Voyevodina Gerbi - Wikipedia
Voyevodina gerbi —Voyevodina muxtar əyalətində rəsmi olaraq istifadə edilən iki gerb, Voyevodina gerbi və ənənəvi Voyevodina gerbi mövcuddur.[1] Voyevodina muxtar əyalətinin ali qanunverici orqanı olan Voyevodina Əyalət Məclisinin (Voyevodina Assambleyası) 2016-cı ildə qəbul edilmiş olan “Voyevodinanın simvollarının və ənənəvi simvollarının görünüşü və istifadəsi haqqında” qərarına əsasən hər iki gerb də bərabər statusa malikdirlər.[2]
Voyevodina gerbi | |
---|---|
Versiyalar | |
Voyevodina gerbi |
|
Ənənəvi Voyevodina gerbi |
|
Detallar | |
Armiger | Voyevodina |
Təsis edilib | 28 iyun 2002 |
Rəsmi olaraq Voyevodina Assambleyası 28 iyun 2002-ci ildə Voyevodina gerbini qəbul etmişdir. Gerb 1848-ci ildən etibarən fəaliyyət göstərən Zemun Milli Qvardiyasının bayrağına, Serb Voyevodinasının tarixi gerbinə, həm də Serbiya knyazlığının tarixi gerbinə əsaslanaraq hazırlanmışdır. Voyevodina Əyalət Parlamenti ənənəvi gerbi 2016-cı il sentyabr ayının 15-də rəsmi olaraq qəbul etmişdir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 Šinković, Norbert. "Uz grb Vojvodine i trobojka srpska" (serb-xorvat). Radio Free Europe. 15 sentyabr 2016. 16 sentyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2016.
- ↑ "Покрајинска скупштинска одлука о изгледу и коришћењу симбола и традиционалних симбола Аутономне покрајине Војводине". Službeni liist AP Vojvodine (Serbian) (51). 15 September 2016. 5 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 July 2024.