлик, 1972, 88 стр.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 http://great.az/velikie-azerbaycanci/251-kafarov-vladimir-abdul-azim-oglu.html.
- ↑ Respublikanın ədəbiyyat xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyul 1979-cu il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı