Vunderkind - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Vunderkind — alman sözü olub vunder — möcüzə, kind — uşaq deməkdir. Bu söz 1960–70-ci illərdən leksikonumuza daxil olub. Belə uşaqlar yüksək hafizə, intellekt və istedada malik olanlardır. Bu cür uşaqlar kiçik yaşlarından öz zəkaları ilə hər kəsi heyrətləndirir, həmyaşıdlarından seçilir, təhsildə yüksək nailiyyət əldə edirlər. Lakin bəzi valideynlər uşağının qeyri-adi istedadına arxalanıb onu sərbəst buraxır: "O, ağıllı uşaqdır, necə oxuyub, necə davranacağını özü yaxşı bilir" deyib uşaqlarla böyük kimi rəftar edirlər.[1]
-O, artıq 3 yaşında kitab oxumağı, rəsm çəkməyi, yazmağı və saymağı bacarır.
-Məktəblilər üçün icad olunmuş psixoloji oyunlar oynayır.
-Məişət texnikası ilə maraqlanır.
-Mobil telefonda oyun oynayıb, kompüterdə fayllar açır.
-Valideynlərindən onu rəqsə, rəssamlığa və digər dərnəklərə yazdırmağı tələb edir.
Uşaq nə qədər kiçikdirsə, onun istedadını müəyyənləşdirmək bir o qədər çətindir. Ona görə də uşaq böyüdükcə onunla işləmək lazımdır. Psixoloqların araşdırmalarına görə, istedadı olmayan uşağa vaxt və pul sərf etməklə, onu yüksək istedad sahibi etmək olmaz. İstedadı olmayan uşağı güclə sənətə gətirən valideyn faciəvi finalla qarşılaşacaq. Valideynin təkidi ilə sənət sahibi olan uşaq hobbisindən və əyləncəsindən məhrum olur. Sənət yolunu valideynin istəyinə görə müəyyənləşdirən uşaq 20 yaşında yorulur və əsəb gərginliyi keçirir. Bu yorğunluğun fəsadları mədə xorası, hipertoniya və stenokardiyadır. Vunderkindlər hər hansı bir sahəyə yiyələnmək üçün böyük əmək sərf edirlər. Onlar uşaqlıq yaşamır, oyun oynamır, dostları ilə münasibət qurmurlar. Heç kim zəmanət verə bilməz ki, 5 yaşlı uşağın istedadı onun 20 yaşında da özünü göstərəcək. Çünki uşaq dil açıb, danışdığı ərəfədə onun qeyri-adi istedadı olmur. Bu zaman onun nitq fəaliyyəti güclənir, uşaq bütün gücünü danışmağa və yeni sözlər öyrənməyə sərf edir. Qeyri-adi istedada malik uşaqlar əsasən, riyaziyyat, fizika və kimya elmlərinə meyilli olurlar. Bu həvəs uşağın inkişaf mərhələsində getdikcə itə bilər. Lakin valideyn bu istedadı uşağında inkişaf etdirsə, övladı gələcəkdə şahmat üzrə çempion da ola bilər. Uşağı hər kəsin yanında tərifləmək də olmaz. Bununla uşağın psixikasını korlayarsız. Çünki bu halda uşaq istedadına güvənib, daha öz üzərində işləməyəcək. Uşaqların istedadına biganə yanaşan valideynlər övladlarında olan vunderkindliyi yox edirlər. Ona görə də uşağın gizli istedadını aşkara çıxartmaq və imkan daxilində ondan daha çox nailiyyət tələb etmək lazımdır. Vunderkind valideyni olmaq istəyirsinizsə, uşağınızın gələcəkdə hansı peşə sahibi olacağını proqnozlaşdırmayıb, bu vəzifəni onun öhdəsinə buraxın. Psixoloqlar uzun illər vunderkind uşaqları başqa həmyaşıdlarından fərqləndirən cəhətlərı araşdırıblar. Uşaqların psixologiyasına yaxından bələd olan italyan pedaqoqu-defektoloq Mariya Montessori bu vəzifəni öz boynuna götürdü və problemin həllini əqli cəhətdən zəif inkişaf etmış uşaqlarda gördü. Onların problemləri məşğul olan müəllimə çox maraqlı faktlar aşkarladı. Montessori uşaqlara hələ çox kiçik yaşlarında kartondan evlər, şəkil üçün çərçivə və oyuncaqlar düzəltməyi öyrədirdi. Müəllimə keçirdiyi mütəmadi məşqlər sayəsində onlara nəinki danışmağı, həm də oxuyub-yazmağı öyrətdi. Montessori bir faktı da aşkarladı ki, bu uşaqlar dərslərini normal həmyaşıdlarından daha tez qavrayırdılar. Müəllimə belə nəticəyə gəldi ki, oyun dərsləri normal uşaqların da inkişafına kömək edir. Beləliklə, Montessori Avropa ölkələrində öz tədris sistemini tətbiq edir. Beləcə, bağçalarda uşaqlara rəngarəng muncuqlardan boyunbağı düzəltmək və şəkillər vasitəsilə kitab oxumaq öyrədilir. Bu dərslər uşaq fantaziyasını və təxəyyülünü inkişaf etdirir. Nəticədə məlum olur ki, uşaqla uzun zaman ünsiyyətdə olmadıqda, o, emosional, psixi və psixosomatik gərginlik keçirir. Bu vəziyyət vunderkind uşaqlara da aiddir.
Psixoloq məsləhəti
redaktə-Uşağın uğurlarını camaat arasında nümayiş etdirməyin. O zaman uşaq özü üçün yox, özünü qohumlara, dost-tanışa və anasının rəfiqələrinə göstərmək üçün çalışacaq.
-Uşağı dərslərlə çox məşğul etməyin.
-Uşaq hansı fənnə daha çox meyl göstərərsə, o, həmin sahədə də inkişaf edəcək.