Xelefse - Wikipedia
Xələfşə — Azərbaycan Respublikasının Füzuli rayonunun Cuvarlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Xələfşə | |
---|---|
39°33′15″ şm. e. 47°06′55″ ş. u.HGYO | |
Ölkə | |
Region | Füzuli rayonu |
Rayon | Füzuli rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.
Tarixi
redaktəXələfşə kəndi Füzuli şəhər mərkəzindən 6 km çənub-qərbdə, düzənlikdə yerləşir. Kəndi Xələf şah adlı şəxs saldığına görə kəndə də onun adı verilmişdir. Azərbaycan dilində "şah"titul bildirən söz ilə şəxs adı olan Xələf sözü birləşərək, Xələfşə oykonimini əmələ gətirir. "H" səsi burada düşmüşdür. Bəzi ehtimallara görə toponim XVIII əsrdə Qarabağ xanının vəkili olmuş Mirzə Xələfin adı ilə əlaqədardır. XVIII əsrdə (1727-ci il) aid "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə kəndin adı Xəlifəşahlı kimi yazılmışdır. Xələfşə (Xələfşah) oykonimi dərviş Səfəvi ordeni ilə bağlıdır.
2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir
Toponimikası
redaktəDüzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Xələfşah adlı şəxs saldığına görə kənd onun adı ilə adlandırılmışdır. Xələfşə variantında da qeydə alınmışdır.[2]
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427