Vostok Golu - Wikipedia
Vostok gölü (ing. Lake Vostok) — Antarktidada, Rusiyanın Vostok stansiyasının altında yerləşən buzaltı göl.
Vostok gölü | |
---|---|
ing. Lake Vostok | |
| |
Ümumi məlumatlar | |
Tipi | Buzaltı |
Mütləq hündürlüyü | -500 m |
Eni | 50 km |
Uzunluğu |
|
Sahəsi | 15.690 km² |
Həcmi | 5.400 km³ |
Dərin yeri | 510 m |
Orta dərinliyi | 432 m |
Yerləşməsi | |
77°30′00″ c. e. 106°00′00″ ş. u.HGYO | |
Ölkə | Antarktida |
Yerləşməsi | Rusiyanın Vostok stansiyasının altında |
Yaşayış məntəqəsi | Vostok stansiyası |
Ada | 1 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəVostok gölü Antarktidadakı 140-dan çox buzaltı göl arasında ən böyüyüdür. Rusiyanın Vostok stansiyasının altında yerləşir. Şərqi Antarktida Buz Təbəqəsinin orta hissələrində yerləşir. Buz təbəqəsi dəniz səviyyəsindən 3488 metr yüksəklikdədir, göl isə buzun 4000 metr dərinliyindədir və bu gölün dəniz səviyyəsindən 500 metr alçaqda yerləşdiyini göstərməkdədir. Bu şirinsulu gölün sahəsi 15.690 km2 və su həcmi 5.400 km3 olduğu düşünülür. Andrey Kapitsa tərəfindən 1959-1964 illərdə araşdırma aparılarkən kəşf edilmişdir. Üzərindəki buz özündə 400.000 il əvvələ aid paleoklimatik məlumatları ehtiva etsə də, suyun 15-27 milyon ildir ki, təcrid olunmuş durumdadır.
Tədqiqatlar
redaktə5 fevral 2012-ci ildə 20 illik dəlmə prosesindən sonra bir qrup rus araşdırmacı 3.768 metrlik dərinliyə enərək gölün səthinə çatdığını bəyan etmişdirlər. Qrup daha sonra gölə robot buraxmışdırlar.