Voynic Elyazmasi - Wikipedia
Voyniç əlyazması - Məlum olmayan dildə və əlifbada yazılmış kitab. Kitabda istifadə olunan əlifbanın oxumaq yönündə dilçilər uzun müddət çalışmalar aparsalarda, kitabda yazılanları oxumaq bu günə qədər mümkün olmamışdır. Kitabın 1450 - 1520-ci illər arasında yazıldığı ehtimal edilir. Kitabın eni 15 uzunluğu isə 22 sm-dir. Səhifələrinin sayı 240 olsa da, 30-a yaxın səhifənin cırıldığı məlumdur. Kitabın adının Voyniç adlandırılmasının səbəbi, 1812-ci ildə kitabı köhnə bukinistdən almış Vilfred Voyniçin adı ilə bağlıdır. XX əsrin ortalarında, kitabın Voyniç tərəfindən yazıldığı iddia olunurdu. Ancaq aparılmış laborator araşdırmaları kitabın ən azı XVI əsrə aid olduğunu sübut etmişdir.
Voyniç kitabında diqqəti cəlb edən ən önəmli məsələlərdən biri də, kitabda çəkilmiş şəkillərdir. Şəkillərdə ulduzlar, bitkilər və çılpaq qadınlar təsvir olunmuşdur. Şəkillərə əsasən, kitabın astronomiya sahəsində yazılıdığı və bu səhədə ətraflı məlumatların verildiyi məlum olur. Voyniç əlyazması, yüz ilə yaxındır ki, alimlər tərəfindən öyrənilir. Dilçilər, kriptoqraflar, tarixçilər və digər peşə sahiblərinin birgə apardığı araşdırmalar nəticə verməmişdir. Kitabla bağlı olan iddialardan, biri orada istifadə olunan işarələrin heç bir məna ifadə etməməsidir. Müxtəlif sıralanma əsasında, yazılan kitabı oxumağın mümkün olmadığı fikri uzun müddət səslənmişdir. Lakin aparılan araşdırmalar sübut etmişdir ki, kitabda yazılan cümlələr, işarələr toplusu yox, dünya elminə məlum olmayan dilə aiddir.