Vorosil Qukasyan - Wikipedia
Voroşil Levon oğlu Qukasyan (9 yanvar 1932, Nic, Qutqaşen rayonu – 11 oktyabr 1986, Bakı) — udiəsilli Azərbaycan dilçisi, türkoloq, qafqazşünas, udi dili və alban əlifbası üzrə mütəxəssis, filologiya elmləri doktoru (1973).
Voroşil Qukasyan | |
---|---|
Voroşil Levon oğlu Qukasyan | |
Doğum tarixi | 9 yanvar 1932 |
Doğum yeri | |
Vəfat tarixi | 11 oktyabr 1986 (54 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | |
Təhsili |
Həyatı
redaktəVoroşil Qukasyan 1932-ci ildə Qəbələ rayonunun Nic kəndində udi ailəsində anadan olub. Bakı Dövlət Universitetini bitirib. Azərbaycan SSRİ Elmlər Akademiyasında çalışıb. 1965-ci ildə "Udi dilinin Nic dialektinin fonetik və morfoloji özəllikləri" mövzusunda namizədlik işini müdafiə edib. 1973-cü ildə "Azərbaycan və udi dilləri arasında əlaqələr" mövzusunda Dilçilik İnstitutunda doktorluq işini müdafiə edib. 1974-cü ildə dərc etdiyi "Udicə-Azərbaycanca-Rusca lüğət" indiyə kimi çağdaş udi dilinin hər iki dialektinin (Nic və Vartaşen) yeganə və ən böyük toplusu olaraq qalır. Ən son elmi işi V. İ. Aslanovla birgə yazdığı "Исследования по истории азербайджанского языка дописьменного периода" (1986) kitabı olub.
Elmi işlərinin çoxunu "Q.Voroşil" kimi imzalayırdı.
Nic kəndində torpağa basdırılıb.
Əsərləri
redaktəKitabları:
redaktə- Udincə-azərbaycanca-rusca lüğət. Bakı: "Elm" nəşriyyatı, 1974.
- Исследования по истории азербайджанского языка дописьменного периода. Баку: Издательство «Элм», 1986.
- Qafqaz Albaniyası (tarixi-filoloji etüdlər). Bakı: "Öyrətmən" nəşriyyatı, 1993.
Məqalələri:
redaktə- Voroşil Qukasyan. Udi dilində qohumluq terminləri (1961).
- Voroşil Qukasyan. Qədim Ağvan əlifbası və udi dili haqqında (1962).
- В.Л. Гукасян. Ниджский диалект удинского языка (звуковой состав и некоторые фонетические процессы) (1963).
- Voroşil Qukasyan. Azərbaycan və udi dillərinin qarşılıqlı əlaqələrinə dair (1966).
- В.Л. Гукасян. Удинские слова в «Истории Албан» (1968).
- В.Л. Гукасян. К дешифровке албанских надписей Азербайджана (1968).
- В.Л. Гукасян. Удинские слова в «Истории Албан» (1968).
- В.Л. Гукасян. Опыт дешифровки албанских надписей Азербайджана (1969).
- В.Л. Гукасян. Из истории изучения письменности Кавказской Албании (1969).
- В.Л. Гукасян. Тюркизмы в «Истории Албан» Моисея Утийского (1971).
- В.Л. Гукасян. К трехъязычию удин // Проблемы двуязычия и многоязычия (1973).