Xususi Teyinatli Desteler - Wikipedia
İkinci Dünya müharibəsindən sonra dünya dövlətləri xüsusi şəraitlərdə əməliyyatlar apara bilən, yüksək hazırlıqlı xüsusi təyinatlı qoşunların yaradılmasına böyük diqqət yetirilməyə başladılar. Müxtəlif əməliyyatlarda iştirak edərək özünü bu və ya digər formada göstərən xüsusi təyinatlılar demək olar ki, bütün ölkələrdə Silahlı qüvvələrin ən etibarlı və seçmə birləşməsi sayılır.
Türkiyədə «Kommando», «Bordo bereli» «SAT-SAS», ABŞ-də «Reyncer», «Delta forçe», Rusiyada «Alfa», «Vımpel», «Delta», İsraildə «Amor», Böyük Britaniyada «Kommandos», «Skorpion», Finlandiyada «Yeger», Gürcüstanda Xüsusi Əməliyyatlar Qrupu (Group «A»), Azərbaycanda «Yarasa», «Qartal», «Şahin», «Vaşaq», «Əqrəb» və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur.
Bu gün dünyada “Kommandos”, “Bordo Bereli”, “SAT/SAS”, “Reyncer”, “Delta Forçe”, “Alfa”, “Vımpel”, “Amor”, “Skorpion”, “Yeger”, “Group A”, və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur.
“Hər əsgər komando ola bilməz”
Təhlükəsizlik və polis qüvvələrinin analoji birliklərindən fərqli olaraq, xüsusi təyinatlılar tam fərqli situasiyalar üçün hazırlanır. Çətin şəraitlərdə, ölkə sərhədləri daxilində və kənarda hərbi əməliyyatlar apara bilir, müxtəlif döyüş tapşırıqlarını yerinə yetirirlər. Çətin şəraitlərdə əməliyyatlara hazırlanan xüsusi təyinatlıların seçimi və hazırlığı böyük vaxt və tədris tələb edir. Ordu xüsusi təyinatlıları əsasən müddətli və müqavilə əsasında hərbi xidmətə çağrılmış şəxslərdən formalaşdırılır.
Xüsusi təyinatlı qüvvələr qədim Babildə, Spartada, Assuriyada, Roma imperiyasında və digər dövlətlərdə mövcud olub. Hazırda dünyanın əksər ölkələrində xüsusi təyinatlı qüvvələrin hazırlanmasında Osmanlı dövlətinin metodlarından istifadə olunur. Osmanlılar 500 ilə yaxın bir dövrdə hərbi əməliyyatların taleyini həll edən xüsusi təyinatlıların hazırlığına böyük diqqət yetiriblər. Belə ki, tarixdə yer alan yeniçəri adlanan xüsusi təyinatlı qoşunun şəxsi heyəti qeyri-müsəlman xalqların uşaqlarından təşkil olunub. Uşaqkən valideynlərindən alınan bu şəxslər müsəlmanlığa qəbul edilib və xüsusi məktəblərdə hazırlanıblar. Uzun illər Osmanlı ordusunun zərbə qüvvəsi sayılan yeniçərilərin hazırlanmasında bu gün istifadə olunan metodlardan yararlanılıb.
Osmanlıların digər xüsusi təyinatlı qüvvələri isə “dəli” adlanıb. Könüllülük əsasında formalaşdırılan bu xüsusi təyinatlıların vəzifəsi döyüşün başlanğıcında meydana daxil olaraq düşmən səflərini dağıtmaq olub. Dəlilərin hazırlığı tam fərqli olub. Belə ki, bu qüvvələr əsasən əlbəyaxa savaş təlimləri keçirmişlər. Yumruqlarını mərmərə, daşa vurmaqla bərkidən dəlilərin seçimi çox mürəkkəb olub. Onlar günlərlə ac-susuz qalıb, ən çətin hazırlıqları keçiblər. Döyüş zamanı meydana yəhərsiz at belində, yalnız qalxanla daxil olan dəlilər qarşılarına çıxan düşmənin zərbəsini qalxanla dəf edərək, onları yumruqla və ya qalxanla yerə sərib, səfləri pozublar.
Xüsusi təyinatlıların hazırlanmasında böyük təcrübəsi olan Türkiyənin hərbi məktəblərində belə bir fikir səsləndirilir: “Hər oğul əsgər ola bilər. Amma hər əsgər kommando ola bilməz”.
Azərbaycanın xüsusi təyinatlı qoşunlarının formalaşdırılmasında da Türkiyənin rolu böyük olub. Bu gün Türkiyənin İzmir və Foçadakı xüsusi təyinatlı məktəblərində onlarla Azərbaycan zabiti təhsil alır.
Türk komandoları çətin və keçilməz ərazilərdə PKK terrorçularına qarşı aparılan əməliyyatlarda dəfələrlə özlərini doğruldub. Hərbi ekspertlərin araşdırmalarına görə, dünyada ən ağır təlim kursunu Türkiyə xüsusi təyinatlıları keçirlər.