Vyetnam Dovletinde Referendum 1955 - Wikipedia
1955-ci il Vyetnam Dövləti referendumu — tezliklə Vyetnam Respublikasına (daha çox Cənubi Vyetnam kimi tanınır) çevrilmiş Vyetnam Dövlətinin gələcək idarəetmə formasını müəyyən etmək üçün nəzərdə tutulmuş referendum. Referendumda respublika sistemini təklif edən ölkənin baş naziri Nqo Din Zyem və keçmiş imperator Bao-day arasında mübarizə aparılmışdı. Bao-day 1945-ci ildə imperiya taxtından imtina etmişdi, lakin referendum zamanı rəsmi dövlət başçısı titulunu saxlamışdı. Zyem seçki saxtakarlığı vasitəsilə 98,2% səslə referendumda qalib gəlmişdi. Paytaxt Sayqonda seçici siyahısında cəmi 450 min adam olduğu halda Zyem 600 mindən çox səs toplamışdı. O, hətta müxalifət qruplarının səsverməni pozmağa çalışdığı kənd yerlərində də qeydə alınmış seçicilərin 90%-dən çoxu tərəfindən dəstək almışdı.
1955-ci il Vyetnam Dövləti referendumu | ||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Vyetnam Dövləti Respublika olmalı yoxsa Monarxiya olaraq qalmalıdır? | ||||||||||||||||||||||
Yer | Vyetnam Dövləti | |||||||||||||||||||||
Tarix | 23 oktyabr 1955 | |||||||||||||||||||||
|
Zəmin
redaktəReferendum Bao-day ilə onun baş naziri arasında hakimiyyət mübarizəsinin son mərhələsi idi. Bao-day Zyemi bəyənmirdi və bir neçə dəfə onu işdən uzaqlaşdırmağa çalışmışdı, lakin onu yalnız ölkəyə ABŞ yardımı üçün kanal olaraq gördüyünə görə bu vəzifəyə təyin etmişdi. Bu müddət ərzində ölkə qeyri-sabitlik dövrünü yaşayırdı, çünki Vyetnam 1954-cü il Cenevrə Konfransında Birinci Hind-Çin müharibəsinə son qoyan razılaşmalar nəticəsində müvəqqəti olaraq iki yerə bölünmüşdü. Vyetnam dövləti milli seçkilərin ölkəni vahid hökumət altında birləşdirməsi nəzərdə tutulana qədər ölkənin cənub hissəsinə nəzarət edirdi. Vyetnam Milli Ordusu ölkə üzərində məhdud nəzarətə malik idi, Kaoday və Hoahao dini təriqətləri öz orduları ilə kənd yerlərində öz administrasiyalarını qurmuşdular, Bin Syuen mütəşəkkil cinayətkarlıq sindikatı isə Sayqon küçələrinə nəzarət edirdi. Bao-dayın müdaxiləsinə baxmayaraq, Zyem 1955-ci ilin ortalarına qədər yerli orduları tabe edə bilmiş və bütün ölkə üzərində mərkəzi hökumət hakimiyyətini təmin etmişdi.[1]
Müvəffəqiyyətdən ruhlanan Zyem Bao-dayı devirmək üçün planlar qurmağa başlamışdı. O, referendumu 23 oktyabr 1955-ci il tarixinə təyin etmiş və keçmiş imperatorun referendumu pozmaq cəhdlərinə baxmayaraq, faktiki olaraq Bao-dayı siyasi səhnədən çıxarmışdı. Səsvermə öncəsi dövrdə Bao-day üçün təşviqat effektiv şəkildə qadağan edilmiş, Zyemin seçki kampaniyası isə Bao-daya qarşı şəxsi hücumlara yönəlmişdi. Bunlara dövlət başçısının pornoqrafik karikaturaları, onun qeyri-qanuni hökmdar olduğunu iddia edən və çoxsaylı məşuqələrlə işlərindən bəhs edən təsdiqlənməmiş şayiələr daxildir. Hökumətin nəzarətində olan media Bao-daya qarşı polemik hücumlar təşkil etmiş və polis qapı-qapı gəzərək insanları referendumun uğursuzluğunun nəticələri barədə xəbərdar etmişdir.[2] Baş nazirin qardaşı Nqo Din Nyunun referendumun nəticələrini uğurla saxtalaşdırdıqdan sonra Zyem özünü yeni yaradılmış Vyetnam Respublikasının prezidenti elan etmişdir.
İstinadlar
redaktə- ↑ Jacobs, Seth. Cold War Mandarin: Ngo Dinh Diem and the Origins of America's War in Vietnam. Lanham, Maryland: Rowman & Littlefield. 2006. ISBN 0-7425-4447-8.
- ↑ Chapman, Jessica. "Staging Democracy: South Vietnam's 1955 Referendum to Depose Bao Dai". Diplomatic History. 30 (4). September 2006: 671–703. doi:10.1111/j.1467-7709.2006.00573.x. 2022-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.