Vurgun Eyyub - Wikipedia
Vurğun Əliş oğlu Əyyub (25 oktyabr 1957, Aşağı Quşçu, Tovuz rayonu – 24 sentyabr 2019, Bakı) — filologiya üzrə fəlsəfə doktoru, Müsavat başqanının I müavini, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri (1992–1993), Xəzər Universiteti Dillər və ədəbiyyatlar kafedrasının müdiri(2009–2010; 2012–2019), Azərbaycan Demokratiya və Rifah hərəkatının I müavini (2015–2019).
Vurğun Əyyub | |
---|---|
May 2001 – 2007 | |
Başqan | İsa Qəmbər |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | vəzifə ləğv edildi |
25 oktyabr 1997 – May 2001 | |
Başqan | İsa Qəmbər |
Sonrakı | vəzifə ləğv edildi |
21 iyul 1992[1] – 30 iyul 1993[2] | |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | Kamran İmanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 oktyabr 1957 |
Doğum yeri | |
Vəfat tarixi | 24 sentyabr 2019 (61 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Partiya |
|
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elm sahəsi | ədəbiyyatşünaslıq |
Elmi dərəcəsi | |
Elmi adı |
Həyatı
redaktəVurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində dünyaya gəlib.
1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub.
1977–1984-cü illərdə Sabirabad və Tovuz rayonlarında, 1985–1993-cü illərdə N. Tusi adına Azərbaycan Pedaqoji Universitetdə müəllim işləyib. 1988-ci ildən filologiya üzrə fəlsəfə doktorudur. Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir.
1987-ci ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı — "Çənlibel" elmi-ədəbi birliyinin yaradıcılarından biri və sədri, Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından və AXC Məclisinin və İdarə Heyətinin üzvü olub.
1992–1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib.
15 noyabr 1992-ci ildə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib.
1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın baş katibi olub. 2001-ci ilin may ayında keçirilən 6-cı qurultayında partiyanın nizamnaməsindəki dəyişikliyə uyğun olaraq katiblik müavinliklə əvəz olunub və Müsavat başqanının 1-ci müavini təyin edilib.
2000-ci il parlament seçkilərində Vurğun Əyyub Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 3-cü sırada olmuşdur.[3] Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4,85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, Vurğun Əyyub deputat seçilə bilməmişdir.[4][5]
2007-ci ilin martında fəaliyyətə başlamış "Paralel" Gündəlik Elektron Qəzetinin redaksiya heyətinin üzvü olub.
Uzun sürən xəstəlikdən sonra 24 sentyabr 2019-cu ildə vəfat edib.[6]
Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığında (40.382882697108855, 50.02132462797355) dəfn edilmişdir.[7]
İstinadlar
redaktə- ↑ "K. S. İmanovun Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2019-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-31.
- ↑ "V. Ə. Əyyubovun Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri vəzifəsindən azad edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-31.
- ↑ "2000-ci ilin və bu günün Müsavat Partiyası - deputatlığa namizədləri müqayisə etsək... (FOTOLAR)". musavat.com. 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
- ↑ "2000-ci il parlament seçkilərinin nəticəsi". 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
- ↑ "2000-2001-ci illər parlament seçkiləri haqqında yekun hesabat" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.
- ↑ "Vurğun Əyyub vəfat edib". 2020-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-24.
- ↑ "Vurğun Əyyub dəfn edilib - FOTO - YENİLƏNİB-2". Report İnformasiya Agentliyi (az.). 2020-06-21. 2024-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-15.