Xeqani Mecnunov - Wikipedia
Xeqani Mecnunov - Wikipedia - Haqqında Məlumat
Siyahı
redaktə16.07.1973-cü ildə Salyan rayonunun Kürsəngi kəndində doğulmuşdur. 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 19 noyabr 1992-ci il tarixdə "Azərbaycan Respublikasının Fəxri fərmanı" ilə (ölümündən sonra) təltif edilmişdir. İgid döyüşçünün məzarı Bakı şəhərindədir.[1] Adı Kürsəngi kənd tam orta məktəbinə verilmişdir. | ||||
23.08.1975-ci ildə Samux rayonu Qovlarsarı kəndində anadan olub[2] 19 iyul 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olmuşdur. 19 noyabr 1992-ci il tarixdə "Azərbaycan Respublikasının Fəxri fərmanı" ilə (ölümündən sonra) təltif edilmişdir. İgid döyüşçünün məzarı Bakı şəhərindədir[3] | ||||
1971-ci il fevralın 10-da Bakı şəhərinin Pirallahı rayonunda anadan olub. 1978–1986-cı illərdə N. S. Teymurov adına 231 saylı Gürgən qəsəbə tam orta məktəbində təhsil alıb. Daha sonra 60 saylı texniki peşə məktəbində "Radiotexnika" ixtisasına yiyələnib. "28 May" neft-qaz çıxarma idarəsində çalışırdı. Subay idi. İlqar Məcidov Çita şəhərində hərbi kurs keçib. 1989–1991-ci illərdə Monqolustanda həqiqi hərbi xidmətdə olub. İlqar Məcidov 1992-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarına cəlb olunub və Qarabağ müharibəsində iştirak edib. Mahir ovçu olan İlqar Məcidov qısa müddət ərzində döyüşlərdə fərqlənməyi bacarır. Onun yüksək atıcılıq qabiliyyəti var idi. İlqar Məcidov 1992-ci il sentyabrın 7-də Füzuli rayonunun Qacar kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Pirallahı rayonunun Gürgən qəsəbəsində torpağa tapşırılıb. Gürgən qəsəbəsinin ilk şəhididir. Ölümündən sonra Gürgən qəsəbəsinin bir küçəsinə adı verilib. | ||||
1974-cü ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1981-ci ildə Oğuldərə kənd orta məktəbinin I sinfinə gedib, 1991-ci ildə həmin məktəbi qurtarıb. 1992-ci ildə milli ordumuzun tərkibində bir çox döyüşlərdə iştirak edib. Xidmət etdiyi batalyon dağıldığına görə 1993-cü ilin oktyabrında evə qayıdıb. 1993-cü il dekabr ayının 24-də məskunlaşdıqları Qəbələ rayonundan çıxıb Şəki rayonunun Baş Göynük kəndinin ərazisində məskunlaşan əmisi evinə gedib. 28 dekabr 1993-cü ildə oradan döyüşə yollanıb və həmin gün Ağdam rayonunun Salahlı Kəngərlisi istiqamətində gedən döyüşdə əsir düşüb.[4] | ||||
1973-cü il oktyabrın 28 Biləsuvar rayonu Xırmandalı (Biləsuvar) kəndində anadan olmuşdur. Orta təhsilini böyüyüb boya-başa çatdığı Xırmandalı kənd orta məktəbində alıb. 24 iyun 1992-ci ildə Zəngilan rayonunun Qazançı kəndi uğrunda gedən qanlı döyüş Ceyhunun son döyüşü oldu.[5][6] Xırmandalı (Biləsuvar) kənd tam orta məktəbi Ceyhun Məhərrəmov adını daşıyır. | ||||
1969-cu ildə Hacılar kəndində dünyaya göz açmışdır. Anası Elmira Məhərrəmova Sadınlar kəndindən olduğundan Elçin lap kiçik yaşlarından Sadınlarda nənəsigildə yaşamışdır. Atası Əhməd kişi kolxozda fermada çalışırdı. Anası Elmira evdar qadın idi. 1984-cü ildə Sadınlar kənd səkkizillik məktəbini bitirib, Hacılar kənd orta məktəbində təhsilini davam etdirmişdir. Sonra Bakı Sənaye Pedaqoji Texnikumuna daxil olmuşdur. İxtisası üzrə işləməyə macal tapmadı, vətənin müdafiəsinə getdi. 1993-cü ildə Tərtər uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak oldu. Subay idi. Məzarı Ağcabədi Şəhidlər xiyabanındadır.[7] | ||||
22 oktyabr 1968-ci ildə Yevlax rayonununda anadan olmuşdur. 4 qardasın kiçiyi olan Qəmbər Məhərrəmov 1992-ci ildə Şuşa ətrafındakı kəndlərin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Qəmbər Məhərrəmov 1990-cı ilin iyun ayında ordu sıralarına qoşulub. O, cəbhədə olduğu 2 il müddətində Kosalar, Kərkicahan, Ağdərə rayonu və neçə-neçə kəndimizi ermənilərdən müdafiə etmişdir. Qəmbər Məhərrəmov 1992-ci ilin aprel ayında Ağdərə ətrafında gedən döyüşlər zamanı şəhid olmuşdur.[8] Qəmbər Məhərrəmov Yevlax rayonu Şəhidlər Xiyabanında dəfn olunub. Bir vaxtlar oxuduğu Yevlax şəhər 4 saylı orta məktəb şəhid Qəmbər Məhərrəmovun adını daşıyır. | ||||
1972-ci ildə Masallı rayonu Böyük Xocavar kəndində anadan olub. Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci il avqustun 13-də Ağdərənin Metişen kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə həlak olub.[9] 1994 ildən Böyük Xocavar kənd tam orta məktəbi Bəyalı Məmmədov adını daşıyır. | ||||
Məmmədov Bəylər Eldar oğlu 1971-ci il martın 13-də Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 1988-ci ilin dekabrında erməni təcavüzü nəticəsində elindən–obasından didərgin düşüb, Daşkəsən rayonunun Bayan kəndində məskunlaşmışdır. 1992-ci ilin aprel ayının 1-də Daşkəsən RHK-dan könüllü olaraq Milli Ordu sıralarına yollanıb. 1993-cü il fevralın 18-də Qarabağda Ağdərə rayonunun Aterk kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.[10] Gəncə şəhərindəki şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra 9 oktyabr 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Məmmədov Bəylər Eldar oğlu "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.[11] | ||||
20.7.1973-cü ildə Goranboyda anadan olmuşdur. 19 iyul 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olmuşdur.[12] Şəhidlər Xiyabanında dəfn olunmuşdur. 19 noyabr 1992-ci ildə "Azərbaycan Respublikasının Fəxri fərmanı" ilə (ölümündən sonra) təltif edilmişdir.[13] | ||||
1968-ci il martın 27-də Sumqayıt şəhərində anadan olub.[14] 1975–1985-ci illərdə orta təhsil alaraq, 28 nömrəli orta məktəbi bitirib.[15] Hərbi xidmətini Sovet Ordusunun tərkibində Yakutiyada keçib.[15] 1989-cu ildə sənədlərini Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə verir və qəbul olaraq, orada ali təhsil almağa başlayır.[15] Ölkədə baş verən hadisələrə biganə qala bilməyib, azadlıq hərəkatına qoşulur. Xocalı faciəsi baş verdikdən sonra isə, 3-cü kursda[16] oxuyan Eylaz, təhsilini yarımçıq qoyaraq, "Ana, mən artıq dözə bilmirəm" deyirək, könüllülər dəstəsinin tərkibində döyüşə gedir.[15] Döyüş yolu Goranboydan başlayır. Sonra Ağdam, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edir. Tərtər rayonunda bir sıra hərbi əməliyyatlarda – döyüş və kəşfiyyat əməliyyatında fəal iştirak ermişdir.[15] Goranboy döyüş bölgəsində dəfələrlə düşmənlə üz-üzə gəlmiş, bir sıra yaşayış məntəqələrinin azad edilməsində fərqlənmişdir.[15] Eylaz Məmmədov 1992-ci ilin iyun ayının 21-də Suqovuşan uğrunda döyüşündə ağır yaralanmış[15] və qəhrəmancasına şəhid olmuşdur.[16] O, ermənilərlə qeyri-bərabər döyüşdə düşmənlər tərəfindən vəhşicəsinə öldürülür. Eylazın ölümü ilə ürəyi soyumayan düşmənlər onun meyidini parçalayaraq, tanınmaz hala salırlar. Düz 47 günlük axtarışdan sonra onun cəsədinin bir hissəsini götürmək mümkün olur və cənazəsi avqustun 7-də torpağa tapşırılır. Məzarı Sumqayıt Şəhidlər Xiyabanındadır.[15] Subay idi.[15] Karate üzrə idman ustası idi. | ||||
30 noyabr 1967-ci ildə Xocalıda dünyaya göz açmışdır. Qarabağ müharibəsi illərində könüllü olaraq Milli Ordu sıralarına yazılmışdır. 26 fevral 1992-ci ildə Xocalı soyqırımı zamanı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Ağdam rayonunun Uzundərə kəndində torpağa tapşırılmışdır. Azərbaycan Prezidentinin Sərəncamına əsasən Rasif Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilmişdir.[17] | ||||
1973-cü ildə Quqark rayonunun Hallavar (Pəmbək) kəndində anadan olmuşdur. 19 iyul 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olmuşdur. Şəhidlər Xiyabanında dəfn olunmuşdur. 19 noyabr 1992-ci ildə "Azərbaycan Respublikasının Fəxri fərmanı" ilə (ölümündən sonra) təltif edilmişdir.[18][19] | ||||
17 mart 1972-ci ildə Qafan rayonunun Qovşud kəndində anadan olmuşdur. 1 sentyabr 1992-ci ildə Abşeron rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılmış və Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olmuşdur. Sıravi əsgər Adil Mənsimov 810-cu hərbi hissənin avtomatçısı idi. 10 dekabr 1992-ci ildə Qubadlı rayonunun Seytaz kəndində gedən döyüşlər zamanı həlak olmuşdur. Saray qəsəbəsində dəfn olunub. Ölümündən sonra 16 sentyabr 1994-cü ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib[20]. Adına küçə var. | ||||
6 iyun 1971-ci ildə Astara rayonunun Şahağac kəndində anadan olub. 30 iyun 1993-cü ildə könüllülər sırasınada Milli Orduya daxil oldu. Raufu kəşfiyyatçılar bölüyünə yazdılar. İlk döyüşü Ağdamda oldu. Sonra isə Cəbrayılda sonuncu döyüşü oldu. 23 oktyabr 1993-cü ildə şəhid olur. Şəhidin oxuduğu Astara rayonunun Şahağac kənd 1 saylı tam orta məktəbinə onun adı verilmişdi. Doğulduğu Astara rayonu Şahağac kəndində yeni inşa olunan bulaq kompleksində Birinci Qarabağ müharibəsi şəhidi Rauf Mirzəyevin xatirəsi əbədiləşdirilib. Yaşadığı Astara rayonunun Şahağac kəndində şəhidimizin adını əbədiləşdirilməsi üçün plakatı qoyulub. | ||||
1972-ci ildə Ağdaş rayon Ağzıbir kəndində anadan olmuşdur. 1987-ci ildə kənddəki orta məktəbi qurtarıb, sonra Ağdaş Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. Texnikumda oxuyarkən hərbi borcunu ödəmək üçün milli ordunun tərkibində Qarabağa döyüşə yola düşmüşdür. 19 iyul 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olmuşdur. Subay idi. Sadiqin 18 yaşı vardı. Sıravi Sadiq Muradov 19 noyabr 1992-ci il tarixdə respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə "Azərbaycan Respublikasının Fəxri fərmanı" ilə (ölümündən sonra) təltif edilmişdir. İgid döyüşçünün məzarı Bakı şəhərindədir.[21] |
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-19.
- ↑ "Arxivlənmiş surət". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-19.
- ↑ "Arxivlənmiş surət". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-19.
- ↑ Laçın yurdu (jurnal) № 2(9), Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2013.
- ↑ Akif Kərimlinin müəllifi olduğu və 1994-cü ildə Bakıda nəşr olunan "Zəngilan şəhidləri" adlı kitabı
- ↑ "Arxivlənmiş surət". 2022-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-19.
- ↑ Zakir Orucov, Fehruz İsmayılov. "Dağlarda qalan izlər". Bakı, "Elm və təhsil", 2016
- ↑ "Yevlağın şəhid oğulları". səh. 33. 2024-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-25.
- ↑ "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-19.
- ↑ Azərbaycan Respublikası Xatirə Kitabı, IX cild. səh.380.
- ↑ "Azərbaycan Respublikasının hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidendinin Fərmanı". 2012-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-28.
- ↑ [1] [ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-19.
- ↑ Şəhid Məmmədov Eylaz Əli oğlunun anasının ölkə başçısına məktubu Arxivləşdirilib 2022-02-22 at the Wayback Machine. president.az, 20 aprel 2018 (az.)
- ↑ 1 2 3 4 5 6 7 8 9 Tofiq Əliyev. "Sumqayıtın qan yaddaşı". "Sumqayıt" nəşriyyatı, 1998, səh. 39. (az.)
- ↑ 1 2 "Vətən şəhidləri". "Haray" qəzeti, 12–25 avqust 1992, sayı 16 (21), səh. 1. (az.)
- ↑ Məmmədov Rasif Salman oğlu // Azərbaycan Respublikası Xatirə Kitabı (20 cilddə). X cild. Bakı: "Respublika Xatirə Kitabı" redaksiyası, 2010. səh. 179.
- ↑ "Arxivlənmiş surət". 2022-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-20.
- ↑ "Arxivlənmiş surət". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-20.
- ↑ "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 nömrəli Fərmanı Arxivləşdirilib 2022-01-06 at the Wayback Machine (az.)
- ↑ "Arxivlənmiş surət". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-19.