Vyetnamda Mesesizlesdirme - Wikipedia
Vyetnamda Mesesizlesdirme - Wikipedia - Haqqında Məlumat
Vyetnamda meşəsizləşdirmə — Vyetnamda meşə torpaqlarının meşə örtüyü olmayan torpaqlara çevrilməsi prosesi. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2005-ci il hesabatına görə, Vyetnam dünyada əsas meşələrin meşəsizləşdirməsinə görə Nigeriyadan sonra ikinci yerdədir.[1]
Bununla belə, ümumi meşə örtüyünə gəldikdə, Vyetnam meşə keçidinə məruz qalmışdır. Onun meşə örtüyü 1990-cı illərin əvvəllərindən, onilliklər ərzində baş tutan meşəsizləşdirmədən sonra artmışdır.[2]
2005-ci ilə kimi, Vyetnamın torpaq örtüyünün 39.7%-i, yəni 12,931,000 hektar ərazi meşə ilə örtülmüşdür. Buna baxmayaraq, yalnız 85,000 hektar (torpaq örtüyünün 0.7%-i) ərazi ən çox biomüxtəlifliyə malik olan əsas meşə növündə idi.[3]
İstinadlar
redaktə- ↑ Butler, Rhett A. "Nigeria has worst deforestation rate, FAO revises figures" Arxiv surəti 18 iyun 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2009-06-18 at the Wayback Machine. mongabay.com. November 17, 2005.
- ↑ Patrick Meyfroidt, Eric F. Lambin (2008). "Forest transition in Vietnam and its environmental impacts." Global Change Biology 14 (6), pp. 1319–1336.
- ↑ "Vietnam Deforestation Rates and Related Forestry Figures" Arxiv surəti 3 mart 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2008-03-03 at the Wayback Machine. mongabay.com. Retrieved on May 31, 2009.