Xususi Daimikecid 7331110 - Wikipedia
Qadcetin defolt edilməsi
redaktəSalam hər kəsə. Təklif edirəm ki "İnzibatçıların, bürokratların və interfeys inzibatçılarının istifadəçi adlarının yanında hüquqlarının hərf şəklində göstərilməsi" qadcetini defolt olaraq hər kəsdə aktiv edək. Bu həm yeni istifadəçilərə kimin inzibatçı olub-olmadığını anlamaqda kömək edəcək, həm də qadcetdən xəbəri olmayan istifadəçilər xəbər tutmuş olacaq. İstəməyənlər nizamlamalardan söndürə biləcək qadceti. Nümunə üçün bu videoya baxa bilərsiniz. Nemoralis (müzakirə) 07:42, 29 sentyabr 2023 (UTC)
- Təklifi dəstəkləyirəm. Eminn (müzakirə) 14:23, 1 oktyabr 2023 (UTC)
- Lehinə. — Bikar müzakirə 14:28, 1 oktyabr 2023 (UTC)
- @Nemoralis mən də dəstəkləyirəm, amma, fikrimcə, F – interfeys inzibatçısı çıxarılmalıdır. Yalnız MediaViki fəzasını redaktə etmək üçündür. İnzibatçı kimi silmə, bloklama, hüquq vermə kimi funksiyaları yoxdur — Toghrul R (m) 06:59, 2 oktyabr 2023 (UTC)
- @Toghrul R, bürokratı da çıxaraq onda eyni məntiqlə Nemoralis (müzakirə) 20:02, 2 oktyabr 2023 (UTC)
- @Nemoralis xeyr, burada məntiq fərqlidir. İnterfeys sadəcə bir ad fəzasında istifadəyə icazə verir. Eynən "extendedconfirmed" istifadəçilərin eyni məntiqli səhifələlərdə redaktə edə bildiyi kimi. Həm də bu hüquq müvəqqətidir məndə. Yeri gəlmişkən, "F" hərfi niyə? Digərləri məntiqlidir, amma F-in xüsusi mənası var? MediaViki bayraqlarında adı elə gedirsə, inzibatçı da A olsun.
- Məndə təkcə "İ" hərfinin görünməsini istəyirəm. Yəqin ki, burada məcburiyyət yoxdur. — Toghrul R (m) 03:41, 3 oktyabr 2023 (UTC)
- @Toghrul R, bürokratı da çıxaraq onda eyni məntiqlə Nemoralis (müzakirə) 20:02, 2 oktyabr 2023 (UTC)
- Dəstəkləyirəm. məqsəd yeni istifadəçilərdə çaşqınlığı və bir növ aldadılmamağın qarşısını almaqdırsa məncə intefeys inzibatçısında da görünməlidir. əl yeri qoymayaq kiməsə. hamısı görünsün. kimsə də day deməsin mən ölkə nümayəndəsiyəm, mən vikinin baş adminiyəm filan. Atakhanli (müzakirə) 20:30, 2 oktyabr 2023 (UTC)
- Lehinə: — A.Aida88 (müzakirə) 10:36, 2 oktyabr 2023 (UTC)
- Dəstəkləyirəm və Toğrulun fikirləri ilə razıyam. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 19:58, 2 oktyabr 2023 (UTC)
- Lehinə: İnterfeys inzibatçılarında da görünsün. — surə m 20:38, 2 oktyabr 2023 (UTC)
- Salam, inzibatçıların iş bölgüsü bölməsi yoxa çıxıb. Bununla bağlı məlumat var? Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 00:25, 6 oktyabr 2023 (UTC)
- @Eldarado salam. Təqribən nə vaxtdan yoxa çıxıb? Məndə də görünmür. Kod dəyişilməyib — Toghrul R (m) 12:59, 6 oktyabr 2023 (UTC)
- Mən inzibatçı seçiləndən bəri elə bir şey gördüyümü xatırlamıram. Definitionsdakı
hidden
ilə əlaqəli ola bilər? Nemoralis (müzakirə) 13:01, 6 oktyabr 2023 (UTC)
- Mən inzibatçı seçiləndən bəri elə bir şey gördüyümü xatırlamıram. Definitionsdakı
- @Eldarado salam. Təqribən nə vaxtdan yoxa çıxıb? Məndə də görünmür. Kod dəyişilməyib — Toghrul R (m) 12:59, 6 oktyabr 2023 (UTC)
- Salam, inzibatçıların iş bölgüsü bölməsi yoxa çıxıb. Bununla bağlı məlumat var? Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 00:25, 6 oktyabr 2023 (UTC)
- Təxminən 2-3 həftə əvvəl görünürdü o səhifə. Xatırlayıram. Eminn (müzakirə) 13:42, 6 oktyabr 2023 (UTC)
- @Eldarado @Nemoralis @Eminn dəfələrlə cəhd etdim, amma görürəm ki, kod inzibatçılardan başqa hamıya görünür. Deyəsən, hansısa səhifənin sırf inzibatçılara görünməsində xəta var. "sysop-show" olan heç bir səhifə işləmir — Toghrul R (m) 14:52, 6 oktyabr 2023 (UTC)
- @Toghrul R, MediaViki:Sidebar-a şəklində əlavə edək bəlkə? Nemoralis (müzakirə) 17:26, 6 oktyabr 2023 (UTC)
<span class="sysop-show">Vikipediya:İnzibatçıların iş bölgüsü|İş bölgüsü</span>
- İnzibatçıların iş bölgüsü çox funksional idi. Görməli olduğum işlərin siyahısı əlimizin altında idi bir sözlə. Toghrul R zəhmət olmasa, mümkün olsa yenidən onun qaytarılmasına çalışardınız. Hörmətlə:— Baskervill | müzakirə 17:29, 6 oktyabr 2023 (UTC)
- Kodda dəyişikliklər etdim. "group-sysop-show"dur artıq classın adı. Anonim şəkildə test etdim işləyir. Biraz gözləyək Nemoralis (müzakirə) 17:45, 6 oktyabr 2023 (UTC)
- @Nemoralis "sysop show" işləmir. Heç qadcetdə class-sız sırf inzibatçıları seçəndə də alınmır. Başqa qruplar işləyir amma. Qəribədi — Toghrul R (m) 19:54, 6 oktyabr 2023 (UTC)
- Qiymətləndirmə səhifəsinə baxın. Orada da sırf inzibatçılar üçün nəzərdə tutulmuş düymələr var idi, görünmür. Məncə, Mediaviki problemidir. Çıxış edəndə görünür, daxil olanda itir. İnzibatçı qrupunu bir növ iqnor edir — Toghrul R (m) 19:58, 6 oktyabr 2023 (UTC)
- @Toghrul R qadcetləri söndürüb yoxlamısız? (Həmişə biz iqnor olunası deyilik ki))— Bikar müzakirə 20:04, 6 oktyabr 2023 (UTC)
- Qiymətləndirmə səhifəsinə baxın. Orada da sırf inzibatçılar üçün nəzərdə tutulmuş düymələr var idi, görünmür. Məncə, Mediaviki problemidir. Çıxış edəndə görünür, daxil olanda itir. İnzibatçı qrupunu bir növ iqnor edir — Toghrul R (m) 19:58, 6 oktyabr 2023 (UTC)
- @Nemoralis "sysop show" işləmir. Heç qadcetdə class-sız sırf inzibatçıları seçəndə də alınmır. Başqa qruplar işləyir amma. Qəribədi — Toghrul R (m) 19:54, 6 oktyabr 2023 (UTC)
- Kodda dəyişikliklər etdim. "group-sysop-show"dur artıq classın adı. Anonim şəkildə test etdim işləyir. Biraz gözləyək Nemoralis (müzakirə) 17:45, 6 oktyabr 2023 (UTC)
- İnzibatçıların iş bölgüsü çox funksional idi. Görməli olduğum işlərin siyahısı əlimizin altında idi bir sözlə. Toghrul R zəhmət olmasa, mümkün olsa yenidən onun qaytarılmasına çalışardınız. Hörmətlə:— Baskervill | müzakirə 17:29, 6 oktyabr 2023 (UTC)
- @Toghrul R, MediaViki:Sidebar-a
- @Eldarado @Nemoralis @Eminn dəfələrlə cəhd etdim, amma görürəm ki, kod inzibatçılardan başqa hamıya görünür. Deyəsən, hansısa səhifənin sırf inzibatçılara görünməsində xəta var. "sysop-show" olan heç bir səhifə işləmir — Toghrul R (m) 14:52, 6 oktyabr 2023 (UTC)
- Neçə vaxtdı normal işləyirdi, bu nədən sonra olduki belə? — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 21:34, 7 oktyabr 2023 (UTC)
- @Nemoralis məndə qadcet necəsə öz-özünə sönüb.(100%) — Bikar müzakirə 20:03, 10 oktyabr 2023 (UTC)
- Qadcet defolt olaraq təyin olundu. Nemoralis (müzakirə) 13:58, 16 oktyabr 2023 (UTC)
Fake article
redaktəHi, I found a pretty suspicious article and wanted to draw some attention to it: I checked several of the sources of Bilig Xalkarı and couldn't find any mention of "Bilig" in them. Could you please make sure whether or not this is just a fake article? Many thanks in advance, and all the best greetings. --Enyavar (müzakirə) 15:03, 7 oktyabr 2023 (UTC)
- Tarix sahəsində təcrübəli olan istifadəçiləri məqaləyə göz gəzdirməyə dəvət edirəm. Şiroi Akuma 06:32, 9 oktyabr 2023 (UTC)
- Məqalənin adı belə səhvdi. Məlumatlar kontektksdən çıxarılmış məluamtlara oxşuyur. Trvidə qaralamadan sonra hara yox olub tapa bilmədim. Məncə silinməlidir.— Bikar müzakirə 06:39, 9 oktyabr 2023 (UTC)
- saxta məqalədir, dərhal silirəm. --► Hörmətlə: SolaVirum 17:55, 9 oktyabr 2023 (UTC)
- Məqalənin adı belə səhvdi. Məlumatlar kontektksdən çıxarılmış məluamtlara oxşuyur. Trvidə qaralamadan sonra hara yox olub tapa bilmədim. Məncə silinməlidir.— Bikar müzakirə 06:39, 9 oktyabr 2023 (UTC)
Opportunities open for the Affiliations Committee, Ombuds commission, and the Case Review Committee
redaktəYou can find this message translated into additional languages on Meta-wiki.
Daha çox dil • Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edinHi everyone! The Affiliations Committee (AffCom), Ombuds commission (OC), and the Case Review Committee (CRC) are looking for new members. These volunteer groups provide important structural and oversight support for the community and movement. People are encouraged to nominate themselves or encourage others they feel would contribute to these groups to apply. There is more information about the roles of the groups, the skills needed, and the opportunity to apply on the Meta-wiki page.
On behalf of the Committee Support team,
Link-interwikinin düzgün işləməməsi
redaktəSalam, ILL şablonu işləmir. Göstərilən link-interwiki|az=|az_mətn=|başqa_dil=|başqa_dildə_başlıq= parametrləri səhv verir. Parametrlərin işləkliyinin bir daha yoxlanmasını təklif edirəm. Sondan Sonuncu (müzakirə) 10:29, 10 oktyabr 2023 (UTC)
- Mən bilən bizdə {{Tərcüməsiz 5}} istifadə olunur əsasən. ill şablonunu düzəldərəm indi. Nemoralis (müzakirə) 10:31, 10 oktyabr 2023 (UTC)
- @Sondan Sonuncu mənə bir şey maraqlı gəlir. Siz yeni qeydiyyatdan keçmisiniz amma fəaliyyətiniz illərin təcrübəsi varmış kimidir. Sirr deyilsə bunun nədənini deyə bilərsinizmi? — Khidirzada (müzakirə) 20:46, 10 oktyabr 2023 (UTC)
- Bundan 6-7 il öncə Vikipediyada fəaliyyətim olub. Həmin hesabın məlumatlarını itirmişəm deyə yeni hesabla geri qayıtmalı oldum. Ancaq hələ də bəzi şeyləri yadırğadığımı görürəm. Ümid edirəm, zamanla öyrənib mükəmməl vikipediyaçılardan biri ola bilərəm. Sondan Sonuncu (müzakirə) 07:17, 11 oktyabr 2023 (UTC)
- Nəsə lazım olarsa soruşa bilərsiniz. Adı yadınızda qalıbsa hesabı bərpa etməkdə kömək edə bilərəm. — Khidirzada (müzakirə) 07:40, 11 oktyabr 2023 (UTC)
- Bundan 6-7 il öncə Vikipediyada fəaliyyətim olub. Həmin hesabın məlumatlarını itirmişəm deyə yeni hesabla geri qayıtmalı oldum. Ancaq hələ də bəzi şeyləri yadırğadığımı görürəm. Ümid edirəm, zamanla öyrənib mükəmməl vikipediyaçılardan biri ola bilərəm. Sondan Sonuncu (müzakirə) 07:17, 11 oktyabr 2023 (UTC)
- @Sondan Sonuncu salam, o şablonu ən çox mən istifadə edirəm. Harda problem yaranır? Mən qoyduqlarım normaldı. — Bikar müzakirə 07:56, 11 oktyabr 2023 (UTC)
Səhifə addəyişdiricilərindən xahiş edirəm ki, bu səhifənin adını Feldyeger xidməti olaraq dəyişdirsinlər. Təşəkkürlər.— Patriot (müzakirə) 12:27, 15 oktyabr 2023 (UTC)
- (Uyğun müraciətlərinizi Vikipediya:Addəyişmə müraciətlərində edə bilərsiniz)— Bikar müzakirə 12:34, 15 oktyabr 2023 (UTC)
Şablonlar
redaktəSalam Viki icma. Məqalələrdə istfadə etdiyim istinad şablonları diqqətimi çəkir. Junral, xəbər, veb-sayt şablonları ingilis dilindədir. Bircə kitab şablonu Azərbaycan dilindədir. Düşünürəm ki, kitab şablonu kimi qeyd etdiyim şablonların tərcüməsini də etmək olar. A.Aida88 (müzakirə) 12:05, 16 oktyabr 2023 (UTC)
- A.Aida88, o kitab şablonu ruscadan tərcümə olunub və məncə istifadəsindən yayınmaq lazımdır. Xarici vikilərdən (əsas da türk) bilirəm ki, istinad şablonu lokal dildə olanda başqa dilə tərcümə vaxtı baş ağrısı yaranır. {{Kitab}} əvəzinə daha çox istifadə olunan {{cite book}} şablonu var. --► Hörmətlə: SolaVirum 14:05, 18 oktyabr 2023 (UTC)
- İstinad şablonlarının ingiliscə istifadə olunmasından yanayam. Azərbaycanca parametrlər qoyulmasına qarşı deyiləm, amma digər vikilərdən məqalə tərcümə edəndə (ru, yapon, en) asan olur adama. Şiroi Akuma 20:26, 18 oktyabr 2023 (UTC)
- Məncə də ingiliscə olmalıdı, amma bəzi məqalələrdə ruvikidən olduğu kimi kopyalanıb, parametrlərdə problem yaranır.— Bikar müzakirə 20:48, 18 oktyabr 2023 (UTC)
- İstinad şablonlarının ingiliscə istifadə olunmasından yanayam. Azərbaycanca parametrlər qoyulmasına qarşı deyiləm, amma digər vikilərdən məqalə tərcümə edəndə (ru, yapon, en) asan olur adama. Şiroi Akuma 20:26, 18 oktyabr 2023 (UTC)
- Eynən, məncə də ingiliscə olması yaxşıdır. Çünki əksər məqalələr ingiliscədən tərcümə edilir və istinadları asanlıqla buraya yerləşdirmək olur. Hörmətlə— eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:24, 19 oktyabr 2023 (UTC)
Review and comment on the 2024 Wikimedia Foundation Board of Trustees selection rules package
redaktəDear all,
Please review and comment on the Wikimedia Foundation Board of Trustees selection rules package from now until 29 October 2023. The selection rules package was based on older versions by the Elections Committee and will be used in the 2024 Board of Trustees selection. Providing your comments now will help them provide a smoother, better Board selection process. More on the Meta-wiki page.
Best,
Katie Chan
Chair of the Elections Committee
01:12, 17 oktyabr 2023 (UTC)
Samral ilə Baskervillə "qarşılıqlı əlaqə" blokunun tətbiq olunması
redaktəSalamlar. Neçə vaxtdır ki, aktiv istifadəçiləri yoran məsələlərdən biri @Baskervill ilə @Samral arasında söz-söhbətlərdir. Bu münaqişələr istifadəçiləri yorur, iki istifadəçi daim bir-birilərinə qarşı nəzakətsizlik edirlər. Birbaşa bloklama da həll yolu deyil. Ona görə də mən bu iki istifadəçiyə EnVikidə də tətbiq olunan qarşılıqlı əlaqə bloku (interaction block) praktikasını tətbiq etməyi təklif edirəm. EnVikidə də tətbiq olunan interaction block istifadəçilərin bir-biriləri ilə qarşılıqlı əlaqədə olmasını qadağan edən şifahi blokdur. Sözügedən iki istifadəçi aşağıdakılardan birini edərsə, xəbərdarlıq edilmədən bloklanır:
- iki istifadəçi bir-birilərinin istifadəçi və müzakirə səhifələrini redaktə edə bilməzlər
- müzakirələrdə bir-birilərinə reply edə, şərhlərini cavablandıra bilməzlər
- bir-birilərinin adını çəkə (mention atmaq) bilməzlər
- bir-birilərinin redaktələrini geri qaytara və ya poza bilməzlər
- Vikipediyanın istənilən yerində bir-birindən bəhs edən şərh yaza və bir-birilərinə xitab edə bilməzlər
- bir-birilərinə təşəkkür funksiyası ilə təşəkkür edə bilməzlər
Buna əsaslanaraq iki istifadəçiyə 3 ay müddətinə qarşılıqlı əlaqə blokunun tətbiq olunmasını və tərəflərdən birinin yuxarıda sadalanan müddəalardan birini hər dəfə pozduğu hər hal üçün həmin tərəfə 3 günlük blokun dərhal tətbiq olunmasını təklif edirəm. İnzibatçılar @Araz Yaquboglu, Babək Akifoğlu, Eldarado, Eminn, Nicat49, Qolcomaq, Solavirum, Sortilegus, Nemoralis, Atakhanli, Toghrul R, Turkmen, Wertuose, və digər aktiv istifadəçilər razıdırsa, sabahdan bu təklifi tətbiq edək ki, iki istifadəçi arasındakı münaqişələrə bir daha şahid olmayaq. Şiroi Akuma 00:20, 22 oktyabr 2023 (UTC)
- Hörmətli @White Demon, təşəkkür edirəm. Ən doğru təkliflərdən birini etmisiz. Təəssüf ki, bu qayda hələ dilimizə tərcümə edilib, təsdiqlənməyib amma tədbiq edilməsi ən doğru və uyğun qərar olacaq. Bu qədər boşluğumuz var ikən, iki istifadəçi üçün kifayət qədər zaman ayırmaq, müzakirələrini oxuyub dəyərlindirmə aparmaq, ümumi işə mane olur. Hər iki istifadəçi bir-birilərinə qarşı münasibətlərə son qoysa ümumi iş üçün daha xeyirli nəticə əldə etmək olar. Patriot (müzakirə) 08:01, 22 oktyabr 2023 (UTC)
- Təklif yaxşıdı amma biri yazacaq ki, "filankəs".. sonra gəl özünə sübut elə ki kimi nəzərdə tutub. Özləri də dərk eliyir ki, axırı birdəfəlik bloklanmaya gedir. Bunu da nəzərə almadan davam etmək istəyirlərsə əlimizdən nə gələr.— Bikar müzakirə 08:05, 22 oktyabr 2023 (UTC)
- Hörmətli @Bikar razıyam. Əgər istifadçilər bir-birinə müraciəti gizlətmək üçün, Kanadada yaşayan inzibatçı yaxud Kanadada yaşayan istifadəçi deyə müzakirə aparacaqsa daha sözüm yoxdur. Nə edə bilərik ki? Patriot (müzakirə) 08:13, 22 oktyabr 2023 (UTC)
- Çünki həqiqətən də mən hər iki istifadəçinin bloklanmasına qarşıyam. Bir neçə dəfə bunu bildirmişəm. İki istifadəçi də dəyərlidir. Patriot (müzakirə) 08:14, 22 oktyabr 2023 (UTC)
- hər nə olacaqsa, bu dəfə qərarı inzibatçılar öz müzakirəsində verməsin. ümumi icmanın rəyin alaq. mən də hər 2 istifadəçinin bloklanmasını istəmirəm, 2-si də dəyərlidir. amma belə də olmaz da, neçə aydır bu qədər camaat yığılıb 2 nəfərin arasındakı məsələni həll etməyə çalışır. yığılır-yığılır püskürür söhbət, sonra yenidən başlayır. sülhə bağlamağa çalışırsan görürsən ki, yo, alınmır. gözəl fəaliyyətləri var, böyük fayda verə bilərlər vikiyə, amma belə də nə edək, necə edək bilmirəm. Atakhanli (müzakirə) 08:43, 22 oktyabr 2023 (UTC)
- Yox, Kanadada yaşayan inzibatçı da yaza bilməzlər. Bir-birilərindən bəhs etməməyə hər şey daxildir burada. Şiroi Akuma 10:55, 22 oktyabr 2023 (UTC)
- Çünki həqiqətən də mən hər iki istifadəçinin bloklanmasına qarşıyam. Bir neçə dəfə bunu bildirmişəm. İki istifadəçi də dəyərlidir. Patriot (müzakirə) 08:14, 22 oktyabr 2023 (UTC)
- Hörmətli @Bikar razıyam. Əgər istifadçilər bir-birinə müraciəti gizlətmək üçün, Kanadada yaşayan inzibatçı yaxud Kanadada yaşayan istifadəçi deyə müzakirə aparacaqsa daha sözüm yoxdur. Nə edə bilərik ki? Patriot (müzakirə) 08:13, 22 oktyabr 2023 (UTC)
- Şərh: bu çözüm yolu deyil. Əvvəlki müşahidələrim o nəticəni çıxarmağa imkan verir ki, yənə dolayısı da olsa bir-birini qıcıqlandırıcı hərəkətlərə yol verəcəklər. Hər ikisinin blok olmasına qarşıyam, ancaq başqa çıxış yolu görmürəm. Hər ikisi yetişkin, Vikipediyada uzun müddət təcrübəsi olan istifadəçilərdir. Bilirəm ki, hər şeyi anlaqlı şəkildə edirlər. Son iri mübahisələrini hörmətli Patriot Koru barışdırıcı təklifi həll etmişdi. Ancaq bir müddət keçdikdən sonra mübahisə yenidən başladı. İnzibatçı Elvin Abbasov məqaləsini silməyə namizəd göstərdikdə qarşı tərəfin buna reaksiyasının necə olacağını təxmin edə bilərdi, amma məqaləni SNS-ə təqdim etdi (Əlbəttə ki, bunda ona qadağa qoymaq olmaz, Vikipediyanın adi proseduru idi). Və müzakirə yenidən qızışdı. Ən acınacaqlısı başqa istifadəçi və inzibatçılar da bu mübahisələrə qoşulur. Əməlli başlı qruplaşma müşahidə edilir. Hər ikisi ən azı 1 ay müddətində bloklanmalıdı. Başqa çıxış yolu görmürəm. — Tarixi Nadir (müzakirə) 10:27, 22 oktyabr 2023 (UTC)
- Mən bu təklifə razıyam. Hesab edirəm ki, söz-söhbətlər bitər. — Araz Yaquboglu (müzakirə) 11:54, 22 oktyabr 2023 (UTC)
- Dəstəkləyirəm. Mübahisələri kökündən həll edəcək bu qadağa. Yaxın vaxtlarda müvafiq qaydanı hazırlayıb müzakirəyə çıxardacam Nemoralis (müzakirə) 17:49, 22 oktyabr 2023 (UTC)
- White Demon, bunu ilk mən təklif etmişdim, amma qaydalarda yoxdur. Bu səbəbdən belə bir blokun tətbiq edilməsi düzgün deyil. --► Hörmətlə: SolaVirum 23:55, 22 oktyabr 2023 (UTC)
- Hər şeyin qaydalarda olması vacib deyil. Sırf bu iki istifadəçi üçün bu praktikanı tətbiq etməyi təklif etmişəm və konsensus varsa tətbiq oluna bilər. Bu, bu praktikanın AzVikidə tətbiq olunan ümumi praktika kimi qəbul olunduğu mənasına gəlmir. Şiroi Akuma 00:08, 23 oktyabr 2023 (UTC)
Qəbul edildi. Hər iki istifadəçinin müzakirə səhifəsinə xəbərdarlıqlar yerləşdirildi. Digər inzibatçılardan xahiş edirəm ki, iki istifadəçinin fəaliyyətinə nəzarət etsinlər və müddəalardan birinin pozulması halında bloku dərhal tətbiq etsinlər.— Şiroi Akuma 18:23, 22 oktyabr 2023 (UTC)
- Sonrakı addım kimi bir-birilərinin yaratdığı məqalələri SNS-ə çıxarmaq kimi görürəm. Ya da məqalələrə "azərbaycanca deyil" şablonu əlavə eləmək. Biz də düşək lüğətin canına ki, bu söz hansı dildədi. Ümid eliyək ki, yanılan mən olum.— Bikar müzakirə 18:41, 22 oktyabr 2023 (UTC)
- Dünən başladılan müzakirənin bu gün tələm-tələsik formada müzakirə edilməsi və qəbul edilməsi yolverilməzdir. İstifadəçi yazı tərzi ilə kobudluq edib və müvafiq qaydaları pozub. Söhbət kimisə bezdirməkdən getmir, istifadəçi qaydaları pozub və heç kim bundan danışmaq istəmir. Əgər mən belə bir şərh yazmış olsaydım bəzi inzibatçılar məni bloklamaq üçün məmuniyyətlə hərəkətə keçərdilər. Ədalətli olmaq lazımdır. — Baskervill ☼ - De Gəlsin ! 18:46, 22 oktyabr 2023 (UTC)
- @Baskervill pozduğunuz qaydalardan danışmayacam, başqa şeyləri də nəzərə almıram. Bu yazdığınız "bəzi inzibatçılar"-ı necə başa düşək? 15 inzibatçımız, hamısı ədalətli deyil deyək? — Bikar müzakirə 18:52, 22 oktyabr 2023 (UTC)
- Bikar sizcə istifadəçi həmin şərhi ilə Nəzakət qaydalarının XI bəndini pozmayıb ? Mən hansı qaydaları pozmuşam ? Zəhmət olamsa fakt, sübut təqdim edin. Hörmətlə:— Baskervill ☼ - De Gəlsin ! 18:56, 22 oktyabr 2023 (UTC)
- "istifadəçi" deyərək 30 dəqiqə əvvəl tətbiq olunmuş qadağanı pozursunuz @Baskervill. Yaddan çıxartmayın ki qadağa çərçivəsində istifadəçidən heç cürə bəhs edə bilməzsiniz. Nemoralis (müzakirə) 18:59, 22 oktyabr 2023 (UTC)
- Məncə istifadəçi qaydanın həmin bəndini pozub, siz də həmin istifadəçiyə qarşı nəzakət qaydalarını N dəfə pozmusuz(təkcə ona qarşı yox). Hər hansı ciddi tədbir görülmür, başqa görüləndə də razılaşmırsız. Samral qaydanı bloklanacaq dərəcədə pozmuşdusa tərəfsiz bildiyiniz inzibatçını dəvət edərdiz, blok tətbiq edərdi.— Bikar müzakirə 19:02, 22 oktyabr 2023 (UTC)
- Baskervill icma dirənib qayda qəbul edir ki, sizlə Samral ünsiyyətdə olmayın, nə də o sizinlə, amma siz də bir tərəfdən dirəşirsiniz ki, Samralı bloklatdırasanız. Yekunlaşdırın da artıq. --► Hörmətlə: SolaVirum 23:57, 22 oktyabr 2023 (UTC)
- Bloklamaq çarə deyil. Hər dəfəsində az.viki itki verir. Hər ikisi də təcrübəli istifadəçidir. Gün ərzində n sayda redaktələr edirlər. Bunun başqa çıxış yolu olmalıdır. Düşünürəm ki, bir müddət müzakirələrdə iştiraklarına qadağa qoyula bilər. Bloklanmağa qarşıyam. — A.Aida88 (müzakirə) 19:24, 23 oktyabr 2023 (UTC)
- Baskervill icma dirənib qayda qəbul edir ki, sizlə Samral ünsiyyətdə olmayın, nə də o sizinlə, amma siz də bir tərəfdən dirəşirsiniz ki, Samralı bloklatdırasanız. Yekunlaşdırın da artıq. --► Hörmətlə: SolaVirum 23:57, 22 oktyabr 2023 (UTC)
- Bikar sizcə istifadəçi həmin şərhi ilə Nəzakət qaydalarının XI bəndini pozmayıb ? Mən hansı qaydaları pozmuşam ? Zəhmət olamsa fakt, sübut təqdim edin. Hörmətlə:— Baskervill ☼ - De Gəlsin ! 18:56, 22 oktyabr 2023 (UTC)
- @Baskervill pozduğunuz qaydalardan danışmayacam, başqa şeyləri də nəzərə almıram. Bu yazdığınız "bəzi inzibatçılar"-ı necə başa düşək? 15 inzibatçımız, hamısı ədalətli deyil deyək? — Bikar müzakirə 18:52, 22 oktyabr 2023 (UTC)
- Dünən başladılan müzakirənin bu gün tələm-tələsik formada müzakirə edilməsi və qəbul edilməsi yolverilməzdir. İstifadəçi yazı tərzi ilə kobudluq edib və müvafiq qaydaları pozub. Söhbət kimisə bezdirməkdən getmir, istifadəçi qaydaları pozub və heç kim bundan danışmaq istəmir. Əgər mən belə bir şərh yazmış olsaydım bəzi inzibatçılar məni bloklamaq üçün məmuniyyətlə hərəkətə keçərdilər. Ədalətli olmaq lazımdır. — Baskervill ☼ - De Gəlsin ! 18:46, 22 oktyabr 2023 (UTC)
Arbitraj Komitəsinin fəaliyyətini bərpa etmək.
redaktəSalam son zamanlar Azvikipediyada baş verən prosesləri və qayda pozuntularını nəzərə alaraq təklif edirəm ki Arbitraj Komitəsini yenidən quraq və fəaliyyət göstərsin. Qeyd edim ki bir neçə digər dillərdə olan vikipediyada fəaliyyət göstərir həm də efektivdir. Arbitraj Komitəsi fəaliyyət göstərərsə işlər qaydasında gedər. İcmanın fikri maraqlıdır. Hörmətlə: Sahil ;) (müzakirə) 11:07, 17 oktyabr 2023 (UTC)
- "Quraq və fəaliyyət göstərsin"lə iş bitmir. Azərbaycanca Vikipediyada əksər mövzularla bağlı tənzimləmələr, qaydalar mövcud deyil. Qaydalar olmadan necə fəaliyyət göstərəcək? Nemoralis (müzakirə) 11:10, 17 oktyabr 2023 (UTC)
- @Nemoralis Sözsüz qaydalar da tərtib etmək lazım olacaq bunu da müzakirə gedişatında icmadan müsbət fikrlər əldə olunduqdan sonra digər dillərə nəzər yetirərək hazırlamaq olar - Sahil ;) (müzakirə) 11:13, 17 oktyabr 2023 (UTC)
- Lazım olacaq yox olunmalıdır. Marağınız varsa hazırlamağa başlaya bilərsiniz. Mən özüm neçə dənə qaydanı hazırlayıb, səsverməyə çıxardıb qəbul etdirmişəm. Siz də edə bilərsiniz. Əsas qaydalar olmadan AK və ya ona bənzər institutun yaradılması məntiqli deyil. Sortilegusun 7 il əvvəl yazdıqları hələ də aktualdır. Nemoralis (müzakirə) 11:18, 17 oktyabr 2023 (UTC)
- @Nemoralis Sözsüz qaydalar da tərtib etmək lazım olacaq bunu da müzakirə gedişatında icmadan müsbət fikrlər əldə olunduqdan sonra digər dillərə nəzər yetirərək hazırlamaq olar - Sahil ;) (müzakirə) 11:13, 17 oktyabr 2023 (UTC)
- Qaydalarda boşluqlar olduğu halda,(qaydalar mövcudd olmadığı halda) heç bir mənası yoxdu.— Bikar müzakirə 11:21, 17 oktyabr 2023 (UTC)
- Son hadisələrdən sonra yaradılmasını şiddətlə dəstəkləyirəm. İnzibatçılar göz görə görə təhqirə göz yumurlarsa son qərarı verəcək bir komitə lazımdır. 7 il əvvəlki fikir 7 il əvvələ aiddir. Kifayət qədər böyümüş bir icmamız var artıq. Lakin qaydalara ciddi şəkildə əl gəzdirilməlidir. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:21, 19 oktyabr 2023 (UTC)
- @Bikar və @Eldarado, 7 il əvvəl bu şeyin əsas təşəbbüskarı olmuş biri kimi deyim ki, məncə heç bir effekti olmayacaq. Bilirsiz niyə? Çünki biz o komitəyə nə Marsdan-Yupiterdən, nə də başqa bir vikidən istifadəçi gətirməyəcik ki, düzdü? Yenə öz aramızdan seçməliyik də. Problemlər də bizdən, bizim viki-icmadan qaynaqlanırsa, deməli bu AK-də də eyni və ya oxşar problemlər olacaq da. samral müzakirə 07:36, 21 oktyabr 2023 (UTC)
- Son hadisələrdən sonra yaradılmasını şiddətlə dəstəkləyirəm. İnzibatçılar göz görə görə təhqirə göz yumurlarsa son qərarı verəcək bir komitə lazımdır. 7 il əvvəlki fikir 7 il əvvələ aiddir. Kifayət qədər böyümüş bir icmamız var artıq. Lakin qaydalara ciddi şəkildə əl gəzdirilməlidir. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:21, 19 oktyabr 2023 (UTC)
Sual, məqalə bərpası
redaktəBir neçə il öncə Nəzakət Məmmədova səhifəsi silinmişdi. Şəxsin ensiklopedikliyi şübhəli idi. Bu gün şəxs Rusiyaya casusluq ittihamı ilə həbs olunub. İctimai fikirdə rezonans doğurub və KİV-də məsələ geniş işıqlandırılıb. Haqqında neytral mənbələrin rəyləri mövcuddur. Həmçinin xatırladığım qədərilə bu uzun illərdən sonra Rusiya casusluq ittihamı ilə saxlanılan ilk şəxsdir. Casusluğun hansı səviyyədə olduğunu bilmirəm, amma bu halın özü onu ensiklopedik edirmi? Və yaxud məqaləsi bərpa oluna bilərmi? İcma üzvlərinin fikirləri maraqlıdır — Tarixi Nadir (müzakirə) 19:29, 20 oktyabr 2023 (UTC)
- Mənim fikirimcə ensiklopedik sayıla bilər. Haqqında kifayət qədər mənbə var. Patriot (müzakirə) 20:16, 20 oktyabr 2023 (UTC)
- @En Merker, mən o xanımı əvvəlcə mediadan, sonra da Facebook üzərindən qiyabi (virtual) tanıyıram. Məncə əgər həbs olunana qədər 50 faiz ensiklopedik idisə, yəni ensiklopedikliyi mübahisəli idisə, artıq birmənalı olaraq 100 faiz ensiklopedikdir. samral müzakirə 07:32, 21 oktyabr 2023 (UTC)
Şərh: White Demon zəhmət olmasa bərpa edərdiniz, əlavələr edib müzakirə edərdik. — Tarixi Nadir (müzakirə) 09:15, 21 oktyabr 2023 (UTC)
- lütfən sualımı yanlış anlamayın. tam olaraq niyə ensiklopedik hesab edirik? vətənə xəyanət edən ensiklopedik olur? Atakhanli (müzakirə) 09:43, 21 oktyabr 2023 (UTC)
- Bir politoloq kimi adı bir çox mənbələrdə keçirdi. İndi isə politoloq kimi fəaliyyət göstərdiyi bir ölkədə casusluqda ittiham olunursa bu əhəmiyyətli hadisədir. Konkret casusluq fəaliyyəti ilə bağlı detallar ortaya çıxsa bu hadisə skandala da çevrilə bilər. Patriot (müzakirə) 11:01, 21 oktyabr 2023 (UTC)
Şərh: Atakhanli vətənə xəyanəti məhkəmədə sübut edilməyib. Bu ittiham tezdir hələ. Casus şübhəsi ilə saxlanılıb. Hadisə geniş rezonans doğurub, bu nəzərdə tutulur. Belə hallara aid digər dillərdə məqalələr var. — Tarixi Nadir (müzakirə) 11:05, 21 oktyabr 2023 (UTC)
- Sözsüz ki, ensiklopedikdir. Elə bir esse vardı envikidə. Məsələn, ensiklopedik olmayan bir şəxs haqqında məqaləni silmişdilər, bir neçə il sonra həmin şəxs "Nobel" mükafatı almışdı deyə ensiklopedik olmuşdu. --► Hörmətlə: SolaVirum 23:59, 22 oktyabr 2023 (UTC)
Hüquq
redaktəSalam. Fəaliyyətimə göz gəzdirsəz, "rollback eləməkdən birtəhər olduğumu" görə bilərsiz. Bu vandalizmlərin böyük hissəsi İP ünvanlarından gəlir və təkrarlanır. Bu barədə əvvəl də başlıq açmışdım. Və oxşar bir neçə başlıq da açılıb. Vikiyə İP bloklarının bloklanması üçün hüquq lazımdı. Yalnız vandalizmlə mübarizə aparmaq üçün inzibatçı seçilməyi düzgün hesab etmirəm. İP-lərin fəaliyyətini birdəfəlik məhdudlaşdırmaq istəmirsinizsə alternativ həll yolu olmalıdı.— Bikar müzakirə 19:30, 18 oktyabr 2023 (UTC)
- bunun əsas səbəbi istifadəçilərin öz hüququndan istifadə etməməsidir. baxsan çoxunda patrul, rolbak var. amma istifadə edən yoxdur. Atakhanli (müzakirə) 03:26, 19 oktyabr 2023 (UTC)
- Salam dəyərli həmkarlar. Xatırlayırsınızsa məndə belə bir müzakirə açmışdım. İp üzərindən edilən redaktələrin bir çıxış yolu olaraq qarşısının almasının bir metodunun tapılmasını qeyd etmişdim. Patrul, rolbaker və s. çıxış yolu deyil — A.Aida88 (müzakirə) 19:02, 23 oktyabr 2023 (UTC)
Link
redaktəSalam. Bəzi məqalələrdə PDF-lərə keçidlər və ya istinad kimi hər hansı sayt verilib. İndi həmin sayt başqa əlaqəsiz sayta yönləndirmə verir.(bəzilərinin arxivi var) Belə hallarda nə edək?(indi bu sayt qabağıma çıxdı, yəqin ki başqaları da var) Nümunə: Qaçaq Nəbinin tarixi (kitab), "Bəhlu Bəhcət. Qaçaq Nəbinin tarixi" keçidi — Bikar müzakirə 08:18, 24 oktyabr 2023 (UTC)
- Onları çıxarmaq lazımdır. Şiroi Akuma 15:52, 24 oktyabr 2023 (UTC)
- @White Demon, məncə heç də konstruktiv bir məsləhət vermirsiz. @Bikar, qeyd etdiyiniz üçün təşəkkürlər, həll etdim. samral müzakirə 05:07, 25 oktyabr 2023 (UTC)
- Arxiv linkini yoxlamaq ağlıma gəlmədi, həll etdiyin üçün təşəkkürlər. Şiroi Akuma 19:53, 25 oktyabr 2023 (UTC)
- @White Demon, məncə heç də konstruktiv bir məsləhət vermirsiz. @Bikar, qeyd etdiyiniz üçün təşəkkürlər, həll etdim. samral müzakirə 05:07, 25 oktyabr 2023 (UTC)
Yeni Nəzakət qaydaları
redaktəHərkəsə salam. Nəzakət qaydalarının yeni versiyasını işləmişəm və müvafiq səsvermədən öncə həmişə etdiyim kimi müzakirəyə çıxarıram: İstifadəçi:Nemoralis/Qaralama 3. Fikirləriniz maraqlıdır. Qeyd edim ki əvvəlki qayda 12 il əvvəl hazırlanıb və daha sonra 2018-ci ildə 1-2 söz dəyişdirilərək qəbul edilib. Həmin səsvermədə @Melikov Memmed haqlı olaraq qaydadakı boşluqları bildirib hansı ki həmin boşluqların nəticələrini tez-tez görürük. Nəzakət qaydaları artıq bəzi istifadəçilər tərəfindən silah olaraq istifadə olunmağa başlanılıb. Kimin yazdığı kiməsə xoş gəlmirsə asan şəkildə deyə bilir ki bu şəxs mənə nəzakətsiz davranıb, bloklansın. Hazırladığım prinsip İngiliscə Vikipediyadan təsirlənib və bizdəki mübahisələri azaldacağını ümid edirəm. Nemoralis (müzakirə) 12:25, 17 oktyabr 2023 (UTC)
- bunu səsvermə səhifəsinə keçirmək lazım deyil? Belə, lehinəyəm qəbul edilməsinin. --► Hörmətlə: SolaVirum 13:41, 18 oktyabr 2023 (UTC)
- Haqlı olaraq burada müzakirəyə çıxarıb, müəyyən müddət müzakirə olunduqdan sonra səsverməyə çıxarılmalıdır. Fikirlərimi bir neçə gün içərisində qeyd edəcəyəm. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:15, 19 oktyabr 2023 (UTC)
- Səsverməni başlatdım. Digər istifadəçilərin də qoşulması üçün bu müzakirənin səsvermə bitməyənə qədər arxivləşdirilməməsi məsləhətdir. — Turkmen müzakirə 06:11, 30 oktyabr 2023 (UTC)
Səsvermələrdə "səs ovçuluğu"nun qarşısını almaq üçün əlavə
redaktəSalamlar! Bir müddət öncə səsvermələrdəki baryeri qaldırdıq. Hazırda 500 redaktə etmiş istifadəçi səsvermə hüququna malikdir. Təklif edirəm əlavə bir təkmilləşdirmə də aparaq. Belə ki, istifadəçinin həmin 500 redaktəsi daxilindəki 75 redaktəsi "Vikipediya müzakirəsi" fəzasında olsun. Yəni bu istifadəçi ən azından müzakirələrdə iştirak etmiş olmalıdır ki, ortaya qoyduğu mövqe də sağlam olsun. Təbii ki, rəqəm dəyişə də bilər. Turkmen müzakirə 18:51, 18 oktyabr 2023 (UTC)
- Salam. Səs ovçuluğunun qarşısını almaq üçün atılan addımı dəyərləndirirəm, amma bu həll yolu deyil. Çox mənasız müzakirələrlə qarşılaşacıq, məqaləni redaktə eləmək əvəzinə, problemi müzakirə səhifəsində yazacaqlar, adlandırmalar təklif edəcəklər. Səsvermədən kənar bütün müzakirələr(əlçatan yerlərdə) "mən də elə düşünürəm" tipli şərhlərə məruz qalacaq.— Bikar müzakirə 18:58, 18 oktyabr 2023 (UTC)
- Türkmən bəyin fikiri məncə faydalı ola bilər, amma Bikarın da dediklərində haqq var. ehtimal edirəm. əslində 500 redaktə aşırı azdır. bu sayı çoxaldaq. və avtomatlaşdırıcı redaktələri bura qatmayaq. amma onda da bir sözdə neçə hərf dəyişdirib redaktə edəcəklər. Atakhanli (müzakirə) 03:23, 19 oktyabr 2023 (UTC)
- @Atakhanli @Bikar, bundan əvvəl həddi 500 redaktə etdiyimizə görə indi artıq müəyyən bir minimallaşmanı görə bilirik. Təklif edirəm hələ ki, redaktə sayına dəyməyək. 500 olaraq qalsın. Müəyyən bir nəticə ala bilməsək yenə artırarıq. Məncə ad fəzasının əlavəsi də, əlavə minimallaşmaya gətirib çıxaracaq. Qaydalarla bağlı düşünürürəm ki, bu gün 1 addım atmasaq, gələcəkdə məcbur 5 addım atmalı olacağıq və bu da əlavə problemlərə gətirib çıxaracaq. İndidən bacardıqca təkmilləşdirmələrə getməliyik. Turkmen müzakirə 04:55, 19 oktyabr 2023 (UTC)
- Hörmətli @Turkmenin fikirlərinə qatılıram. Hətta 75 yox 100 redaktə təklif edirəm. Patriot (müzakirə) 08:12, 19 oktyabr 2023 (UTC)
- @Patriot Korla razıyam. 100 olsun. samral müzakirə 03:35, 20 oktyabr 2023 (UTC)
- @Patriot Kor, @Samral, əslində mən də ilk dəfədən 100 düşünürdüm. Sonra fikirləşdim ki, ilk dəfə üçün bu rəqəm çoxdur. Çünki bu təklif qəbul edilsə, ilk dəfə belə bir bənd artırılacaq. Ona görə 50 və 100 arasında orta rəqəm tutdum ki, bənd artırandan sonra effekt verməsə baryeri yenidən qaldıraq. Məsələn, gələcəkdə viki böyüdükcə baryeri 1.000 redaktəyə qaldırıb, viki fəzasında 200 redaktə etmək olar. Turkmen müzakirə 06:45, 21 oktyabr 2023 (UTC)
- @Patriot Korla razıyam. 100 olsun. samral müzakirə 03:35, 20 oktyabr 2023 (UTC)
- Hörmətli @Turkmenin fikirlərinə qatılıram. Hətta 75 yox 100 redaktə təklif edirəm. Patriot (müzakirə) 08:12, 19 oktyabr 2023 (UTC)
- @Atakhanli @Bikar, bundan əvvəl həddi 500 redaktə etdiyimizə görə indi artıq müəyyən bir minimallaşmanı görə bilirik. Təklif edirəm hələ ki, redaktə sayına dəyməyək. 500 olaraq qalsın. Müəyyən bir nəticə ala bilməsək yenə artırarıq. Məncə ad fəzasının əlavəsi də, əlavə minimallaşmaya gətirib çıxaracaq. Qaydalarla bağlı düşünürürəm ki, bu gün 1 addım atmasaq, gələcəkdə məcbur 5 addım atmalı olacağıq və bu da əlavə problemlərə gətirib çıxaracaq. İndidən bacardıqca təkmilləşdirmələrə getməliyik. Turkmen müzakirə 04:55, 19 oktyabr 2023 (UTC)
- Türkmən bəyin fikiri məncə faydalı ola bilər, amma Bikarın da dediklərində haqq var. ehtimal edirəm. əslində 500 redaktə aşırı azdır. bu sayı çoxaldaq. və avtomatlaşdırıcı redaktələri bura qatmayaq. amma onda da bir sözdə neçə hərf dəyişdirib redaktə edəcəklər. Atakhanli (müzakirə) 03:23, 19 oktyabr 2023 (UTC)
- Səs ovçuluğunun problemi redaktə sayında deyil ki. Məsələn, baxırsan ki, istifadəçi aktiv istifadəçi olub, çox müzakirələrdə iştirak edib, 5 mindən çox redaktəsi var, amma sonra passivləşib, 2-3 ildir ki, ayda 2-3 redaktə edib çıxır gedir, müzakirələrdə də yoxdur. Belə istifadəçi qəlib qəfildən səs verəndə başa düşürsən ki, kimsə dəvət edib deyə gəlib. Amma sübut olmur. Səsini də ləğv edə bilmirsən, qaydalara görə. Ona görə ən salamatı səsvermə hüququ üçün son 30 gündə redaktəsi olan bəndini son 15 gündə 5 redaktəsi olan ilə əvəz edək. Şiroi Akuma 21:14, 20 oktyabr 2023 (UTC)
- @White Demon əslində bundan əvvəlki müzakirədə 30 gün intervalı 15 günə endirilib. Hazırda 15 gün müddətidir. Amma redaktə sayı yoxdur. Amma yenə də məntiqli fikirdir. 15 günə 5 redaktə artıra bilərik. Turkmen müzakirə 06:47, 21 oktyabr 2023 (UTC)
- Səs ovçuluğuna qarşı bütün məntiqli təklifləri dəstəkləyirəm. @Turkmen əgər siz də elə 100 düşünmüşdünüzsə məncə elə 100 edək. @White Demon əlbətdə bu tədbirin də bir işə yaramayacağını bilirik. Amma bunu ovçuluq məsələsi ilə bağlı kiçik də olsa ümumi bir mübarizə hesab etmək olar. Təsiri olacaq az da olsa. Və düşünürəm ki, elə sizin son təklifiniz də çox ağılabatandır. Bunu da tədbiq edək. Bu kimi bütün tədbirlərin təsirsiz ötüşməyəcəyinə əminəm. Patriot (müzakirə) 06:53, 21 oktyabr 2023 (UTC)
- Razıyam. Məncə də @White Demonun dediyini də edək. Yəni iksini də. Həm 100 redaktə, həm də son 15 gündə azı 5 redaktə. samral müzakirə 07:29, 21 oktyabr 2023 (UTC)
- Səsvermə başlatdım. @Bikar, @Atakhanli,@Patriot Kor,@Samral,@White Demon fikirləriniz əlavə edildi. Diqqətiniz üçün təşəkkürlər. Digər istifadəçilərin də qoşulması üçün bu müzakirənin səsvermə bitməyənə qədər arxivləşdirilməməsi məsləhətdir. Turkmen müzakirə 09:31, 21 oktyabr 2023 (UTC)
- ən yaxşısı belə edək: müzakirə başlayandan 10 gün əvvəl. çünki onda da 5 gün gözləyəcək. 5 gün sonra gəlib səs verəcək. Atakhanli (müzakirə) 09:44, 21 oktyabr 2023 (UTC)
- amma bir az da mənasızdıre. mən edit filan etməyəndə də çox vaxt SNSni KMni filan aktiv izləyirəm. indi fikir gəlib bildirməyim ki, 5 gün redaktəm olmayıb? məncə yaxşı fikir deyil. Atakhanli (müzakirə) 09:46, 21 oktyabr 2023 (UTC)
- indi mən demək olar gündəlik vikiyə girən adamamda. elələri var edit filan gündəlik etmir, amma vikini aktiv izləyir. girir, fəaliyyətdədir Atakhanli (müzakirə) 09:47, 21 oktyabr 2023 (UTC)
- @Atakhanli 5 redaktə elədə çox deyil axı. Turkmen müzakirə 09:56, 21 oktyabr 2023 (UTC)
- Ümumi redaktə sayın artıraq o heç. Amma mənim demək istədiyimdəki Məsələ aktivliyidir o adamın. Misal adamın 5k redaktəsi var. Amma gəlib səs ovuna. Fakt heç vikidə filan deyildi. Link atılıbki gəl səs ver. Atakhanli (müzakirə) 10:13, 21 oktyabr 2023 (UTC)
- @Atakhanli 5 redaktə elədə çox deyil axı. Turkmen müzakirə 09:56, 21 oktyabr 2023 (UTC)
- indi mən demək olar gündəlik vikiyə girən adamamda. elələri var edit filan gündəlik etmir, amma vikini aktiv izləyir. girir, fəaliyyətdədir Atakhanli (müzakirə) 09:47, 21 oktyabr 2023 (UTC)
- amma bir az da mənasızdıre. mən edit filan etməyəndə də çox vaxt SNSni KMni filan aktiv izləyirəm. indi fikir gəlib bildirməyim ki, 5 gün redaktəm olmayıb? məncə yaxşı fikir deyil. Atakhanli (müzakirə) 09:46, 21 oktyabr 2023 (UTC)
- ən yaxşısı belə edək: müzakirə başlayandan 10 gün əvvəl. çünki onda da 5 gün gözləyəcək. 5 gün sonra gəlib səs verəcək. Atakhanli (müzakirə) 09:44, 21 oktyabr 2023 (UTC)
Hər kəsə salamlar. Bu qaydaya nəzər yetirməyinizi xahiş edirəm. Fikirləriniz, əlavə və təklifləriniz dəyərlidir. Daha sonra səsverməyə çıxara bilərik.— Patriot (müzakirə) 08:16, 21 oktyabr 2023 (UTC)
- Təşəkkürlər qaydanı hazırladığınız üçün. Səsverməyə çıxara bilərik məncə. Nemoralis (müzakirə) 09:32, 21 oktyabr 2023 (UTC)
- bir az daha genişləndirək, daha dəqiqləşdirək çıxaraq. Atakhanli (müzakirə) 09:42, 21 oktyabr 2023 (UTC)
- @Atakhanli təklifləriniz maraqlıdır. Patriot (müzakirə) 09:45, 21 oktyabr 2023 (UTC)
- @Atakhanli, @Nemoralis, @Eldarado, @Toghrul R, @Araz Yaquboglu, @White Demon, @Solavirum və digər aktiv istifadəçilər. Bu qaydaya göz gəzdirib, fikir bildirməyiniz vacibdir. Təşəkkürlər. Patriot (müzakirə) 06:12, 24 oktyabr 2023 (UTC)
- Böhtan deyəndə dəqiq olaraq nə nəzərdə tutulur? Məsələn, mən yazsam ki, "filankəs 7 nəfəri öldürüb, seriyalı qatildi" amma mənbəsini qoymasam, bu, böhtan sayılır? Şiroi Akuma 20:56, 24 oktyabr 2023 (UTC)
- Hörmətli @White Demon xeyir sizin dediyiniz yəqin ki, yalnış məlumat sayılar. Məsələn hər hansı həkimin məqaləsində, mənbəsiz və ya etibarsız mənbə ilə, Filankəs Filankəsovun səhvi ucbatından 7 nəfər ölüb və ya hər hansı şirkət məqaləsində Filan şirkət, filan layihədə işçiləri istismar edib, üstəlik görükləri iş standartdan kənardır və ya Filankəs, filanıncı ildə, küçədən keçərkən mənə baxıb məni söydü kimi cümlələr birbaşa böhtan sayılır. Qaydanın digər dillərindəki açıqlamalarına baxsanız orda da bu cürdür: demək olar ki, qısa və konkret cümlələrdən ibarət qaydadır. Patriot (müzakirə) 21:17, 24 oktyabr 2023 (UTC)
- Böhtan deyəndə dəqiq olaraq nə nəzərdə tutulur? Məsələn, mən yazsam ki, "filankəs 7 nəfəri öldürüb, seriyalı qatildi" amma mənbəsini qoymasam, bu, böhtan sayılır? Şiroi Akuma 20:56, 24 oktyabr 2023 (UTC)
- @Atakhanli, @Nemoralis, @Eldarado, @Toghrul R, @Araz Yaquboglu, @White Demon, @Solavirum və digər aktiv istifadəçilər. Bu qaydaya göz gəzdirib, fikir bildirməyiniz vacibdir. Təşəkkürlər. Patriot (müzakirə) 06:12, 24 oktyabr 2023 (UTC)
- @Atakhanli təklifləriniz maraqlıdır. Patriot (müzakirə) 09:45, 21 oktyabr 2023 (UTC)
- Qaydanın tərtibi üçün müəllifə təşəkkür edirəm. Müzakirənin sonunda səsverməyə çıxarmaq olar. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 02:47, 29 oktyabr 2023 (UTC)
- @Eldarado məncə başladaq səsverməni. Artıq 10 gündür ki, gözləyir onsuzda. Problemi yoxdursa başladım mən. Turkmen müzakirə 06:04, 30 oktyabr 2023 (UTC)
- bir az daha genişləndirək, daha dəqiqləşdirək çıxaraq. Atakhanli (müzakirə) 09:42, 21 oktyabr 2023 (UTC)
- Səsverməni başlatdım. Digər istifadəçilərin də qoşulması üçün bu müzakirənin səsvermə bitməyənə qədər arxivləşdirilməməsi məsləhətdir.— Turkmen müzakirə 08:04, 1 noyabr 2023 (UTC)
Bürokrat adı
redaktəHörmətli vikipediyaçılar. Bir xeyli vaxt idi Bürokrat adının həmin statusu daşıyan istifadəçilərin icra etdikləri vəzifələrlə uzlaşmadığını düşünürdüm. Bu gün bir az araşdırdım və fikirləşdim. Alternativ variantlar ağlıma gəldi. Azərbaycan dilinin izahlı lüğətində bu sözün açıqlaması "Vəzifəsini işin zərərinə, formal yerinə yetirən adam; rəsmiyyətçi" kimi qeyd edilib. Bizim vikipediya məqaləsində "Bürokrat bir dövlət orqanında işləyən ali məqamlı məmurdur." belə verilib. Hər ikisinin yanlış olduğunu düşünürəm. Etdikləri funksiyanın bot, inzibatçı hüquqlarının alınıb/verilməsi olduğu üçün "Qeydiyyatçılar", "Qeydə alanlar" və ya "Rəsmiləşdirənlər" adlandırılmasını təklif edirəm. Çox fərqli adlandırmadır, digər vikilərin əksəriyyətində bürokrat adlandırılıb bu status. Sadəcə reallıqda bürokrat sözü yüksək idarəedici mərtəbə kimi qəbul edilir deyə bu adın dəyişdirilməsinin reallığı əks etdirəcəyini düşünürəm. Eminn (müzakirə) 17:03, 15 oktyabr 2023 (UTC)
- Qeydiyyatçı olmasını dəstəkləyirəm. Nemoralis (müzakirə) 17:26, 15 oktyabr 2023 (UTC)
- Təkliflər maraqlıdır.— Bikar müzakirə 17:37, 15 oktyabr 2023 (UTC)
- Mən Rəsmiyyətçilər variantını dəstəkləyirəm. Özbəkcə vikipediyada da bu addan istifadə olunur. Bizim lüğətdə belə söz var. Şiroi Akuma 20:04, 15 oktyabr 2023 (UTC)
- Düşünürəm ki, hüququn vəzifə səlahiyyətlərinə yaxın bir ad olmalıdır. Nəzarətçi adı daha uyğun ola bilər. — Khidirzada (müzakirə) 22:38, 15 oktyabr 2023 (UTC)
- Bürokratlar heç nəyə nəzarət etmir. Niyə nəzarətçi? Nemoralis (müzakirə) 06:49, 16 oktyabr 2023 (UTC)
- Qeydiyyatçı olsun. Araz Yaquboglu (müzakirə) 13:47, 17 oktyabr 2023 (UTC)
- Bürokratlar heç nəyə nəzarət etmir. Niyə nəzarətçi? Nemoralis (müzakirə) 06:49, 16 oktyabr 2023 (UTC)
- Bürokratlar heç bir qeydiyyat işi də aparmırlar, niyə "Qeydiyyatçı" olsun ki? Demək olar ki, hər vikidə Bürokratdır, bizim dildə də bu söz var deyə olduğu kimi qalması daha məqsədə uyğundur. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:32, 19 oktyabr 2023 (UTC)
- @Eldarado, "Bürokrat" sözünün izahlı lüğətdəki mənası da bu status üçün uyğun deyil. Məmur obrazı yaradır. Ona görə funksiyaya uyğun olan ad təklif edirəm. Yalnız inzibatçı və bot statusu verən/alan istifadəçi qrupunun adı nə olmalıdır? Digər vikilərə də bu təklifi verərik, onlar da daha düzgün adlandırmaya dəyişərlər. Məsələn, "rəsmiləşdirənlər" variantı da uyğundur. Eminn (müzakirə) 08:45, 20 oktyabr 2023 (UTC)
- Bürokrat kimi qalmasının tərəfdarıyam. Patriot (müzakirə) 21:39, 20 oktyabr 2023 (UTC)
- Adın dəyişdirilməsi üçün heç bir ehtiyac yoxdur. Təklif olunan adlardansa mövcud adın qalması daha yaxşıdır. — Baskervill ☼ - De Gəlsin ! 03:41, 21 oktyabr 2023 (UTC)
- Eminn, dərinə gedəndə "bot" sözü də "Boğazlı qaloş" mənasını verir bizim dildə. Ama aydındır ki, burdakı bot o anlamda deyil. Bürokrat da həmçinin. Demək olar ki, bütün dillərdə bürokratdır. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 21:06, 22 oktyabr 2023 (UTC)
- @Eldarado, mövqeyinizə hörmət edirəm, amma gətirdiyiniz nümunə fərqlidir. Bot sözü Robot sözünün qısa versiyasıdır, siz qeyd etdiyiniz geyim vasitəsinin izahıdır. Bürokrat omonim söz deyil yalnız bir mənası var. Eminn (müzakirə) 12:50, 23 oktyabr 2023 (UTC)
- Əksəriyyətlə razıyam. Qeydiyyatçı olması məncə də məqəsədəuyğundur. samral müzakirə 04:55, 25 oktyabr 2023 (UTC)
- @Eldarado, mövqeyinizə hörmət edirəm, amma gətirdiyiniz nümunə fərqlidir. Bot sözü Robot sözünün qısa versiyasıdır, siz qeyd etdiyiniz geyim vasitəsinin izahıdır. Bürokrat omonim söz deyil yalnız bir mənası var. Eminn (müzakirə) 12:50, 23 oktyabr 2023 (UTC)
- Bürokrat kimi qalmasının tərəfdarıyam. Patriot (müzakirə) 21:39, 20 oktyabr 2023 (UTC)
Səsvermə
redaktə- Bitərəf: - dəyişilsə yaxşı olar. Amma hazırki seçimlər məncə yaxşı variant deyil.— Turkmen müzakirə 10:15, 28 oktyabr 2023 (UTC)
- Qəbul edilmədi - nəticəsiz.— Turkmen müzakirə 20:22, 5 noyabr 2023 (UTC)
SNS-dəki vəziyyət
redaktəSNS-də vəziyyət heçdə xoş hal vəziyyətində deyil düşünürəm. Əziz viki icma. Mənə çox maraqlıdır. Ya mən bəlkə bilmirəm. SNS-yə məqalələri çıxardan istifadəçilər məqalələr haqqında məlumatlı olub çıxardırlar yoxsa elə öz istəklərinə uyğun? Belə davam edə bilməz çünki. Həqiqətəndə baxıram ensiklopedik olan bəzi məqalələr varki, tutarlı səbəb olmadan çıxardılır SNS-yə. Viki də iş gördüm, fəaliyyətim çoxalsın adına görülməsin bu cür işlər. Düşünürəmki bura da bir əl gəzdirmək lazımdır - qaydalarına. Müzakirələrdəki mübahisələrə sərf etiyimiz vaxtı az.viki icmasının qaydalarını düzəltməyə sərf etsək hamımız qazanarıq. Yoxsa SNS daxil olduqda müzakirələrdə məqalələrin saxlanılması üçün sərf etiyimiz vaxta bir redaktə edib, məqalə yazsaq daha qazanclı olarıq Viki icma . Vaxt edib Vikipediyaya daxil olub redaktə etmək istəyirsən, özünü istər-istəməz SNS-də tapırsan, halbuki o qədər faydalı iş görmək olar o müddət ərzində. A.Aida88 (müzakirə) 20:11, 23 oktyabr 2023 (UTC)
- "Müzakirələrdəki mübahisələrə sərf etiyimiz vaxtı az.viki icmasının qaydalarını düzəltməyə sərf etsək hamımız qazanarıq" – bu arqument daha çox özü haqqında olan reklam xarakterli məqalələrin saxlanılmasını istəyən adamlar tərəfindən səslənir əslində, uyğun deyil. --► Hörmətlə: SolaVirum 05:35, 24 oktyabr 2023 (UTC)
Aida xanımın qeydləri ilə tam razıyam Grenzsoldatın bir çox ensklopetik məqaləni SNS-a təqdim etdiyini müşahidə etmişəm -Sahil ;) (müzakirə) 20:28, 23 oktyabr 2023 (UTC)
- Sahil Dosməmmədov. Deyəsən sizin mənimlə ya probleminiz var, ya da qəsdi-qərəziniz. Bayaqdan adımı hər yerə yazırsınız elə. Grenzsoldat 20:33, 23 oktyabr 2023 (UTC)
- Adınızın müzakirədə çəkilməyi sizi nə üçün narahat edir? Açıq aşkar ensklopetik məqalələri SNS-a təqdim edirsiniz. Buyurun özünüz nəzər yetirin SNS — Sahil ;) (müzakirə) 20:37, 23 oktyabr 2023 (UTC)
- @Sahil Dosməmmədov, istifadəçinin adını hər yerdə teq edib narahatlıq vermək özü də bir qayda pozuntusudur. Yaratdığınız məqaləni SNS edib deyə düşmən münasibəti bəsləmək lazım deyil. Nemoralis (müzakirə) 20:43, 23 oktyabr 2023 (UTC)
- Nemoralis. Ən marağlı bilirsiniz nədir. İstifadəçinin 5 gündür fəaliyyəti yox idi. Bu gün saat 23:18-də gəlib məqalə yaratmağa, 8 dəqiqə sonrada Eldaradonun səhifəsində başlayır məndən sətir-sətir yazmağa. Əlində də ayın 16-da olan (düz 1 həftə əvvəl) olan söhbəti bayraq edir. Grenzsoldat 20:46, 23 oktyabr 2023 (UTC)
- @Grenzsoldat zəhmət olmasa, nəzakət qaydalarına əməl edin.
söhbəti bayraq edir
kimi ifadələr qəbuledilməzdir. İstifadəçidən şikayətiniz varsa, inzibatçılara müraciət edə bilərsiniz — Toghrul R (m) 07:44, 24 oktyabr 2023 (UTC)
- @Grenzsoldat zəhmət olmasa, nəzakət qaydalarına əməl edin.
- Nemoralis. Ən marağlı bilirsiniz nədir. İstifadəçinin 5 gündür fəaliyyəti yox idi. Bu gün saat 23:18-də gəlib məqalə yaratmağa, 8 dəqiqə sonrada Eldaradonun səhifəsində başlayır məndən sətir-sətir yazmağa. Əlində də ayın 16-da olan (düz 1 həftə əvvəl) olan söhbəti bayraq edir. Grenzsoldat 20:46, 23 oktyabr 2023 (UTC)
- @Sahil Dosməmmədov, istifadəçinin adını hər yerdə teq edib narahatlıq vermək özü də bir qayda pozuntusudur. Yaratdığınız məqaləni SNS edib deyə düşmən münasibəti bəsləmək lazım deyil. Nemoralis (müzakirə) 20:43, 23 oktyabr 2023 (UTC)
- Adınızın müzakirədə çəkilməyi sizi nə üçün narahat edir? Açıq aşkar ensklopetik məqalələri SNS-a təqdim edirsiniz. Buyurun özünüz nəzər yetirin SNS — Sahil ;) (müzakirə) 20:37, 23 oktyabr 2023 (UTC)
- Əziz həmkarlar mənim üçün Vikipediyada hər şeydən öncə nəzakət gəlir. Müzakirə açmadımki, hamı bir-birini günahlandırsın. Həll edilməli olan mövzu yenə qaldı kənarda, başladıq başqa mübahisələri yaratmağa. Bu hamımızın günahıdır, çünki qaydalara göz gəzdirə bilmirik. Məncə vaxtıdır.— A.Aida88 (müzakirə) 04:34, 24 oktyabr 2023 (UTC)
- Burada 1 nəfər pul alıb məqalə yazan istifadəçi vardı, indi həmişəlik bloklanıb, nə qədər gərəkli məqaləni çıxardı müzakirəyə, 3-4 nəfər başının dəstəsi ilə də sildirdi. Mən şəxsən bilmədiyim, tanış olmadığım sahələrə aid məqalələri nə silinməyə çıxarıram, nə də müzakirələri gedəndə münasibət bildirirəm. Amma indi baxıram ki, bizim 3-4 redaktorumuz var, mövzusu ala dağdan olan məqaləni də silinməyə namizəd edirlər, qara dağdan olan da. Təəssüf edirəm ki, azviki redaktorlarının illərlə zəhmət çəkib ərsəyə gətirdiyi məqalələri bu istifadəçilər belə asanlıqla "qyri-ensiklopedikdir" deyib sildirirlər. Bəzi hallarda da məqalə sildirmənin artıq kimdənsə acıq çıxmaq səviyyəsinə gəlib çatdığını görürəm. Düşünürəm ki, kütləvi şəkildə silməyə məqalə çıxaran istifadəçilərin fəaliyyəti təftiş edilməlidir. — Sortilegus (müzakirə) 05:28, 24 oktyabr 2023 (UTC)
- Dəyərli həmkarım. Çox gözəl qeyd etdiniz. Tamamilə razıyam. A.Aida88 (müzakirə) 06:15, 24 oktyabr 2023 (UTC)
- @Sortilegus yazdığınız
ala dağdan olan məqaləni də silinməyə namizəd edirlər, qara dağdan olan da
ifadəsi istifadəçilərə bir növ sataşmaqdır. Əgər mövzu ensiklopedikdirsə, narahat olmağa ehtiyac yoxdur. 500+ redaktəsi olan şəxslərin məqalələrin ensiklopedik olub-olmamasını müəyyən etmələri üçün kifayət qədər təcrübəsi olur. Müzakirədə də qalıb-qalmaması müəyyən olunur. Əziyyət çəkib yazmaq arqument deyil. Burada qaydalar əsasdır, hansısa qayda pozuntusu yoxdur — Toghrul R (m) 07:43, 24 oktyabr 2023 (UTC)
- @Sortilegus yazdığınız
- Dəyərli həmkarım. Çox gözəl qeyd etdiniz. Tamamilə razıyam. A.Aida88 (müzakirə) 06:15, 24 oktyabr 2023 (UTC)
- Burada 1 nəfər pul alıb məqalə yazan istifadəçi vardı, indi həmişəlik bloklanıb, nə qədər gərəkli məqaləni çıxardı müzakirəyə, 3-4 nəfər başının dəstəsi ilə də sildirdi. Mən şəxsən bilmədiyim, tanış olmadığım sahələrə aid məqalələri nə silinməyə çıxarıram, nə də müzakirələri gedəndə münasibət bildirirəm. Amma indi baxıram ki, bizim 3-4 redaktorumuz var, mövzusu ala dağdan olan məqaləni də silinməyə namizəd edirlər, qara dağdan olan da. Təəssüf edirəm ki, azviki redaktorlarının illərlə zəhmət çəkib ərsəyə gətirdiyi məqalələri bu istifadəçilər belə asanlıqla "qyri-ensiklopedikdir" deyib sildirirlər. Bəzi hallarda da məqalə sildirmənin artıq kimdənsə acıq çıxmaq səviyyəsinə gəlib çatdığını görürəm. Düşünürəm ki, kütləvi şəkildə silməyə məqalə çıxaran istifadəçilərin fəaliyyəti təftiş edilməlidir. — Sortilegus (müzakirə) 05:28, 24 oktyabr 2023 (UTC)
- Aidə xanımın fikirləri ilə tamamilə razıyam. Vikipediyada heç kim "vikidə iş gördüm" adı ilə fəaliyyətini davam etdirməməlidir. Bununla bağlı rəsmi prinsip olaraq qəbul edilmiş qaydamız belə var: Vikipediya:Burada ensiklopediyanı genişləndirmək üçün olmaq. Hörmətli Sortilegus, çünki qeyd etdiyiniz istifadəçinin müəyyən kateqoriyadakı şəxslərin məqalələrinin silinməsində marağı var idi, sübut olunmuşdu ki, istifadəçi müvafiq məqalələri sildirib, bərpası və saxlanılması üçün pul alırdı və viki üzərindən biznes qurmuşdu. Ümumiyyətlə bu kimi vikidənkənar olan, amma Vikipediyanı birbaşa olaraq ehtiva edən fəaliyyət bütün hallarda ictimaiyyət tərəfindən fərq edilir və üzə çıxır. Necəki həmin istifadəçinin fəaliyyəti sübutları ilə birlikdə ortaya çıxmışdı. — surə m 06:49, 24 oktyabr 2023 (UTC)
- Zatən lazım olan məqaləni səsovu ilə saxlaya bilirik icma olaraq. icmamız bunu bacarır, etiraf edək. Atakhanli (müzakirə) 07:38, 24 oktyabr 2023 (UTC)
- Ümumiyyətlə əgər haradansa hazır məzmunu copy-paste etmirsənsə məqalə yazmaq elə də asan deyil axı. Elə olur günlərlə işləməli olursan bir məqalə üzərində. Tərcümə yenə asandır, mənbələr ilə işləmək ümumiyyətlə çətin işdir. Qaydalara isə gəldikdə indiki halda yetərincə işlək və inkişaf etdirilmiş qaydalarımız var, tətbiqinə vaxt ayırmaq lazımdır. surə m 23:12, 28 oktyabr 2023 (UTC)
- Zatən lazım olan məqaləni səsovu ilə saxlaya bilirik icma olaraq. icmamız bunu bacarır, etiraf edək. Atakhanli (müzakirə) 07:38, 24 oktyabr 2023 (UTC)
Töhfə sertifikatları və təşəkkür məktubları
redaktəHər kəsə salamlar. Bildiyiniz kimi Turkic Wikimedia Conference 2023-də @Toghrul R, @Atakhanli və @Firuze Nesibli ilə yanaşı mən də iştirak edirdim. Tədbir çərçivəsində Mehman bəy mənə digər istifadəçilərimizə aid, özündə olan sertifikat və təşəkkür məktublarını çatdırdı. Onları sahiblərinə çatdırmaq üçün burada müzakirə açmaq qərarına gəldim. Tanıdığım istifadəçiləri tag edəcəyəm. Tanımadıqlarımı mümkünsə siz tag edin və həmin istifadəçilər ünvanlara çatdırılması barəsində mənə məlumat versinlər:
- @Eldarado - Wikipedia Asian Month 2019 (for the excellent contribution)
- @Wertuose - Wikipedia Asian Month 2019 (for the excellent contribution)
- Fəqan Orucov - Wikipedia Asian Month 2019 (for participating)
- Fəqan Orucov - Wikipedia Asian Month 2020 (for the excellent contribution)
- Fəqan Orucov - Wikipedia Asian Month 2020 (for participating)
- Murad Asgarov - Wikipedia Asian Mounth 2019 (for participating)
- Namik Mantahsov - Wikipedia Asian Month 2019 (for participating)
- @Elnur Neciyev - Wikipedia Asian Month 2019 (for participating)
- Emiliya Hamidova - Wikipedia Asian Month 2019 (for participating)
Patriot (müzakirə) 14:46, 24 oktyabr 2023 (UTC)
- @Namikilisu, deyəsən sizin sertifikatınız da burada qeyd olunub.— Firuze Nesibli (müzakirə) 05:45, 25 oktyabr 2023 (UTC)
- Qolcomaqın da var. — Araz Yaquboglu (müzakirə) 06:49, 25 oktyabr 2023 (UTC)
- Qolçomağın adı qeyd olunub Nemoralis (müzakirə) 06:51, 25 oktyabr 2023 (UTC)
- Hə, çox sağ olun. Gec də, olsa maraqlıdır. namikilisu 17:46, 25 oktyabr 2023 (UTC)
- Qolcomaqın da var. — Araz Yaquboglu (müzakirə) 06:49, 25 oktyabr 2023 (UTC)
- Hamıya Salamlar. Gec olsun güc olsun buna deyirlərsə, gec gələn yeməklə nuşucanlıq etmək olmur. Açığı məsələnin nədən ibarət olduğunu belə unutmuşam. Hər halda əziyyətinin sonucunu gecdə olsa görmək bir təskinlik olar.— Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 20:38, 1 noyabr 2023 (UTC)
Azərbaycan fokuslu mənbələr
redaktəSalamlar. Ümid edirəm, yaxşısınız. Bu siyahı haqqında nə düşünürsünüz? Konsensus ilə qəbul edək? Sonradan müzakirələrdə əsas kimi istifadə edə bilərik. --► Hörmətlə: SolaVirum 13:33, 26 oktyabr 2023 (UTC)
- Konsensus deyəndə səsverməyə qoyulsa bəzi istifadəçilər müstəqil medialara "ermənipərəst damğası" vuracaq çox güman :d Konsensusa ehtuyac yoxdur məncə. Bu arada məqalədə əməyi olan istifadiçilərə çox sağol deyirəm. Əla alınıb. Grenzsoldat 13:36, 26 oktyabr 2023 (UTC)
- Siyahı sonradan müzakirə ilə təkmilləşdirilə bilər. --► Hörmətlə: SolaVirum 13:38, 26 oktyabr 2023 (UTC)
- Yeni Müsavat müstəqil? — Tarixi Nadir (müzakirə) 13:43, 26 oktyabr 2023 (UTC)
- digər vikilərdə var belə şeylər? Atakhanli (müzakirə) 14:32, 26 oktyabr 2023 (UTC)
- Hə, "perennial sources" var, on illər ərzində konsensuslar əsasında formalaşmış siyahıdır. Biz çətin bu qədər mənbə üçün konsensus olsun. --► Hörmətlə: SolaVirum 18:04, 26 oktyabr 2023 (UTC)
- məncə Yeni Müsavat müstəqil deyil, amma Harvard elə yazıb. Turan İA onları hökumətəmeylli kimi xarakterizə edib. --► Hörmətlə: SolaVirum 18:04, 26 oktyabr 2023 (UTC)
- Yeni Müsavatı AidData da pro-government kimi qeyd edib. Hökumətəmeylli başlığına köçürürəm. Nemoralis (müzakirə) 19:42, 26 oktyabr 2023 (UTC)
- digər vikilərdə var belə şeylər? Atakhanli (müzakirə) 14:32, 26 oktyabr 2023 (UTC)
- Konsensus nə üçün lazımdır anlamadım. Məncə faydalı bir siyahıdır. Özüm də əlavələr etdim xeyli. Nemoralis (müzakirə) 19:36, 26 oktyabr 2023 (UTC)
- Nəyə əsasən deyirsiz ki, bu müstəqildir, bu filandır. Müstəqil deyilən mənbələrin də bəzilərin gördük İkinci Qarabağ Müharibəsində bir az ara dəyişən kimi çağırışları ilə hara tərəf olduğunu. İndiki halda məncə ehtiyac yoxdur. Qrant şotuna müstəqil olanları. Atakhanli (müzakirə) 20:27, 26 oktyabr 2023 (UTC)
- Müstəqillikləri ilə bağlı istinadları var. Müstəqil olmaq Azərbaycanı dəstəkləmək demək deyil. Nemoralis (müzakirə) 20:41, 26 oktyabr 2023 (UTC)
- İcmada müstəqil kimi təqdim olunan mənbələrin çoxu xarici donorların, qrantların hesabına “müstəqil” olanlardır. Gəlir mənbəyi dəqiq göstərilməyən mənbənin müstəqil olduğunu necə ayırd edirsiz? İstinadların etibarlılığını necə bilirsiz? İstinadlar belə mübahisəlidir. Atakhanli (müzakirə) 20:45, 26 oktyabr 2023 (UTC)
- Atakhanli, Vikipediya xaricdən maliyyələşir, qrant şotuna müstəqil deyil onda? Bəsdirin belə söhbətləri, xahiş edirəm. --► Hörmətlə: SolaVirum 13:35, 27 oktyabr 2023 (UTC)
- Müstəqillikləri ilə bağlı istinadları var. Müstəqil olmaq Azərbaycanı dəstəkləmək demək deyil. Nemoralis (müzakirə) 20:41, 26 oktyabr 2023 (UTC)
- EnVikidə hansı mənbənin etibarsız olduğu konsensus ilə müəyyən olunur. Amma başa düşdüyüm qədəri ilə bu siyası sadəcə kömək məqsədilə yaradılıb, etibarsız elan etmir. Şiroi Akuma 08:16, 27 oktyabr 2023 (UTC)
- Nəyə əsasən deyirsiz ki, bu müstəqildir, bu filandır. Müstəqil deyilən mənbələrin də bəzilərin gördük İkinci Qarabağ Müharibəsində bir az ara dəyişən kimi çağırışları ilə hara tərəf olduğunu. İndiki halda məncə ehtiyac yoxdur. Qrant şotuna müstəqil olanları. Atakhanli (müzakirə) 20:27, 26 oktyabr 2023 (UTC)
- Kömək məqsədilə istifadə olunması yaxşıdı. Amma konsensus əldə eliyib, bu saytlardan(mənbələrdən) olan istinadları digərlərindən üstün tutacağıqsa yaxşı təcrübə olacağını düşünmürəm.— Bikar müzakirə 21:21, 26 oktyabr 2023 (UTC)
- Bikar, üstün tutmaq deyəndə, məsələn, dövlət iddiaları üçün başqa cür, müstəqil iddialar üçün başqa cür istifadə oluna bilər. Necə ki, son əməliyyatda Azərbaycan tərəfi orada ESQ-nin iştirak etdiyini irəli sürüb, baxmayaraq ki, dünyada heç bir azad informasiya qurumu bunu təsdiqləmir. --► Hörmətlə: SolaVirum 13:38, 27 oktyabr 2023 (UTC)
- O halda dediyiniz kimi olardı ki, 3-cü bir tərəf ödəniş eliyib orda nəsə yazdıra bilməzdi.— Bikar müzakirə 14:05, 27 oktyabr 2023 (UTC)
- anlamadım. --► Hörmətlə: SolaVirum 14:08, 27 oktyabr 2023 (UTC)
- Müstəqil iddialardan danışıram. Yalnız dövlət iddialın ilə bağlı istifadə etmək ehtimalı var. Başqa sektorlarla bağlı məlumatlar isə tərəfli ola bilir.— Bikar müzakirə 14:33, 27 oktyabr 2023 (UTC)
- anlamadım. --► Hörmətlə: SolaVirum 14:08, 27 oktyabr 2023 (UTC)
- O halda dediyiniz kimi olardı ki, 3-cü bir tərəf ödəniş eliyib orda nəsə yazdıra bilməzdi.— Bikar müzakirə 14:05, 27 oktyabr 2023 (UTC)
- Bikar, üstün tutmaq deyəndə, məsələn, dövlət iddiaları üçün başqa cür, müstəqil iddialar üçün başqa cür istifadə oluna bilər. Necə ki, son əməliyyatda Azərbaycan tərəfi orada ESQ-nin iştirak etdiyini irəli sürüb, baxmayaraq ki, dünyada heç bir azad informasiya qurumu bunu təsdiqləmir. --► Hörmətlə: SolaVirum 13:38, 27 oktyabr 2023 (UTC)
- president.az və e-qanun ilkin mənbə olduğundan qeyd etməmisiz? Araz Yaquboglu (müzakirə) 10:08, 27 oktyabr 2023 (UTC)
- Araz Yaquboglu, yaddan çıxıb. --► Hörmətlə: SolaVirum 13:36, 27 oktyabr 2023 (UTC)
Yuxarıda bir qisim mənbələri hökumətəmeyilli hesab edib, birbaşa digər dövlətlərdən maliyyələşən mənbələri (VOA, Azadlıq radiosu, BBC və s.) də müstəqil adlandırmaq düzgün deyil. — NKO zi 05:18, 27 oktyabr 2023 (UTC)
- NKOzi, bir onların məzmununa baxın, bir sözügedən ölkələrin azadlıq indekslərinə baxın. --► Hörmətlə: SolaVirum 13:35, 27 oktyabr 2023 (UTC)
- @Solavirum, APA (Vüsalə Mahirqızı) dövlətin deyil rəsmən, amma hökumətmeyillidir. Həmçinin Yeni Çağ (Aqil Ələsgər) da müstəqil yox, hökumətəmeyillidir. "Yeni Azərbaycan" da dövlət qəzeti deyil, hökumət qəzetidir. Belə ki, adından da göründüyü kimi, iqtidardakı Yeni Azərbaycan Partiyasının rəsmi orqanıdır. Səs Media Qrupla eyni binada yerləşir, Axundov kitabxanası tərəfdə, Sahil metrosunun yaxınlığında. Hə bir də siyahıya "Sputnik.az" və "AbzasMedia"nı da əlavə etmək olar. samral müzakirə 15:46, 27 oktyabr 2023 (UTC)
- samral, A.Ə. məsələsinin mənbəyini vermişəm, orada hökumətəmeylli olmadığı yazılıb. Hökumət və dövlət arasında ayrılıq verilməyib burada, çünki 30 ildir ki, ikisi də eyni şeydir. İkisini də əlavə etməyi düşünürəm. --► Hörmətlə: SolaVirum 15:59, 27 oktyabr 2023 (UTC)
- @Solavirum, 10 ildən çox mediada olan biri kimi sənə deyirəm ki, Yeni Çağ müstəqil deyil. Rəhbərini də tanıyıram, media siyasətlərini də bilirəm. Əsas Türkiyə hökumətinə meillidir, sonra da bizimkinə. Qətiyyən müstəqil deyil. samral müzakirə 16:10, 27 oktyabr 2023 (UTC)
- mən də tanıyıram hamısını, amma mənbələr belə deyir təəssüf ki. --► Hörmətlə: SolaVirum 16:13, 27 oktyabr 2023 (UTC)
- bunla dəyişə bilərəm. --► Hörmətlə: SolaVirum 16:13, 27 oktyabr 2023 (UTC)
- mən də tanıyıram hamısını, amma mənbələr belə deyir təəssüf ki. --► Hörmətlə: SolaVirum 16:13, 27 oktyabr 2023 (UTC)
- @Solavirum, 10 ildən çox mediada olan biri kimi sənə deyirəm ki, Yeni Çağ müstəqil deyil. Rəhbərini də tanıyıram, media siyasətlərini də bilirəm. Əsas Türkiyə hökumətinə meillidir, sonra da bizimkinə. Qətiyyən müstəqil deyil. samral müzakirə 16:10, 27 oktyabr 2023 (UTC)
- samral, A.Ə. məsələsinin mənbəyini vermişəm, orada hökumətəmeylli olmadığı yazılıb. Hökumət və dövlət arasında ayrılıq verilməyib burada, çünki 30 ildir ki, ikisi də eyni şeydir. İkisini də əlavə etməyi düşünürəm. --► Hörmətlə: SolaVirum 15:59, 27 oktyabr 2023 (UTC)
- Burada hansısa indeksə əsasən nəsə yazılır, ya fakta əsasən? NKO zi 07:14, 28 oktyabr 2023 (UTC)
- Halbuki bunun çox sadə həlli var. Mənbələri Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya dövlət qaynaqları kimi qruplaşdırmaq. NKO zi 07:29, 28 oktyabr 2023 (UTC)
- @Solavirum, APA (Vüsalə Mahirqızı) dövlətin deyil rəsmən, amma hökumətmeyillidir. Həmçinin Yeni Çağ (Aqil Ələsgər) da müstəqil yox, hökumətəmeyillidir. "Yeni Azərbaycan" da dövlət qəzeti deyil, hökumət qəzetidir. Belə ki, adından da göründüyü kimi, iqtidardakı Yeni Azərbaycan Partiyasının rəsmi orqanıdır. Səs Media Qrupla eyni binada yerləşir, Axundov kitabxanası tərəfdə, Sahil metrosunun yaxınlığında. Hə bir də siyahıya "Sputnik.az" və "AbzasMedia"nı da əlavə etmək olar. samral müzakirə 15:46, 27 oktyabr 2023 (UTC)
İnzibatçının etimad səsverməsi
redaktəSalam, hazırda inzibatçının etimad səsverməsinin keçirilməsi üçün inzibatçıların sadə səs çoxluğu lazımdır. Bunun üçün icmanın digər üzvlərinin müdaxilə etmə mexanizmi yoxdur. Təklif edirəm hazırki qaydaları saxlamaqla, belə bir əlavə edilsin: "5 (və ya 10) "səsvermə hüququ" olan istifadəçinin (inzitabçıların özünü çıxmaqla) VP:İM-də müraciəti də inzibatçının etmad səsverməsinin başlaması üçün əsas yaratsın və müvafiq bürokrat səsverməni başlatsın". Məncə belə bir ciddi hüquq üçün 10 "səsvermə hüququ" olan istifadəçinin müraciəti yaxşı rəqəmdir, digər rəqəmlər çox kiçikdir. Ən azı 7 etmək olar. Turkmen müzakirə 15:35, 27 oktyabr 2023 (UTC)
- Salam hörmətli bürokrat. Hazırki vəziyətdə inzibatçılarımızın bu düzəliş elə razılaşacağına inanmıram. Səbəb odur ki, inzibatçı sayıyla "səsvermə hüququ" olan istifadəçi sayı demək olar eynidir(bu inzibatçıların sayını azaltmaq lazımdır demək deyil). Mən ikiəlli dəstəkləyirəm. — Bikar müzakirə 15:51, 27 oktyabr 2023 (UTC)
- 7 yaxşıdır. amma qruplaşma olmasa. qəbul edək. Atakhanli (müzakirə) 17:43, 27 oktyabr 2023 (UTC)
- Mənim fikrimcə 7 böyük rəqəmdir. 5 aktiv istifadəçi bəs edər. Həmçinin hansı istifadəçilərin belə hüququ olması da dəqiq müəyyən edilsin. Tək səs vermə hüququ dəqiq tənzimlənsin. Həmçinin yuxarıda qeyd edildiyi kimi "qruplaşma" halı da nəzərə alınsın. Konkret olaraq əgər qruplaşma sübut edilərsə cəza tədbirləri də müəyyənləşdirilsin. — Tarixi Nadir (müzakirə) 21:11, 27 oktyabr 2023 (UTC)
- Ən yaxşı 8-9-dur. Etimad səsverməsi olanda ən az 8-9 əleyhinə səs qarantiya olmalıdır ki, boşuna səsvermə başlatmış olmayaq, ciddi müzakirə getsin. 5 çox azdır. Minimum 8. Şiroi Akuma 21:32, 27 oktyabr 2023 (UTC)
- @Atakhanli, @Bikar, @En Merker, @White Demon, onda belə bir dəqiqləşdirmə aparaq:
- İnzibatçının etimad səsverməsinin başladılması üçün iki halda müraciət oluna bilər: İnzibatçının VP:İMZ-də müraciəti (köhnə qayda) və digər istifadəçilərin müraciəti.
- Digər istifadəçilərin inzibatçının etimad səsverməsi üçün müraciəti yalnız inzibatçı olmayan istifadəçilər tərəfindən başladıla bilər. İnzibatçılar isə bu müzakirəni yalnız köhnə qaydada, yəni İnzibatçı müzakirəsi səhifəsində başlada bilər.
- İnzibatçının etimad səsverməsi üçün müraciətin müddəti 1 həftə təyin olunur.
- Digər istifadəçinin inzibatçının etimad səsverməsi üçün müraciətində həm inzibatçılar həm də, digər istifadəçilər iştirak edə bilər.
- Digər istifadəçinin müraciəti zamanı əgər 7 "səsvermə hüququ olan istifadəçi" (inzibatçılar daxil) müraciətin lehinə olarsa, bürokrat müvafiq səsverməni başlatsın.
- Turkmen müzakirə 06:29, 28 oktyabr 2023 (UTC)
- @Atakhanli, @Bikar, @En Merker, @White Demon, onda belə bir dəqiqləşdirmə aparaq:
- İstifadəçi sayı məsələsində fikir ayrılığı var deyə orta rəqəm götürdüm: 7. Turkmen müzakirə 06:31, 28 oktyabr 2023 (UTC)
- Sayı problem eləmirəm amma 1 həftə məsələsini tam başa düşmədim.— Bikar müzakirə 07:40, 28 oktyabr 2023 (UTC)
- @Bikar müraciətin müəyyən yekunlaşma tarixi olmalıdır, yoxsa uzunacaq. Turkmen müzakirə 08:36, 28 oktyabr 2023 (UTC)
- Deməli mən gəlirəm yazıram ki, filan inzibatçının səsverməsi keçirilməlidi. Bir həftə ərzində də 7(şərti olaraq) yazmalıdı ki, razıyam. Vaxt məsələsi nisbidi. İnzibatçı səsverməsində daha çox vaxt verilir deyib arqument gətirmək olar. Vaxtı məsələsində başqa fikir ayrılığı olan yoxdursa məndə heç bir problem yoxdu. — Bikar müzakirə 08:40, 28 oktyabr 2023 (UTC)
- @Bikar müraciətin müəyyən yekunlaşma tarixi olmalıdır, yoxsa uzunacaq. Turkmen müzakirə 08:36, 28 oktyabr 2023 (UTC)
- İnzibatçı niyə 7 səsdə lehinə ola bilməsin ki? Onda kim lehinə olacaqki. Aktiv userimiz yoxdu axı heç. Səsovuna gələnləri saymasaq Atakhanli (müzakirə) 07:41, 28 oktyabr 2023 (UTC)
- @Atakhanli inzibatçı iştirak edə bilir. Qeyd etmişəm axı yuxarıda. Turkmen müzakirə 08:35, 28 oktyabr 2023 (UTC)
- Sayı problem eləmirəm amma 1 həftə məsələsini tam başa düşmədim.— Bikar müzakirə 07:40, 28 oktyabr 2023 (UTC)
- İstifadəçi sayı məsələsində fikir ayrılığı var deyə orta rəqəm götürdüm: 7. Turkmen müzakirə 06:31, 28 oktyabr 2023 (UTC)
- Salam, mən bu təklif ilə heç cür razılaşa bilmirəm. Son aylarda baş verənlər onu göstərir ki, güclü qruplaşmalar var. Bu da çox böyük problemlərə gətirib çıxaracaq. Ondansa təklif edirəm ki, hazır ki, qaydada 50% + 1 i dəyişək. Misal üçün deyək ki, ən azı 3 inzibatçı (təklif edən xaric və 3 rəqəmini şərti olaraq qeyd etdim fərqli rəqəm ola bilər) razıdırsa ümumi səsverməyə çıxarılsın. Sonra isə icma qərarını versin. Bu daha sadə və daha xeyirli dəyişiklik olar deyə düşünürəm. Əgər ciddi arqument varsa əvvəlki qaydada istifadəçilər sübutlarla müraciət etsin inzibatçılara onlar da daxildə səsvermə başlatsın. Bu zaman artıq səsverməni başladanın da mövqeyi nəzərə alınsın. Məncə bu cür dəyişikliklər daha xeyirli olar. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 03:02, 29 oktyabr 2023 (UTC)
- @Eldarado məncə normaldır, niyə də olmasın? Sizin təklifinizlə isə razı deyiləm. Bir neçə inzibatçının fikri digər istifadəçilərin fikrindən niyə üstün olmalıdır? Bunun üçün əvvəl-axır nə isə etməli idik. Digər istifadəçilərin də müdaxiləsi üçün mexanizm olmalıdır. Həmçinin keçmiş qayda da yerində qalır. Turkmen müzakirə 11:52, 29 oktyabr 2023 (UTC)
- Şərh: Turkmenin təklifi ilə razıyam. Məncə yaxşı variantdır. Bu həm də istifadəçilərin inzibatcı etimad prosesindən kənar qalması problemini aradan qaldırar. Çünki sanki belə bir mənzərə yaranıb ki, inzibatcıları yalnız öz daxilində məsələ həll etməklə etimad məsələsində istifadəçiləri sanki kənarda saxlayırlar. O ki, qaldı istifadəçilər arasında qruplaşma məsələsinə, kim qarantiya verə bilər ki, inzibatçılar arasında qruplaşma ola bilməz. Turkmenin qeyd etdiyi kimi 7 normal rəqəmdir. Hər halda gəlin nəzərə alaq ki, səs vermə hüququ olan 7 nəfərlik qruplaşma yaratmaq Azərbaycan Vikipediyasənda qeyri mümkün məsələdir. — Tarixi Nadir (müzakirə) 09:32, 29 oktyabr 2023 (UTC)
- Səs ovçuluğu etmək 2x2 olmayacaq belə? --► Hörmətlə: SolaVirum 09:47, 29 oktyabr 2023 (UTC)
- @Solavirum edimat səsverməsinin başaldılması üçün olan səsvermədə səs ovçuluğu olacağını nəzərə alasaq, etimad səsverməsinin özündə də səs ovu olacağını düşünürsüz?— Bikar müzakirə 09:52, 29 oktyabr 2023 (UTC)
- @Solavirum yeni səsvermə qaydaları ilə səs ovçuluğu çətin məsələdir. Turkmen müzakirə 11:53, 29 oktyabr 2023 (UTC)
- Səs ovçuluğu etmək 2x2 olmayacaq belə? --► Hörmətlə: SolaVirum 09:47, 29 oktyabr 2023 (UTC)
- Turkmen səs ovçuluğu Azvikidə üçün nə zaman çətin məsələ olub ? Yuxardakı təkliflər məqbul deyil. Bəzi inzibatçıların sözügedən statusdan kənarlaşdırılması üçün atılan növbəti bir addım təsiri bağışlayır. En Merker istifadəçiləri heç kim kənarda saxlamır. İnzibatçılar arasında sadə səs çoxluğu əldə edildikdən sonra onsuz da məsələ icmanın müzakirəsinə təqdim olunur. Bir sözlə bu təklifə heç bir ehtiyac yoxdur.— Baskervill ☼ - De Gəlsin ! 06:48, 31 oktyabr 2023 (UTC)
- En Merker 7 nəfərlik qruplaşma yaratmağı niyə qeyri-mümkün hesab edirsiniz ki ? Bir təşkilat var ki, elə oranın 7 əməkdaşı eyni İP altında fəaliyyət göstərirlər. — Baskervill ☼ - De Gəlsin ! 06:51, 31 oktyabr 2023 (UTC)
- :D Atakhanli (müzakirə) 08:23, 31 oktyabr 2023 (UTC)
- @Baskervill, dəqiqə başı bizim qrupa eyham vurmaq etik deyil. Buna görə bloklanmağınızdan heç 1 ay belə keçməyib. İnzibatçıya yaraşmır belə hərəkətlər. Nemoralis (müzakirə) 08:37, 31 oktyabr 2023 (UTC)
- Şərh yazmışam. Eyham vurmuram. Həm mən axı sizi nəzərdə tutmurdum.— Baskervill ☼ - De Gəlsin ! 08:41, 31 oktyabr 2023 (UTC)
- Mən dünən doğulmamışam. Axırıncı dəfə hansı 7 nəfərlik qrupla mübahisə etmisiniz? Nemoralis (müzakirə) 08:43, 31 oktyabr 2023 (UTC)
- @Baskervill, siz hansı qruplaşmanı nəzərdə tutursuz? Tək-tək həmin istifadəçilərin kimlər olduğunu bildirə bilərsiz? Şiroi Akuma 16:23, 1 noyabr 2023 (UTC)
- Baskervill yuxarıda "səs ovçuluğu" və qruplaşma haqda fikirlərimi söyləmişəm. Siz özünüz yazırsınız ki, eyni İP altında eyni təşkilatda fəaliyyət göstərənlər. Əgər etimad səs verməsində belə hal olarsa, bu halda qruplaşmanı üzə çıxarmaq, çətin məsələ olmaz və nəticələr ləğv edilər. Eyni İP problem deyil, inanmıram ki, kimsə belə riskə gedər. Bu qayda təkilifi mütərəqi təklifdir. Sadə istifadəçilər də bu prosesdə iştirak etməlidir. Vikpediyanın təməl qaydalarından biri, ümumi konseslu qərarın qəbul edilməsidir. Nəyə görə bu təklifi "Bəzi inzibatçıların sözügedən statusdan kənarlaşdırılması üçün atılan növbəti bir addım" təsiri bağışladığını hesab edirsiniz? İnzibatçı vəzifəsinin öhdəsindən gəlirsə, kənarlaşdırlması mümkün deyil. Bu qayda inzibatçını istifadəçilər və Vikipediya fəaliyyətində daha da məsuliyyətli edər.— Tarixi Nadir (müzakirə) 09:19, 31 oktyabr 2023 (UTC)
- @Baskervill kim atır həmin addımı? Zəhmət olmasa yeni səsvermə qaydaları ilə bağlı yuxarıda gedən müzakirələr ilə tanış olun. Yeni qaydalar ilə səs ovçuluğu çətin məsələdir. Turkmen müzakirə 10:01, 31 oktyabr 2023 (UTC)
- Baskervill, hər dəfə gəlib söz soxursan, sonra özünü bilməmişliyə vurursan. Nə mənim, nə də layihədəki qalan altı nəfərin gündəmindəsən, amma yenə də gəlib söz atırsan. Yekunlaşdır artıq, amma bu sözümün mənası yoxdur, öz bildiyini edəcəksən, çünki görürsən ki, sənə qarşı cəza tədbiri yoxdur. --► Hörmətlə: SolaVirum 16:39, 1 noyabr 2023 (UTC)
- Solavirum, bu qədər kobud olmağa ehtiyac yoxdur. Sadəcə, Azvikidə qruplaşmaların hələ də mövcud olduğuna diqqət çəkmək istəmişəm. Hər dəfə, kücə sözləri ilə mənə müraciət edirsiniz, yazı üslubunuz heç də Azərbaycanca Vikipediyanın ovqatına yaraşmır. — Baskervill ☼ - De Gəlsin ! 16:50, 1 noyabr 2023 (UTC)
- Vikidə sadəcə bir layihədə 7 eyni IP işlədən var, o da bizim iştirak etdiyimiz İKT üzrə layihədir. Nə bəd aurası var bunun, anlamıram. İki aydır yüzlərlə məqaləni təkmilləşdirmişik, lüğətdən kopyalanıb yapışdırılmış məqalələri sıfırdan işləmişik. Kimlə, nə ilə davanız var, bilmirəm və maraqlandırmır, amma o vaxtdan bəri məqsədli şəkildə bizə ilişmək absurddur. Ziyan versəydik, dərd yarı. Təbii ki, bu olanlar səbəbilə hər ritorikada danışacaq səviyyəyə gəlmişəm. --► Hörmətlə: SolaVirum 18:22, 1 noyabr 2023 (UTC)
- Ümid edirəm istifadəçilərin bir-biriləri ilə danışıq tərzləri Vikidə yeni bir problem yaratmayacaq. Patriot (müzakirə) 19:05, 1 noyabr 2023 (UTC)
- Vikidə sadəcə bir layihədə 7 eyni IP işlədən var, o da bizim iştirak etdiyimiz İKT üzrə layihədir. Nə bəd aurası var bunun, anlamıram. İki aydır yüzlərlə məqaləni təkmilləşdirmişik, lüğətdən kopyalanıb yapışdırılmış məqalələri sıfırdan işləmişik. Kimlə, nə ilə davanız var, bilmirəm və maraqlandırmır, amma o vaxtdan bəri məqsədli şəkildə bizə ilişmək absurddur. Ziyan versəydik, dərd yarı. Təbii ki, bu olanlar səbəbilə hər ritorikada danışacaq səviyyəyə gəlmişəm. --► Hörmətlə: SolaVirum 18:22, 1 noyabr 2023 (UTC)
- Solavirum, bu qədər kobud olmağa ehtiyac yoxdur. Sadəcə, Azvikidə qruplaşmaların hələ də mövcud olduğuna diqqət çəkmək istəmişəm. Hər dəfə, kücə sözləri ilə mənə müraciət edirsiniz, yazı üslubunuz heç də Azərbaycanca Vikipediyanın ovqatına yaraşmır. — Baskervill ☼ - De Gəlsin ! 16:50, 1 noyabr 2023 (UTC)
- Baskervill, hər dəfə gəlib söz soxursan, sonra özünü bilməmişliyə vurursan. Nə mənim, nə də layihədəki qalan altı nəfərin gündəmindəsən, amma yenə də gəlib söz atırsan. Yekunlaşdır artıq, amma bu sözümün mənası yoxdur, öz bildiyini edəcəksən, çünki görürsən ki, sənə qarşı cəza tədbiri yoxdur. --► Hörmətlə: SolaVirum 16:39, 1 noyabr 2023 (UTC)
- En Merker 7 nəfərlik qruplaşma yaratmağı niyə qeyri-mümkün hesab edirsiniz ki ? Bir təşkilat var ki, elə oranın 7 əməkdaşı eyni İP altında fəaliyyət göstərirlər. — Baskervill ☼ - De Gəlsin ! 06:51, 31 oktyabr 2023 (UTC)
- Turkmen səs ovçuluğu Azvikidə üçün nə zaman çətin məsələ olub ? Yuxardakı təkliflər məqbul deyil. Bəzi inzibatçıların sözügedən statusdan kənarlaşdırılması üçün atılan növbəti bir addım təsiri bağışlayır. En Merker istifadəçiləri heç kim kənarda saxlamır. İnzibatçılar arasında sadə səs çoxluğu əldə edildikdən sonra onsuz da məsələ icmanın müzakirəsinə təqdim olunur. Bir sözlə bu təklifə heç bir ehtiyac yoxdur.— Baskervill ☼ - De Gəlsin ! 06:48, 31 oktyabr 2023 (UTC)
- Səsvermə başlatdım. Digər istifadəçilərin də qoşulması üçün bu müzakirənin səsvermə bitməyənə qədər arxivləşdirilməməsi məsləhətdir.— Turkmen müzakirə 18:15, 6 noyabr 2023 (UTC)