Vsevolod Qarsin - Wikipedia
Qarşin Vsevolod Mixayloviç (2 fevral 1855-1888) — rus yazıçısı.
Vsevolod Qarşin | |
---|---|
Doğum tarixi | 2 (14) fevral 1855[1][2][…] |
Vəfat tarixi | 24 mart (5 aprel) 1888[1][2][…] (33 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | yıxılma[d] |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, ədəbiyyat tənqidçisi, şair, incəsənət tənqidçisi[d] |
Əsərlərinin dili | rus dili |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəVsevolod Qarşin 1855-ci il fevralın 2-də dünyaya gəlib. Bu zaman Krım müharibəsi gedirdi və sonralar onun eşitdiyi nağıllar bu müharibənin iştirakçısı olmuş atasının zabit dostları ilə bölüşdükləri xatirələri idi. Müharibənin dəhşətli və eyni dərəcədə maraqlı olan epizodlarını gələcək yazıçı həyəcanla dinləyir, yenicə bitmiş müharibənin təlatümlü xatirələri onun qəlbini sarırdı. Uşaqlıqdan sərbəst, daha doğrusu, özbaşına böyüyən kiçik Qarşinin kitablarla tanışlığı 5-6 yaşlarından başlayır. Nəzarətsiz bu balaca oxucunun mütaliəsi uşaq kitabları yox, Hüqo, Jukovski, Qoqol, Puşkin, Çernışevski, evdə illərlə yığılıb qalmış abunə olduqları jurnallar idi. Yazıçı körpə çağlarındakı bu kimsəsiz, lakin mənalı, azad günləri xatırlayıb yazırdı: Lermontovun "Zəmanəmizin qəhrəmanı" əsərini oxuyurdum, bir şey anlamasam da, "Bela" hekayətini dərk edir, ağlayırdım. Dərk etdiyi isə ürək sıxan şeylər idi: anası böyük uşaqlarının müəllimi P.Zavadski ilə qaçmışdı. Bu əxlaq faciəsi ilə uşaq elə uşaqlıqdan bir tərəfdən odlu məhəbbət (ehtiras deyə bilərik), digər tərəfdən isə öldürücü bir ailə nifrətinin şahidi olmuşdu. Bunlar onun psixologiyasına dərin təsir göstərdi. Uşaqlıqdan da heç üzü gülməzmiş. Qarşin Dağ-Mədən institutunda oxuyarkən 1877-ci ildə Rusiyanın Türkiyəyə qarşı təcavüzkar hərbi başlayır. Serb çaxnaşmaçılarını çoxdan dəstəkləyən çar 1877- ci il aprelin 12-də Türkiyəyə müharibə elan edir. Tələbə Qarşin "Slavyan qardaşlarımızı Osmanlı zülmündən azad edək" kimi saxta, lakin müdhiş bu çağırışa uyan minlərlə şovinist ruhlu "Xristos divanələri"nə könüllülərə qoşulub, Balkan cəbhələrinə gedir. Çox təəssüf ki, bu oyuncaq ideyaların əsiri olan əcaib, lakin güclü və mətin adamlar, onların bədii surətləri o dövr rus ədəbiyyatının gözəl, parlaq nümunələrində də görünür. Belə ədəbi qəhrəmanlar əslində başlarının bəlasını götürüb.
Vsevolod Qarşin 1877-ci ildə könüllü olaraq Rusiya-Türkiyə müharibəsində iştirak etmişdir. "Dörd gün", "Qorxaq", "Sıravi əsgər İvanovun xatirələrindən" hekayələrində çarizmin istilaçı müharibələrini pisləmişdir. "Hadisə", "Rəssamlar", "Prinsip", "Qırmızı gül", "Nadejda Nikoloyevna", "Siqnal", "Ayılar", "Gecə", "Görüş" və s. əsərlərində ictimai zülmə, ədalətsizliyə qarşı qəzəbli etiraz vardır. Əsərlərinin mövzsunu şəxsiyyətin faciəsi tutub intihar etmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 3 Азарова Н. И. Гаршин // Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 2.
- ↑ 1 2 3 4 Венгеров С. А. Гаршин, Всеволод Михайлович (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1892. Т. VIII. С. 163–164.
- ↑ 1 2 3 Гаршин, Всеволод Михайлович (rus.). // Русский биографический словарь Москва: 1914. Т. 4. С. 246–258.
- ↑ Гаршин Всеволод Михайлович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
Xarici keçidlər
redaktə- Письма Издательство "Academia" 1934 год. Факсимильное воспроизведение
- Михайлович Гаршин.|title=Рассказы для детей|work=(рассказы и сказки в старорусской орфографии)|publisher=Библиотека Im Werden|accessdate=2010-10-09|archiveurl=http://www.webcitation.org/61AAsA5Gq|archivedate=2011-08-24[ölü keçid]
- русской литературы, изд. Пушкинский Дом, 1956. Электронная публикация: ФЭБ|accessdate=2010-10-09|archiveurl=http://www.webcitation.org/61AAuNQOI|archivedate=2011-08-24 Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine
- Article in English on Vsevolod Garshin and fan hysteria in the 1880s