Volqoqrad Arena - Wikipedia
Volqoqrad Arena (rus. Волгоград Арена) – Rusiyanın şəhəri Volqoqradda yerləşən stadiondur. 2018 FİFA Dünya Kubokuna ev sahibliyi etmiş stadionlardan biridir. Rotor Volqoqrad klubu da öz ev oyunlarını burada keçirir. Tamaşaçı tutumu 45568 nəfərdir.[2]
Volqoqrad Arena | |
---|---|
Yeri | Volqoqrad, Rusiya |
Təməli qoyulub | 2015 |
Tikilib | 2018 |
Tikinti xərcləri |
16,3 milyard rubl 220 milyon Avro |
Sahibi | Volqoqrad vilayəti |
Tamaşaçı tutumu |
45568 (rəsmən) 43713 (2018 FİFA Dünya Kuboku)[1] |
Ev sahibi komanda | Rotor Volqoqrad FK |
Meydançanın ölçüləri | 105 x 68 m |
Ot örtüyü | GrassMaster (hibrid ot) |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəStadion dağıdılan Mərkəzi Stadionun yerində, Volqa çayının yaxınlığında inşa edilib. Köhnə stadion 1958-ci ildə, köhnə neft deposunun yerində inşa edilmişdi. Stadionun tikintisi zamanı 300 partlamamış bomba tapılıb və ərazidən kənarlaşdırılıb.[3]
Təsvir
redaktəArenanın dizaynı açıq tenderin qalibi olan Sport-Engineering şirkəti tərəfindən hazırlanmışdır. Stroytransqaz proyektin əsas podratçısı oldu. Əvvəlcə, yerli aidiyyət orqanları inşa işləri də daxil olmaqla layihənin xərcinin 10 milyard rubl olaraq hesabladılar. 2014-cü ilin oktyabrında isə bu rəqəm qaldırılaraq 17 milyard oldu. Stadion FİFA standartlarına cavab verəcək şəkildə tikilmişdir. Stadionun tamaşaçı tutumu 45568 nəfərdir. Bunlara 2280 yerlik media salonu, 640 oturacaqlı VİP box və 460 əlil insanlar üçün yerlər də daxildir. Stadionun əsas memari xüsusiyyəti kabloların birləşərək yaratdığı "velosiped təkəri" şəklində damdır. Stadionun 42 lifti var. Bunlardan 24-ü əlil insanlar üçündür. Stadion "Funktion One" səs sistemləri ilə təchiz olunub.
Stadiona Volqoqrad Hava Limanından 6 nömrəli avtobus, Volqoqrad Dəmiryolu Stansiyasından isə 12 nömrəli trolleybus gedir.
2018 FİFA Dünya Kuboku zamanı
redaktəTarix | Saat | Komanda #1 | Nəticə | Komanda #2 | Mərhələ | Tamaşaçı sayı |
---|---|---|---|---|---|---|
18 iyun 2018 | 21:00 | Tunis | 1–2 | İngiltərə | G qrupu | 41064[4] |
22 iyun 2018 | 18:00 | Nigeriya | 2–0 | İslandiya | D qrupu | 40904[5] |
25 iyun 2018 | 17:00 | Səudiyyə Ərəbistanı | 2–1 | Misir | A qrupu | 36823[6] |
28 iyun 2018 | 17:00 | Yaponiya | 0–1 | Polşa | H qrupu | 42189[7] |
Turnirdən sonra
redaktəTurnirdən sonra da stadionda Rotor Volqoqrad öz ev oyunlarını burada keçirəcək. Arenanın şəhərin mədəni və idman tədbirləri, festivallar, sərgilər və konsertlər üçün bir yer kimi xidmət etməsi gözlənilir. Gələcəkdə stadionda fitness mərkəzi də tikiləcək.
İstinadlar
redaktə- ↑ "Volgograd Arena". FIFA. 2017-10-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 iyun 2018.
- ↑ Volgograd Arena Arxivləşdirilib 2017-10-15 at the Wayback Machine. FİFA.
- ↑ "Russia 2018: Volgograd – bright future awaits city with dark past". RT. 18 may 2018. 18 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2018.
- ↑ "Matç hesabatı – G qrupu – Tunis - İngiltərə" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 18 June 2018. 24 June 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyun 2018.
- ↑ "Matç hesabatı – D qrupu – Nigeriya - İslandiya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 22 iyun 2018. 2018-06-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22 iyun 2018.
- ↑ "Matç hesabatı – A qrupu – Səudiyyə Ərəbistanı - Misir" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 25 iyun 2018. 2018-06-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 25 iyun 2018.
- ↑ "Matç hesabatı – H qrupu – Yaponiya - Polşa" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 28 June 2018. 1 July 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 iyun 2018.