Xendek Qubadli - Wikipedia
Xəndək — Azərbaycan Respublikasının Qubadlı rayonunun Muradxanlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Xəndək | |
---|---|
39°25′02″ şm. e. 46°38′58″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəXəndək kəndi kəndin ərazisində yerləşən qədim mağaralardan bilinir ki, XVII-XVIII əsrdə müvcud olmuş kənddir.
2020 Noyabr ayının 9-u Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad edilib.
Toponimikası
redaktəXandək kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini Cənubi Azərbaycanın Xandək kəndindən gəlmiş Hacı Məmməd adlı şəxsin salması və hazırda kənddəki nəsillərdən birinin hacıməmməduşağı adlanması haqqında məlumat verilir. Tədqiqatçılar bu oykonimi X əsrdə Orta Asiyada Çu çayı vadisində və Talas Alatausu ərazisində yaşamış və sonralar Səlcuq oğuzlarına qoşulmuş türk mənşəli xandak tayfasının adı ilə bağlayırlar. XIX əsrin əvvəllərində Şəki əyalətində Kandak, Gürcüstan ərazisində Aşağı Xandək və Yuxarı Xandək kəndləri qeydə alınmışdır. Oykonim Xəndək variantında da işlənir.[2]
Mədəniyyəti
redaktəXəndək kəndi Azərbaycanın məşhur xalçaçılıq məntəqələrindən biridir. Burada toxunan xalçalar hər zaman məşhur olmuşlar və öz yüksək keyfiyyəti ilə seçilmişlər. Burada toxunan xalçalar dünya bazarlarına çıxarılan xalçaların ən yaxşıları hesab edilirdi
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Xarici keçidlər
redaktə Qubadlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |