Xutbe - Wikipedia
Xutbe - Wikipedia - Haqqında Məlumat
Xütbə (ərəbcə: خطبة) — cümə namazı zamanı, qurban bayramlarında və xüsusi hallarda oxunan vəzdir. Cümə günləri xütbə namazdan əvvəl, başqa günlərdə isə namazdan sonra oxunur. Dini-hüquqi islam məktəblərinin hər birində xütbə mərasimini müəyyən edən və onun təsirliliyini təmin edən qaydalar vardır. Məsələn, xətibdən mərasimdə təmiz olmaq tələb edilir, onun geyiminin müəyyən görkəmi olmalı, xütbəni müəyyən üsulla, müəyyən qaydada oxumalıdır və sairə. Orta əsrlərdə xütbə oxunması bir növ sənətkarlıq idi, bəzən xətib xütbəni qafiyəyə salınmış nəsrə çevirirdi. Müsəlman dünyasının bir çox müasir dövlətlərində xütbənin məzmununa dünyəvi hakimiyyət orqanları nəzarət edirlər, bəzən onu hətta dövlət məmurları tərtib edirlər.
Mənbə
redaktə- İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.118
İstinadlar
redaktə İslam haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |