Xususi Daimikecid 7743812 - Wikipedia
"Vəzifəli şəxs" şablonundan bayraqların çıxarılması
Salam. Təklif edirəm ki, {{Vəzifəli şəxs}} şablonundan bayraq parametrlərini çıxaraq və məqalələrdən bunu təmizləyək. Fikirləriniz maraqlıdır. Hörmətlə, Gadirmüzakirə 07:42, 24 iyul 2024 (UTC)
- Bu məsələ xatırladığım qədəri ilə bir neçə dəfə müzakirə olunub. Məncə, qalsın. Ruvikidə də belədir. Atakhanli (müzakirə) 09:20, 24 iyul 2024 (UTC)
- O müzakirələrdə də çıxarılması ilə bağlı fikirlər gəlmişdi. Nümunə kimi götürsək, en və tr vikidə belə şey yoxdur, düzdü, bizə ruvikidən keçib vaxtilə, bir çox təcrübə kimi. Amma bəzəkli fayllara nə gərək var? Nə vəzifənini rəsmi adına, nə də bu piktoqramlara ehtiyac yoxdur, vizuallıq pozulur. Hörmətlə, Gadirmüzakirə 09:28, 24 iyul 2024 (UTC)
- Çıxarıla da bilər, çıxarılmaya da. Standart olaraq gerb və bayraq qoyuruq, amma bunun da əsası yoxdur. Amma fikrimcə, dövlət vəzifələri rəsmi adları ilə verilməlidir. — Toghrul R (m) 11:39, 24 iyul 2024 (UTC)
- Onu başqa başlıqda müzakirə edə bilərik, bu başlıq niyə açılıb bəllidir. Hörmətlə, Gadirmüzakirə 12:06, 24 iyul 2024 (UTC)
- Əksinə, məncə, daha yaxşı görünür vizual cəhətdən. Sadəcə vəzifəli şəxslərdə az qala şöbə müdirin də şablonda parametrdə yazırlar. bu olmasın gərək Atakhanli (müzakirə) 12:18, 24 iyul 2024 (UTC)
- Qalmasında problem görmürəm. Vizual olaraq da pis görüntüsü yoxdur. Hörmətlə, Patriot (müzakirə) 20:01, 24 iyul 2024 (UTC)
- Çıxarıla da bilər, çıxarılmaya da. Standart olaraq gerb və bayraq qoyuruq, amma bunun da əsası yoxdur. Amma fikrimcə, dövlət vəzifələri rəsmi adları ilə verilməlidir. — Toghrul R (m) 11:39, 24 iyul 2024 (UTC)
- O müzakirələrdə də çıxarılması ilə bağlı fikirlər gəlmişdi. Nümunə kimi götürsək, en və tr vikidə belə şey yoxdur, düzdü, bizə ruvikidən keçib vaxtilə, bir çox təcrübə kimi. Amma bəzəkli fayllara nə gərək var? Nə vəzifənini rəsmi adına, nə də bu piktoqramlara ehtiyac yoxdur, vizuallıq pozulur. Hörmətlə, Gadirmüzakirə 09:28, 24 iyul 2024 (UTC)
- Lehinə: ++++ çoxdandır lazım idi. vizual olaraq heç gözəl görünmür. sadə və ciddi olmalıdır şablonlar. bayraq, gerb, dövlət orqanının loqosu çox "şit" edir şablonu. Grenzsoldat 20:06, 24 iyul 2024 (UTC)
- Lehinə: — Bayraq və gerb olmasına ehtiyac yoxdur. Vusalsuvarov1996 (müzakirə) 07:07, 25 iyul 2024 (UTC)
- Lehinə: Düşünülənin əksinə, heç də hər vəzifəli şəxsin məqaləsindəki şablonda bayraq və gerbdən istifadə olunmayıb. Məsələn, Putin, Ərdoğan kimi (bunlar hələ Azərbaycan dilli oxuyucunun marağını daha çox cəlb edən vəzifəli şəxslərdəndir). Daha çox azərbaycanlıların məqaləsində buna rast gəlmək olar. Ya bütün məqalələrdə bu tətbiq edilməlidir, ya da heç birində. Başlıqdan şəxsin hansı dövləti və qurumu təmsil etdiyi açıq-aşkar görünür, bu səbəbdən parametrin silinməsinin informativlik və əlçatanlıq baxımdan hansısa problem yaradacağını düşünmürəm. Bir halda ki, bu parametrlər ancaq azərbaycanlılara münasibətdə tətbiq olunur, problem olacağını heç düşünmürəm; onsuz da şəxsin məqaləsinə daxil olan kimi Azərbaycan vəzifəli şəxsi olduğu məlum olur və bayrağın olub-olmaması nəyisə dəyişmir, sadəcə vizuallığa xidmət edir. --Firuza (müzakirə) 16:10, 12 avqust 2024 (UTC)
- @Toghrul R bəylə əvvəl bunu müzakirə etmişdik. Vizuallığı pozan və istifadəçilər tərəfindən düzgün istifadə olunmayan parametrdir. Məsələn: AzSSR dəfələrlə bayraq gerb dəyişib, amma çox istifadəçi buna diqqət yetirməyərək son versiyanı istifadə edir. Eləcə də, Azərbaycan Respublikasının bayrağının rəngləri 2018-ci ildə dəyişib. Lazımsızdır. Ləğv olunmalı, məqalələrdən botlarla təmizlənməlidir. Dr.Wiki54 (müzakirə) 07:35, 25 iyul 2024 (UTC)
- Bir az da fikir gəlsə çıxara bilərik, çünki saxlanılması yönündəki şərhlər sadəcə "mən bəyənirəm" prizmasındandır, "qalsın problem deyil" deyə qeyd olunub. Sadəcə vizuallıq söhbəti deyil. Çıxarılması üçün bildirilən arqumentlər daha tutarlıdır. Hörmətlə, Gadirmüzakirə 07:56, 31 iyul 2024 (UTC)
- Əleyhinə: Oxucunun məqaləyə daxil olduqda ilk baxışdan məqalənin mövzusu haqqında fikir sahibi olması üçün şablonların mövzuya uyğun kiçik fərqləndirici xüsusiyyətlərinin olmasının tərəfdarıyam. Təbii ki, söhbət hər şablonun bir rəng olmasından, bəzəkli ornamentlərdən filan getmir. Nümunə üçün, Alim şablonunda fərqli elm sahələri üçün şablonun başlığında ona uyğun piktoqram təsvir var. Fikrimcə "vəzifəli şəxs" şablonundakı bayraq və gerb də bu şablonun vizual olaraq fərqləndirici xüsusiyyətinə çevrilib. Məqaləyə daxil olduqda və şablondakı bu vizual xüsusiyyəti gördükdə məqalənin məzmunu haqqında oxucuda müəyyən fikir formalaşır. Şablonun uzun müddətdir belə olması və daimi oxucuların buna öyrəşməsi bir yana, bu, elə bir xüsusiyyətdir ki, vikiyə ilk dəfə daxil olan şəxs belə şablonun dizaynından rahatlıqla bioqrafiyanın kimliyi və məqalənin mövzusu haqqında ilkin fikir sahibi ola bilər. Yanlış istifadə ehtimalının şablonun parametrinin ləğvi üçün səbəb ola biləcəyini düşünmürəm. Bu cür düşünsək yanlış istifadə olunan N qədər şablon və parametr var. Ya da baş açmağın çətin olduğu şablonlar var, hansı ki, yeni istifadəçilər yanlış istifadə edirlər. Dediyim kimi, vizual olaraq informativdir, estetika olaraq isə xeyr, heç də pis görünmür. Kiçik piqtoqramdan gedir söhbət, şablonun başlığında böyük bayraq və gerb şəkli yerləşdirilməyib ki. --Sura Shukurlu (müzakirə) 11:33, 31 iyul 2024 (UTC)
- Əleyhinə: qalmasında problem görmürəm. — Xeyal (müzakirə) 12:00, 3 avqust 2024 (UTC)
- Əleyhinə:@Sura Shukurlu xanımın fikrləri ilə tam raıyam şablonda qalması daha uyğundur - Rosh060 (müzakirə) 14:24, 5 avqust 2024 (UTC)
- Əleyhinə: şablonların əsas funksiyasına ziddir.-Rəcəb Yaxşı (müzakirə) 08:03, 9 avqust 2024 (UTC)
- Əleyhinə: Qalması daha uyğundur. Redivy (müzakirə) 12:02, 10 avqust 2024 (UTC)
Kukla siyasətinin qəbul edilməsi
Salam hərkəsə. Azviki üçün önəmli olan siyasətlərdən biri olan Vikipediya:Kuklalar siyasətini tam hazırlamışam. Qəbul səsverməsindən öncə həmişə etdiyim kimi burada müzakirəyə çıxarıram. Düzəlişləri burada müzakirə edə bilərik. Nemoralis (müzakirə) 22:29, 25 iyul 2024 (UTC)
- əslində xırda bir şeydir, amma əgər uyğundursa mətndə istifadə olunan “cəmiyyət” sözünü “icma” sözü ilə əvəz etsək vikiyə məncə, daha yaxın olar. qaydaları tam oxuyub fikirlərimi bildirəcəm. təşəkkürlər, əlinizə sağlıq 😁 Atakhanli (müzakirə) 04:46, 26 iyul 2024 (UTC)
- Dəyişə bilərsiniz, problem deyil. Nemoralis (müzakirə) 07:45, 26 iyul 2024 (UTC)
- Salam. Çıxış edib redaktə etmək bölməsində, anonimə xəbərdarlıq etməklə bağlı hissə var. Bizdə IP-lər statik deyil, xəbərdarlıq məsələsi necə olacaq, IP-lərin müzakirə səhifələrini silirik onsuz. — Bikar müzakirə 07:54, 26 iyul 2024 (UTC)
- Bəlkə adı dəyişib "Kuklaçılıq" qoyaq? Hörmətlə, Gadirmüzakirə 08:46, 26 iyul 2024 (UTC)
- yönləndirmə vermək olar Atakhanli (müzakirə) 15:43, 27 iyul 2024 (UTC)
- bu məsələdə @Sura Shukurlu xanimin fikirlərini alaq. İstifadəçilərin kukla olmasıyla bağlı araşdırmalar o daha çox edir. SE213193 (müzakirə) 21:24, 9 avqust 2024 (UTC)
- yönləndirmə vermək olar Atakhanli (müzakirə) 15:43, 27 iyul 2024 (UTC)
- @Nemoralis Əllərinə sağlıq tam oxuyacam boş zamanda. Redivy (müzakirə) 12:04, 10 avqust 2024 (UTC)
- Oxudum və müəyyən müvafiq düzəlişləri etdim, maşın tərcüməsi hiss olunur, təkrar nəzər yetirilib bir qədər də üzərindən keçilməsi lazımdır. Hörmətlə, Qədir (müzakirə) 12:18, 17 avqust 2024 (UTC)
Vote now to fill vacancies of the first U4C
- You can find this message translated into additional languages on Meta-wiki. Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin
Dear all,
I am writing to you to let you know the voting period for the Universal Code of Conduct Coordinating Committee (U4C) is open now through August 10, 2024. Read the information on the voting page on Meta-wiki to learn more about voting and voter eligibility.
The Universal Code of Conduct Coordinating Committee (U4C) is a global group dedicated to providing an equitable and consistent implementation of the UCoC. Community members were invited to submit their applications for the U4C. For more information and the responsibilities of the U4C, please review the U4C Charter.
Please share this message with members of your community so they can participate as well.
In cooperation with the U4C,
Avtotəsdiqlənmiş qrupunun verilməsi üçün redaktə sayı tələbi
Hərkəsə salam. Məncə özüm də daxil olmaqla çox istifadəçi azvikidə avtotəsdiqlənmiş hüququ almaq üçün tələblərin 4 gün və 10 redaktə olduğunu düşünürdü. Amma bu belə deyilmiş. Defolt rəqəm 0-dır və bəzi vikilər bunu özləri üçün artırıb. Təklif edirəm ki, biz də bu rəqəmi artırıb 10 edək. Sadəcə hesab açıb heç nə etməyən bir istifadəçiyə avtotəsdiqlənmiş verilməsi doğru deyil. Nemoralis (müzakirə) 08:51, 28 iyul 2024 (UTC)
- Necə? 4 gün və 10 redaktə deyil ki? Həm də nəyə görə "təsdiqlənmiş istifadəçi" hüququnu təkcə bürokrat verə bilir? Bunu da inzibatçılara vermək olar. Hörmətlə, Gadirmüzakirə 10:39, 28 iyul 2024 (UTC)
- Deyil, misal üçün mənim əlavə hesabımın 10 redaktəsi yoxdur ancaq hüququ var: @Nem0ralis. Digər məsələ isə bizlik deyil, defoltdur. Ehtiyac olduğunu da düşünmürəm. Nemoralis (müzakirə) 17:52, 28 iyul 2024 (UTC)
- @Nemoralis redaktəni 10 etməyi təklif edirsiz ya günü? Hörmətlə, Patriot (müzakirə) 08:08, 9 avqust 2024 (UTC)
- Deyil, misal üçün mənim əlavə hesabımın 10 redaktəsi yoxdur ancaq hüququ var: @Nem0ralis. Digər məsələ isə bizlik deyil, defoltdur. Ehtiyac olduğunu da düşünmürəm. Nemoralis (müzakirə) 17:52, 28 iyul 2024 (UTC)
- Lehinə: nə əcəb indiyə qədər fikir verən olmuyub— Bikar müzakirə 10:49, 28 iyul 2024 (UTC)
- Lehinə: --Araz Yaquboglu (müzakirə) 14:59, 28 iyul 2024 (UTC)
- Lehinə: --Turkmen müzakirə 20:13, 28 iyul 2024 (UTC)
- Lehinə: --Rəcəb Yaxşı (müzakirə) 08:04, 9 avqust 2024 (UTC)
- Lehinə: Lehinə fikirlər ilə həmfikirəm. Redivy (müzakirə) 12:06, 10 avqust 2024 (UTC)
- Lehinə: — Sofia (müzakirə) 19:45, 10 avqust 2024 (UTC)
Yekunlaşdırma: tələbi artıq 10-dur. Nemoralis (müzakirə) 20:12, 12 avqust 2024 (UTC)
100+ (uzunömürlülük, uzunömürlülər)
Bu başlıq Müzakirə:Azərbaycan uzunömürlülərinin siyahısı#100+ səhifəsindən köçürülüb.
Salam Həmkarlar. Bu ilki məlumata görə yaşı 100-dən çox olan 270 nəfər var.(Yaşı 100dən çox olub təqaüd almayan adam olmaz da yəqin) İndi yaşı 100-dən çox olan şəxsləri uzunömürlü kimi ensiklopedik qəbul edirikmi, ayrıca məqalə olaraq ya siyahı şəklində? @White Demon, @Sura Shukurlu, @En Merker, @Dr.Wiki54 və digərləri. — Bikar müzakirə 12:18, 30 iyul 2024 (UTC)
- @Bikar, salam. Məncə "yaşı 100+=ensiklopedik" prinsipi doğru yanaşma deyil. Şirəli Müslümov kimi şəxslər istisna. Dr.Wiki54 (müzakirə) 12:30, 30 iyul 2024 (UTC)
- Razıyam, amma media-mətbuat işləsə o başqa məsələ. Kiminsə, nəyinsə sırf nəyəsə görə ensiklopedik hesab edilməsi yanlışdır, həmin nüansa görə və ümumi mövzu haqda mənbələr olmalı, mövzu həmin mənbələrin diqqətində olmalıdır, ensiklopedik sayıla bilməsi üçün. Hörmətlə, Gadirmüzakirə 12:38, 30 iyul 2024 (UTC)
- yaşı 100+ olmaq və ya uzun ömürlü olduğuna görə ensiklopedik hesab etmək doğru deyil. Əgər başqa sahədə ensiklopedikliyi varsa və uzunömürüdüsə by zaman başqa məsələ. Doğrudur yaşı 100-dən çox keçibsə, məs. 110, 120 yaş. Bu artıq rekord sayılır. Bu zaman ensiklopedik saymaq olar. --Tarixi Nadir (müzakirə) 13:09, 30 iyul 2024 (UTC)
- @En Merker, haqlıdır. Ancaq hər ölkədə belə insanlar var amma ümumdünya səviyyəsində bu təsdiqini tapmır. Gərək elə olsun ki, beynəlxalq olaraq rekord qırdığı tanınsın və=və ya haqqında mənbələr olsun. Dr.Wiki54 (müzakirə) 13:13, 30 iyul 2024 (UTC)
- Bu müzakirəni daha geniş formada KM-da davam etdirmənin daha yararlı olacağı qənaətindəyəm. Hörmətlə, Gadirmüzakirə 13:19, 30 iyul 2024 (UTC)
- Fikrimcə yaşın 100-dən çox olması şəxsi ensiklopedik edə bilməz. Cədvəl şəklində bu siyahı geniş işlənilsə əla olar. Araz Yaquboglu (müzakirə) 14:44, 30 iyul 2024 (UTC)
- @Gadir müzakirəni daşı zəhmət olmasa — Bikar müzakirə 15:00, 30 iyul 2024 (UTC)
- Hər 100+ əlavə edilsin? (təsdiqini tapanları əlavə etmək olar). Hörmətlə, Gadirmüzakirə 15:00, 30 iyul 2024 (UTC)
- Belə bir şey də var ki, onların çoxunun hələ SSSR dövründən qalan ordenləri, medalları var hansı ki, ayrılıqda ensiklopedikliyi ödəmir di gəl ki, uzunömürlüyü də nəzərə almaq lazımdı. Uyğun olaraq yaşı 90+ olanların sayı daha çoxdu, onları da nəzərə alsaq artıq siyahıya yerləşməzlər. — Bikar müzakirə 15:27, 30 iyul 2024 (UTC)
- Veterandı çoxusu. Hörmətlə, Gadirmüzakirə 15:35, 30 iyul 2024 (UTC)
- Ensiklopediklik daim mənbələrə əsaslanır. Haqqında mənbə varsa kifayət qədər, ensiklopedikdir. --► Hörmətlə: SolaVirum 16:06, 30 iyul 2024 (UTC)
- Müəyyən mənbələrdə əhatəsi varsa da, siyahı üçün kifayətdir, müstəqil məqalə açmağa gərək yoxdur hamısına, ki, qaralama vəziyyətində olacaq uzağı. Əhəmiyyətli şəkildə mənbələrdən istifadə olunub genişləndirilərsə başqa. Hörmətlə, Gadirmüzakirə 16:13, 30 iyul 2024 (UTC)
- Mən hesab edirəm ki, şəxsin 100 il yaşaması onu ensiklopedik etmir. Başqa xüsusiyyətlərə görə ensiklopedikdirsə, məqalədə uzunömürlü olması da qeyd edilə bilər, yoxsa sırf 100 il yaşayıb deyə ensiklopedik ola bilməz, əgər olursa bu çox gülməlidir. Sizlərə maraqlı bir şey deyim. Həmin şəxslərin əksəriyyətinim heç 100 yaşı yoxdur. 100 il yaşamaq hələm-hələm mümkün olan şey deyil. Həmim insanların doğum haqqında sənədləri də olmur və bəziləri bundan istifadə edərək iddia edirlər ki, 100 il yaşayıb. 91 yaşlı birini də 100 il yaşamış kimi göstərmək çox asandır. Mən belə düşünürəm. Crepusculum (müzakirə) 16:26, 30 iyul 2024 (UTC)
- Müəyyən mənbələrdə əhatəsi varsa da, siyahı üçün kifayətdir, müstəqil məqalə açmağa gərək yoxdur hamısına, ki, qaralama vəziyyətində olacaq uzağı. Əhəmiyyətli şəkildə mənbələrdən istifadə olunub genişləndirilərsə başqa. Hörmətlə, Gadirmüzakirə 16:13, 30 iyul 2024 (UTC)
- Ensiklopediklik daim mənbələrə əsaslanır. Haqqında mənbə varsa kifayət qədər, ensiklopedikdir. --► Hörmətlə: SolaVirum 16:06, 30 iyul 2024 (UTC)
- Veterandı çoxusu. Hörmətlə, Gadirmüzakirə 15:35, 30 iyul 2024 (UTC)
- Belə bir şey də var ki, onların çoxunun hələ SSSR dövründən qalan ordenləri, medalları var hansı ki, ayrılıqda ensiklopedikliyi ödəmir di gəl ki, uzunömürlüyü də nəzərə almaq lazımdı. Uyğun olaraq yaşı 90+ olanların sayı daha çoxdu, onları da nəzərə alsaq artıq siyahıya yerləşməzlər. — Bikar müzakirə 15:27, 30 iyul 2024 (UTC)
- Fikrimcə yaşın 100-dən çox olması şəxsi ensiklopedik edə bilməz. Cədvəl şəklində bu siyahı geniş işlənilsə əla olar. Araz Yaquboglu (müzakirə) 14:44, 30 iyul 2024 (UTC)
- Bu müzakirəni daha geniş formada KM-da davam etdirmənin daha yararlı olacağı qənaətindəyəm. Hörmətlə, Gadirmüzakirə 13:19, 30 iyul 2024 (UTC)
- @En Merker, haqlıdır. Ancaq hər ölkədə belə insanlar var amma ümumdünya səviyyəsində bu təsdiqini tapmır. Gərək elə olsun ki, beynəlxalq olaraq rekord qırdığı tanınsın və=və ya haqqında mənbələr olsun. Dr.Wiki54 (müzakirə) 13:13, 30 iyul 2024 (UTC)
- 100+ yaşanda birbaşa ensiklopedik olmurlar. Mənbələrdən, nə dərəcədə işıqlandırılmasından asılıdır. Kosmik Ozan utora! 17:51, 30 iyul 2024 (UTC)
- Babam 101 yaş yaşayıb. Sənədləri də var. Özüdə neftçi olub. Məqalə düşür? :d Grenzsoldat 17:55, 30 iyul 2024 (UTC)
- sırf uzunömürlü olmasına görə ensiklopedik hesab edilməsinə qarşıyam. (istisnalar ola bilər). mənbələrlə siyahının tərtib olunmasının lehinəyəm Atakhanli (müzakirə) 19:39, 30 iyul 2024 (UTC)
- Sırf uzunömürlü olmaları, müəyyən bir yaşı keçmələri şəxsləri təkbaşına ensiklopedik edə bilmir. O zaman bunu şəxsləri birbaşa ensiklopedik edən bir fakt kimi qəbul edə bilərdik ki, bütün 100+ yaşı olan şəxslər sırf bu fakta görə mənbələrin diqqətində olardı, bir standart olaraq ikincidərəcəli mənbələrdə əhatə edilərdi. Amma göründüyü üzrə, sadəcə müəyyən sayda şəxsin həyat və fəaliyyəti sırf bu xüsusiyyətə görə mənbələrin diqqətində olub və əhatə edilib. Yəni, uzunömürlü olmaq şəxsin mənbələrin diqqətində olması və həyat və fəaliyyətinin araşdırılması üçün yetərli deyil. Nəticədə VP:EƏ-ni də ödəyə bilmirlər. Yaşı 100-ü keçməyən, amma uzunömürlü şəxs kimi əhəmiyyətli mənbələrin diqqətində olmuş, əhatə edilmiş, həyat və fəaliyyəti araşdırılmış şəxs ensiklopedik ola bilər bu arada. Biz mənbələrin nəyi niyə, nəyə əsasən yazdığını araşdırmırıq. Həmçinin başqa səbəbdən ensiklopedik olan şəxsin uzunömürlü kimi qəbul edilməsi də məqalədə qeyd edilə bilər. Siyahının hazırlanmasının tərəfdarıyam, siyahı olaraq bu mövzu tam ensiklopedikdir, çünki Azərbaycanca mənbələrdə "Azərbaycanın uzunömürlüləri" tez-tez diqqətdə olmuş, xüsusi ilə əhatə edilmiş bir mövzudur. Amma etibarlı mənbələrə əsaslanmaq mütləqdir. Sura Shukurlu (müzakirə) 10:14, 31 iyul 2024 (UTC)
- @Atakhanli, məncə uzunömürlülərin siyahısını tərtib etmək lazımdır axı. Minimum yaş 120 yaş götürülsə, çox az adam bu tələbi ödəyər. Mənə elə gəlir insanlara da çox maraqlı gələr ki, kimlər 120 yaşdan çox yaşayıb. Qazanxan (müzakirə) 13:27, 1 avqust 2024 (UTC)
- olar Atakhanli (müzakirə) 18:38, 1 avqust 2024 (UTC)
- Mənbə olanları (yaşının təsdiqini tapanları) əlavə edərək yaratmaq olar, yoxsa hər "bu, 100 yaş yaşayıb" deyiləni yox. Hörmətlə, Gadirmüzakirə 23:24, 1 avqust 2024 (UTC)
- olar Atakhanli (müzakirə) 18:38, 1 avqust 2024 (UTC)
- sırf uzunömürlü olmasına görə ensiklopedik hesab edilməsinə qarşıyam. (istisnalar ola bilər). mənbələrlə siyahının tərtib olunmasının lehinəyəm Atakhanli (müzakirə) 19:39, 30 iyul 2024 (UTC)
- Babam 101 yaş yaşayıb. Sənədləri də var. Özüdə neftçi olub. Məqalə düşür? :d Grenzsoldat 17:55, 30 iyul 2024 (UTC)
Şablona olan keçidləri silmə
Salam. Kimsə bu mövzuda kömək edə bilər? Bu şablona və yönləndirməsinə olan keçidləri səhifələrdən təmizləmək lazımdır. Şablonu bu müzakirəni də nəzərə almaqla sildim, həm də silmə səbəbində də qeyd etdiyim kimi, digər məqalələrdə düzəlişlər zamanı şablondan olan keçidlərə görə problemlər çıxır, səhv yönləndirir, digər əllə daxil edilmiş keçidləri təmizləmək çətinləşir, şablondan adı silsən də keçidlərin təmizləndiyi bir müddət sonra görünür. Kim kömək edə bilər? Hörmətlə, Gadirmüzakirə 17:02, 30 iyul 2024 (UTC)
- @Gadir bot işlədənlərə yazmısan? — Bikar müzakirə 15:07, 31 iyul 2024 (UTC)
- Fikrim var idi, gözdən iraq qalar deyə bura yazmağı daha münasib bildim. Hörmətlə, Gadirmüzakirə 15:08, 31 iyul 2024 (UTC)
- @Patriot Kor, salam, bəy. Siz bu mövzuda yardımçı ola bilərsiz? Hörmətlə, Qədir (müzakirə) 17:30, 12 avqust 2024 (UTC)
- Fikrim var idi, gözdən iraq qalar deyə bura yazmağı daha münasib bildim. Hörmətlə, Gadirmüzakirə 15:08, 31 iyul 2024 (UTC)
Şablon:Tərcüməsiz
Salam həmkarlar. Şablon:Tərcüməsiz və Şablon:Link-interwiki adlı iki şablonumuz var. Tərcüməsiz şablonu daha az sayda vikidə istifadə olunur. Əsas vikilərdə link-interviki istifadə olunur. 116 məqalədə Şablon:Tərcüməsiz istifadə olunur. Həmin məqalələrdə tərcüməsiz şablonunu link-interviki ilə əvəz edib, daha sonra tərcüməsiz şablonunu silinməyə təqdim etmək barədə düşünürəm. Nə cür problem yaranacağını təxmin edirsiz? — Bikar müzakirə 21:03, 6 avqust 2024 (UTC)
- @Bikar salam. Fikrimcə, {{Tərcüməsiz}} adı daha uyğundur. Hər iki şablonu birləşdirmək olar, problem yaranmaz — Toghrul R (m) 05:46, 9 avqust 2024 (UTC)
- @Toghrul R, fikrimcə, "dil keçidləri" çox daha münasib adlandırma olar. Hörmətlə, Qədir (müzakirə) 19:16, 10 avqust 2024 (UTC)
- Eyni zamanda bir şablon vasitəsilə ilə birdən çox dildəki məqalələrə keçid vermək olsa. Hörmətlə, Qədir (müzakirə) 19:15, 11 avqust 2024 (UTC)
- @Toghrul R "backwards compatibility" şəkildə eləmək olarsa əlbətdə daha yaxşı olar. @Gadir niyə? Hər hansı dilə keçid verilir, keçirsən həmin dildə məqaləyə, ordan da hansı dil var orda. Əsas rus, ingilis dilidi. Texniki olaraq iki dil keçidi qoymaq olar, biri yuxarı link biri aşağı. İndi öncəlikli birşey deyil. — Bikar müzakirə 19:27, 11 avqust 2024 (UTC)
- @Toghrul R, burdakı xahişimi nəzərə alarsınız lütfən. Hörmətlə, Qədir (müzakirə) 11:28, 14 avqust 2024 (UTC)
- Çünki həm də qeyd etdiyiniz adı gələcəkdə tərcümə ilə bağlı şablonlar yaratdıqda onlara verəcəyik. Hörmətlə, Qədir (müzakirə) 11:29, 14 avqust 2024 (UTC)
- @Bikar @Gadir şablonları birləşdirdim. Dediyiniz kimi, "backwards compatibility" də var, iki variant da dəstəklənir. Sizcə, şablonun adı nə olsun? "Dil keçidi", yoxsa "İnterviki keçidi"? PS: birdən artıq dil əlavə etdikdə problem yaranır, bir dil optimal işləyir — Toghrul R (m) 12:33, 14 avqust 2024 (UTC)
- Təşəkkür edirəm. Mən düşünürəm ki, şablon adlarını dilimizə uyğunlaşdıraraq "dil keçidi" olsun, əgər bir dil vermək olacaqsa. O biri variantdan da yönləndirmə verək. Hörmətlə, Qədir (müzakirə) 12:35, 14 avqust 2024 (UTC)
- 👍 nə qədər qısa ad olsa o qədər yaxşıdı — Bikar müzakirə 12:45, 14 avqust 2024 (UTC)

- Toghrul R, belə bir məsələ var, zəhmət olmasa Barba non facit philosophum məqaləsinə nümunə kimi nəzər yetirin. Məqalə mövcuddur olduğu halda qırmızı yerə tıklayanda görün hara yönləndirir. Hörmətlə, Qədir (müzakirə) 12:38, 19 avqust 2024 (UTC)
- @Gadir mövcud olan nədi? — Bikar müzakirə 12:45, 19 avqust 2024 (UTC)
- Шаблон:Dil keçidi deyirsən? — Bikar müzakirə 12:49, 19 avqust 2024 (UTC)
- Düzəltdim — Bikar müzakirə 12:55, 19 avqust 2024 (UTC)
- Yoxla, şablonu çıxard — Bikar müzakirə 12:56, 19 avqust 2024 (UTC)
- İndi də şablonun səhifəsinə atır, həmin bölməni redaktəyə keçməlidi. Hörmətlə, Qədir (müzakirə) 13:06, 19 avqust 2024 (UTC)
- Şablonun səhifəsinə atmalıdı elə, şablonun quruluşun bilməsən məqalədən necə çıxardacağsan — Bikar müzakirə 13:14, 19 avqust 2024 (UTC)
- Ok, attığı yerdə səhifə linkinə nəzər yetir, rusca yazılar qalıb. Hörmətlə, Qədir (müzakirə) 13:20, 19 avqust 2024 (UTC)
- Hələlik kənarlaşdırdım. O hissə də şablonun səhifəsində, məqalə mövcud olduqda nə etmək lazım olduğu barədə bölməyə yönləndirmədi, heç ruvikidə də yoxdu. Yəqin ki, gələcəkdə lazım olacaq. Yoxla, şablonu çıxard — Bikar müzakirə 13:40, 19 avqust 2024 (UTC)
- Hörmətlə, Qədir (müzakirə) 13:43, 19 avqust 2024 (UTC)

Təklif
Hörmətli viki icma. Hər birinizi salamlayıram. Artıq bir neçə dəfədir ki, mən "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun İdarə Heyətinin (bundan sonra: İdarə Heyəti) təsdiqlənməsi məsələsini müzakirəyə çıxarıram. Lakin hər dəfə müzakirə ya yarımçıq ya da nəticəsiz qalır. Səbəb isə "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun İdarə Heyəti haqqında qaydaların (bundan sonra: İdarə Heyəti haqqında Qaydalar) tam tərtib olunmamasıdır. Bu səbəbdən mən İdarə Heyətinin seçilməsi işinin ümumilikdə 3 əsas mərhələyə bölünərək aparılmasını təklif edirəm:
- I mərhələ - İdarə Heyəti haqqında Qaydaların tərtib olunması mərhələsi.
- II mərhələ - İdarə Heyəti haqqında Qaydaların qəbul olunması mərhələsi.
- III mərhələ - İdarə Heyətinin Seçilməsi mərhələsi.
Bura qədər hər şey aydındır. Bəs İdarə Heyəti haqqında Qaydaların tərtibi necə aparılacaq? Bu sualın hazırki vəziyyətdə bir cavabı var; İdarə Heyəti haqqında Qaydaların Tərtibi üzrə Müvəqqəti Komissiyanın (və ya qısaca: QTMK) yaradılması. Sual yarana bilər ki, "bəs bu QTMK qaydaları necə tərtib edəcək?". Əvvəla yaxşı olar ki, elə bu QTMK-nın özünü də seçki yolu ilə təyin edək. Belə olan halda yuxarıda qeyd etdiyim 3 əsas mərhələni özlüyündə bir neçə alt-mərhələyə bölməyi vacib hesab edirəm. Belə ki, I mərhələ - İdarə Heyəti haqqında Qaydaların tərtib olunması mərhələsi özlüyündə 5 alt-mərhələyə bölünməlidir:
- QTMK-nın seçki qaydalarının hazırlanması.
- QTMK-nın seçki qaydalarının icma tərəfindən açıq səsvermə yolu ilə qəbul olunması.
- QTMK-nın fəaliyyət qaydalarının hazırlanması.
- QTMK-nın fəaliyyət qaydalarının icmə tərəfindən açıq səsvermə yolu ilə qəbul olunması.
- QTMK seçkilərinin başladılması və üzvlərin seçilməsi.
Bundan sonra II mərhələ yəni İdarə Heyəti haqqında Qaydaların qəbul olunması mərhələsi gəlir ki, onun özünü də 2 alt-mərhələyə bölməliyik:
- QTMK-nın, İdarə Heyəti haqqında Qaydaları tərtib edib hazırlaması.
- İdarə Heyəti haqqı Qaydaların icma tərəfindən açıq səsvermə yolu ilə qəbul olunması.
Məhz bu mərhələlərdən sonra hesab edirəm ki, III mərhələ, yəni İdarə Heyətinin Seçilməsi mərhələsi olduqca asanlaşacaq və III mərhələnin özü avtomatik olaraq 2 alt-mərhələyə bölünəcək:
- İcmanın qəbul etdiyi İdarə Heyəti haqqında Qaydalara əsasən səsvermə başlatmaq.
- İdarə Heyətini seçmək.
Mən hələlik iki qaydanın (QTMK-nın seçki qaydaları və QTMK-nın fəaliyyət qaydalarını) müvəqqəti olaraq tərtib etmişəm və əgər bu təklifim qəbul olunarsa onları sizə təqdim edəcəyəm.
Hörmətli həmkarlar, nəzərə alın ki, İdarə Heyəti artıq seçilməlidir və bunun üçün artıq ciddi işlərə başlanılmalıdır. --Hörmətlə, Patriot (müzakirə) 17:10, 8 avqust 2024 (UTC)
- Razıyam. Amma qaydaların qəbulu zamanı çalışmalıyıq ki, belə redaktələri və şəxsləri burdan uzaq tutaq. İstifadəçi hamının gözü qarşısında öz xeyrinə qaydanı dəyişdirir ki, okeanın o başında oturub burdakı oflayn fəaliyyəti idarə etsin. Nemoralis (müzakirə) 17:30, 8 avqust 2024 (UTC)
- @Patriot Kor, təşkilatın üzvü olmasam və bu işlə maraqlanmasam da layihə haqqında yazınızdan 90-cı ilərin qoxusu gəlir :) Ortada heç nə yox, 0-ın da altından başlamaq lazım, İH, QTMK :) Hərhalda uğurlar! - Dr.Wiki54 (müzakirə) 17:48, 8 avqust 2024 (UTC)
- @Dr.Wiki54 elədir ki, var 😀. Lakin hələ ki, heç kəs heç bir təşkilata üzv deyil. Amma siz aktiv istifadəçi olduğunuza görə, həm QTMK-ya həm də İH-də namizdəliyinizi irəli sürməlisiniz məncə. Hörmətlə, Patriot (müzakirə) 17:55, 8 avqust 2024 (UTC)
- @Patriot, qaydalar heç ətraflı yazılmayıb, demək olar ki, boşluq çoxdur. Belə olan halda qaydaları qəbul etmək mümkün deyil. Məsələn, İdarə heyətinin fəaliyyəti haqqında detalları qaydalar olmalıdır. Məsələn, İdarə heyəti nələri edə bilər, nələri edə bilməz? İş bölgüsü necə olacaq? və s. Gərək draft çox ətraflı yazılsın. Kosmik Ozan utora! 20:19, 8 avqust 2024 (UTC)
- @White Demon sizinlə razıyam. QTMK təklifi də məhz bunun üçündür. Qaydaların tərtib olunması üçün komissiya yaradılsın. Mənim təklifimi diqqətlə oxuyun. Hələlik mən ilkin mərhələdə qaydaların tərtib olunmasına çalışıram. Hörmətlə, Patriot (müzakirə) 20:27, 8 avqust 2024 (UTC)
- @Patriot, qaydalar heç ətraflı yazılmayıb, demək olar ki, boşluq çoxdur. Belə olan halda qaydaları qəbul etmək mümkün deyil. Məsələn, İdarə heyətinin fəaliyyəti haqqında detalları qaydalar olmalıdır. Məsələn, İdarə heyəti nələri edə bilər, nələri edə bilməz? İş bölgüsü necə olacaq? və s. Gərək draft çox ətraflı yazılsın. Kosmik Ozan utora! 20:19, 8 avqust 2024 (UTC)
- @Dr.Wiki54 elədir ki, var 😀. Lakin hələ ki, heç kəs heç bir təşkilata üzv deyil. Amma siz aktiv istifadəçi olduğunuza görə, həm QTMK-ya həm də İH-də namizdəliyinizi irəli sürməlisiniz məncə. Hörmətlə, Patriot (müzakirə) 17:55, 8 avqust 2024 (UTC)
- @Patriot Kor, təşkilatın üzvü olmasam və bu işlə maraqlanmasam da layihə haqqında yazınızdan 90-cı ilərin qoxusu gəlir :) Ortada heç nə yox, 0-ın da altından başlamaq lazım, İH, QTMK :) Hərhalda uğurlar! - Dr.Wiki54 (müzakirə) 17:48, 8 avqust 2024 (UTC)
- Hədən böyük təklif siyahısı var. Proses sadələşməlidir. Komissiyaya ehtiyac yoxdur. Bir şəxs qaydaları tərtib edib, müzakirəyə çıxara bilər. Müzakirə əsasında da səs vermə ilə qayda qəbul olunar. Sonra qayd əsasında İD heyəti seçilər. Bu işi Gadir üzərinə götürsə məncə öhdəsindən gələ bilər. --Tarixi Nadir (müzakirə) 18:32, 8 avqust 2024 (UTC)
- Razıyam. Lakin sıralamanı izləsək proses öz axarı ilə çox sadə şəkildə davam edəcək. Gadiri də elə bu prosesə nəzarətçi qoymaq olar. İndiki halda sizin təklifiniz mümkünsüz görünür. Qaydalar bir nəfər tərəfindən tərtib olunub müzakirəyə qoyulsa hər kəs özünə sərf edən tərəfdən çıxış edə bilər. Amma qaydaları tərtib edən ayrıca komissiya təşkil olunsa bu artıq ciddi bir məsələyə çevriləcək. Təbii ki, komissiya da hazırladığı qaydanı icma səsverməsinə çıxaracaq. Səsvermə ilə qayda qəbul olunduqdan sonra komissiya ləğv ediləcək. Bu sadəcə müvəqqətidir. Hörmətlə, Patriot (müzakirə) 18:38, 8 avqust 2024 (UTC)
- Bu qədər aşırı niyə qəlizləşdiririk ki? Baxmaq lazımdır digər lokal vikilər necə edib. Konkret tələblər qoyulsun. Hər kəsə də seçici hüququ verilməsin. Namizəd də hər kəs ola bilməsin. İstifadəçilər namizədliyin versin, icma da seçsin. Heyət sonra özü arasında sədrini də seçsin fso Atakhanli (müzakirə) 19:45, 8 avqust 2024 (UTC)
- 1 ildir mən siz deyənləri təklif edirəm amma nəticə yoxdur. Hər şey əslində sadədir amma qaydaların tərtibi müzakirələrə səbəb olacaq. Bu səbəbdən mən qaydaların tərtib edilməsi üçün ayrıca komissiya tərəfdarıyam. Hörmətlə, Patriot (müzakirə) 19:58, 8 avqust 2024 (UTC)
- @Atakhanli ilə razıyam. @Patriot Kor, məsələni bu qədər qəlizləşdirməyə ehtiyac yoxdur. En, Ru və ya TrViki kimi digər böyük vikilərdə qayda nə cürdürsə o tərcümə və redaktə edilsin, müzakirəyə çıxaranda da redaktə edək vse da. QTMK zad nədi tay? Dövlət zad qururuq? 😂 samral müzakirə 20:30, 8 avqust 2024 (UTC)
- @Samral dövlət qurmuruq. Amma mən artıq 4-cü dəfədir bu müzakirəni açıram ki, bu idarə heyəti məsələsi həll edilməlidir. Amma heç kəs bu mövzuda dəstək olmur. Hamı qaydaların tərtib olunmamasından şikayətçidir. Mən sadəcə təklif irəli sürmüşəm. Bu gedişlə qaydalar müxtəlif məqsədlərlə dəyişdirilir. Qaydalar nəhayət tərəfsiz olaraq tərtib olunmalıdır. Bunun üçün bir nəfəri yox bir neçə nəfəri məsuliyyət altına salmaq lazımdır. Bir nəfərlə qaydaların tərtibi yaxşı nəticə verməyəcək. Hörmətlə, Patriot (müzakirə) 20:36, 8 avqust 2024 (UTC)
- @Patriot Kor, idarə heyəti qaydaları ilə bağlı hardasa analoji səhifə var? Nümunə kimi baxmaq üçün. Məsələn, türklər necə edir? Kosmik Ozan utora! 20:48, 8 avqust 2024 (UTC)
- @White Demon mən bu barədə ümumiyyətlə hər hansı başqa User Grouplar üzrə məlumat tapmaqda çətinlik çəkirəm. Türklərdə də həmçinin. Tapa bilməmişəm. Hörmətlə, Patriot (müzakirə) 20:57, 8 avqust 2024 (UTC)

- Salamlar. Düzü, mənim hazırda oflayn fəaliyyətim demək olar ki yoxdur, amma teq edildiyim üçün fikir bildirmək istədim bu dəfə. Məncə də sadələşdirmək lazımdır, @Patriot Kor, məsələn, QTMK-nın seçki və fəaliyyət qaydalarına nə gərək var ki? Təcrübəli istifadəçilərimizdən (qaydalar hazırlamış və bununla maraqlanan) bir neçəsini seçə bilərik (mütləq tərəfsiz və obyektiv olmalıdır, həmçinin bir-birinə uzaq, məsafəli (davalı yox:), sadəcə Vikipediyadan onlayn əlaqəsi olan) istifadəçilərdən seçməkdə fayda var deyirəm) və onlar da bir müzakirə qrupu yaradaraq danışıb hazırlaya bilərlər, daha sonra da təqdim edərlər. Sonra da uyğun düzəlişlər və əlavələr edilər, ardınca çıxarılar səsverməyə. Yəni həqiqətən bu qədər uzatmağa gərək yoxdur, başa düşürəm, hər dəfə həll olunmadan müzakirə bağlandı, amma yenə də ehtiyac yoxdur prosesi bu qədər qəlizləşdirməyə. Qaydaları qəbul etdikdən sonra da üzvləri seçərik rahat şəkildə. Hörmətlə, Qədir (müzakirə) 21:59, 8 avqust 2024 (UTC)
- @Gadir hazırda mən bu qaydaların hazırlanması üçün heç bir fəaliyyət görmürəm. Ümumiyyətlə bu qaydalar hələlik bir-iki istifadəçi tərəfindən yazılıb və istənilən istifadəçi girib redaktə edib dəyişiklik edə bilər. Hamınızla razıyam. Hamı deyir ki, nə var ki, gəlin qaydaları tərtib edək çıxaraq səsverməyə. Bəs niyə tərtib etmirik? Niyə səsverməyə çıxarmırıq? Ümumiyyətlə qaydaları kim və nə cür tərtib edəcək? Hansı təcrübəyə əsasən? Buna görə də mən bir komissiya təklif etmişəm. Şəffaflıq olsun deyə o komissiyanın da səsvermə yol ilə təşkil olunmasını təklif etmişəm. Hörmətlə, Patriot (müzakirə) 22:03, 8 avqust 2024 (UTC)
- Elə həmin seçdiyimiz istifadəçilər özləri maraqlanacaqlar, digər vikilərin təcrübələrinə baxacaqlar, soruşacaqlar edəcəklər. Ona əsasən da hazırlayacaq və təqdim edəcəklər. Yəni qaydaların hazırlanmasında onların olacaq məsuliyyət. Bu istifadəçiləri də şəffaf şəkildə seçdiyimiz kimi, həmçinin qaydalarla kifayət qədər maraqlı istifadəçilərdən seçək, yəni o istiqamətdə fəaliyyəti olanlar namizəd olsun, namizədliyi verilsin. Bir neçə belə istifadəçini səsvermə yolu ilə təyin etmək adekvat addımdır, siz deyənə gəlib çıxır, yəni qısa yoldan belə həll etmək olar. Hörmətlə, Qədir (müzakirə) 22:22, 8 avqust 2024 (UTC)
- Əslində bəzi suallar da çıxır. Azərbaycanda yaşamayan şəxs də seçiləcəkmi? Misal üçün @Eldarado. Qaydalar icazə verməsə o namizəd ola bilməyəcək. Halbuki o olsa səsimi ona verəcəm. İndi müzakirə olmalıdır ki, əgər mütləq Azərbaycanda yaşamalıdırsa, niyə mütləq? Həmçinin @Dr.Wiki54. Və ya istisna olacaqmı və s. Digər yandan mütləq həmin şəxs bilinən üz olmalıdırmı? Yəni elə istifadəçilər var ki, onlar anonimdir. Biz tutaq bilirik və əminik ki, onlar real insanlardır. Yəni kukla və ya fake deyil. Sadəcə onlar mümkün qədər anonim qalmağı seçirlər. Heç bir düşərgə, konfranslarda olmurlar. Halbuki viki üçün faydalı işləri var. Onlar namizədlik verə biləcəkmi? Yəni mütləqdir mi, oflayn tədbirlərdə iştirak edə? Əgər neytral, aktiv və vikipediyada keçmişi və böyük təcrübəsi olan biridirsə. Digər yandan ətrafında kütləsi olub səsovu etmək istəyən istifadəçilərə qarşı mübarizə metodumuz varmı? Sırf bu ad üçün namizəd olanlara qarşı hansısa tədbir növümüz varmı? Atakhanli (müzakirə) 22:08, 8 avqust 2024 (UTC)
- @Patriot Kor, təklif üçün təşəkkür, amma offlayn fəaliyyət məni cəlb etmir. @Atakhanli, maraqlıdır harada yaşadığımı nəyə əsaslandırırsınız? Bu barədə heç yerdə qeyd etməmişəm :) Bu işdə maraqlı deyiləm, çünki oflayn fəaliyyət mənim üçün lazımsızdır. Ümumilikdə xüsusiliklərə isə qarşıyam. Qaydalar hamıya şamil olunmalıdır. Yenə də təşəkkür. Dr.Wiki54 (müzakirə) 22:12, 8 avqust 2024 (UTC)
- @Dr.Wiki54 mən qaydaların tərtib olunmasında şəxsən özüm də iştirak etmək istəyirəm. Lakin idarə heyətində olmaq mənim də diqqətimi cəlb etmir. Hazırda mənim üçün vacib olan məsələ bu qaydalar çox ciddi şəkildə hazırlanmalıdır. İH heyəti AzVikinin gələcək taleyində mühüm rol oynayacaq. Hörmətlə, Patriot (müzakirə) 22:18, 8 avqust 2024 (UTC)
- Atakhanli və bütün bunlara rəğmən hesab edirsiz ki, bir nəfər qaydaları tərtib edəcək və səsverməyə çıxarıb idarə heyətini seçəcəyik? Elə buna görə də ilk öncə qaydaların ciddi tərtib olunması lazımdır. Qaydaların ciddi tərtib olunması üçün, bu qaydaları tərtib edənlərə ciddi məsuliyyət vermək lazımdır. Hörmətlə, Patriot (müzakirə) 22:12, 8 avqust 2024 (UTC)
- Açığı deyim ki, qaydaların hazırlanmasında təcrübəm yoxdur. Hesab edirəm ki, bu işdə Firuza da kömək ola bilər. --Araz Yaquboglu (müzakirə) 05:41, 9 avqust 2024 (UTC)
- @Patriot Kor, təklif üçün təşəkkür, amma offlayn fəaliyyət məni cəlb etmir. @Atakhanli, maraqlıdır harada yaşadığımı nəyə əsaslandırırsınız? Bu barədə heç yerdə qeyd etməmişəm :) Bu işdə maraqlı deyiləm, çünki oflayn fəaliyyət mənim üçün lazımsızdır. Ümumilikdə xüsusiliklərə isə qarşıyam. Qaydalar hamıya şamil olunmalıdır. Yenə də təşəkkür. Dr.Wiki54 (müzakirə) 22:12, 8 avqust 2024 (UTC)
- @Gadir hazırda mən bu qaydaların hazırlanması üçün heç bir fəaliyyət görmürəm. Ümumiyyətlə bu qaydalar hələlik bir-iki istifadəçi tərəfindən yazılıb və istənilən istifadəçi girib redaktə edib dəyişiklik edə bilər. Hamınızla razıyam. Hamı deyir ki, nə var ki, gəlin qaydaları tərtib edək çıxaraq səsverməyə. Bəs niyə tərtib etmirik? Niyə səsverməyə çıxarmırıq? Ümumiyyətlə qaydaları kim və nə cür tərtib edəcək? Hansı təcrübəyə əsasən? Buna görə də mən bir komissiya təklif etmişəm. Şəffaflıq olsun deyə o komissiyanın da səsvermə yol ilə təşkil olunmasını təklif etmişəm. Hörmətlə, Patriot (müzakirə) 22:03, 8 avqust 2024 (UTC)
- Patriotun təşəbbüsü təqdirəlayiqdir. Mənim fikrimcə bir gün vaxt təyin edilsin və online meetinglə edilməli olan işlər görülsün. Fikrimcə istifadəçi qrupunun inkişafı barədə ümumi fikirləri eşitdikdən sonra bu qaydaları tərtib edəcək işçi qrup seçilsin. Əgər kənd meydanına qalsa, proses uzayacaq. Təklif edirəm ki, gələn həftəsonu (17-si və ya 18-i avqust) bir saatda onlayn meetingin olacağı elan edilsin və hər kəsin həmin saatlarda fikri eşidilsin. Moderator Wertuose və ya Patriotun özü ola bilər. Əhməd Qurbanov (müzakirə) 09:29, 9 avqust 2024 (UTC)
- QTMK yadıma 70-cı illərin sovetlərini saldı. Kənardan baxan hansısa kommunist təşkilat qurduğumuzu düşünəcək. Bu baxımdan hesab edirəm ki, QTMK kimi qısaltmalardan çəkinmək lazımdır və çalışmaq lazımdır ki, sadə bir şey olsun.--Crepusculum (müzakirə) 08:04, 10 avqust 2024 (UTC)
- QTMK sadəcə qaydaların tərtib olunmasında məsuliyyətlə çalışan bir neçə üzvdən ibarət komissiya kimi təklif olunub. Əsas məqsədi qaydaları kiminsə öz maraqları daxilində dəyişdirməsinə mane olmaq və tam şəffaf, yekdil qayda hazırlamaqdır. Burada dövlət qurmuruq. Amma Vikipediyada "dövlət" qurulmasına qarşı tədbir görürük. Patriot Kor (müzakirə) 08:13, 10 avqust 2024 (UTC)
- Hər kəsə salam. Bu təklifi illər öncə mən irəli sürmüşəm və Qaydaları Wertuose ilə birlikdə müəyyən qədər işləmişik. Dəfələrlə də özüm də müzakirəyə çıxarmışam və ya müzakirəyə çıxarılan zaman fikrimi bildirmişəm. Heç bir QTMK ya falan ehtiyac yoxdur bu mövcud marağı daha da azaldacaq. Viki sistemlə işləməliyik. İlkin olaraq qayda hazırlanacaq, digər viki qaydalar kimi. Daha sonra viki səsvermə ilə qəbul olunacaq. Sonra isə fondun səsvermə aləti ilə İdarə heyəti seçiləcək. Hal hazırda həmin alətin bizim üçün təşkil olunmasını gözləyirəm. Buna görə də hazırda qaydalarara əlavə və dəyişikliklər edib qəbul etməliyik. İstifadəçi qrupumuzu bu günə kimi əsasən mənim, Wertuoseun və Sortilegusun müəyyən işləri sayəsində fəaliyyətinə davam etdirir. Lakin biz 2016-ci ildən baş tutmuş görüşlərdə (Görüşdə iştirak edənlər təsdiqləyərlər bu fikirləri) bizə dəstəyin lazım olması ilə bağlı fikirlər səsləndirmişik ki, kim istəyirsə qoşulsun və işimiz nisbətən yüngülləşsin. Lakin çox da yüksək marağa səbəb olmayıb. Ona görə də bu təklifi irəli sürmüşdüm və icra olunana kimi də bu yöndə fəaliyyətimə davam edəcəyəm. Yaxın zamanda qaydalar müzakirəyə çıxarılacaq və daha sonra səsvermə müddəti təyin olunacaq. Hörmətlə --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 17:26, 11 avqust 2024 (UTC)
- Hər şey qalıb qıraqda, rəy yazan, yazmayan QTMK sözünə filan ilişir. AzVikinin oflayn hissəsi Vikipediyaçı olmayanların, qurumların əlindədir və bu, son düşərgədə olduğu kimi, istifadəçilərə təhlükə yarada bilər və yaradıb da. --► Hörmətlə: SolaVirum 21:27, 12 avqust 2024 (UTC)
- @Solavirum son düşərgədə istifadəçilərə necə bir təhlükə yaradıb ? Crepusculum (müzakirə) 05:54, 17 avqust 2024 (UTC)
- Hər şey qalıb qıraqda, rəy yazan, yazmayan QTMK sözünə filan ilişir. AzVikinin oflayn hissəsi Vikipediyaçı olmayanların, qurumların əlindədir və bu, son düşərgədə olduğu kimi, istifadəçilərə təhlükə yarada bilər və yaradıb da. --► Hörmətlə: SolaVirum 21:27, 12 avqust 2024 (UTC)
- Solavirum bu səbəbdən İH yaradılmalıdır. Dövlət qurumu nə tədbir keçirir özü bilər. Amma Vikipediyanın məmur təsirinə düşməsi yolverilməzdir. --Tarixi Nadir (müzakirə) 08:00, 17 avqust 2024 (UTC)
Hər nə qədər də düşünsəm ki, əksər hallarda faydasız və hətta viki üçün əlavə iş yükü yaradacaq qədər problemli olur, amma hesab edirəm ki, oflayn tədbirlərin təşkili lazımdır. Təşkilatçılarına da zaman-zaman öz xoş diləklərimi bildirmişəm daha da inkişaf etdirilməsi üçün. Amma, ən sadəsindən Göygöldə baş verənlərdən sonra ümumiyyətlə həmin növbəti tədbirdə hər hansı təcrübəli istifadəçini görməmək bəlkə də ən doğrusu olardı...
İH-nin yaradılması şərtdir. Kim harada nə tədbir keçirdir, hansı maliyyəni nə edir özü bilər. Amma istifadəçi qrupunun, Vikipediyanın təşkilatçı, dəstəkçi, təşəbbüskar kimi göstərildiyi, həmçinin sitenotice-ə yerləşdirilən istisnasız bütün tədbirlər İH-nin razılığı ilə olmalıdır. İH də icmanın ən etibar etdiyi və ciddi məsuliyyət ala biləcəyi insanlardan seçilməlidir. --Sura Shukurlu (müzakirə) 21:21, 17 avqust 2024 (UTC)
- @Sura Shukurlu, siz Göygöl düşərgəsində olmamısınız. Hansı baş verənlərdən bəhs edirsiniz və olmaya-olmaya hardan eşitmisiniz bu naməlum hadisəni? Nemoralis (müzakirə) 09:24, 18 avqust 2024 (UTC)
- Kimsə nəsə etməyə çalışırsa, xüsusilə də Vikipediya ilə bağlı bunu sadəcə təqdir etmək lazımdır. Çünki bu könüllü bir platformadır və xaricdən qrant almaq çətin məsələdir. Dövlət orqanları oflayn vikitədbirlər keçirilməsinə dəstək olursa bu çox gözəl haldır. Dövlət orqanları əgər nə vaxtsa gəlib öz orqanlarınin əməkdaşları, ya xüsusi şəxslər barədə məqalələr yaradılmasi üçün düşərgələr təşkilini edərdisə bu təşəbbüslərini pisləmək olardı. Hansısa məsələdə etirazı olan varsa qoşulsun növbəti düşərgəyə və fikrini açıq bildirsin. Yoxsa onlayn münasibət bildirib oflayn tədbirdən iştirakdan yayınmaqla nəyəsə nail olmaq mümkün deyil. Həm də etik deyil. Gəlin, görün, gördüyünüz əyrini yerində bildirin və məsələ daha rahat həll olunsun. Hər birinizə dərin hörmət və ehtiramla. Elnur Neciyev (müzakirə) 11:14, 18 avqust 2024 (UTC)
- ümumiyyətlə iştirak edilməmiş bir yerdə, öz gözünüzlə görmədiyiniz bir nüansı hansı fikirlə bildirə bilərsiniz? Kim nə danışırsa bu onun öz baxışıdır. Yəqin görmək istəyənlər və yaxud sizin görmək istədiyiniz kimi qələmə vermisiniz. Belə əsassız fikirlərlə burda qeyd etmək, digər vikipediyaçıların yanlış fikirdə olmasına zəmin yaradırsınız. Əgər siz Göygöldə olmamısınızsa, hardandır sizə bu naməlum söhbətlər??? Olmaya şipyonlarda var?? Vikipdiyada heç nə bəlkələrlə olmur, hər hansı bir nüans varsa qeyd edin! Dəqiq konkret deyə bilərsiniz hansı hadisədən söhbət gedir?? A.Aida88 (müzakirə) 07:30, 19 avqust 2024 (UTC)
Patriot Kor-un hesabının oğurlanması
Salam. Bildiyiniz kimi bir müddət öncə Patriot Kor-un hesabı oğurlanmış, bu, istifadəçi ilə Crepusculum arasındakı anlaşmazlıqdan sonra baş vermiş və istifadəçi bunu Crepusculum-un ona qarşı qərəzli fəaliyyəti haqda icmaya müraciət edərkən də qeyd etmişdi. Mən, öz şəxsi fikrimcə, hesabın oğurlanması situasiyasının bir oyun olduğunu düşünürəm. Hesabın oğurlanması zamanı VPN ilə qoşulma məsələsi mənim şübhələrimi daha da artırdı. Fikrimcə, Crepusculum-un günahkar göstərilməsi üçün VPN-dən istifadə edilərək bilərəkdən ölkə olaraq Kanada seçilib. Əgər oğurlayan Crepusculum özü idisə, niyə VPN-dən istfadə edib ölkəni Kanada olaraq seçsin? Əgər VPN-dən istifadə edirdisə niyə başqa ölkələri seçmək varkən sırf Kanadanı seçsin? Yox əgər başqa ölkəni seçmək məqsədi yoxdursa niyə VPN-dən istifadə edir? Həmçinin, Patriot Kor-un vikidəki fəaliyyəti və töhfələrindən müşahidə etdiyimə görə, istifadəçinin əhəmiyyətli IT biliyi var. Bu sahədə əhəmiyyətli bilikləri olan birinin hesabının bu qədər asan oğurlanması necə mümkün ola bilir? Özü də Vikipediya kimi mühafizənin güclü olduğu bir platformada necə olur hesab belə rahatlıqla oğurlana bilir? O cümlədən, Patriot Kor-un Şikayət səhifəsinə yazdığı müzakirənin açılmasından bir gün sonra həmin müzakirəyə yeni bir istifadəçi gəlir, onun maraqlarının qoruyur. Bu istifadəçi bir neçə gün əvvəl qeydiyyat keçməsinə baxmayaraq o qədər təcrübəlidir ki, hətta təcrübəli istifadəçilərin belə bəzilərinin xəbərinin olmadığı Şikayət səhifəsini tapır və istifadəçinin tərəfini saxlayır. Həmçinin bundan əvvəl baş vermiş müzakirə və proseslər haqqında da özünün qeyd etdiyi kimi yetərincə məlumatı var. İstidəçinin redakələrinə də nəzər yetirdikdə, istifadəçi əsasən vikiləşdirmə alətindən istifadə edir və SNS-də fikir bildirərkən sadəcə şabondan istifadə edir ki, buda, Patriot Kor-un redaktələri ilə eynilik təşkil edir. Bu səbəbdən mən bir neçə gün əvvəl bu şübhəmlə bağlı checkuser-ə bildirmişəm və bu gün istifadəçi checkuser-dən xəbər tutaraq mənim müzakirə səhifəmə yazır. Checkuser edildikdə bildiyiniz üzrə bildiriş filan da getmir. İstifadəçi bundan necə xəbər tutur? Əvvəl etdiyimə "şikayət" kimi istinad edərək müraciətimin nə olduğunu bilmirmiş, sadəcə xəbəri olubmuş kimi davranır, amma sonra bəlli olur ki, o, həmin səhifənin nə işə yaradığını çox yaxşı bilir. Dediyim kimi, hər hansı istifadəçinin checkuser edildikdə həmin səhifəyə girmədən bundan xəbər tutmasının mümkünsüz olduğunu hər kəs bilir. Onu da qeyd edim ki, bu iki istfadəçinin eyni vaxtlarda redaktələri var ki, bu da mənim şübhələrimi artırır. Odur ki, xahiş edirəm ki, bu məsələ araşdırılsın. Qeyd edim ki, bütün bunlar mənim şəxsi fikirlərimdir və böhtan kimi qəbul edilməsin. Mən sadəcə öz fikirlərimi icma ilə bölüşmək istədim. Həmçinin, bunları yazmağım üçün mənə heç bir müraciətin ünvanlanmadığını vurğulamaq istəyirəm. Məsələ ilə bağlı fikirlərini öyrənmək üçün @Crepusculum-u etiketləyirəm (Hörmətli Crepusculum, fikir bildirərkən diqqətli olun ki, bildirdiyiniz fikirlər sizə qarşı istifadə olnmasın. Buna görə də maksimum dərəcədə səbrli olun və emosianallıqdan çəkinin.) Sura Shukurlu (müzakirə) 22:35, 9 avqust 2024 (UTC)
- Hörmətli həmkar @Sura Shukurlu, mən sizə təşəkkür edirəm. Sizin müzakirə səhifənizdə də yazmışam. Bir qadın kukla hesabı açıb özümü müdafiə etdirəcək qədər zəif bir insan deyiləm. Vikipediyada aktiv fəaliyyət göstərən ən azı 80% istifadəçi məni tanıyır. Mənim bir zamanlar @Crepusculum ilə yaxın münasibətimin olduğunu da bilir. Hazırda onun mənə qarşı qərəzini də görənlər görür. Mən qalmaqal istifadəçisi deyiləm. Əksinə sülh tərəfdarıyam. İP-ləri yoxlatdırmısız. Cavabını gözləyək. @Nemoralis öz fikirlərini bu barədə yazıb. İT biliklərimin yüksək səviyyədə olması məsələsində isə artıq siz məni bir az şüphələndirdiniz. @Sura Shukurlu siz məni yalnış tanımısız. Mənim indiyədək hansısa istifadəçi ilə problemim olduğunu düşünmürəm. Bundan sonra da olmayacağına əminəm. Hörmətlə, Patriot Kor (müzakirə) 22:58, 9 avqust 2024 (UTC)
- Bir şey soruşum, maraqlıdı. Siz demişdiniz ki, hesabınız oğurlanıb, giriş edib redaktələr edilib. Necə bərpa etdiniz? Hörmətlə, Qədir (müzakirə) 23:05, 9 avqust 2024 (UTC)
- Hətta belə məqamlarda sorğusuz-sualsız hesab müvəqqəti də olsa bloklanır, siz isə qarşı çıxmışdınız buna, niyə? Səbəb kimi demişdiniz ki, edəcəyi redaktələr sizə maraqlıdır, gözləyək demişdiniz. Sonra da hesabı bərpa etdiniz. Hörmətlə, Qədir (müzakirə) 23:07, 9 avqust 2024 (UTC)
- @Gadir, @Nemoralis və @Turkmen bu barədə mənə ciddi dəstək verdilər və bərpa etdim. Patriot Kor (müzakirə) 23:07, 9 avqust 2024 (UTC)
- @Gadir yeri gəlmişkən qeyd edim ki, mən nə qədər desəm də bir əhəmiyyəti olmamışdı. Stüardlardan biri hesabı bloklamışdı. Bütün baş verənlərdən mənim də bir çox şüphələrim var. Hadisələrin ardıcıllığı məndə də müəyyən fikirlər formalaşdırır. Lakin mən təkcə @Crepusculumun blokunda olduqca qəti qərarlı olub, digər məsələlərə çox önəm vermədiyim üçün, hansı ki, normalda mən heç vaxt problemlərdə adı çəkilən istifadəçi olmamışam, elə bu səbəbdən @Sura Shukurlu xanım hər şeyin mənim tərəfimdən idarə olunduğu qənaətindədir. Patriot Kor (müzakirə) 23:17, 9 avqust 2024 (UTC)
- Bir şey soruşum, maraqlıdı. Siz demişdiniz ki, hesabınız oğurlanıb, giriş edib redaktələr edilib. Necə bərpa etdiniz? Hörmətlə, Qədir (müzakirə) 23:05, 9 avqust 2024 (UTC)
- @Sura Shukurlu maraqlı araşdırmanız üçün təşəkkür edirəm. Oxşar iddia ilə mən çıxış etsəydim heç şübhəsiz ki, @Patriot Kor bunu özünə qarşı növbəti bir qərəz kompaniyası kimi təqdim edəcəkdi. Sizin bunu etməyiniz bu baxımdan çox əhəmiyyətlidir və @Patriot Korun qaranlıq fəaliyyət zəncirini müəyyən mənada ifşa edir. Sözügedən şəxsi şəxsən mən çox təhlükəli hesab edirəm və bircə onu deyə bilərəm ki, heç nə göründüyü kimi deyil. Mənim İT biliklərim zəifdir. 8 ildir Kanadada yaşayıram və günü bu gün komputerimdə hər hansısa bir problem olanda kimsə Bakıdan Timviver üzərindən qoşulub müdaxilə edir.
- @Sura Shukurlu məsələ çox sadədir. @Patriot Kor onun babası haqqında olan qeyri-ensiklopedik məqalə tərəfimdən SNS-ə təqdim edildikdən sonra şəxs qərara gəlir ki, məni ömürlük vikipediyadan kənarlaşdırılsın. Əlində bunun üçün tutarlı faktlar mövcud olmasa da, iddiasını gücləndirmək məqsədi ilə müəyyən yalanlardan istifadə edir. Talışlar və Ömər Əliyev məqaləsinə hansısa anonim İP təhqirlər yazır və bunu mənim üzərimə atmağa çalışır. Hesabın oğurlanması iddiası da bura daxildir. Doğurudur, şəxsin özü qeyd edir ki, əlində bu barədə fakt yoxdur və mənim buna görə günahlandırılmağımı istəmir. Əslində bu gözəl bir ara ötürməsi idi. Yəni ki, mən günahlandırmayacam, ancaq başqaları bunu edə bilər.
- Başqa bir inzibatçı da gəlib yazmışdı ki, heç şübhə yoxdur ki, bu şəxs elə Crepusculumdur. @SE213193 adlı xanım istifadəçi isə bu müzakirəyə məqsədi formada qoşulmuş bir şəxsdir. 10 gün əvvəl hesab açıb, şikayət səhifəsini tapması, çekyuser səhifəsindən xəbərdar olması, mənə Baskervill deyə xitab etməsi onu göstərir ki, bu şəxs hər kimdirsə bir çox mövcud vikipediyaçılardan daha təcrübəli və daha məlumatlıdır. Crepusculum (müzakirə) 00:58, 10 avqust 2024 (UTC)
- @Crepusculum yenə baba? 😀. Haqqınızda açdığım şikayətdə də yazmışam. Sizin fəaliyyətiniz dəyişməyəcək. Müharibə haqqında belə bir deyim var: "qapınızə gəlmədiyi təqdirdə onun nə olduğunu bilə biməzsiniz". Blokunuzun əleyhinə çıxanların problem qapısı mütləq bir gün sizin timsalınızda döyüləcək buna artıq əminəm. İnzibatçı səsverməsinə qədər mən sizin üçün dəyərli istifadəçi idim indi isə çox təhlükəli. Heç şüphə etmirəm ki, indi sizin blokunuzun əleyhinə olanlar sizin üçün çox dəyərli istifadəçilərdirlər. Zamanı gələndə onlar da təhlükəli hesab olunacaqlar. Həqiqətən sizin dediyiniz kimidir. Heç nə göründüyü kimi deyilmiş. Sura xanımın mənim İT biliklərim barədə və VPN barədə yazdıqları, indi isə sizin Teamwiever haqqında söylədikləriniz artıq mənə də hər şeyin göründüyü kimi olmadığını aşkar surətdə deyir. Patriot Kor (müzakirə) 07:38, 10 avqust 2024 (UTC)
- Mənim burada sizinlə uzun-uzadı müzakirə aparmaq fikrim yoxdur. Hər şey ortadadır. Axı mənə qarşı başlatmış olduğunuz qondarma şikayət başlığının IV bəndində özünüz yazmışdınız ki, İstifadəçinin bu səhifəni silinməyə namizəd kimi təqdim etməsini mənə qarşı əsl qərəzinin bir qismini ortaya qoyması hesab edirəm. Bunu kim yazıb ? Siz yazmısız. Hər hansısa bir qeyri--eniklopedik məqaləni SNS-ə təqdim edilməsini özünə qarşı qərəz olaraq qəbul edən şəxslə məncə heç nəyi müzakirə etmək olmaz. İcma Kənd meydanında apardığı müzakirədə də bəyan edib ki, hər hansısa bir şəxsin yüz il ömür sürməsi onun ensiklopedik olması üçün yetərli amil sayıla bilməz. Yazırsız ki, blokunuzun əleyhinə çıxanların problem qapısı mütləq bir gün sizin timsalınızda döyüləcək buna artıq əminəm. Siz bundan heç narahat olmayın. Orada bloklanmaya tərəfdar olmayan şəxslər öz qohum-əqrabaları haqqında məqalə yaradacaq insanllar deyil. Bu baxımdan mən onları adekvat istifadəçilər olaraq qəbul edirəm. Teamwiever barədə yazdıqlarımda sizə bu qədər mistik, okultik gələn hansı məqam oldu ? Olanı dedim sadəcə. Siz Allahdan qorxmadan mənə şər atdız, ancaq icmanın bir qismi sizin bu şərininizə inanmadı. İndi də, narazılıq edirsiz ki, niyə mənim şərimə dəstək çıxmırsız. Yenə, baba deyib gülürsüz, sanki üzə çıxmağa çalışırsız. Unutmayın ki, elə hər şey babanın məqaləsinə görə başlamışdı. Crepusculum (müzakirə) 07:49, 10 avqust 2024 (UTC)
- Bütün müzakirələrə diqqət etsəniz kimin uzun-uzadı müzakirəyə meyl etdiyi aşkardır. Patriot Kor (müzakirə) 07:58, 10 avqust 2024 (UTC)
- @Patriot Kor mən Teamwiever sözünü yazanda hansı əlaqəni tutdunuz ? Lütfən, icma ilə bölüşə bilərsiz ? Crepusculum (müzakirə) 08:01, 10 avqust 2024 (UTC)
- Əgər teamwiever-in bu məsələyə yaxından uzaqdan əlaqəsi olmasaydı siz bunu təkrar soruşmaq istəməzdiniz. Patriot Kor (müzakirə) 08:05, 10 avqust 2024 (UTC)
- @Patriot Kor teamwieverin bu məsələ ilə necə bir əlaqəsi var ? Komputerimdə olan problemləri həll etmək üçün kimsə Bakıdan bu və ya buna bənzər proqramlar üzərindən mənim komputerimə qoşulursa bu xüsusiyyətin bu başlıqla necə bir əlaqəsi var ? Hərdən mənə elə gəlir ki, siz müzakirənin istiqamətini dəyişdirmək üçün məqsədli formada bu tipli addımlar atırsız. Müzakirəyə əlaqəsi olmayan bir xüsusiyyəti müzakirənin ortasına gətirmək demək olar buna qısaca. Kimsə komputerimə qoşulub, Azvikidə hansısa məqaləyə vandal redaktə etməyib. Müəyyən ofis proqramlarını silib, yenisini yükləyiblər sadəcə. Crepusculum (müzakirə) 08:09, 10 avqust 2024 (UTC)
- Burada F. Dostoyevskinin "Cinayət və Cəza" əsəri yadıma düşür. Patriot Kor (müzakirə) 08:23, 10 avqust 2024 (UTC)
- @Patriot Kor siz sadəcə yaman yerdə axşamladınız. Sizə ünvanlanan suallardan intellektual cavablar verməklə yayınmaq sizə bir fayda verməyəcək. Zənn etdiniz ki, tanıdığınız şəxsləri müzakirəyə cəlb etməklə özünüzə dəstəkçi komandası formalaşdıracaq və mənim ən qısa zamanda bloklanmağıma nail olacaqsız. Mən sizi 15 ildi tanıyıram, icmada olanların isə çoxu tanımır. Tanıdığım ilk gündən sizi tam olaraq beynimdə çözmüşdüm. Nəsə. Crepusculum (müzakirə) 08:30, 10 avqust 2024 (UTC)
- 15 il ərzində sizi çözməyə can atmamaqla yanlış addım atdığımı xatırladığınız üçün təşəkkür edirəm. Patriot Kor (müzakirə) 08:39, 10 avqust 2024 (UTC)
- Məhz elə 15 il ərzində q/e məqaləyə istər admin, istərsə də bürokrat kimi səssiz qalmağınız mənə deməyə əsas verir ki, mən inzibatçı səsverməsində sizə dəstək çıxsa idim siz yenə də həmin məqaləni görməzdən gələcəkdiniz. Bax elə bu hadisə bir daha onu göstərir ki, mən yox əslində siz çox təhlükəli istifadiçisiniz. Həm də qərəzli. Verdiyim proqnoz mütləq baş verəcək. Sizin üçün hələki blokunuzun tətbiq olunmaması önəmlidir və əleyhinə olanlar sizin üçün çox vacibdir. Zamanı gələndə onlara qarşı da təhlükəli mövqeyi sərgiləyəcəksiniz. Patriot Kor (müzakirə) 08:49, 10 avqust 2024 (UTC)
- @Patriot Kor mən sizi tanıdığım ilk gündən etibarən həmin şəxsin sizin babanız olduğunu bilmirdim. Bu faktı son bir necə ildə öyrənmişəm. Mənim üçün xüsusi, ayrı, dəyərli istifadəçi anlayışı yoxdur. Azviki üçün fayda verən hər bir həmkar önəmlidir. Siz məndən narahat olmayın. Kimsə qeyri-ensiklopedik olan babası haqqında olan məqaləni tanıdığı admaların əli ilə dəstəklətdirməyəcəyi müddətcə mənim heç kimlə işim yoxdur. Adekvat həmkarlar bunu etməzlər. Bu başlıq altında daha heç nə yazmaq istəmirəm. Crepusculum (müzakirə) 09:02, 10 avqust 2024 (UTC)
- Məhz elə 15 il ərzində q/e məqaləyə istər admin, istərsə də bürokrat kimi səssiz qalmağınız mənə deməyə əsas verir ki, mən inzibatçı səsverməsində sizə dəstək çıxsa idim siz yenə də həmin məqaləni görməzdən gələcəkdiniz. Bax elə bu hadisə bir daha onu göstərir ki, mən yox əslində siz çox təhlükəli istifadiçisiniz. Həm də qərəzli. Verdiyim proqnoz mütləq baş verəcək. Sizin üçün hələki blokunuzun tətbiq olunmaması önəmlidir və əleyhinə olanlar sizin üçün çox vacibdir. Zamanı gələndə onlara qarşı da təhlükəli mövqeyi sərgiləyəcəksiniz. Patriot Kor (müzakirə) 08:49, 10 avqust 2024 (UTC)
- 15 il ərzində sizi çözməyə can atmamaqla yanlış addım atdığımı xatırladığınız üçün təşəkkür edirəm. Patriot Kor (müzakirə) 08:39, 10 avqust 2024 (UTC)
- @Patriot Kor siz sadəcə yaman yerdə axşamladınız. Sizə ünvanlanan suallardan intellektual cavablar verməklə yayınmaq sizə bir fayda verməyəcək. Zənn etdiniz ki, tanıdığınız şəxsləri müzakirəyə cəlb etməklə özünüzə dəstəkçi komandası formalaşdıracaq və mənim ən qısa zamanda bloklanmağıma nail olacaqsız. Mən sizi 15 ildi tanıyıram, icmada olanların isə çoxu tanımır. Tanıdığım ilk gündən sizi tam olaraq beynimdə çözmüşdüm. Nəsə. Crepusculum (müzakirə) 08:30, 10 avqust 2024 (UTC)
- Burada F. Dostoyevskinin "Cinayət və Cəza" əsəri yadıma düşür. Patriot Kor (müzakirə) 08:23, 10 avqust 2024 (UTC)
- @Patriot Kor teamwieverin bu məsələ ilə necə bir əlaqəsi var ? Komputerimdə olan problemləri həll etmək üçün kimsə Bakıdan bu və ya buna bənzər proqramlar üzərindən mənim komputerimə qoşulursa bu xüsusiyyətin bu başlıqla necə bir əlaqəsi var ? Hərdən mənə elə gəlir ki, siz müzakirənin istiqamətini dəyişdirmək üçün məqsədli formada bu tipli addımlar atırsız. Müzakirəyə əlaqəsi olmayan bir xüsusiyyəti müzakirənin ortasına gətirmək demək olar buna qısaca. Kimsə komputerimə qoşulub, Azvikidə hansısa məqaləyə vandal redaktə etməyib. Müəyyən ofis proqramlarını silib, yenisini yükləyiblər sadəcə. Crepusculum (müzakirə) 08:09, 10 avqust 2024 (UTC)
- Əgər teamwiever-in bu məsələyə yaxından uzaqdan əlaqəsi olmasaydı siz bunu təkrar soruşmaq istəməzdiniz. Patriot Kor (müzakirə) 08:05, 10 avqust 2024 (UTC)
- @Patriot Kor mən tam əminəm ki, siz @SE213193 adlı şəxsi şəxsən tanıyırsız. Ən azından həmin xanım özü yazıb ki, sizi ADA-da təşkil edilmiş tədbirlərdən tanıyır. Həmin xanımın mənə köhnə istifadəçi adımla xitab etməsi və sizi alovlu formada müdafiə etməsi, səsverməmə hüququnun olmamasına təəssüflənməsi, mövcud çekyuzer tələbi və onun indi açıqlanmayan istifadəçi fəaliyyətinə görə bloklanması - bütün bunlar sizə də qəribə gəlmirmi ? Crepusculum (müzakirə) 08:15, 10 avqust 2024 (UTC)
- Həmin istifadəçi artıq öz adını bəlli edib. İnzibatçılardan birinə bu barədə yazıb. Mən düşərgə və təlimlərdə iştirak edən bir istifadəçiyəm. Son Şəki düşərgəsində 5 yeni istifadəçiyə mentorluq etdim. Bu istifadəçilərin istənilən biri ilə 2 il sonra belə bir müzakirədə qarşılaşa bilərik. Görünür həmin istifədaəçi sizin haqqınızda yaxşı məlumat almayıb. Mən isə ona təlim keçəndə sizin haqqınızda xoş sözlər demişəm. Bir az yanıldığımı düşünürəm artıq. Müzakirələrə diqqət etsəniz bu da var. Patriot Kor (müzakirə) 08:28, 10 avqust 2024 (UTC)
- @Patriot Kor təlimə gəlmiş adam hardan bilirdi ki, mənim köhnə istifadəçi adım Baskervilldi ? Siz o adamı yadınıza sala bilmədiniz ? Crepusculum (müzakirə) 08:32, 10 avqust 2024 (UTC)
- Bu sualınızın cavabı artıq verilib. Diqqətli olun cavabları oxuyanda. Patriot Kor (müzakirə) 08:36, 10 avqust 2024 (UTC)
- @Patriot Kor təlimə gəlmiş adam hardan bilirdi ki, mənim köhnə istifadəçi adım Baskervilldi ? Siz o adamı yadınıza sala bilmədiniz ? Crepusculum (müzakirə) 08:32, 10 avqust 2024 (UTC)
- Həmin istifadəçi artıq öz adını bəlli edib. İnzibatçılardan birinə bu barədə yazıb. Mən düşərgə və təlimlərdə iştirak edən bir istifadəçiyəm. Son Şəki düşərgəsində 5 yeni istifadəçiyə mentorluq etdim. Bu istifadəçilərin istənilən biri ilə 2 il sonra belə bir müzakirədə qarşılaşa bilərik. Görünür həmin istifədaəçi sizin haqqınızda yaxşı məlumat almayıb. Mən isə ona təlim keçəndə sizin haqqınızda xoş sözlər demişəm. Bir az yanıldığımı düşünürəm artıq. Müzakirələrə diqqət etsəniz bu da var. Patriot Kor (müzakirə) 08:28, 10 avqust 2024 (UTC)
- @Patriot Kor mən Teamwiever sözünü yazanda hansı əlaqəni tutdunuz ? Lütfən, icma ilə bölüşə bilərsiz ? Crepusculum (müzakirə) 08:01, 10 avqust 2024 (UTC)
- Bütün müzakirələrə diqqət etsəniz kimin uzun-uzadı müzakirəyə meyl etdiyi aşkardır. Patriot Kor (müzakirə) 07:58, 10 avqust 2024 (UTC)
- Mənim burada sizinlə uzun-uzadı müzakirə aparmaq fikrim yoxdur. Hər şey ortadadır. Axı mənə qarşı başlatmış olduğunuz qondarma şikayət başlığının IV bəndində özünüz yazmışdınız ki, İstifadəçinin bu səhifəni silinməyə namizəd kimi təqdim etməsini mənə qarşı əsl qərəzinin bir qismini ortaya qoyması hesab edirəm. Bunu kim yazıb ? Siz yazmısız. Hər hansısa bir qeyri--eniklopedik məqaləni SNS-ə təqdim edilməsini özünə qarşı qərəz olaraq qəbul edən şəxslə məncə heç nəyi müzakirə etmək olmaz. İcma Kənd meydanında apardığı müzakirədə də bəyan edib ki, hər hansısa bir şəxsin yüz il ömür sürməsi onun ensiklopedik olması üçün yetərli amil sayıla bilməz. Yazırsız ki, blokunuzun əleyhinə çıxanların problem qapısı mütləq bir gün sizin timsalınızda döyüləcək buna artıq əminəm. Siz bundan heç narahat olmayın. Orada bloklanmaya tərəfdar olmayan şəxslər öz qohum-əqrabaları haqqında məqalə yaradacaq insanllar deyil. Bu baxımdan mən onları adekvat istifadəçilər olaraq qəbul edirəm. Teamwiever barədə yazdıqlarımda sizə bu qədər mistik, okultik gələn hansı məqam oldu ? Olanı dedim sadəcə. Siz Allahdan qorxmadan mənə şər atdız, ancaq icmanın bir qismi sizin bu şərininizə inanmadı. İndi də, narazılıq edirsiz ki, niyə mənim şərimə dəstək çıxmırsız. Yenə, baba deyib gülürsüz, sanki üzə çıxmağa çalışırsız. Unutmayın ki, elə hər şey babanın məqaləsinə görə başlamışdı. Crepusculum (müzakirə) 07:49, 10 avqust 2024 (UTC)
- @Crepusculum yenə baba? 😀. Haqqınızda açdığım şikayətdə də yazmışam. Sizin fəaliyyətiniz dəyişməyəcək. Müharibə haqqında belə bir deyim var: "qapınızə gəlmədiyi təqdirdə onun nə olduğunu bilə biməzsiniz". Blokunuzun əleyhinə çıxanların problem qapısı mütləq bir gün sizin timsalınızda döyüləcək buna artıq əminəm. İnzibatçı səsverməsinə qədər mən sizin üçün dəyərli istifadəçi idim indi isə çox təhlükəli. Heç şüphə etmirəm ki, indi sizin blokunuzun əleyhinə olanlar sizin üçün çox dəyərli istifadəçilərdirlər. Zamanı gələndə onlar da təhlükəli hesab olunacaqlar. Həqiqətən sizin dediyiniz kimidir. Heç nə göründüyü kimi deyilmiş. Sura xanımın mənim İT biliklərim barədə və VPN barədə yazdıqları, indi isə sizin Teamwiever haqqında söylədikləriniz artıq mənə də hər şeyin göründüyü kimi olmadığını aşkar surətdə deyir. Patriot Kor (müzakirə) 07:38, 10 avqust 2024 (UTC)
- Həmin istifadəçi bəlkə də hansısa təlimdə iştirak edən bir insanın “obrazıdır”. Yəni, hansısa bir real insanı təmsil edir. Amma, istifadəçinin illər sonra anidən “mən o vaxt təlim almışdım qoy vikipediyaya qayıdım; burada şikayət bölümü deyə bir yer var deyəsən, ora daxil olum baxım; görürəm bu səhifədə illər əvvəl təlimdən tanıdığım və hələ də xatırladığım Patriot Korun dəstəyə ehtiyacı var, yazıb dəstək olum” deyərək birdən-birə ortaya çıxması sizcə də şübhəli deyil? Burada təcrübəli və demək olar ki, hər həftə vikipediyaya daxil olan istifadəçilərin çoxu belə bu baş verənləri, məsələləri bu qədər aydın bilmir, gedişatdan bu qədər açıq xəbəri yoxdur. Necə olur ki, bu istifadəçi bu qədər şeydən xəbərdardır? Mən israrla həmin istifadəçinin Patriot Kor tərəfindən fərqli cihazla idarə olunan hesab olduğunu düşünürəm. Dünən həmin hesabın aktivləşməsi və məni sorğu-suala tutmasından bir qədər sonra Patriot Kor-un yenidən aktivləşib həmin yerə gəlməsi dediklərimə bir növ sübutdur. Teamviewer məsələsini niyə bu qədər böyütdünüz anlamadım. Daha çox mənə hansısa cümlə vasitəsi ilə gündəmi dəyişmək, mövzunu başqa yerə sürükləmək kimi gəldi, amma hər halda sizin düşüncələriniz, sizin qərarlarınız. IT məsələsinə gəldikdə isə siz anonim istifadəçi olmadığınız üçün mənə elə gəlir ki, bunu deyə bilərəm. Sizin beynəlxalq konfransda iştirakınızı görmüşdüm və həmin müddətdə və digər müddətdə də sizə nəzər yetirəndə sizin IT fəaliyyətinizin olduğunu gördüm. Məncə, bunu hər kəs bilir. Məxfiliyinizi pozdum damğası vurulmasın deyə çox aydın yazmıram. Və sizin fəaliyyətinizə də baxanda IT sahəsindən bilikləri olan biri kimi yadımda qalmısınız. Hər halda profili bu qədər sadə oğurlatmamaq üçün Kali Linux-u proffessional bilən IT mütəxəssis olmağa gərək yoxdur :) Yeri gəlmişkən mən sizin Fərid Məmmədov (sahibkar) ilə də müəyyən IT üzrə fəaliyyətlərinizi görmüşdüm və maraqlıdır ki, sizin də bu məqalədə xeyli redaktələriniz olub.
- @Crepusculum, xahiş edirəm müzakirədə iştirak edən zaman maksimum səbrli olun. Mövzunun sizin üçün həssas olduğunu bilirəm amma, maksimum emosionallaşmamağa çalışın. Çox önəmli olmadığı təqdirdə müzakirədə ümumiyyətlə iştirak etməməyi də seçə bilərsiniz. Sura Shukurlu (müzakirə) 10:16, 10 avqust 2024 (UTC)
- İddia edirsiniz ki, Patriot Baskervilli bloklatmaq üçün həmin hesabı yetiştirib və ortaya atıb? Əvvəlki müzakirələrdən gördüyüm və başa düşdüyüm qədərilə Patriot bu məsələdə maraqlı olmayıb, yəni bloksuz çözməyə çalışıb, görüb nəticə vermir ən son elə bir başlıq açıb, normaldır. Vandal redaktələr və hesabın oğurlanması mənə də maraqlı gəlir hələ də, amma kukla məsələsində çətin ehtimal verirəm. Hörmətlə, Qədir (müzakirə) 10:37, 10 avqust 2024 (UTC)
- @Sura Shukurlu sizin də @Crepusculum kimi Teamvieer məsələsinə xüsusi diqqət etməyiniz məndə ciddi şübhələr yaradır. İT bilikləri çox zəif istifadəçi və görünən qədər çox güclü bir istifadəçi var qarşımda. Bəlkə elə bu TeamViewer və VPN üzərindən qurulmuş bir oyunla mübarizə aparıram mən? Ad olub ki, mən kukla hesab açmışam və istifadəçini bloklatmaq istəyirəm. Çox güclü təqib də var. Görünən budur ki, bir az daha keçmişə gedir mənimlə bağlı ciddi araşdırma. Hətda beynəlxalq tədbirlərim belə incələnib artıq. Patriot Kor (müzakirə) 10:48, 10 avqust 2024 (UTC)
- @Patriot Kor tam olaraq nədən şübhələnirsiz ? Ad olub deyəndə ki, şikayət səhifəsində 10 bəndlik məzmunu kim yazıb ? Tutarlı faktlar olmadan, ehtimallar və gümanlar əsasında mənim ömürlük bloklanmamı kim tələb edib ? Çox güclü təqib nə deməkdir siz Allah. Kim 1-2 cümlə yazırsa, dərhal özünüzü təqib və təyziq altında olmuş bir şəxs kimi qələmə verməyə başlayırsız. Sizi kim və harada təqib etdi ki Crepusculum (müzakirə) 11:16, 10 avqust 2024 (UTC)
- @Sura Shukurlu, zəhmət olmasa, daha dəqiq deyərdiz, hardan bilirsiz ki, @Patriot Korun çox yaxşı İT bilikləri var? Bu barədə məlumat sizdə hardandır? Bu məlumatı sizə kim verib? Necə öyrənmisiz? Mən şəxsən 13 ildir vikipediyaçıyam bunu ilk dəfədir sizdən eşidirəm. Şəxsən mənə çox maraqlı gəldi ki, bu ekskluziv məlumat sizdə hardandı? Digər bir məqam isə məhz bu mövzuda (VP:Ş-dəki və bu başlıq altındakı mövzunu nəzərdə tuturam) belə canfəşanlıq etməyinizin məxsusi səbəbi nədir? samral müzakirə 04:38, 12 avqust 2024 (UTC)
- @Patriot Kor tam olaraq nədən şübhələnirsiz ? Ad olub deyəndə ki, şikayət səhifəsində 10 bəndlik məzmunu kim yazıb ? Tutarlı faktlar olmadan, ehtimallar və gümanlar əsasında mənim ömürlük bloklanmamı kim tələb edib ? Çox güclü təqib nə deməkdir siz Allah. Kim 1-2 cümlə yazırsa, dərhal özünüzü təqib və təyziq altında olmuş bir şəxs kimi qələmə verməyə başlayırsız. Sizi kim və harada təqib etdi ki Crepusculum (müzakirə) 11:16, 10 avqust 2024 (UTC)
VikiBahar 2024
belə bir şey var idi. xəbəri olan var? Atakhanli (müzakirə) 01:22, 11 avqust 2024 (UTC)
- Var idi, Atakhanli Xəbər odur ki, Yaxşı bitdi. 😊 --Tarixi Nadir (müzakirə) 06:52, 11 avqust 2024 (UTC)
- Bəli, nəticələr məlum olub. --► Hörmətlə: SolaVirum 21:29, 12 avqust 2024 (UTC)
- Nəticələr buradakı cədvəl daxilində açıqlanıb. Sura Shukurlu (müzakirə) 21:14, 17 avqust 2024 (UTC)
- Bəli, nəticələr məlum olub. --► Hörmətlə: SolaVirum 21:29, 12 avqust 2024 (UTC)
Qarşıdan gələn beynəlxalq tədbirlər
İcmanı salamlayıram. Bildiyiniz kimi hər il dünyanın 4-1 tərəfində müxtəlif təyinatlı vikimedia tədbirləri təşkil edilir. Azviki icmasının həmin tədbirlərdə təmsil olunması şəxsən mənim ən çox sevidiyim məqamlardan biridir. Azərbaycanlı vikimediaçıların iştirak etdiyi tədbirlər səhifəsinə nəzər saldıqda görmək olar ki, icmanın beynəlxalq tədbirlərdə təmsil olunmasının dərin keçmişi mövcuddur. Bir çox hallarda müxtəlif tədbirlərin səhifələri it-bata düşür və bir çoxlarının ondan xəbəri olmur. Qarşıdakı aylarda keçirilməsi planlaşdırılan tədbirlərin linklərini aşağıda paylaşmaq istərdim ki, getmək imkanı olanlar gedə bilsin. Tədbir təşkilatçılarına müraciət etməklə və ya Azərbaycandan qrant tapa bilərsiniz deyə düşünürəm.
- MediaWiki Users and Developers Conference Fall 2024 - Avstriyanın Viyana şəhərində təşkil ediləcək MediaWiki tədbiri. 4-6 noyabr tarixlərində baş tutacaq.
- WikiConference North America - Amerika Birləşmiş Ştatlarının İndiana ştatının İndianapolis şəhərində təşkil ediləcək tədbir. 3-6 oktyabr tarixlərində keçiriləcək.
- Wikimedia CEE Meeting 2024 - Türkiyənin İstanbul şəhərində təşkil ediləcək Mərkəzi və Şərqi Avropa tədbiri. 20-22 sentyabr tarixlərində baş tutacaq.
- WikiConvention francophone - Kanadanın Kvebek şəhərində təşkil ediləcək Frankofoniya tədbiri. 2-3 noyabr tarixlərində təşkil ediləcək.
- WikiArabia 2024 - Omanın paytaxtında baş tutacaq Vikiarabiya tədbiri. 25-27 oktyabr tarixlərində keçirilməsi planlaşdırılır.
- WikiIndaba conference 2024 - Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində təşkil ediləcək WikiIndaba tədbiri. 4-6 oktyabr tarixləri arasında təşkil ediləcək.
- WikiOutdoor Training 2024 Şimali Makedoniyada təşkil ediləcək kamp. 7-8 sentyabr tarixlərində baş tutacaq.
Yuxarıda qeyd edilən 7 tədbirin ən azından birinə mütləq ki, gedə bilərsiz. Ciddi formada araşdırmaq və tədbir təşkilatçıları ilə əlaqə qurmaq lazımdır sadəcə. 1-2 ipucu istəyən şəxslər mənə e-mail yaza bilər. Sizə əlimdən gələn köməkliyi göstərməyə hazıram. Hörmətlə;--Crepusculum (müzakirə) 05:40, 14 avqust 2024 (UTC)
- Eşitmişdim ki, İndoneziyada deyəsən bu il Vikimənbə ilə bağlı tədbir olacaq. Araz Yaquboglu (müzakirə) 06:30, 14 avqust 2024 (UTC)
- @Araz Yaquboglu bu barədə məlumatım yoxdur. Hansısa link varsa bu başlıq altında əlavə edə bilərsiz. Crepusculum (müzakirə) 06:40, 14 avqust 2024 (UTC)
- Hə baxdım. 2025-də imiş. https://meta.wikimedia.org/?q=Wikisource_Conference_2025 Araz Yaquboglu (müzakirə) 06:55, 14 avqust 2024 (UTC)
- @Araz Yaquboglu bax mənim bundan xəbərim yox idi məsələn. Özü də, təqaüd belə verirlərmiş. İcmadan 7-8 həmkar müraciət etsə, mütləqdir ki, biri gedəcək. Bu paylaşımınız üçün təşəkkür edirəm. @Nemoralis sizə də məlum olan və yuxarıda qeyd edilməyən hansısa tədbir varsa lütfən əlavə edərdiniz. Hörmətlə: Crepusculum (müzakirə) 07:28, 14 avqust 2024 (UTC)
- Hə baxdım. 2025-də imiş. https://meta.wikimedia.org/?q=Wikisource_Conference_2025 Araz Yaquboglu (müzakirə) 06:55, 14 avqust 2024 (UTC)
- @Araz Yaquboglu bu barədə məlumatım yoxdur. Hansısa link varsa bu başlıq altında əlavə edə bilərsiz. Crepusculum (müzakirə) 06:40, 14 avqust 2024 (UTC)
- O gün metroda @Rəcəb Yaxşı ilə rastlaşdım, WikiOutdoor tədbirinə bizdən o gedəcəkdi, sadəcə viza səbəblərinə görə gedə bilməyib. Nemoralis (müzakirə) 09:57, 14 avqust 2024 (UTC)
- @Nemoralis məlumatlandırma üçün təşəkkür edirəm. Viza məsələlərinə görə tədbirlərdə iştirak edə bilməyən daha 2 həmkar tanıyıram. Üzücüdür.. Crepusculum (müzakirə) 10:42, 14 avqust 2024 (UTC)
- Elə mən də viza məsələsinə görə Vikimaniyaya gedə bilmədim. Hələ TrVikidən Adem də gedə bilməyib. Viza məsələsi qənim kəsilib bizə. Kosmik Ozan utora! 15:39, 14 avqust 2024 (UTC)
- @Nemoralis məlumatlandırma üçün təşəkkür edirəm. Viza məsələlərinə görə tədbirlərdə iştirak edə bilməyən daha 2 həmkar tanıyıram. Üzücüdür.. Crepusculum (müzakirə) 10:42, 14 avqust 2024 (UTC)
- Salam. Bu kimi tədbirlərdə iştirak etmək üçün ingilis dili səviyyəsi yoxlanılır? Ən az nə qədər olmalıdır? İlknurmaharramov (müzakirə) 17:59, 14 avqust 2024 (UTC)
- Yoxlanılır deyəndə ki, arada fikir verirlər, amma çox vacib deyil. Əsas vikifəaliyyətdir. Kosmik Ozan utora! 18:01, 14 avqust 2024 (UTC)
- Məni ümumiyyətlə adam yerinə qoyan yoxdur (həm Azərbaycandaxili qrantverənlər, həm də Vikimedia) deyə, bilmirəm. --► Hörmətlə: SolaVirum 11:33, 18 avqust 2024 (UTC)
- Yoxlanılır deyəndə ki, arada fikir verirlər, amma çox vacib deyil. Əsas vikifəaliyyətdir. Kosmik Ozan utora! 18:01, 14 avqust 2024 (UTC)
Qarşılığı olmayan şəhər adları
Şimali Amerikada bir çox şəhərlər var ki, onları Azərbaycan dilində hərə bir formada tərcümə edir. Mənə maraqlıdır ki, bu tipli adlara malik YM haqqında məqalə yaradarkən hansı yolu izləmək lazımdır. Məsələn, Niaqara şəlaləsi yaxınlığında yerləşən Niagara-on-the-Lake şəhəri. Bu şəhərin adındakı on the lake ifadəsi Rostov-na-Donu şəhərindəki adlandırma ilə eyni məntiqə malikdir. Don çayının üzərindəki Rostov şəhəri, Niaqara şəlaləsi üzərindəki və ya yaxınlığındakı şəhər. İndi biz burada şəhərin adını Niaqara onde leyk formasında yazmalıyıq yoxsa Niaqara şəlaləsi üzərindəki şəhər formasında ? Bir digər məsələ isə St. Catharines şəhəri ilə bağlıdır. Şəhərin adı dilimizə hansı formada tərcümə edilməlidir ? Müqəddəs Katrin məncə ən doğru variantdır. İcmanın fikirləri maraqlıdır. Hörmətlə;--Crepusculum (müzakirə) 09:29, 14 avqust 2024 (UTC)
- Xarici ölkədəki şəhərlərin adlandırılması ilə bağlı, bunun iki yolu var, ya tələffüzü əsas götürüb transliterasiya edib o formada qeyd etməliyik, ya da orijinal formada verməliyik. Bu problemi mən də çox yaşayıram, iki yoldan birini seçmək lazımdır (şəxs adı olmasa da, dilimizə görə birinci daha uyğun görünür, amma defislə bağlı müəyyən problemlər yarana bilər). Tərcümə etmək isə hər vaxt doğru yol deyil, bu məntiqlə Türkiyənin ilçələrini götürüb tərcümə etsək, olacaq mənasız bir şey, transliterasiya edirik, yaxud da mənbələrdən baxıb yazırıq, bunlar başqa. Hörmətlə, Qədir (müzakirə) 10:27, 14 avqust 2024 (UTC)
- @Crepusculum Toponimlər tərcümə edilmir. Yoxsa "Astana" sözünü "Paytaxt" kimi, "Akmola" adını isə "Ağqəbir" kimi tərcümə edərdik. Yeganə istisna "aşağı", "yuxarı", "birinci" və s. kimi fərqləndirici sözlər ola bilər, o da bəzi hallarda. Fikrimcə, Rostov-na-Donu nümunəsi üzərindən getməliyik. Bu zaman "Niaqara-on-de-leyk" başlığı düzgün olacaq. İkinci nümunədə isə Sent-Keterins və ya Sent-Katerins (nümunə: Sent-Luis). — Toghrul R (m) 10:29, 14 avqust 2024 (UTC)
- @Toghrul R, tutaq ki, şəhərin adında 3 söz var və bunlar ayrı-ayrı böyüklə verilib, azərbaycancada da elə olmalıdır onda? Hörmətlə, Qədir (müzakirə) 10:34, 14 avqust 2024 (UTC)
- @Gadir maraqlı sualdır. Mənbə dilinə baxaraq böyük-kiçikliyi müəyyən etmək olar. "On" və "the" sözləri köməkçi sözlər olduğu üçün kiçiklə yazılır. Eynən Rostov-na-Donu kimi. — Toghrul R (m) 10:40, 14 avqust 2024 (UTC)
- @Gadir, adları lap qəliz olan şəhərlər də var. Məsələn, Sault Ste. Marie. Bu şəhəri ingilislər bir çür fransızlar isə başqa çür tələffüz edirlər. Sü de maği olmalıdır bizim dildə. Sadəcə heç bir nümunəsi olmadığı üçün adam tam əmin ola bilmir. Məsələn, sizcə bu şəhərin adı necə olmalıdır Azvikidə. Crepusculum (müzakirə) 10:40, 14 avqust 2024 (UTC)
- @Toghrul R, tutaq ki, şəhərin adında 3 söz var və bunlar ayrı-ayrı böyüklə verilib, azərbaycancada da elə olmalıdır onda? Hörmətlə, Qədir (müzakirə) 10:34, 14 avqust 2024 (UTC)
- Toghrul R, bəs London şəhəri hansı formada verilməlidir ? Şəhər London şəhərinin şərəfinə adlandırılıb. London, Ontario yoxsa London (Ontario) formasında ? Bu barədə konkret qaydaların olmaması bizə ciddi problem yaradır məncə.--Crepusculum (müzakirə) 10:37, 14 avqust 2024 (UTC)
- @Crepusculum bu müzakirə, uzun müddətdir, ingiliscə Vikipediyada aparılır. Orada belə bir konsensus var ki, əsas London şəhəri dəqiqləşdirmə olmadan qalsın, digəri isə federal vahidin adı ilə verilsin. Biz London (Ontario) və ya London (Kanada) kimi verə bilərik. — Toghrul R (m) 10:42, 14 avqust 2024 (UTC)
- @Toghrul R həqiqətən də London (Ontario) ən uyğun variantdır. Bəs nə üçün əyalətin adını mötərizə daxilində göstəririk ? London, Ontario formasında olması daha doğru olmaz ? Envikidə bu formada verilir məsələn. Crepusculum (müzakirə) 10:43, 14 avqust 2024 (UTC)
- @Crepusculum Azərbaycan dilində vergül inzibati vahidləri ayırmaq üçün istifadə edilmir. Nümunəyə saldıqda bunu görmək olar: "O, London, Ontarioda anadan olmuşdur" — bu ifadə yanlışdır. Mötərizədən istifadə halları çoxdur, məsələn, Muğanlı toponimi — Toghrul R (m) 10:47, 14 avqust 2024 (UTC)
- @Toghrul R məlumatlandırma üçün təşəkkür edirəm. Son bir şəhər haqqında da soruşum. Sault Ste. Marie şəhərinin tələffüzü ingilis və fransız dillərində fərqli formadadır. Sizcə biz bu şəhəri necə adlandırmalıyıq ? Sü De Maği ? Crepusculum (müzakirə) 10:49, 14 avqust 2024 (UTC)
- Gərək biz də, türkçə vikidə olduğu kimi şəhər adlarını olduğu kimi saxlayaq. Məsələn türkçə vikidə (https://tr.wikipedia.org/?q=Sault_Ste._Marie,_Ontario) olduğu kimi saxlanılıb. Crepusculum (müzakirə) 10:51, 14 avqust 2024 (UTC)
- @Crepusculum fransızca adlarda "ğ" hərfi verilmir (Paris → Paği kimi). Nümunə: Sen-Pyer-Laval (əlifbasında "ğ" olan digər dillərdə də "r" ilə yazılıb). Üstəgəl, transliterasiya edilmiş mürəkkəb toponimlərdə sözlər arasında defis işarəsi qoyulur (Los-Anceles, Nyu-York). — Toghrul R (m) 11:08, 14 avqust 2024 (UTC)
- Gərək biz də, türkçə vikidə olduğu kimi şəhər adlarını olduğu kimi saxlayaq. Məsələn türkçə vikidə (https://tr.wikipedia.org/?q=Sault_Ste._Marie,_Ontario) olduğu kimi saxlanılıb. Crepusculum (müzakirə) 10:51, 14 avqust 2024 (UTC)
- @Toghrul R məlumatlandırma üçün təşəkkür edirəm. Son bir şəhər haqqında da soruşum. Sault Ste. Marie şəhərinin tələffüzü ingilis və fransız dillərində fərqli formadadır. Sizcə biz bu şəhəri necə adlandırmalıyıq ? Sü De Maği ? Crepusculum (müzakirə) 10:49, 14 avqust 2024 (UTC)
- @Crepusculum Azərbaycan dilində vergül inzibati vahidləri ayırmaq üçün istifadə edilmir. Nümunəyə saldıqda bunu görmək olar: "O, London, Ontarioda anadan olmuşdur" — bu ifadə yanlışdır. Mötərizədən istifadə halları çoxdur, məsələn, Muğanlı toponimi — Toghrul R (m) 10:47, 14 avqust 2024 (UTC)
- @Toghrul R həqiqətən də London (Ontario) ən uyğun variantdır. Bəs nə üçün əyalətin adını mötərizə daxilində göstəririk ? London, Ontario formasında olması daha doğru olmaz ? Envikidə bu formada verilir məsələn. Crepusculum (müzakirə) 10:43, 14 avqust 2024 (UTC)
- @Crepusculum bu müzakirə, uzun müddətdir, ingiliscə Vikipediyada aparılır. Orada belə bir konsensus var ki, əsas London şəhəri dəqiqləşdirmə olmadan qalsın, digəri isə federal vahidin adı ilə verilsin. Biz London (Ontario) və ya London (Kanada) kimi verə bilərik. — Toghrul R (m) 10:42, 14 avqust 2024 (UTC)
- Yeri gəlmişkən, Cənubi Afrika Respublikası (həmçinin Mərkəzi Afrika Respublikası → MAR) məqaləsinin adını ya belə saxlamalıyıq, ya da etməliyik CAR. Çünki bəzi məqalələrdə abreviaturdan istifadə edilərək adlandırılıb. Hörmətlə, Qədir (müzakirə) 10:57, 14 avqust 2024 (UTC)
Məqalə adı
Salam. Bu məqalə formasında → tr:Recep Tayyip Erdoğan'ın seçimler tarihi — məqalə yaratmaq niyyətim var. Sadəcə ad məsələsində qəti fikrim yoxdur, xüsusilə @Toghrul R, @Grenzsoldat, @Dr.Wiki54, @Solavirum, sizlərin fikirləri maraqlıdır. Hörmətlə, Qədir (müzakirə) 14:04, 14 avqust 2024 (UTC)
- @Gadir, "Rəcəb Tayyib Ərdoğanın seçki xronologiyası" ola bilər Dr.Wiki54 (müzakirə) 14:08, 14 avqust 2024 (UTC)
- Hmmm, pis deyil, başqa fikri olan da varsa buyursunlar. Hörmətlə, Qədir (müzakirə) 14:18, 14 avqust 2024 (UTC)
- Rəcəb Tayyib Ərdoğanın seçkilərdə iştirak tarixi. Kosmik Ozan utora! 15:45, 14 avqust 2024 (UTC)
- Orijinal adı belə tərcümə etsək bundan daha yaxşı çıxır məncə. Təklif etdiyiniz adı da natamam hesab edirəm. Yuxarıdakı variant nisbətən daha qənaətbəxşdir, sadəcə siyahıdan çox, xronologiya tipli məqalə təsvir edir. Nəsə başqa şey lazımdı. Hörmətlə, Qədir (müzakirə) 16:37, 14 avqust 2024 (UTC)
- @Dr.Wiki54-ün səsləndirdiyi versiya ən optimalıdır, fikrimcə — Toghrul R (m) 06:39, 15 avqust 2024 (UTC)
- Orijinal adı belə tərcümə etsək bundan daha yaxşı çıxır məncə. Təklif etdiyiniz adı da natamam hesab edirəm. Yuxarıdakı variant nisbətən daha qənaətbəxşdir, sadəcə siyahıdan çox, xronologiya tipli məqalə təsvir edir. Nəsə başqa şey lazımdı. Hörmətlə, Qədir (müzakirə) 16:37, 14 avqust 2024 (UTC)
Vikipediya:Tez-tez soruşulan suallar (F.A.Q.)
Salam həmkarlar. Vikipediya:Tez-tez soruşulan suallar adlı bir səhifəmiz var. Amma köhnədi. İngilis dilində F.A.Q gedir. İstənilən layihədə, saytada və başqa yerlərdə bu cür cavablarla qarşılaşa bilərsiz. Mənim müşahidələrimə görə bizim cəmiyyətdə o qədər də populyar deyil. Düşünürəm onu yeniliyib, təzə gələnləri ora yönəldsək daha yaxşı olar. Buna görə də sizlərdən (və ən əsası mentorlardan) "Tez-tez soruşulan suallar" yazmağınızı xahiş edəcəm. Təkcə sualı yazın, cavabı düzələr. — Bikar müzakirə 19:40, 15 avqust 2024 (UTC)
- Bizdə səhifə problemi var. Məsələn, bir səhifə yazacaqsan, amma orada daxili keçid verə bilməyəcəksən, çünki verməli olacağın səhifə ya mövcud deyil, ya da bərbat haldadır o da elə. Bu zamanda çatdırmaq istədiyin informasiya natamam olur. Bəzi belə kömək səhifələrini də əsaslı işləməyi planlayıram, davam edəcəm. Hörmətlə, Qədir (müzakirə) 19:45, 15 avqust 2024 (UTC)
- Yaxşı məqama barmaq basdın. Həmin səhifəni yeniləmək lazımdır. Bəzi redaktələr edəcəm bunla bağlı. Şiroi Akuma 21:09, 15 avqust 2024 (UTC)
Yeni dəyişiklik süzgəcləri
Salam hərkəsə. Bayaq 1 yeni dəyişiklik süzgəci yaratdım və birində lazımlı dəyişiklik etdim. Bəlkə fikir vermisiniz, bəzi IP ünvanları tez-tez kənd məqalələrindən kəndin mənşəyinin kürd olması ilə bağlı məlumatı silirlər. (cc @Solavirum) 41 nömrəli süzgəc artıq bu tip redaktələrə avtomatik olaraq "potensial kürd istinadının silinməsi" teqini əlavə edəcək. Geri qaytarılacaq vandal redaktə axtarırsınızsa, bu teqi tez-tez yoxlamaqda fayda var. İkinci dəyişikliyi isə 40 nömrəli "Avtotəsdiqlənmiş olmayan istifadəçinin xarici keçid əlavə etməsi" süzgəcində etmişəm. Əvvəl sadəcə əlavə edilmiş səhifə məzmunundakı keçidlərin var olub-olmamasını yoxlayırdı, ancaq bu dəqiq deyildi, çünki həmin kod əlavə edilən hissəni yox ümumi abzası götürürdü. Süzgəc artıq ayrıca verilən added_links
hissəsini yoxlayır və əgər bu parametr doludursa redaktəyə "potensial spam" teqini əlavə edir. Bu süzgəcin əsas məqsədi məqalələrə spam keçidlər əlavə edən botların qarşısını almaq idi. Yeni güncəlləmə ilə birlikdə dəyişiklik süzgəci artıq CAPTCHA da göstərə bilir. Bu süzgəcdə CAPTCHA aktivdir, yəni bu o deməkdir ki, bu sayədə spamın qarşısını böyük dərəcədə ala biləcəyik. Nemoralis (müzakirə) 22:57, 16 avqust 2024 (UTC)
- Yeniliklər üçün təşəkkür edirəm, faydalı olacaq. Şiroi Akuma 23:30, 16 avqust 2024 (UTC)
- Çox gözəl — Bikar müzakirə 08:42, 17 avqust 2024 (UTC)
- Əla, nəzarət etmək çətindir deyə (gözdən qaçır bəzən) dəfələrlə sürətli silinən q.e və müzakirə ilə silinən səhifələr barədə də bir şey düşünmək lazımdır. Silinən məqalə yenidən daha təkmil yaradılarsa yoxlayıb BNS-ə yönləndirmək olar, əsas odur məsələ nəzarətimizdə olsun. Hörmətlə, Qədir (müzakirə) 08:54, 17 avqust 2024 (UTC)
"Georgi", yoxsa "Georgiyevsk"?
İcmadakı tarixçilərə səslənirəm, "Георгиевский крест" bizim dildə "Georgi xaçı" gedir, ya "Georgiyevsk xaçı"? Mənbələrdə hər ikisi verilib, lakin "Georgi xaçı"na daha çox rast gəlinir. İngiliscə vikidə həm "Георгиевский крест", həm də "Орден Святого Георгия" "George" ("Georgi") deyə tərcümə olunub. Lakin bizim vikidə bu mükafatların yarısı haqqında məqalə və dəqiq tərcümə yoxdur. Əslində, "Georgi" yazardım, amma "Георгиевский договор" bizdə "Georgiyevsk müqaviləsi" deyə tərcümə olunub deyə qalmışam belə.
Bu məsələ ilə bağlı yardım edin, zəhmət olmasa. -- Rüfət Həsənli 21:41, 18 avqust 2024 (UTC)
- @Elnur Neciyev @En Merker Atakhanli (müzakirə) 21:46, 18 avqust 2024 (UTC)
- Ümumiyyətlə Azərbaycan tarixinə dair istər ali məktəblər üçün hazırlanmış dərsliklərdə, istərsə də dövr tədqiq edənlərin əsərlərində Georgiyevsk müqaviləsi istifadə olunur. Xaç məsələsində isə Georgi xaçı daha doğrudur və istifadə edilən variant budur. Elnur Neciyev (müzakirə) 20:07, 19 avqust 2024 (UTC)
- Tərcümə olunub deyəndə ki, ASE-də "Ҝеорҝијевск" verilib artıq, əsas odur ki, mənbələr necə verib. Şiroi Akuma 21:56, 18 avqust 2024 (UTC)
- Georgiyevsk şəhərin adıdır. Belə gedir bizdə də. Georgi ordeni isə rus dilində mənsubiyyət şəkilçisi "ski" əlavə edilərək yazılır. Bizdə elə "Georgi ordeni" və ya "Georgi xaçı" kimi verilir. --Tarixi Nadir (müzakirə) 10:55, 19 avqust 2024 (UTC)
- Mən də ASE-də baxdım, Georgi xaçı və Georgiyevsk traktatı (müqaviləsi) gedirmiş. Georgi xaçı bir neçə dövlətdə — Rusiya İmperiyası, Rusiya Fedderasiyası, Böyük Britaniya və, deyəsən, başqalarında da var. Ona görə, ilkin olaraq, Georgi xaçı (Rusiya İmperiyası) məqaləsini yaratdım qısa da olsa, ardınca uyğun məqalə və mükafat şablonlarını da yaradıb dəqiqləşdirmə səhifəsi qoyacağam. Diqqətinizə görə təşəkkür edirəm, yoldaşlar. -- Rüfət Həsənli 16:45, 19 avqust 2024 (UTC)
- Düzgün yanaşmadır, dəstəkləyirəm. Elnur Neciyev (müzakirə) 20:08, 19 avqust 2024 (UTC)
Koreya şəhərlər inglişcə yazdılar
Bir çox şəhərlər ingilis standartlarına uyğun yazılmışdır. Azərbaycan MDB standartlarına cavab verir və ona uyğun olaraq təmir edilməlidir. məsələn, Pusan şəhər səhifəsində "Busan" deyilir. Mən bu səhifədəki standart parametrləri bir az dəyişdim, lakin adını dəyişdirə ola bilmirəm. Kömək edə bilərsiz?
Nar 2608 (müzakirə) 07:44, 19 avqust 2024 (UTC)
- Əslində düz deyirsiz, oxunuşu Pusan kimi alınır. Hətta əvvəllər ingilislər Pusan kimi romanizaisya edirdi. Amma görürəm ki, bizimkilər arada Busan kimi də yazırlar. Əgər kiminsə etirazı yoxdursa, məqalənin adını Pusan etmək istəyirəm. Şiroi Akuma 03:01, 20 avqust 2024 (UTC)
Coming soon: A new sub-referencing feature – try it!
Hello. For many years, community members have requested an easy way to re-use references with different details. Now, a MediaWiki solution is coming: The new sub-referencing feature will work for wikitext and Visual Editor and will enhance the existing reference system. You can continue to use different ways of referencing, but you will probably encounter sub-references in articles written by other users. More information on the project page.
We want your feedback to make sure this feature works well for you:
- Please try the current state of development on beta wiki and let us know what you think.
- Sign up here to get updates and/or invites to participate in user research activities.
Wikimedia Deutschland’s Technical Wishes team is planning to bring this feature to Wikimedia wikis later this year. We will reach out to creators/maintainers of tools and templates related to references beforehand.
Please help us spread the message. --Johannes Richter (WMDE) (talk) 10:36, 19 August 2024 (UTC)
Vikisitat və Vikilüğətə nəzarətlə bağlı
Salam. Digər aktiv olduğum bu iki azərbaycandilli layihədə aktivlik çox olmasa da nizamsızlıq hökm sürür. Mənim hər iki layihədə redaktələrim hələ az olsa da (layihələrin konkret tələbləri də yoxdur bununla bağlı), gündəlik Vikipediyada keçirdiyim vaxt ərzində həmin layihələrə diqqət yetirirəm. Bu alətləri də təcrübəmə əsaslanıb inzibatçı kimi fəaliyyət və iş görmək məqsədilə istəyirəm. Hansısa səhifəyə, kiməsə müraciət edib və baxılana kimi həm vaxt itirənə kimi, həm də operativ olaraq bu istiqamətdə özüm töhfələr verə (eyni zamanda müraciət səhifəsi yaradıb müraciətlərə baxa), inzibati addımlar ata bilərəm. Bunu da nəzərə alaraq, əgər razılaşarsanız, hər iki layihə üçün də inzibatçılıq irəli sürürəm. Bu müzakirənin nəticəsinə görə Metaya müraciət edəcəyəm. Layihələrdəki passivliyi nəzərə alaraq müzakirəni burada açıram. Həmçinin aşağıdakı linklərə də nəzər yetirə bilərsiniz.
Hörmətlə, Qədir (müzakirə) 16:03, 21 avqust 2024 (UTC)
- Dəstəkləyirəm. Hər iki layihədə özünüzü doğruldacağınıza da əminəm. Eyni zamanda hesab edirəm ki, sizin kimi aktiv inzibatçıya ehtiyac var həmin layihələrdə. Patriot Kor (müzakirə) 11:09, 22 avqust 2024 (UTC)