Xususi Daimikecid 7077736 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Hüquqların alınması ilə bağlı
Salam. Son zamanlarda patrulların fəaliyyəti zəifdir. İnzibatçılardan patrulların fəaliyyətini təftiş edib hüquqdan istifadə etməyən, az istifadə edən istifadəçilərdən hüququn alınıb,avtopatrul hüququ ilə əvəz edilməsini təklif edirəm. İstifadəçilərin dolğun fikir bildirməsi üçün son 1 ayın və son 1 ilin patrul statistikasını burada paylaşıram. Statistikadan da göründüyü kimi bəzi patrullar son 1 ildə cəmi bir neçə redaktəni patrullayıb. Digər təklifim isə ondan ibarətdir ki son 6 ayda redaktə etməyən və ya az sayda redaktə edən, redaktələri yalnız istifadəçi ad fəzasında olan istifadəçilərdən hüquqları alınsın. İstifadəçi nə vaxt yenidən ciddi fəaliyyətə başlayarsa, müvafiq səhifədən inzibatçılara müraciət edib yenidən həmin istifadəçiyə hüquqlar verilə bilər. Müvafiq təkliflər ilə bağlı fikir bildirməyinizi xahiş edirəm. — Wealszy (müzakirə) 19:14, 1 aprel 2023 (UTC)
- Lehinə: təklifi irəli sürən olaraq. — Wealszy (müzakirə) 19:15, 1 aprel 2023 (UTC)
- Lehinə: bir neçə müzakirədə də fikirlərimi bildirmişəm. (bu arada son 1 ildə 24k+ patrullama etdiyimi ağlıma da gətirməzdim. son 1 ildə ömrümü vikiyə vermişəm deyəsən)) ) təftiş inzibatçılarda da aparılmalıdır. Atakhanli (müzakirə) 19:55, 1 aprel 2023 (UTC)
- Lehinə: Wealszy, statistika üçün təşəkkürlər. Təklifə gəlincə isə, hər iki təklifi də dəstəkləyirəm. Düşünürəm ki, istifadə etmədiyin bir hüququn səndə qalmasının bir mənası yoxdur. Mən özüm də yaxın günlərdə patrul hüququndan imtina etməyi düşünürəm. Fəaliyyətim məmnunedici deyil və bu aralar Vikipediyaya vaxt ayıra bilmirəm. Bir dəfə də müəyyən səbəblərə görə bu hüquqdan imtina etmişəm və düşünürəm ki, nə vaxt isə yəqin ki, təkrar patrul kimi fəaliyyətimi bərpa edərəm. Ümumiyyətlə, inzibatçılarda da bu hüquq varsa, deməli onlar da bu fəaliyyətlə məşğul olmalıdırlar. İnzibatçılıq səhifə silməklə, mühafizə tətbiq etməklə, blok tətbiq etməklə və s. bitmir. Onlar da patrullama icra etməlidirlər, aktiv şəkildə bu prosesdə iştirak etməlidirlər. Yeri gəlmişkən, ilk növbədə alətlərindən istifadə etməyən inzibatçılar barədə də müzakirə başladıb, daha sonra da yeni inzibatçı seçkilərinə getmək lazımdır. "Biri aktiv olmayanda o biri aktivdir, o baxar" fikrini isə mənasız hesab edirəm və razı deyiləm. Bu məntiqlə hər təcrübəli istifadəçi inzibatçı, patrul olsun da, və deyək ki, biri olmayanda o biri patrullasın, silsin və s. Say çoxluğu yaratmaq lazım deyil, müvafiq hüquqları həqiqətən istifadə edən istifadəçilərə təhvil vermək lazımdır, bu qədər. Hörmətlə, Gadir (müzakirə) 20:51, 1 aprel 2023 (UTC)
- Patrul məsələsində razıyam. Amma ikinci təklifdə hansı hüquqlardan bəhs olunur? WhiteDem✪n 14:13, 2 aprel 2023 (UTC)
- @White Demon Təcrübəli istifadəçi, səsvermə yolu ilə alınan hüquqlar istisna olmaqla digər bütün hüquqlardan bəhs olunur. — Wealszy (müzakirə) 14:22, 2 aprel 2023 (UTC)
- 6 ay azdır amma. 1 il yaxşıdır. WhiteDem✪n 14:31, 2 aprel 2023 (UTC)
- il girəndən bu yana son 3 ayın statistikası. və patrulların siyahısı Atakhanli (müzakirə) 08:35, 3 aprel 2023 (UTC)
- 6 ay azdır amma. 1 il yaxşıdır. WhiteDem✪n 14:31, 2 aprel 2023 (UTC)
- @White Demon Təcrübəli istifadəçi, səsvermə yolu ilə alınan hüquqlar istisna olmaqla digər bütün hüquqlardan bəhs olunur. — Wealszy (müzakirə) 14:22, 2 aprel 2023 (UTC)
Şərhlər
- Salam həmkar(lar). Patrulların sayı ilə bağlı narazılıqlar olmadığına görə hüququn alınmasını vacib hesab etmirəm(aşağıdakı arqumentlərə görə bu fikir dəyişə bilər.) Hüquqların alınması patrullanmış redaktə sayına təsir göstərməyəcək. İnzibatçı və aktiv patrul sayı arasındakı əlaqə nədəsə problem olduğunu göstərir(wikipediya "komandasının" diqqətini nə qədər çəkdiyini təxmin edə bilmirəm.)(inzibatçı sayı ilə bağlı fikrim dəyişməz qalır). Hansısa hüquq almaq da problemdi. Patrulun problemini başa düşmək üçün isə patrullama əməliyyatı yerinə yetirmək lazımdı. Bir gün mən şikayət eliyirəm, bir gün siz, bir gün də Atakhanli. Bilmirəm, patrul sayı azaldıqdan sonra tək şikayətçi mən olacam ya yox... "Belə olan halda özümüz çalıb, özümüz də qulaq asırıq. Ortada nəticə olmur." Bikar Orxan (müzakirə) 19:48, 1 aprel 2023 (UTC)
- Şərh: Bu müzakirənin heç bir anlamı olmadığını düşünürəm. Ümumiyyətlə patrulların sayı və fəaliyyəti niyə sizi maraqlandırır? Patrulların çoxluğu və ya fəaliyyətsizliyi azvikiyə ziyan vurmur. Əgər yanlış patrullama edənlər varsa bu başqa məsələ o zaman dərhal hüquq alınmalıdır. Qaldı ki, fəaliyyətsizliyə inzibatçılardan kim fəaliyyətsiz patrul görsə hüququ ala bilər ondan. Yəni bunun üçün nə müzakirə nə də səsvermə lazımdır. Hüquq alınandan sonra istifadəçi yazsa ki, patrul kimi fəaliyyət göstərəcəm, yenidən hüququ vermək olar. Digər mövzuya gəldikdə isə onda da bir məna tapa bilmədim. Patrullama fəaliyyətinə görə inzibatçıların hüququnun alınıb saxlanılması gülməlidi sadəcə :) Mən şəxsən patrullama işini görmürəm. Çünki aləti rahat deyil və ona sərf elədiyim vaxta daha önəmli işlər görürəm. Fəaliyyəti olmayan inzibatçıların da patrullama fəaliyyətinə baxmaq anlamsızdı, zatən fəaliyyəti yoxdur. İnzibatçıların fəaliyyəti ilə bağlı etirazı olan varsa Bürokratlara müraciət səhifəsində səbəbləri ilə müraciət edə bilərlər. Sonra isə qaydalara uyğun olaraq növbəti prosedurlara keçmək olar. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 09:36, 3 aprel 2023 (UTC)
- @Eldarado bu müzakirədə inzibatçıların redaktəni patrullayıb-patrullamdığına görə hüququn inzibatçıdan qalıb-qalmaması müzakirə edilmir. — Wealszy (müzakirə) 10:36, 3 aprel 2023 (UTC)
Şərh: Bu hansı problemi həll edəcək ki? Misal mən bir müddətdir aktiv deyiləm şəxsi məsələlərnən bağlı hüquq alınsın 1 ay sonra fəaliyyətimi bərpa edəndə yenə müraciət edim belə belə inzibatçının işini çətinləşdiririk. Onsuzda bu hüquq əlavə öhdəlik vermir ki, nəsə sui istifadə edək. - Onyeddi (müzakirə) 10:12, 3 aprel 2023 (UTC)
- @Onyeddi patrul hüququ ən önəmli, məsuliyyətli hüquqlardan biridir. Əgər hüquqdan istifadə etməyəcəksinizsə niyə görə sizdə qalsın? — Wealszy (müzakirə) 10:33, 3 aprel 2023 (UTC)
- Qalıb qalmamağı nəyi dəyişir? Onyeddi (müzakirə) 11:57, 3 aprel 2023 (UTC)
- Bəli, mənə də bu maraqlıdır ki, qalıb qalamamğı nəyi dəyişir. Zatən inzibatçılar arada gəzir. Mən ümumi qaydaları pozan istifadəçilərin tərəfsiz və qərəzli redaktələi olan istifadəçiləri yoxlayıb bu hüquqları alıram zatən. Belə istifadəçilər bəli zərərli ola bilər. Ama fəaliyyəti yoxdursa bir sorun yoxdur məncə. Bir neçə il fəaliyyəti olmayanlardan alınır onsuzda. Yəni bunu böyütməyə ehtiyac yoxdur. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 13:20, 3 aprel 2023 (UTC)
- Eldarado ilə tam razıyam. Yəni hal hazırda aktiv olan bu gündən sonra 1 ay aktiv olmayıb aktivliyini davam edəcək patruldan niyə bu hüquq alınsın ki? Əlavə olaraq patrul hüququ hər önünə gələnə verilmir normal özünü sübut etmiş istifadəçilərimizdə bu hüquq var. Bu kimi məsələlərdən vacib işlər var vikipediyada. Gücümüzü elə işlərə sərf etməliyik. Onyeddi (müzakirə) 15:43, 3 aprel 2023 (UTC)
- Burada 1 ay qeyd edilməyib axı. Bir hüququ istifadə etməyəcək, və ya qeyri-aktiv olacaqsınızsa, o hüququ saxlamağın anlamı nədir, açıqlaya bilərsiz? Özünü təsdiqləyən bütün istifadəçilərə bu hüquq verilməlidir? Hər təcrübəli istifadəçiyə bu hüquqlar verilsin, razıyam, amma istifadə etməsi üçün verilsin, daha boşu-boşuna saxlaması üçün yox. Vacib məsələlər barədə başlıqlar aça bilərsiniz, buyurun, sevə-sevə müzakə edək. Hörmətlə, Gadir (müzakirə) 02:25, 4 aprel 2023 (UTC)
- Bura nəzər yetirməyiniz tövsiyə olunur. Gadir (müzakirə) 04:25, 4 aprel 2023 (UTC)
- Daşıdığım patrul hüququndan könüllü şəkildə imtina etməyi qərara aldım. Bundan sonra daha çox məzmun üzrə töhfə vermək niyyətindəyəm. Gadir (müzakirə) 16:19, 4 aprel 2023 (UTC)
- Bura da nəzər yetirməyiniz tövsiyə olunur. :) Hörmətlə, Gadir (müzakirə) 22:08, 8 aprel 2023 (UTC)
- Daşıdığım patrul hüququndan könüllü şəkildə imtina etməyi qərara aldım. Bundan sonra daha çox məzmun üzrə töhfə vermək niyyətindəyəm. Gadir (müzakirə) 16:19, 4 aprel 2023 (UTC)
- Bura nəzər yetirməyiniz tövsiyə olunur. Gadir (müzakirə) 04:25, 4 aprel 2023 (UTC)
- Burada 1 ay qeyd edilməyib axı. Bir hüququ istifadə etməyəcək, və ya qeyri-aktiv olacaqsınızsa, o hüququ saxlamağın anlamı nədir, açıqlaya bilərsiz? Özünü təsdiqləyən bütün istifadəçilərə bu hüquq verilməlidir? Hər təcrübəli istifadəçiyə bu hüquqlar verilsin, razıyam, amma istifadə etməsi üçün verilsin, daha boşu-boşuna saxlaması üçün yox. Vacib məsələlər barədə başlıqlar aça bilərsiniz, buyurun, sevə-sevə müzakə edək. Hörmətlə, Gadir (müzakirə) 02:25, 4 aprel 2023 (UTC)
- Eldarado ilə tam razıyam. Yəni hal hazırda aktiv olan bu gündən sonra 1 ay aktiv olmayıb aktivliyini davam edəcək patruldan niyə bu hüquq alınsın ki? Əlavə olaraq patrul hüququ hər önünə gələnə verilmir normal özünü sübut etmiş istifadəçilərimizdə bu hüquq var. Bu kimi məsələlərdən vacib işlər var vikipediyada. Gücümüzü elə işlərə sərf etməliyik. Onyeddi (müzakirə) 15:43, 3 aprel 2023 (UTC)
- Bəli, mənə də bu maraqlıdır ki, qalıb qalamamğı nəyi dəyişir. Zatən inzibatçılar arada gəzir. Mən ümumi qaydaları pozan istifadəçilərin tərəfsiz və qərəzli redaktələi olan istifadəçiləri yoxlayıb bu hüquqları alıram zatən. Belə istifadəçilər bəli zərərli ola bilər. Ama fəaliyyəti yoxdursa bir sorun yoxdur məncə. Bir neçə il fəaliyyəti olmayanlardan alınır onsuzda. Yəni bunu böyütməyə ehtiyac yoxdur. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 13:20, 3 aprel 2023 (UTC)
- Qalıb qalmamağı nəyi dəyişir? Onyeddi (müzakirə) 11:57, 3 aprel 2023 (UTC)
Doğum tarixi və yaş və Doğum tarixi və yaşı şablonları
Salam, təklif edirəm Doğum tarixi və yaş şablonun içərisində olan kateqoriya bağlantıları çıxarılsın. Bu şablonu məqalələrdə cədvəldə işlədəndə, məqaləni, məqaləyə dəxli olmayan və şəxs şablonlarına aid kateqoriyalara bağlayır. Məsələn, Avstriya U-21 milli futbol komandası məqaləsində istifadə etdim, Yaşayan insanlar, 2002-ci ildə doğulanlar kateqoriyalarına əlavə etdi məqaləni. Doğum tarixi və yaş bu şablona oxşar başqa bir şablonda var, Doğum tarixi və yaşı şablonu. Təklif edirəm ilk yazdığım şablondan kateqoriya bağlantıları çıxarılsın və ümumi məqalələr üçun, (Məs: idman komandaları, film ) ikinci şabon isə şəxs məqalələri üçun istifadə edilsin. Hörmətlə: Memmedli Farid 14:56, 2 aprel 2023 (UTC)
- Düşünürəm ki, əlavə parametr əlavə edib vəziyyəti düzəltmək olar. Şablonlarla yaxşı işləyə bilən bir yoldaş baxsın, zəhmət olmasa. WhiteDem✪n 08:42, 3 aprel 2023 (UTC)
- @Memmedli Farid salam. Şablonlar birləşdirildi və kateqoriyalar ləğv edildi. Ümumiyyətlə, bu şablon şəxs məqalələri üçün istifadə edilmir. Doğum tarixi parametrinə sadəcə "11.12.1985" və ya "11 yanvar 1985" formasında yazaraq da eyni nəticəni əldə etmək mümkündür. Wikidata/p569 bunu daxildə həll edir — Toghrul R (m) 07:49, 4 aprel 2023 (UTC)
Toghrul R, salam Toğrul. Təşəkkür edirəm. Hörmətlə — Memmedli Farid 15:29, 4 aprel 2023 (UTC)
Məqalə vandalizmə məruz qalıb. Zəhmət olmasa əvvəlki vəziyyətinə qaytarın. Mümkünsə qorumaya alın. İstifadəçiyə isə xəbardarlıq etmək lazımdır. Toghrul R Eldarado White Demon — Tarixi Nadir (müzakirə) 11:17, 4 aprel 2023 (UTC)
- @En Merker Yerinə yetirildi Atakhanli (müzakirə) 11:24, 4 aprel 2023 (UTC)
Məqalə yenidən vandalizmə məruz qalıb. Mümkünsə qorumaya alın. Toghrul R Eldarado White Demon Atakhanli — Tarixi Nadir (müzakirə) 11:17, 4 aprel 2023 (UTC)
- @En Merker redaktəni geri qaytardım. məqalə mühafizə olunsa yaxşı olar. inzibatçılardan biri etsin lütfən. @Araz Yaquboglu Atakhanli (müzakirə) 17:36, 13 aprel 2023 (UTC)
Silinməyə namizəd səhifələr
Hörmətli inzibatçılar - Sortilegus (müzakirə • töhfələr • statistikalar), Wertuose (müzakirə • töhfələr • statistikalar), Babək Akifoğlu (müzakirə • töhfələr • statistikalar), Araz Yaquboglu (müzakirə • töhfələr • statistikalar), Eminn (müzakirə • töhfələr • statistikalar), White Demon (müzakirə • töhfələr • statistikalar), Nicat49 (müzakirə • töhfələr • statistikalar), Qolcomaq (müzakirə • töhfələr • statistikalar), Turkmen (müzakirə • töhfələr • statistikalar), Baskervill (müzakirə • töhfələr • statistikalar), Solavirum (müzakirə • töhfələr • statistikalar) və Burocan (müzakirə • töhfələr • statistikalar). İki məqalənin silinməsi üçün "Vikipediya:Silinməyə namizəd səhifələr"ə yerləşdirdim.
DədəBaba və Ləman Süleymanova səhifələrinin silinməsi halda(fikrimcə) səbəb göstərilmədən səsvermədən qaldırılıb və hər iki məqalə vaxtı ilə inzibatçılar tərəfindən yerləşdirilib.
Hər iki məqaləni mən və ya başqa bir istifadəçi vikipediyaya yerləşdirilsə idi, məqalə böyük səsvermə ilə silinərdi.
Belə anlayıram ki, "inzibatçılar"a vikipediya qanunları işləmir? Əgər elədirsə biz məqaləni səsverməyə yerləşdirmədən əvvəl, ilk yoxlayaq ki, həmin məqalə inzibatçılar tərəfindən vaxtı ilə vikipediyaya yerləşdirilib yoxsa necə? — Sabin.K.M (müzakirə) 15:38, 9 aprel 2023 (UTC)
- Həqiqətən, həmin məqalələr niyə SNS-dən çıxarılıb? Səbəbi maraqlıdır. WhiteDem✪n 15:49, 9 aprel 2023 (UTC)
- Eldarado nəyə əsasən istifadəçini tərəfli adlandırıb, anlamadım, doğrusu. Belə baxanda, onsuz da gün ərzində SNS-yə təqdim edilən hər məqaləyə "qeyri-ensiklopedik" və "ensiklopedikdir" "arqumentləri" yazılır, həm də bir yox, iki yox. Ümid edirəm, məqul bir açıqlaması vardır. Hörmətlə, Gadir (müzakirə) 22:04, 9 aprel 2023 (UTC)
- Hər kəsə salam, istifadəçi tərəfindən məqsədli və tərəfli şəkildə yaradılan ebrend məqaləsi silindiyi üçün. Silinməsini istəyən bəzi inzibatçıların yaratdığı məqalələri səbəb göstərmədən SNS-ə müzakirəyə çıxarıb. Açıq aydın görünür ki, tərəfli və məqsədli fəaliyyəti var. Eyni zamanda eyni ip-dən fəaliyyət göstərən istifadəçi həmkarları ilə birlikdə səsvermələrdə iştirak edirlər. Müzakirələrin dayandırılmasına səbəb bu idi. Əgər həqiqətən də ensiklopedik olmadığını düşünənlər varsa səbəb göstərərək hər iki məqaləni müzakirəyə çıxara bilərlər. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 10:50, 10 aprel 2023 (UTC)
- Eldarado nəyə əsasən istifadəçini tərəfli adlandırıb, anlamadım, doğrusu. Belə baxanda, onsuz da gün ərzində SNS-yə təqdim edilən hər məqaləyə "qeyri-ensiklopedik" və "ensiklopedikdir" "arqumentləri" yazılır, həm də bir yox, iki yox. Ümid edirəm, məqul bir açıqlaması vardır. Hörmətlə, Gadir (müzakirə) 22:04, 9 aprel 2023 (UTC)
- eldarado(müzakirə) Ebrend məqaləsi səsverməyə çıxarıldı və silindi. Ebrend məqaləsinə kimlərinsə səs verməyi, şərh yazmağı, eyni ip-dən yazmaları, tərəfinizdən yerləşdirilən məqaləyə nə də etdiyiniz hərəkətə bəraət qazandırmır. Mənim yerləşdirdiyim məqalə səsvermə nəticəsinə görə qeyri-ensiklopedik hesab edildi və nəticə olaraq silindi, burda anlaşılmayan məsələ qaldı? Məncə qalmadı.
Sizin yerləşdirdiyiniz məqalə isə səsverməyə çıxarılanda da səbəb olaraq SNS-də bildirilmişdi. Ola bilsin ki, SNS-yə çıxarılan məqalələrdə prosesi sona kimi etməmişəm. Bu da ona səbəb deyil.
Və hər istifadəçi, inzibatçı tərəfindən yerləşdirilən hər problemli məqaləyə görə status götürülürsə, o zaman bunu davamlı edək... Sizin kimi bir inzibatçının yerləşdirdiyi o məqalə görə, plusda elədiyiniz geriqaytarmalara görə sizin hansı statusunuzu geri alsaq ədalətli olar? — Sabin.K.M (müzakirə) 16:12, 10 aprel 2023 (UTC)- "Ebrend məqaləsinə kimlərinsə səs verməyi, şərh yazmağı, eyni ip-dən yazmaları" hər halda problemdir. --► Hörmətlə: SolaVirum 18:56, 11 aprel 2023 (UTC)
- Ebrend məqaləsində eyni ip-dən olan səsvermələr nəzərə alınmadı, tərəfli şərhlərə cavab verildi, sonda qiymətləndirildi, hər məqalənin səsverməsində olduğu kimi.. Bu müzakirəni isə "ebrend" məqaləsinə görə açmamışam.
Məsələ bu qədər açıq aydın sizə təqdim olunub, yenədə hər iki inzibatçının yaratdığı məqaləyə, inzibatçının isə elədiyi səhvə bir söz deməyə, çəkinirsiniz.
Elə inzibatçının özü belə həmin məqalələrin ensiklopedik olduğunu düşünürdüsə səsverməni sona kimi gözləyə bilərdi. Düşündü ki, məqalələri necə qurtara bilərəm? tərəfli adlandırıb, statusunu alıb səsverməni dayandırmaqla. Ya inzibatçılar doğurdanda o məqalələri sifariş əsasında yerləşdirib, ya da ki, səhv olduqlarını üzərlərinə almaq istəmirlər.
Yox, əgər sizlərdə deyirsinizsə məqalələr ensiklopedikdir, elə isə bundan sonra eyni kateqoriyalı məqalələri yerləşdirməyə davam edək, axı bizlərdə təcrübəli istifadəçilərdən(inzibatçılardan) çox şey öyrənirik — Sabin.K.M (müzakirə) 06:43, 12 aprel 2023 (UTC)
- Ebrend məqaləsində eyni ip-dən olan səsvermələr nəzərə alınmadı, tərəfli şərhlərə cavab verildi, sonda qiymətləndirildi, hər məqalənin səsverməsində olduğu kimi.. Bu müzakirəni isə "ebrend" məqaləsinə görə açmamışam.
- "Ebrend məqaləsinə kimlərinsə səs verməyi, şərh yazmağı, eyni ip-dən yazmaları" hər halda problemdir. --► Hörmətlə: SolaVirum 18:56, 11 aprel 2023 (UTC)
- eldarado(müzakirə) Ebrend məqaləsi səsverməyə çıxarıldı və silindi. Ebrend məqaləsinə kimlərinsə səs verməyi, şərh yazmağı, eyni ip-dən yazmaları, tərəfinizdən yerləşdirilən məqaləyə nə də etdiyiniz hərəkətə bəraət qazandırmır. Mənim yerləşdirdiyim məqalə səsvermə nəticəsinə görə qeyri-ensiklopedik hesab edildi və nəticə olaraq silindi, burda anlaşılmayan məsələ qaldı? Məncə qalmadı.
- Sabin.K.M, mən də kifayət qədər açıq şəkildə qeyd etmişəm ki, səbəb göstərərək istənilən məqaləni müzakirəyə çıxara bilərsiniz. Səbəb göstərin və müzakirəyə çıxarın bu qədər sadə. Bundan əlavə yuxarıdakı yazınızda Nəzakət qaydalarının 4, 8 və 11-ci bəndlərini pozduğunuz üçün və hətta bütün inzibatçıları sifarişli məqalələr yaratmaqla ittiham etdiyiniz üçün tərəfimdən hesabınız 10 günlük məhdudlaşdırılır. Ümid edirəm ki, blok müddəti bitdikdən sonra Vikipediyaya daha nəzakətli və dəyərli tövhələr verəcəksiniz. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 15:07, 12 aprel 2023 (UTC)
Grenzsoldat-ın blokdan azad olunması ilə bağlı
salam hörmətli həmkarlar. 17 noyabr 2022 tarixində başladılan müzakirə ilə Grenzsoldat bəlli səbəblərdən 6 aylıq bloklanmışdı. həmin istifadəçi ilə ən çox problem yaşayan şəxslərdən biri də mən olmuşam. amma düşünürəm ki, bloklanmanın üzərindən aylar keçib və danılmaz faktdır ki, Grenzsoldat çox sayda yüksək keyfiyyətli məqalələr hazırlamaqla vikiyə böyük töhfə verən çox fəal və sadiq istifadəçidir. qaydaların tətbiqi vacib olsa da və vikiyə fayda vermək digər qayda pozuntularına haqq qazandırmasa da, hesab edirəm ki, ümumi viki icmanın yenidən müzakirəsi ilə istifadəçi blokdan azad oluna bilər. odur ki bu barədə inzibatçılar da daxil olmaqla bütün aktiv istifadəçiləri rəy bildirməyə dəvət edirəm. müzakirə müsbət olarsa, düşünürəm ki, ümumi icmanın istəyi ilə şəxs inzibatçılar tərəfindən blokdan azad oluna bilər. istifadəçinin fəaliyyətinə elə Grenzsoldat hesabı ilə davam etməsini istəyirəm. inanıram ki, keçən vaxt istifadəçini davranışlarını yaxşılaşdırmağa təşviq etmək üçün kifayət etdi. rəy bildirərkən bu müraciətə də nəzər yetirməyinizi önərirəm. və ümid edirəm ki, Grenzsoldat bu inamı təcrübəsini daha da təkmilləşdirmək və belə səhvlərin bir daha təkrarlanmaması üçün istifadə edəcək. Atakhanli (müzakirə) 21:43, 9 aprel 2023 (UTC)
- Lehinə: fikirimə əsasən. Atakhanli (müzakirə) 21:45, 9 aprel 2023 (UTC)
- Lehinə: razıyam. Gadir (müzakirə) 21:58, 9 aprel 2023 (UTC)
- Lehinə: — Araz Yaquboglu (müzakirə) 04:26, 10 aprel 2023 (UTC)
- Lehinə: ip üzərində fəaliyyətinin tamamını patrullamaq vaxt aparır. Bikar Orxan (müzakirə) 08:17, 10 aprel 2023 (UTC)
- Şərh: mən də istifadəçinin zəhmətini və idman sahəsindəki yazdığı geniş məqalələri nəzərə alaraq blokunun açılmasının tərəfdarıyam. Lakin fəaliyyəti ilə bağlı bəzi iradlarım var. "Azərbaycan Respublikası" söz birləşməsini hər yerdə "Azərbaycan" (rəsmi sənədlərin əksinə getsə belə) kimi qeyd etməsini, "kq"-nı "Kq.", eləcə də ensiklopedik üslub norması olan "-ıb⁴", "-mış⁴" şəkilçilərini "-dı⁴" formasında yazmasını, ən əsası isə "к" hərfi problemlərini fəaliyyəti müddətində düzəltməmişdi. Ümidvaram, fəaliyyətinin davamında bu məsələlər həllini tapar. Uğurlar arzulayıram. — Toghrul R (m) 08:04, 10 aprel 2023 (UTC)
- Əleyhinə: bu istifadəçinin yuxarıda Toghrul R-in şərhində göstərdiyi problemləri davam etdirəcəyinə heç bir şübhə yoxdur. Çünki artıq 7-8 ildir ki, eyni səhvlərə yol verir və dəfələrlə tənqid, tənbeh, tələb və s. olunmasına baxmayaraq sanki vikicəmiyyətlə öz aləmində "məzələnir". Kollektiv işə belə saymazyana yanaşan, öz fəaliyyətini digərlərindən, o cümlədən qaydalardan və vikicəmiyyətin ortaq qərarlarından üstün hesab edən istifadəçi nə qədər faydalı və lazımlı olsa da, başqa sahələrdə özünü sınamağa vaxt vermək üçün onun blokda qalması həm özü, həm də az-viki üçün daha faydalı olar.--Wertuose (müzakirə) 08:50, 10 aprel 2023 (UTC)
- Əleyhinə: Hörmətli Atakhanli, bu istifadəçi barədə dəfələrlə bu mövzuda müzakirə olunub. Siz həmin zamanlarda olmadığınız üçün xəbəriniz olmaya bilər. Bu müzakirənin heç bir mənası yoxdur. Çünki inzibatçılar tərəfindən son qərar verilib. Son qərar bu olub ki, istifadəçi 6 aylıq bloklanır və bloku bitdikdən sonra ilk qayda pozuntusunda müzakirəsiz qeyri-müəyyən tarixdə bloklanır. Bu son qərardır və dəyişməyəcək. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 10:17, 10 aprel 2023 (UTC)
- Lehinə: --► Hörmətlə: SolaVirum 18:55, 11 aprel 2023 (UTC)
- Lehinə: WhiteDem✪n 19:10, 11 aprel 2023 (UTC)
- Əleyhinə: Fikirlərimi burada bildirmişəm.— Nicat49 ⋠müzakirə⋡ 19:08, 12 aprel 2023 (UTC)
- Bitərəf: istifadəçinin fəaliyyətinə nəzər yetirsək idman sahəsində kifayət qədər faydalı töhvələrinin olmasını görə bilərik ancaq viki qaydaları pozması bu fəaliyyətin üzərindən xətt çəkir. Ümid edirəm ki blokdan azad olunduqdan sonra faydalı töhvələri ilə Azvikipediyanın genişlənməsi üçün çalışacaq -- ⟨Qraf⟩061 (müzakirə) 19:54, 16 aprel 2023 (UTC)
- Əleyhinə:— Baskervill (müzakirə) 20:48, 17 aprel 2023 (UTC)
- Əleyhinə: Bu istifadəçiyə dəfələrlə şans verilib. Və dəfələrlə eyni və oxşar səhvləri, qayda pozuntuları və saymamazlıqları edib.— samral müzakirə 07:19, 26 aprel 2023 (UTC)
- Bitərəf: - Dr.Wiki54 (müzakirə) 07:28, 26 aprel 2023 (UTC)
- Bitərəf: — Wealszy (müzakirə) 09:12, 26 aprel 2023 (UTC)
- Lehinə: Bir çox məsələlərdə tələskən qərarlar versə də, Vikipediyada gördüyü işlər və fəaliyyəti ölçüyə gəlməzdir. Vikipediyada işi burda onun əleyhinə səs verən inzibatçıların çoxundan daha səmərəli olub. Hətta bəzən onların çoxuna aid olan işləri görüb. Düşünürəm ki, fəaliyyəti bərpa edilsə, Vikipediyanın xeyrinə olar. Hər şəxsin daha bir şansa ehtiyacı var. — Tarixi Nadir (müzakirə) 11:00, 27 aprel 2023 (UTC)
Şərhlər
- fikirlərini bildirməyən digər inzibatçı həmkarların da öz fikirlərini bildirməyə dəvət edirəm. fikirləri maraqlıdır. hazırda 4 inzibatçı lehinə, 2 inzibatçı əleyhinədir. Sortilegus, Babək Akifoğlu, Eminn, Nicat49, Turkmen, Qolcomaq, Burocan. — Bu imzasız yazı Atakhanli (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
- Mövzu ilə bağlı qısa müddət öncə burada müzakirə olunub və qərar verilib. Ümumiyyətlə bu cür qərarlar KM-də verilmir. İnzibatçılar arasında qərar qəbul olunur. Bütün bunlardan əlavə istifadəçinin fəaliyyətini nəzərə alaraq dəfələrlə mən özüm blokunun kənarlaşdırılmasını inzibarçılardan rica etmişəm ama xeyri olmayıb, yenə dəfələrlə eyni qaydaları pozub. Ona görə də sizə də məsləhət görmürəm nəisə düzələn deyil. Atakhanli əgər istifadəçinin blokununun qaldırılmasını istəyirsinizsə İnzibatçılara müraciət səhifəsində bunu edin və yenidən müzakirə başladılsın inzibatçılar arasında və yenidən qərar verilsin. Burada başlatdığınız səsvermə nəyisə dəyişən deyil. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 15:16, 12 aprel 2023 (UTC)
- Mən istifadəçinin blokunun açılmasının tərəfdarıyam. WhiteDem✪n 15:21, 12 aprel 2023 (UTC)
- White Demon, inzibatçı müzakirəsində Toğrul müzakirə başladıb zəhmət olmasa orda münasibət bildirin. Qərar verilsin. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 15:50, 12 aprel 2023 (UTC)
- @Eldarado hörmətli həmkar, digər illərdəki arxivlənən müzakirələrin demək olar ki, hamısına nəzər yetirmişəm və Sizi və Wertuose-u anlayıram, həmin illərdəki müzakirələrdən sonra bəlkə də mən də Sizinlə eyni mövqedə qalardım. amma, "Burada başlatdığınız səsvermə nəyisə dəyişən deyil" demisiniz, inzibatçı müzakirəsinin mahiyyətini bilirəm. mənim məqsədim ümumi icmanın da rəyini öyrənib həmin icmanın da rəyinə əsaslanaraq inzibatçıların yenidən müzakirə başlatmasıdır, hansı ki, müzakirədə ümumi icmanın da istəyi və fikirləri nəzərə alınsın. axı vikipediya sadəcə inzibatçılardan ibarət deyil, ya da ki manapoliya deyil ki, sadəcə inzibatçıların istəkləri olsun. elə situasiyalar ola bilir ki, mütləq ümumi icmanın rəyi öyrənilməlidir və düşüncələri maraqlı olmalıdır. "Bu son qərardır və dəyişməyəcək." demisiniz, amma digər inzibatçılar belə lehinə olduğu halda tam bu formada vurğulamaq nə dərəcədə doğru olar? Atakhanli (müzakirə) 17:04, 12 aprel 2023 (UTC)
- White Demon, inzibatçı müzakirəsində Toğrul müzakirə başladıb zəhmət olmasa orda münasibət bildirin. Qərar verilsin. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 15:50, 12 aprel 2023 (UTC)
- Atakhanli, bu mövzu o qədər açılıb bağlanıb ki, o istifadəçiyə o qədər güzəşt olunub ki, bundan sonra əleyhinə olan inzibatçıların fikrini dəyişib lehinə olması heç inandırıcı gəlmir. Mən burada başladılan səsvermənin nəyisə dəyişməyəcəyini qeyd etmişəm. Heçnəyin dəyişməyəcəyini deyəndə əslində başqa bir anlamda da işlətmişəm o cümləni. Yəni bu gün istifadəçinin blokunu açsaq belə heçnə dəyişməz yenə qayda pozacaq. Vaxtım olsa onun bütün hesablarda pozduğu qaydaları bir bir göstərərdim ama buna sərf edəcək vaxtım yoxdur təəssüf ki. Demək istədiyim odur ki, boşuna əziyyət çəkirsiz və çəkdiyiniz əziyyət azvikinin xeyrinə yox ziyanınadır. Yenə də özünüz bilin sonda peşman olacaqsız necə ki, mən dəfələrlə peşman olmuşam. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:17, 13 aprel 2023 (UTC)
- Düşünürəm ki, istifadəçiyə bir şans vermək olar. Özü də müzakirə səhifəsində qeyd edib ki, qaralama səhifəsində işləmək istəyir və 1 aylıq blokdan sonra 3 aylıq bloklanmalı olduğunu qeyd edib. Artıq 3 aydan çoxdur ki, blokdadır. Atakhali-nın fikirləri ilə razıyam və fikrimcə, bu dəfə istifadəçiyə güzəştə getmək olar. WD-da qeyd etdiyi kimi, istifadəçi Vikipediyaya ən çox töhfə verən istifadəçilərdəndir. Aktiv redaktordur. Bu səbəbdən də mövcud təklifi dəstəkləyirəm. Hörmətlə, Gadir (müzakirə) 10:03, 22 aprel 2023 (UTC)
- @Atakhanli, təsadüfən aşkar etdiyim bu hal bir daha göstərir ki, bu istifadəçinin nəinki blok müddəti azaldılmalı, əksinə artırılmalıdır. samral müzakirə 09:51, 8 may 2023 (UTC)
- Düşünürəm ki, istifadəçiyə bir şans vermək olar. Özü də müzakirə səhifəsində qeyd edib ki, qaralama səhifəsində işləmək istəyir və 1 aylıq blokdan sonra 3 aylıq bloklanmalı olduğunu qeyd edib. Artıq 3 aydan çoxdur ki, blokdadır. Atakhali-nın fikirləri ilə razıyam və fikrimcə, bu dəfə istifadəçiyə güzəştə getmək olar. WD-da qeyd etdiyi kimi, istifadəçi Vikipediyaya ən çox töhfə verən istifadəçilərdəndir. Aktiv redaktordur. Bu səbəbdən də mövcud təklifi dəstəkləyirəm. Hörmətlə, Gadir (müzakirə) 10:03, 22 aprel 2023 (UTC)
Yekunlaşdırma: İcma fikirlərinə əsasən konsensus yoxdur. Atakhanli (müzakirə) 13:33, 16 may 2023 (UTC)
Neyron şəbəkə
Salam. "Neyron şəbəkələr" ifadəsinin düzgün olmadığını düşünürəm. Bunun əvəzinə "Neyron şəbəkələri" yazılmalıdır. Fikirləriniz maraqlıdır.
Bikar Orxan (müzakirə) 07:38, 12 aprel 2023 (UTC)
- Axtarış zamanı nəticə olaraq hər iki ifadəyə rast gəldim (demək olar eyni nəticə sayı ilə), həmçinin tapdığım ədəbiyyatlarda da eyni nəşrdə, eyni başlıq altında hər iki ifadədən də istifadə edildiyini gördüm. Amma mənim fikrimcə "neyron şəbəkəsi" bütün hallarda doğru olandır. Çünki söhbət neyronların yaratdığı şəbəkədən gedir və "neyron şəbəkə" birləşməsindəki "neyron" sözü sifət kimi anlaşılır, halbuki bu söz sifətləşə bilməz. Yəni bu söz birləşməsi məna baxımından tamamilə səhvdir və doğru olan ifadə "neyron şəbəkəsi"dir. Fikrimcə ədəbiyyatda və digər mənbələrdə hər ikisi işləndiyi üçün vikidə biri seçilib digərindən ona yönləndirilmə verilməli, amma əsas ad olaraq doğru mənada anlaşılan ifadə seçilməlidir. — surə m 11:40, 15 aprel 2023 (UTC)
- Sura xanımın şərhini və yuxarıda namizəd göstərilən şərhi oxudum. "neyron şəbəkəsi" kimi adlandırılmasının daha doğru olduğu qənaətindəyəm.— E.Imanverified 06:54, 31 may 2023 (UTC)
Məqalə namizədləri bölməsinə aylardır baxılmır
Xoş gördük. Artıq aylardır nə Yaxşı məqalə namizədləri səhifəsinə nə də Seçilmiş məqalə namizədləri səhifəsinə baxılmır. Bu işdə hansı idarəçi məsuldur? Gecikmənin səbəbi nədir? — Rəcəb Yaxşı (müzakirə) 05:09, 18 aprel 2023 (UTC)
- Salam, elə bir inzibatçı yoxdur hər kəs nəzarət edir. Təşəkkür edirəm bildirdiyiniz üçün bu həftə sonu hamısına baxılacaq. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 10:16, 18 aprel 2023 (UTC)
Wikimedia CEE Meeting 2023 - Qeydiyyat
Hər kəsə salam, bildiyiniz kimi bu il "Wikimedia CEE Meeting 2023" tədbiri Tbilisi şəhərində baş tutacaq və azərbaycanca vikipediyadan 4 nəfər iştirak edə biləcək. İştirakçıların seçimi "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun idarə heyəti tərəfindən bu səhifədə keçiriləcək. Yalnız istifaçi qrupunun seçdiyi iştirakçıların tədbirdə qeydiyyatı nəzərə alınacaq. Müraciət üçün son tarix 25 apreldir. İştirak üçün müraciət etməyə tələsin. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 11:40, 18 aprel 2023 (UTC)
- Nəticələrlə bu keçiddən tanış ola bilərsiniz. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 10:48, 26 aprel 2023 (UTC)
Bütün vikilər yaxın vaxtlarda sadəcə oxuma rejimində işləyəcək
Bu mesajı başqa dildə oxuyun • Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin
Vikipediya və digər Vikimedia saytlarının fövqəladə hallarda da fəaliyyətini davam etdirə bilməsi üçün Wikimedia Foundation, ilkin və ikinci dərəcəli məlumat mərkəzləri arasında keçidi sınaqdan keçirir. Hər şeyin düzgün işlədiyindən əmin olmaq üçün Vikimedianın texnologiya bölməsi planlaşdırılmış bir sınaq keçirməlidir. Bu sınaq verilənlərin bir məlumat mərkəzindən digərinə təhlükəsiz şəkildə keçib-keçə bilməyəcəyini göstərəcək. Yəni birinci verilənlər mərkəzində problem yaranarsa, ikinci verilənlər mərkəzinə keçilə bilər və istifadəçilər yenə də Vikipediya və digər Vikimedia saytlarına daxil ola bilərlər. Sınağın məqsədi bu keçidin problemsiz şəkildə həyata keçirildiyini göstərməkdir. Sınağ müddətində bir çox komanda gözlənilməyən problemləri həll etmək üçün hazır vəziyyətdə olacaq.
Martın 1-dən etibarən bütün şəbəkə trafiki başqa yerə yönəldiləcək. Sınaq saat 14:00 UTC -da başlayacaq
Təəssüf ki, Vikimediadakı bəzi məhdudiyyətlərə görə, köçürmə zamanı bütün redaktələr dayandırılmalıdır. Bu kəsintiyə görə üzr istəyirik və gələcəkdə onu ən aza endirmək üçün işləyirik.
'Qısa müddət ərzində siz bütün vikiləri oxuya biləcəksiniz, lakin onları redaktə edə bilməyəcəksiniz.'
- 1 mart 2023-cü il, çərşənbə günü bir saata qədər redaktə edə bilməyəcəksiniz.
- Bu müddət ərzində redaktə etməyə cəhd etsəniz, xəta xəbərdarlığı görəcəksiniz Ümid edirik ki, bu dəqiqələr ərzində heç bir redaktə itirilməyəcək, lakin buna zəmanət verə bilmərik. Əgər xəta xəbərdarlığını görsəniz, hər şey normallaşana qədər gözləyin. Bundan sonra redaktənizi yaddaşa saxlaya bilməlisiniz. Bununla belə, ehtiyat tədbiri olaraq, dəyişikliklərinizi vaxtından əvvəl kopiyalamağınızı tövsiyə edirik.
Başqa təsirləri:
- Arxa plandakı işlər daha yavaş işləyəcək və bəziləri ləğv oluna bilər. Qırmızı keçidlər, yəni əlaqəli səhifənin hələ yaradılmaması və ya adın səhv yazılması vəziyyətində yaranan qırmızı keçidlər normaldan daha yavaş yenilənə bilər. Əgər başqa yerdə keçidi olan məqalə yaratsanız, keçid həmişəkindən daha uzun müddət qırmızı qala bilər. Bəzi uzun müddət işləyən proqramlar dayandırılmalı olacaq.
- * Normal həftələrdə olduğu kimi, kod yeniləmələrinin edilməsini gözləyirik. Bununla belə, bəzi hallarda əməliyyatlar tərəfindən tələb olunan kodun dondurulması əvvəlcədən müəyyən edilmiş vaxtda edilə bilər.
- * GitLab təxminən 90 dəqiqə ərzində əlçatmaz olacaq.
MediaWiki message delivery 00:41, 21 aprel 2023 (UTC)
- @MediaWiki message delivery, 1 martda, yoxsa 1 mayda? samral müzakirə 20:27, 22 aprel 2023 (UTC)
- Teq etdiyiniz sizə cavab verə bilməyəcək, o, qlobal bir bot hesabıdır və vikilərdə kütləvi şəkildə mesaj göndərməyə yarayır. Solavirum, səhv etmirəmsə, vaxtilə siz tərcümə etmişdiniz. Yenidən bir də kimdirsə, göndəriblər deyəsən. Hörmətlə, Gadir (müzakirə) 23:01, 22 aprel 2023 (UTC)
Silinməyə namizəd səhifələr
Zəhmət olmasa SNS-yə nəzarət yetirin. 2 aydırki müzakirələr sonlandırılmır. — Moses✉ 18:51, 19 aprel 2023 (UTC)
Software test
Hello, all,
The Editing team is planning another A/B test for the "DiscussionTools" Beta Feature. This is part of mw:Talk pages project/Usability. The test plan and metrics are outlined at mw:Talk pages project/Usability/Analysis.
I am here to ask you all to participate in this test. Half of you would see the new features; the other editors would see no change. You can always change your preferences. The Beta Feature is in Special:Preferences#mw-prefsection-betafeatures, and if you have it turned on, there is a separate preference setting in Special:Preferences#mw-prefsection-editing-discussion, called "Müzakirə fəaliyyətini göstər".
You can see what the changes would look like on your own User_talk: page by going to https://az.wikipedia.org/?q=Special:MyTalk?dtenable=1 (If you've already got the Beta Feature enabled, then you won't see anything new.)
Thank you for your participation in the previous A/B test. Please let me know if you have any questions about this one. Whatamidoing (WMF) (müzakirə) 16:34, 21 aprel 2023 (UTC)
Azersky meteroid
İlk süni rabitə peykimiz olan Azerskyın meteroidlə toqquşması nəticəsində onunla əlaqə kəsilməsi və beləliklə 1 il tez istismar müddətini başa vurması ilə bağlı hadisə Xəbərlər bölməsində qeyd edilməlidir məncə. samral müzakirə 20:25, 22 aprel 2023 (UTC)
- razıyam, xəbərlər bölməsi mühafizədən götürülsə (patrullara açıq olsa) lazımlı xəbərləri daha operativ yerləşdirmək olardı. Atakhanli (müzakirə) 07:52, 23 aprel 2023 (UTC)
Müzakirələrin qeyri-inzibatçılar tərəfindən sonlandırılması
Hörmətli həmkarlar, bildiyimiz kimi silmə müzakirələrini hazırda inzibatçılar yekunlaşdırır amma müzakirələrin qeyri-inzibatçılar tərəfindən sonlandırılması adında bir qayda mövcuddur, lakin bu qayda rəsmi deyil. Əslində, heç qayda da deyil, essedir, məsləhət xarakterlidir. Qəbul edilməsi ilə bağlı müzakirəni istifadəçi bağlayıb və rəsmi prinsip elan edib, şablon yerləşdirib. Halbuki müzakirəsi 5 səs toplamışdır. Rəsmi siyahıda yoxdur.
- Rəsmi qayda kimi qəbul olunması üçün yenidən səsverməyə çıxarmaq zərurəti yaranmışdır, əlavə olaraq bildirmək istəyirəm ki, rus dili seqmentində məqaləni SNS-ə təqdim edən təçrübəli istifadəçilər, elə özləri son qərarı qəbul edib yekunlaşdırma verə bilir. Yəni bu səlahiyyət onlara administratorlar tərəfindən verilib, təklif edirəm azərbaycan seqmenti üçündə bu qaydanı rəsmi prinsip kimi qəbul edək, bunun üçün statusa layiq görülən təçrübəli istifadəçi administratorlara müraciət etsin və müraciət əsasında statusu əldə etmiş olsun. Məsələn səhifə ad dəyişdiriciləri necə müraciət edirsə elə helə qaydada. İstifadəçinin özü tərəfindən açılan müzakirənin bağlanılması punktu əlavə edilsin.
E.Imanverified 17:09, 23 aprel 2023 (UTC)
Lehinə
- Lehinə: fikrimə əsasən.— E.Imanverified 17:15, 23 aprel 2023 (UTC)
Əleyhinə
- Əleyhinə: sui-istifadə halları çox olacaq. azviki hələki hazır deyil. Atakhanli (müzakirə) 18:44, 23 aprel 2023 (UTC)
- Əleyhinə: Həmkarın fikrinə qatılıram ``Sahil ;) (müzakirə) 19:26, 23 aprel 2023 (UTC)
- Əleyhinə: bu qaydanın qəbul olunmasına tam olaraq qarşıyam. Bizim icmaya yaramayacaq bu qayda. Buna səbəb nədir? Bu günə kimi bütün müraciətlər inzibatçılar tərəfindən yekunlaşdırılıb. Bəzən gec ola bilər. Silinməsini istəyən istifadəçinin marağı olmamalıdır səhifə tez silinəcək və ya gec. Bundan əvvəl isə qayda qısa zamanda müzakirəsiz bir neçə istifadəçi tərəfindən qaydalara zidd şəkildə qəbul olunmuşdur. Toğrul bəyə təşəkkür edirəm gec də olsa məsələyə müdaxilə etmişdir. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 13:48, 24 aprel 2023 (UTC)
- 0.5 il ərzində apardığım müşahidələrə əsasən idarəçilərin qeyri-aktivliyi səbəbiylə axsayan işləri istifadəçilərə ötürəndə xaos, nizamsızlıq yaranır. Məsələn, elə bu səsvermənin yekunlaşması. Ona görə də, 0.5 il sonra qərarımı dəyişirəm. Əleyhinə: - Dr.Wiki54 (müzakirə) 15:10, 24 aprel 2023 (UTC)
- Əleyhinə: Konsensusun inzibatçılar tərəfindən deyil, istifadəçilər tərəfindən qəbul edilməsi problemlər yaradacaq, SNS-ə namizəd təqdim edən istifadəçinin müvafiq müzakirənin sonunda konsensus qəbul etməsi və onu yekunladırması isə ümumiyyətlə doğru deyil. (səhv etmirəmsə namizəd göstərən inzibatçılar da müzakiəni özləri yekunlaşdırmırlar) — surə m 20:02, 25 aprel 2023 (UTC)
- Əleyhinə: Hal-hazırda bunun yaxşı fikir olduğuna inanmıram. Azviki kimi nisbətən kiçik Vikipediyalarda baş tutacaq məsələ deyil məncə.— Baskervill (müzakirə) 22:51, 26 aprel 2023 (UTC)
Şərh
- Şərh: fikrimcə, bu məsələyə bir az da aydınlıq gətirilməlidir. Prinsipə əsasən silinməsi qərara alınan müzakirələri istifadəçilər yekunlaşdıra bilməzlər, çünki bu, yenə də inzibatçı tələb edir. Belə görünür, istifadəçilər yalnız məqalələrin saxlanılmasında iştirak edəcəklər? Bu, sui-istifadəyə gətirib çıxaracaq. Məncə, burada dəyişikliklər edilməlidir. İstifadəçinin özü tərəfindən açılan müzakirənin bağlanılması punktu əlavə edilməli, səhifələrin saxlanılması/silinməsi qərarı inzibatçılarda saxlanılmalıdır. — Toghrul R (m) 17:51, 23 aprel 2023 (UTC)
- @Toghrul R müzakirə səhifəsinə yazmışam baxın FootballW (müzakirə) 05:49, 24 aprel 2023 (UTC)
- Razıyam. O vaxtı səhifənin tərcümə edilməsini bu səbəblə mən istəmişdim və @Solavirum da işləmişdi. Özü də fikir bildirsə yaxşı olar. Hörmətlə, Gadir (müzakirə) 05:53, 24 aprel 2023 (UTC)
- Hörmətli Toghrul R, şərhlərin sonunda Bikar Orxana sual ünvanlandırmışam amma cavabı məni tam qane etməyib, xahiş edirəm məsələnin həlli üçün tələb olunan texniki məsələlərə siz münasibət bildirəsiniz. Ruwikidə olan "yekunlaşdıranlar" hüququnun idxal olunması məsələsi ilə əlaqədar sizdən texniki və tərtibad dəstəyinin olmasını istərdim, notarial qaydada tərcümə olunması məsələsini mən öz üzərimə götürə bilərəm. E.Imanverified 06:03, 25 aprel 2023 (UTC)
- Şərh: prinsip yetərincə dərin işlənməyib. Bunun üzərində işləməkdənsə, ruwikidə olan "yekunlaşdıranlar" hüququnun idxal olunmasını daha düzgün hesab edirəm. Bikar Orxan (müzakirə) 18:02, 23 aprel 2023 (UTC)
- Yaxşı fikirdir. E.Imanverified 18:04, 23 aprel 2023 (UTC)
- @Bikar Orxanın fikrinə qatılıram. — Wealszy (müzakirə) 18:11, 23 aprel 2023 (UTC)
- Bu sahədə təcrübəsi olan varsa, "tərcümə edib"(uyğunlaşdırıb) səsverməyə çıxara bilər. Mən o qədər təcrübəli deyiləm. Bikar Orxan (müzakirə) 18:13, 23 aprel 2023 (UTC)
- Sual: @Bikar Orxan Yuxarıdakı təklifimə əleyhinə verilən şərhləri təhlil edib görürəm ki, rəsmi prinsipi qəbul etmək icma tərəfindən qəbul olunmaz hala çevrilib amma sizin ruwikidə olan "yekunlaşdıranlar" hüququnun idxal olunması təklifinizə və məsələsinə gəldikdə isə, soruşmaq istərdim ki, əgər mən bu tərcüməni notarial qaydada etdirmiş olsam (sinxron tərçümə) / Siz qalan digər məsələləri öz öhdənizə götürərsinizmi? E.Imanverified 15:32, 24 aprel 2023 (UTC)
- Səs verməkdən başqa səlahiyyətim yoxdu. Bikar Orxan (müzakirə) 05:04, 25 aprel 2023 (UTC)
- Sual: @Bikar Orxan Yuxarıdakı təklifimə əleyhinə verilən şərhləri təhlil edib görürəm ki, rəsmi prinsipi qəbul etmək icma tərəfindən qəbul olunmaz hala çevrilib amma sizin ruwikidə olan "yekunlaşdıranlar" hüququnun idxal olunması təklifinizə və məsələsinə gəldikdə isə, soruşmaq istərdim ki, əgər mən bu tərcüməni notarial qaydada etdirmiş olsam (sinxron tərçümə) / Siz qalan digər məsələləri öz öhdənizə götürərsinizmi? E.Imanverified 15:32, 24 aprel 2023 (UTC)
- Bu sahədə təcrübəsi olan varsa, "tərcümə edib"(uyğunlaşdırıb) səsverməyə çıxara bilər. Mən o qədər təcrübəli deyiləm. Bikar Orxan (müzakirə) 18:13, 23 aprel 2023 (UTC)
- Salam E.Iman, sizin məqalələrin silinməsi və bərpasında dəfələrlə qalmaqallı hadisələr yaşadığnızı və buna görə envikidə və digər vikilərdə bloklanmanızı nəzərə alaraq soruşmaq istərdim ki, nə üçün bu qaydanı israrla tələb edirsiniz? Nədir sizi qane etməyən? Məqalənin tez və ya gec silinməsi istifadəçilər üçün niyə bu qədər önəmli olmalıdır? Bu sualların cavabı mənim üçün həqiqətən maraqlıdır. Suallarımı cavabsız da qoya bilərsiniz, çünki sadəcə öz marağım üçün ünvanladım bu sualları. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 09:32, 25 aprel 2023 (UTC)
- Salam hörmətli həmkar, məni əslində qane etməyən bir məqam yoxdur. Sadəcə olaraq Rus dili seqmentindəki "yekunlaşdıranlar" hüququnun olması və təcrübəli istifadəçilər tərəfindən müzakirənin sonlandırılmasını həyata keçirənlər olduğu üçün, bu innovativ qərarın bizim seqmentdədə olmasını istərdim. Məsələnin həlli istiqamətində köməklik göstərsəniz çox məmnun olardım. Əvvəlcədən təşəkkürlər! E.Imanverified 10:27, 25 aprel 2023 (UTC)
- Salam E.Iman, sizin məqalələrin silinməsi və bərpasında dəfələrlə qalmaqallı hadisələr yaşadığnızı və buna görə envikidə və digər vikilərdə bloklanmanızı nəzərə alaraq soruşmaq istərdim ki, nə üçün bu qaydanı israrla tələb edirsiniz? Nədir sizi qane etməyən? Məqalənin tez və ya gec silinməsi istifadəçilər üçün niyə bu qədər önəmli olmalıdır? Bu sualların cavabı mənim üçün həqiqətən maraqlıdır. Suallarımı cavabsız da qoya bilərsiniz, çünki sadəcə öz marağım üçün ünvanladım bu sualları. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 09:32, 25 aprel 2023 (UTC)
- Ortada bir problem yoxdur ki, həll etməyə yardımçı olum. Bu cür qərarlar geniş müzakirə olunmalı və sonda icma qərar verməlidir. Hal-hazırda da müzakirə mərhələsi davam edir. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 07:12, 26 aprel 2023 (UTC)
- Təşəkkürlər! E.Imanverified 10:31, 26 aprel 2023 (UTC)
Vikimedia Fondu İllik Plan 2023-2024
- Salam, Vikimedia Fondu 2023-2024-cü illər üçün İllik Planını azərbaycandilli icma ilə paylaşır.
- Fond icma üzvlərini fikirlərini və ya suallarını bölüşməyə dəvət edir. Bundan əlavə, canlı icma söhbətlərinin keçirilməsi planlaşdırılır: Daha ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 13:32, 24 aprel 2023 (UTC)
- Suallarınız və ya fikirləriniz yaranarsa bu başlığın altından da ünvanlaya bilərsiniz. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 07:10, 26 aprel 2023 (UTC)
SNS-ə diqqət!
SNS-də 82 məqalə var. Yekunlaşdırılması üçün kifayət qədər səs toplamış məqalələr qalmaqdadır. Dəyərli inzibatçılar. Xahiş edirəm bəzi müzakirələri yekunlaşdırıb, siyahını təzələyək.— Patriot Kor (müzakirə) 13:11, 25 aprel 2023 (UTC)
- SNS-dəki müzakirələrin çoxu problemlidir. Bir çox müzakirədə 2-3 şəxs iştirak edib, bir çoxunda isə sadəcə "ensiklopedik deyil", "kriteriyaları ödəmir" kimi fikirlər var. Bu cür müzakirələri yekunlaşdırmaq çox çətindir. Bu yaxınlarda SNS və BNS-dəki problemlərlə bağlı Kənd meydanında ətraflı bir yazı yazıb məsələni ön plana çəkmək istəyirəm. WhiteDem✪n 14:09, 25 aprel 2023 (UTC)
- Sizi dəstəkləyərdim. Patriot Kor (müzakirə) 14:44, 25 aprel 2023 (UTC)
- əksər məqalələri yekunlaşdırmaq olar. əsaslı arqumentlər də yazılıb. bəzi SNS olan məqalələr isə sürətli sil ilə belə silinə bilər. SNS inzibatçı Burocanın nəzarətində idi. həmin müzakirələri o EƏ kriteryalarına görə yekunlaşdırırdı. indi bir neçə müddətdir ki, elə də aktiv deyil həmin istifadəçi. və yoxluğu mütləq hiss olunur. Atakhanli (müzakirə) 19:13, 25 aprel 2023 (UTC)
- Mən neçə aydır deyirəm ki, 14+14 tətbiq olunsun. Bütün SNS-lər üçün müddət 14 gün olsun. 14 gün sonunda müzakirə yekunlaşdırılsın. Yüngül konsensus və ya müzakirələrin yekunlaşdırılmadığı SNS-lərə 14 gün əlavə verilsin. 28 günün sonunda dünya dağılsa da, müzakirə yekunlaşdırılsın. Yekun nəticə yoxdursa (təbii ki, burada yekunlaşdıranın şəxsi baxış bucağının xeyrinə rəydən söhbət getmir) "konsensus yoxdur" deyə sonlandırılsın. 28 günü keçən müzakirələr yığılmamalıdır bu qədər - Dr.Wiki54 (müzakirə) 19:56, 25 aprel 2023 (UTC)
- Qeyd olunan fikirlərlə qismən razıyam. 2-3 şəxs fikir bildirib onlar da yalnız qalsın, silinsin kimi qeyd edibsə fikirlərini bu zaman konsensus əldə olunmamış kimi məqalə saxlanılmalıdır. Ümumiyyətlə tutarlı səbəb yoxdursa məqalə silinməməlidir. Həftəsonuna kimi SNS indiki vəziyyətlə qalarsa bütün vaxtı çatmış müzakirələri yekunlaşdırıb bir müddət orda fəaliyyət göstərməyi boynuma götürürəm. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:52, 26 aprel 2023 (UTC)
- Dr.Wiki54, sizin fikirnizlə tam razı ola bilmirəm. Yaxşı olardı ki, vaxtında yekunlaşdırılsın müzakirələr ama bu şərt olmamalıdır. İlk öncə bu fikir məqalələrin silinməsində xüsusi maraqların olması ön plana çıxır, ikinci isə əgər şərt olarsa zamanında yekunlaşdırmaq, bu zaman tələsik və yanlış qərarlar verilmə ehtimalı çoxalır. Biz keyfiyyətə daha çox üstünlük verməliyik və nəzərə almalıyıq ki bura ensiklopediyadır. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:55, 26 aprel 2023 (UTC)
- @Eldarado, bu mənim fikrim deyil, rəsmi qaydadır. Onsuz xüsusi maraqları olan 5 ay gözlədəndən sonra da bu maraqlara xidmət edə bilir. İndilik görünən odur ki, axsatmanın heç bir xeyri yoxdur. - Dr.Wiki54 (müzakirə) 07:27, 26 aprel 2023 (UTC)
- Dr.Wiki54, sizin fikirnizlə tam razı ola bilmirəm. Yaxşı olardı ki, vaxtında yekunlaşdırılsın müzakirələr ama bu şərt olmamalıdır. İlk öncə bu fikir məqalələrin silinməsində xüsusi maraqların olması ön plana çıxır, ikinci isə əgər şərt olarsa zamanında yekunlaşdırmaq, bu zaman tələsik və yanlış qərarlar verilmə ehtimalı çoxalır. Biz keyfiyyətə daha çox üstünlük verməliyik və nəzərə almalıyıq ki bura ensiklopediyadır. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:55, 26 aprel 2023 (UTC)
- Qeyd olunan fikirlərlə qismən razıyam. 2-3 şəxs fikir bildirib onlar da yalnız qalsın, silinsin kimi qeyd edibsə fikirlərini bu zaman konsensus əldə olunmamış kimi məqalə saxlanılmalıdır. Ümumiyyətlə tutarlı səbəb yoxdursa məqalə silinməməlidir. Həftəsonuna kimi SNS indiki vəziyyətlə qalarsa bütün vaxtı çatmış müzakirələri yekunlaşdırıb bir müddət orda fəaliyyət göstərməyi boynuma götürürəm. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:52, 26 aprel 2023 (UTC)
- Mən neçə aydır deyirəm ki, 14+14 tətbiq olunsun. Bütün SNS-lər üçün müddət 14 gün olsun. 14 gün sonunda müzakirə yekunlaşdırılsın. Yüngül konsensus və ya müzakirələrin yekunlaşdırılmadığı SNS-lərə 14 gün əlavə verilsin. 28 günün sonunda dünya dağılsa da, müzakirə yekunlaşdırılsın. Yekun nəticə yoxdursa (təbii ki, burada yekunlaşdıranın şəxsi baxış bucağının xeyrinə rəydən söhbət getmir) "konsensus yoxdur" deyə sonlandırılsın. 28 günü keçən müzakirələr yığılmamalıdır bu qədər - Dr.Wiki54 (müzakirə) 19:56, 25 aprel 2023 (UTC)
- SNS-in bu dəfəki problemi müzakirə çoxluğu və ya müzakirələrdəki qeyri-aktivlik deyil fikrimcə. Fevral ayına aid elə müzakirələr var ki, ortada dəqiq konsensus var. Ümumiyyətlə son zamanlarda SNS-dəki başlıqların çoxunda əsaslı arqumentlərlə normal müzakirə gedir. Problem bundan sonrakı prosesdədir ki, müzakirə yekunlaşdırılmır. Azvikidə müzakirələrin sonlandırılması ilə bağlı rəsmi prinsipdə bənd mövcuddur. Müzakirələr maksimum 28 gün sonra yekunlaşdırılmalıdır. Amma hal-hazırda SNS-də konsensusun mövcud olduğu N qədər məqalə var və bəziləri fevral ayına aiddir, amma hələ də yekunlaşdıran yoxdur. — surə m 07:00, 26 aprel 2023 (UTC)
- Sura Shukurlu, könüllü layihələrdə bu cür problemlər həmişə olur. Əsas odur ki, belə müzakirələr açılanda kimsə işi görməyi üstlənsin. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 07:08, 26 aprel 2023 (UTC)
- 84 məqalədən 34 məqaləyə qədər arxivləşdirdim. Çalışacam ki, həmin bölməyə daha çox diqqət ayırım və məqalə sayı 40-50-dən çox olmasın.— Baskervill (müzakirə) 22:49, 26 aprel 2023 (UTC)
- bu əla oldu, amma ki, indi də problem odur ki, Siz yeni başlayan müzakirələri də sonlandırmısız. 3 gündən bir az artıqdır ki, namizəd verilmiş və hələ müzakirəyə qoşulan olmayan müzakirələri niyə sonlandırmısınız ki? həmin sonlandırılan müzakirələr ləğv edilməli və müzakirələr davam etməlidir. həm məqaləni silib, qərar yerinə saxlanılmasına qərar verildi yazmısınız, aydındır ki, copy-paste edəndə bu texniki səhvdir. lütfən onları da düzəldərsiniz, redaktənizə müdaxilə etmək istəmirəm. Atakhanli (müzakirə) 05:42, 27 aprel 2023 (UTC)
- Silinmə ehtimalı yüksək olan məqalələri çox gözlətmədən arxivləşdirmişəm. Mənə maraqlı olan odur ki, birləşdirilməli olan məqalələri kim birləşdirəcək ? Bəzi yoldaşlar məqaləni özü SNS namizədi edir və yazır ki, birləşdirilsin. Bunu onun yerinə inzibatçılar etməlidir ? Dediyiniz texnini səhvə isə axşam baxacam mütləq. Hörmətlə:— Baskervill (müzakirə) 10:32, 27 aprel 2023 (UTC)
- bəy, etdiyiniz doğru deyil. 3 gündür ki, müzakirəsi başlayan və müzakirəyə heç kəsin qoşulmadığı məqalələri niyə silmisiniz? birləşdirilmə mövzusuna gəldikdə isə, şəxs sadəcə müzakirə üçün təklif edir ki, məqalə silinsin və digər məqaləyə birləşdirilsin. və müzakirə gedir. dəfələrlə olub ki, təklif qəbul edilməsin (icma əksini düşünsün) və birləşdirilməsin (yəni müstəqil məqalə kimi qalsın). bəzən isə icma birləşdirilməsini uyğun görür və birləşdirilməsi ilə bağlı fikir bildirir. Atakhanli (müzakirə) 11:09, 27 aprel 2023 (UTC)
- Həmin birləşdirmə prosesini kim icra edir ? Məqaləni SNS namizədi kimi təqdim edən şəxs yoxsa məqaləni yekunlaşdırıb, arxivləşdirən şəxs ? Yəgin ki, arxivləşdirən etməlidir və bu heç ədalətli bir məsələ deyil. — Baskervill (müzakirə) 11:18, 27 aprel 2023 (UTC)
- Səhifələri tarixçələri ilə texniki birləşdirmə hüququ sadəcə inzibatçılardadır, elə hüquq yox, alət, icazə olaraq. İstifadəçilər sadəcə müvafiq məzmunun köçülürməsini icra edə bilər və digər səhifə(lər)dən lazımlı hallarda yönləndirmə verə bilərlər. Bunu da fərq etmir, namizəd edən olsun, hər hansı təcrübəli və mövzudan anlayan istifadəçi də yerinə yetirə bilər. Ancaq tarixçələr də birləşdirilsə (müəllif hüquqları pozuntuları istisna), yaxşıdır ki, məlumatlar itməsin və bu, çox təəssüf ki, bəzi hallarda texniki məhdudiyyətlərdən mümkün olmur. Hörmətlə, Gadir (müzakirə) 15:11, 27 aprel 2023 (UTC)
- Həmin birləşdirmə prosesini kim icra edir ? Məqaləni SNS namizədi kimi təqdim edən şəxs yoxsa məqaləni yekunlaşdırıb, arxivləşdirən şəxs ? Yəgin ki, arxivləşdirən etməlidir və bu heç ədalətli bir məsələ deyil. — Baskervill (müzakirə) 11:18, 27 aprel 2023 (UTC)
- bəy, etdiyiniz doğru deyil. 3 gündür ki, müzakirəsi başlayan və müzakirəyə heç kəsin qoşulmadığı məqalələri niyə silmisiniz? birləşdirilmə mövzusuna gəldikdə isə, şəxs sadəcə müzakirə üçün təklif edir ki, məqalə silinsin və digər məqaləyə birləşdirilsin. və müzakirə gedir. dəfələrlə olub ki, təklif qəbul edilməsin (icma əksini düşünsün) və birləşdirilməsin (yəni müstəqil məqalə kimi qalsın). bəzən isə icma birləşdirilməsini uyğun görür və birləşdirilməsi ilə bağlı fikir bildirir. Atakhanli (müzakirə) 11:09, 27 aprel 2023 (UTC)
- Silinmə ehtimalı yüksək olan məqalələri çox gözlətmədən arxivləşdirmişəm. Mənə maraqlı olan odur ki, birləşdirilməli olan məqalələri kim birləşdirəcək ? Bəzi yoldaşlar məqaləni özü SNS namizədi edir və yazır ki, birləşdirilsin. Bunu onun yerinə inzibatçılar etməlidir ? Dediyiniz texnini səhvə isə axşam baxacam mütləq. Hörmətlə:— Baskervill (müzakirə) 10:32, 27 aprel 2023 (UTC)
- bu əla oldu, amma ki, indi də problem odur ki, Siz yeni başlayan müzakirələri də sonlandırmısız. 3 gündən bir az artıqdır ki, namizəd verilmiş və hələ müzakirəyə qoşulan olmayan müzakirələri niyə sonlandırmısınız ki? həmin sonlandırılan müzakirələr ləğv edilməli və müzakirələr davam etməlidir. həm məqaləni silib, qərar yerinə saxlanılmasına qərar verildi yazmısınız, aydındır ki, copy-paste edəndə bu texniki səhvdir. lütfən onları da düzəldərsiniz, redaktənizə müdaxilə etmək istəmirəm. Atakhanli (müzakirə) 05:42, 27 aprel 2023 (UTC)
- 84 məqalədən 34 məqaləyə qədər arxivləşdirdim. Çalışacam ki, həmin bölməyə daha çox diqqət ayırım və məqalə sayı 40-50-dən çox olmasın.— Baskervill (müzakirə) 22:49, 26 aprel 2023 (UTC)
- Siyahı azaldıldı, Baskervill-ə yekunlaşdırma işində dəstəyinə görə təşəkkür edirəm. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 07:00, 28 aprel 2023 (UTC)
Seeking volunteers for the next step in the Universal Code of Conduct process
Hello,
As follow-up to the message about the Universal Code of Conduct Enforcement Guidelines by Wikimedia Foundation Board of Trustees Vice Chair, Shani Evenstein Sigalov, I am reaching out about the next steps. I want to bring your attention to the next stage of the Universal Code of Conduct process, which is forming a building committee for the Universal Code of Conduct Coordinating Committee (U4C). I invite community members with experience and deep interest in community health and governance to nominate themselves to be part of the U4C building committee, which needs people who are:
- Community members in good standing
- Knowledgeable about movement community processes, such as, but not limited to, policy drafting, participatory decision making, and application of existing rules and policies on Wikimedia projects
- Aware and appreciative of the diversity of the movement, such as, but not limited to, languages spoken, identity, geography, and project type
- Committed to participate for the entire U4C Building Committee period from mid-May - December 2023
- Comfortable with engaging in difficult, but productive conversations
- Confidently able to communicate in English
The Building Committee shall consist of volunteer community members, affiliate board or staff, and Wikimedia Foundation staff.
The Universal Code of Conduct has been a process strengthened by the skills and knowledge of the community and I look forward to what the U4C Building Committee creates. If you are interested in joining the Building Committee, please either sign up on the Meta-Wiki page, or contact ucocproject wikimedia.org by May 12, 2023. Read more on Meta-Wiki.
Best regards,
Xeno (WMF) 19:00, 26 aprel 2023 (UTC)
- @Xeno (WMF) Hello, dear colleague, please accept me as a member. E.Imanverified 07:31, 31 may 2023 (UTC)
Məqalələrdən "şəkil yoxdur" tipli faylların yığışdırılması ilə bağlı təklif
Salam hamıya. Təklif edirəm ki, məqalələrdən artıq bu tipli faylların yığışdırmağın vaxtı gəlib çatıb. Ümumiyyətlə, bu başdan olmasa yaxşı idi. Bu, həm təcrübəsi az olan istifadəçiləri azad olmayan, internetdən tapdıqları istənilən faylı bura yükləməyə sövq edir, həm də ki, vizual olaraq məqaləni korladığını düşünürəm. Bu tipdə bir neçə fayl ilə qarşılaşmışdım, hətta kişi və qadın üçün də ayrıca versiyaları var idi. Gadir (müzakirə) 07:24, 23 aprel 2023 (UTC)
- Lehinə: Gadir (müzakirə) 07:24, 23 aprel 2023 (UTC)
- Lehinə: razıyam. Vizual olaraq məqaləni korlayır. Əvvəldən olmamalı idi. — Wealszy (müzakirə) 07:41, 23 aprel 2023 (UTC)
- Lehinə: bəli. Atakhanli (müzakirə) 07:50, 23 aprel 2023 (UTC)
- Lehinə: Razıyam. Bikar Orxan (müzakirə) 07:53, 23 aprel 2023 (UTC)
- Lehinə: Mən də qatılıram. Lazımsızdır. Birincisi, istifadəçiləri ədalətli istifadə olmayan fayllar yükləməyə təşviq edir. İkincisi, şəkilin olmamasını niyə bildiriş kimi göstəririk? Yoxdursa, yoxdur. Üçüncüsü, şəkil yüklənəndə və həmin şəkil vikidatada olanda, vikidatadan idxal etməyəcək. WhiteDem✪n 08:28, 23 aprel 2023 (UTC)
- Lehinə: - Dr.Wiki54 (müzakirə) 08:58, 23 aprel 2023 (UTC)
- Lehinə: — Moses✉ 10:30, 23 aprel 2023 (UTC)
- Lehinə: Razıyam. Əvvəldən olmamalı idi. Qarşıma çıxdıqca özüm də silirdim.— samral müzakirə 18:24, 23 aprel 2023 (UTC)
- Lehinə: İstifadəsi ilə sadəcə vizuallığı korlayır. — surə m 19:51, 25 aprel 2023 (UTC)
Şərhlər
Bu tamam, qaldı digərləri. White Demon, zəhmət olmasa, faylı silin. Hörmətlə, Gadir (müzakirə) 12:17, 23 aprel 2023 (UTC)
qadın, kişi, film versiyalarıda həll edildi. White Demon zəhmət olmasa bu faylları da silin. — Wealszy (müzakirə) 12:34, 23 aprel 2023 (UTC)
- Onlar Vikianbardadır. WhiteDem✪n 13:16, 23 aprel 2023 (UTC)
Əldə olunmuş konsensusa əsasən, müvafiq fayllar məqalələrdən təmizlənmiş və silinmişdir. Hörmətlə, Gadir (müzakirə) 19:55, 17 may 2023 (UTC)
AZWUG öz İdarə heyətini seçməyə hazırlaşır
Hər kəsə salam, bildiyiniz kimi "Azərbaycan Vikimediyaçıları" istifadəçi qrupunun idarə heyəti mövcuddur. Bir neçə il öncə başladılmış layihə olmasına baxmayaraq İdarə heyətinə maraq çox az olmuşdur. Mən idarə heyəti üzvlüyündən may ayında könüllü olaraq imtina edəcəm. Növbəti aylar ərzində yeni idarə heyəti üzvlərini seçməyi düşündüyümüzü qeyd etmək istərdim. İdarə Heyəti haqqında qaydaların ilkin versiyası hazırdı. Kiçik dəyişikliklər edildikdən sonra may/iyun ayları ərzində seçkilər təşkil olunacaq. Zamanla icmaya ətraflı məlumatlar veriləcək, Kənd Meydanını izləməyə davam edin. Suallarınız yaranarsa bu başlıq altında müzakirə edə bilərik. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 12:25, 27 aprel 2023 (UTC)
- @Eldarado, yaxın vaxtda görüş təşkil etsək çox yaxşı olar məncə. samral müzakirə 17:04, 27 aprel 2023 (UTC)
- Gözəl təşəbbüsdür, amma məncə, inzibatçıların fəaliyyətinə tərəfsiz və ədalətli şəkildə nəzarət etməsi və digər bir sıra vacib məsələlər üçün Arbitraj Komitəsi də yaradılsa yaxşı olardı. Bu arada, mövcud qaydalarla bağlı bəzi iradlarım var, baxmayaraq ki, qaydalar rəsmi deyil, fikirlərimi qeyd etmək istəyirəm. Məncə, 7 üzv olsun, 1 sədr və 1 müavin (sədr olan şəxs vəzifədən istefa verəndə, kənarlaşdırıldıqda ya da başqa hər hansı bir səbəbdən davam edə bilmədiyi halda, yeni sədr seçilənə qədər onu müvəqqəti olaraq müavin əvəz etsin.). Qrupun üzvləri heyətin üzvlərini, qrup tərəfindən seçilmiş 7 üzv isə, öz aralarından namizəd olanlardan 1 nəfəri sədr və onun namizəd göstərdiyi şəxsi də müavin olaraq seçsin. Sədr və müavin olaraq namizəd göstərilən şəxslərdən çoxluğu alanlar seçilmiş, əks halda seçilməmiş olsun. Hörmətlə, Gadir (müzakirə) 18:25, 27 aprel 2023 (UTC)
- Arbitraj Komitəsinin yaradılmasını dəstəkləyirəm. Bikar Orxan (müzakirə) 18:37, 27 aprel 2023 (UTC)
- Az Vikipediyadakı yaxın dövrdəki baş verənlər və ümumi olanlar, olacaqlar buna ehtiyac olduğunu göstərir. Ən yaxın vaxtda gərəkçələrlə bu barədə müzakirə açacağam. Hörmətlə, Gadir (müzakirə) 18:41, 27 aprel 2023 (UTC)
- Əlavə olaraq, məncə, heyətin seçilməsi üçün səs verəcək qrup üzvlərinin səsvermədə iştirakları üçün üzvlük tarixləri üçün müəyyən limit də olsun ki, problem yaşamayaq. Gadir (müzakirə) 18:50, 27 aprel 2023 (UTC)
- Gadir, fikirləriniz üçün təşəkkürlər. Qaydalar ilkin versiya olsa da rəsmidir və səsverməyə kimi təkmilləşdiriləcək. Arbitraj komitəsi ayrı mövzudur burada müzakirə etməyək. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:56, 28 aprel 2023 (UTC)
- Rəsmi deyil deyəndə rəsmi olaraq qəbul edilmədiyi nəzərdə tutulur. Hörmətlə, Gadir (müzakirə) 11:21, 28 aprel 2023 (UTC)
- Məncə, seçilmə limiti və müəyyən müddət də olmalıdır. Bunlara əsasən tənzimləmək olar. Gadir (müzakirə) 12:09, 28 aprel 2023 (UTC)
- Gadir, fikirləriniz üçün təşəkkürlər. Qaydalar ilkin versiya olsa da rəsmidir və səsverməyə kimi təkmilləşdiriləcək. Arbitraj komitəsi ayrı mövzudur burada müzakirə etməyək. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:56, 28 aprel 2023 (UTC)
- Arbitraj Komitəsinin yaradılmasını dəstəkləyirəm. Bikar Orxan (müzakirə) 18:37, 27 aprel 2023 (UTC)
- Uğurlu olmasını arzu edirəm, aktiv fəaliyyəti olar güman edirəm. Namizədlik vermək olar? — E.Imanverified 11:18, 30 aprel 2023 (UTC)
- Məlumatlandırmanızı xahiş edirəm.— E.Imanverified 07:33, 31 may 2023 (UTC)
Adlandırmadakı dəqiqləşdirmələrlə bağlı
Salam, həmkarlar. Xatırlayıram ki, bu barədə daha əvvəl də başlıqlar açıldı, amma nəticə çıxmadı. Axı ehtiyac yoxdursa, bu dəqiqləşdirmələrə nə gərək var? Söhbət film, serial və bənzəri layihələrdə olan format və il dəqiqləşdirələrindən gedir. Həmçinin eləcə də, lazım olmadığı hallarda, kitab, roman, əsər, tablo və s. kimi nə dəqiqlədirmələrə, əgər eyniadlı tək mövzudursa, nə ehtiyac var buna axı? Fikirləriniz maraqlıdır. Hörmətlə, Gadir (müzakirə) 20:39, 27 aprel 2023 (UTC)
- Salam hörmətli həmkar. Əgər eyni adlı digər bir məqalə yoxdursa bəli, dəqiqləşdirmələrə ehtiyac yoxdur və belə məqalə adlandırmaları etsəniz sizə hər hansı bir maneə olmayacaq. Lakin qeyd etdiyiniz bəzi dəqiqləşdirmələrin qalmasının tərəfdarıyam. Məsələn filmlərdə illərin qalmasının. Çünki əsərlər, romanlar və s. demək olar ki, kimsə tərəfindən təkrar yazılmır. Filmlərdə bu hal istisnadır. Eyni adda, bəzən onlarla film istehsal olunur və gələcəkdə də eyni adda çəkiləcəyinə şüphə yoxdur. Məsələn Titanik adıyla üç film var və inanıram ki, 1997-ci ildəki film hələ də son deyil. Patriot Kor (müzakirə) 21:26, 27 aprel 2023 (UTC)
- Hörmətli həmkar, fikriniz üçün təşəkkür edirəm. Lakin heç bir vikidə belə bir praktikaya rastlamamışam. O nümunə göstərdiyiniz istisnadır, elə istisna hallar çoxdur və istisna hallar qaçılmazdır. Yuxarıda da qeyd etmişəm, əgər eyniadlı tək mövzudursa. Ancaq harda görmüsünüz ki, hər filmdə bu qeyd edilsin. Kitab da ola bilər. Adlandırma məşhurluğa görə aparılır. Əgər eyniadlı bir mövzu digərlərindən daha populyardırsa, o zaman o məqaləyə dəqiqləşdirmə əlavə olunmur, digərlərinə olunur. Yox, əgər eyni ölçüdədirlərsə, o adda dəqiqləşdirmə səhifəsi yaradılır, hər mövzuya da dəqiqləşdirmə əlavə edilir. Digər bir yandan, film dediyiniz də eyniadlı yenisi nə vaxt çəkilər, yazılar o zaman da. Həm bəlkə onun qədər populyar olmayacaq? Bu hər yerdə belədir. Məsələn, elə filmlər var ki, inanmıram ki, o adda bir daha yenə nə vaxtsa film çəkilər. İstisna hallar xaric bu dəqiqləşdirmələrin yığışdırılmasını dəstəkləyirəm. Hörmətlə, Gadir (müzakirə) 21:51, 27 aprel 2023 (UTC)
Şəki Ensiklopediyası
Hörmətli həmkarlar, şəki ensiklopediyasının olduğunu bu gün bilmişəm. Proyektin kim tərəfindən yaradılması mənim üçün maraxlıdır amma daxil olduqda və qeydiyyatdan keçdikdə fəqli suallar çıxır və həmin suallara cavab verəndən sonra mərhələni addamaq olur. Ümumiyyətlə bu ensiklopediya əhəmiyyətli sayılır ya necə? onu aydınlaşdırmaq istəyərdim.
- Fikir verəndə aydın olur ki, əhəmiyyəti yüksək deyil, həmdə wikidataya inteqrasiya etmək olmur yaradılmış səhifəni. Rəvanə Qurbanova məqaləsinə nəzər yetirəndə fikir verdim ki, bu şəxsin Azərbaycan dili seqmentindədə məqaləsi mövcuddur. Rəvanə Qurbanova, şəxsin ensiklopedik olub və ya olmaması başqa bir mövzunun müzakirəsidir. Xahiş edirəm münasibət bildirəsiniz, fikirləriniz mənim üçün maraxlıdır.
E.Imanverified 07:05, 28 aprel 2023 (UTC)
- mən də ilk dəfə görəndə maraqlı gəlmişdi)) amma adi şəxsin təşəbbüsü ilə yaradılmış saytdır sadəcə, xüsusi önəmi yoxdur. misal üçün mən də bir sayt yaradıram, adın qoyuram Bakı Ensiklopediyası. hardasa 1 il əvvəl bir sayt görmüşdüm, sırf azvikiyə bənzədilib o da. bütün hər şey eyni. sadəcə domeni fərqlidir. onu da buradan məqaləsi silinən tiktokerlər, bloqqerlər orada məqaləsin yerləşdirir ki, guya vikipediyada məqaləsi var. üzərinə də tıklayanda real vikipediya açılırdı. hətta ilk dəfə mən də çaşmışdım ki, bu necə olur, linkdən daxil olanda məqaləsi açılır, amma vikipediyada axtaranda axtarışa çıxmır)) sonra gördüm fake vikipediyadır)) Atakhanli (müzakirə) 07:13, 28 aprel 2023 (UTC)
- Fake Vikipediya demək düzgün deyil. Viki texnologiyası əsasında yaradılmış saytdır. Hər kəs bu texnologiya ilə bu cür saytlar yarada bilər. Şəki ensiklopediyası çoxdan yaradılıb. Yaradıcısı da uzun müddət Azərbaycanca Vikipediyada mübahisələrə səbəb olmuş, daim bloklanan və inzibatçılardan gileylənən məşhur bir istifadəçimizdir (idi).— WhiteDem✪n 07:36, 28 aprel 2023 (UTC)
- @White Demon hörmətli həmkar, sizin yazdıqlarınız maraxlı məlumatlardır, mənim bu barədə məlumatım yox idi demək olar. Təşəkkürlər informasiya üçün. Təxmin elədim siz kimi nəzərdə tutursuz amma mən nəzərdə tutduğum adam özü inzibatçı idi elə — E.Imanverified 07:43, 28 aprel 2023 (UTC)
- Bu mövzu üzrə dəfələrlə müzakirə gedib. Hər yeni istifadəçi qarşısına bu sayt çıxdıqda mövzu açır. Lütfən daha önəmli mövzularla dolduraq KM-i. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 07:24, 28 aprel 2023 (UTC)
Məqalələrdə xarici keçidlər bölməsində təşkilat və ya şəxsin sosial hesabları keçidlərinə Verified ikonunun yerləşdirilməsi
salam, dəfələrlə şahidi olmuşam ki, xüsusən də eyni istifadəçilər təşkilat və ya şəxsin məqalələrində xarici keçidlər başlığında onun sosial şəbəkə hesablarına keçid verən zaman əgər ki, həmin profil təsdiqlənibsə (mavi tık-ı varsa) onun yanında Verified ikonu yerləşdirirlər. bu da düşünürəm ki, məqalənin görkəmin pozur. və ən maraqlısı bəzən isə bu simvol həmin şəxs və ya təşkilatın bu hesabların rəsmi hesabı olduğunu təsdiqləmək üçün istifadə olunur. (yəni, mavi tıkı olmasa belə bu işarə qoyulur). əslində buna nə gərək var? bununla bağlı xüsusi mövqe varmı? düşünürəm ki, hamısı yığışılmalıdır. Atakhanli (müzakirə) 10:34, 30 aprel 2023 (UTC)
- Razıyam. Gadir (müzakirə) 10:38, 30 aprel 2023 (UTC)
- Tam razıyam, qeyri-konstruktiv redaktələrdən biridir hesab edirəm.— E.Imanverified 11:20, 30 aprel 2023 (UTC)
- @Atakhanli, maraqlı nöqtəyə toxunmusunuz. Artıq, məncə, buna ehtiyac yoxdur bir çox sosial şəbəkədə mavi işarə pulla satılır. - Dr.Wiki54 (müzakirə) 12:34, 30 aprel 2023 (UTC)
- Heç linki əllə əlavə etməyə də ehtiyav yoxdur. Vikidataya əlavə edib məqaləyə {{Xarici keçidlər}} şablonunu əlavə etmək lazımdır. NMW03 (müzakirə) 15:08, 30 aprel 2023 (UTC)
- Var. {{Twitter}}, {{Instagram}} kimi şablonlar bu məqsədlər üçün nəzərdə tutulub. Qeyd etdiyiniz şablon mobil versiyada görünmür. Həmçinin paralel şəkildə hər iki metoddan da istifadə etmək olar. Gadir (müzakirə) 15:51, 30 aprel 2023 (UTC)
- bununla bağlı səsvermə edib (yəqin ki, hamı razı olacaq) və VP:SK-ya cümlə kimi əlavə etsək necə olar? Atakhanli (müzakirə) 12:55, 3 may 2023 (UTC)
- Olar, həmkar. Uyğundur, məncə. Gadir (müzakirə) 19:27, 17 may 2023 (UTC)
- bununla bağlı səsvermə edib (yəqin ki, hamı razı olacaq) və VP:SK-ya cümlə kimi əlavə etsək necə olar? Atakhanli (müzakirə) 12:55, 3 may 2023 (UTC)
- Var. {{Twitter}}, {{Instagram}} kimi şablonlar bu məqsədlər üçün nəzərdə tutulub. Qeyd etdiyiniz şablon mobil versiyada görünmür. Həmçinin paralel şəkildə hər iki metoddan da istifadə etmək olar. Gadir (müzakirə) 15:51, 30 aprel 2023 (UTC)