Xesteliklerin Beynelxalq Tesnifati - Wikipedia
Xəstəliklərin Beynəlxalq Təsnifatı [1] (ing. International Classification of Diseases, ICD) — tam adı Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin Beynəlxalq Statistik Təsnifatı (ing. International Statistical Classification of Diseases and Related Health Problems) — sağlamlığın qorunması ilə bağlı istifadə olunan aparıcı statistik və təsnifat sənəd.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dərc olunan xəstəliklər, simptomlar, yaralar, travmalar və digər qeyri-normal təzahürlar kodlarının külliyyatı. Xəstəliklər üzrə dünyada ən çox istifadə olunan statistik təsnifatdır. İndiki versiyası (onuncu) 1992-ci ildə tərtib edilmişdi.
Birinci versiyası 1900-cü ildə buraxılmışdı. 1948-ci ildən BST ICD-nin hər on il təzələmə ilə bağlı məsuliyyət daşıyır. Qabaqkı nəşrlər arasında ICD-6 (1949) və ICD-9-dur (1977).
Yaranma tarixi
redaktəİlk dəfə xəstəliklərin sistemləşdirilməsi təşəbbüsü Sovaj (fr. Sauvages) adı ilə tanınmış Fransua Bosye de Lakuraya (fr. Francois Bossier de Lacroix; 1706–1767) məxsusdur. "Nazologiya metodikası" (Nosologia Methodica) adlı iş məhz ona məxsusdur.
Hələ bir əsr öncə Con Qraunt (ing. John Graunt) diridoğulmuş, 6 yaşına qədər ölmüş, ölən günə qədər yaşı haqqında məlumat olmayanlar qruplarını ölümə səbəb olan qıcolma, boğulma, raxit, qurd invaziyası, diş xəstəlikləri, qaraciyər böyüməsi, çiçək, qızılca xəstəlikləri üzrə və yarımçıq, bir aylıq, südəmər uşaq kateqoriyalarını müəyənləşdirmişdir. baxmayaraq ki bu cür sistemləşdirmə qüsurludur, Qraunt kifayət qədər oyektiv nəticələr əldə etmişdir: onun hesablamalarına görə 6 yaşına qədər uşaqların payına 36% ölüm düşür. XIX əsrdə İngiltərə və Uelsdəki vətəndaşların vəziyyətinin qeydə alan Vilyam Farr (ing. William Farr; 1807–1883) xəstəliklərin statistik müayinəsini apararkən vahid təsnifata əsaslanmasının daha məqsədə uyğunluğunu təkid etmişdir. 1853-cü ildə Brüsseldə keçirilmiş I Beynəlxalq ststistika konqresi Cenevrədən olan d-r Farr və d-r Mark d`Espinə müraciət edərək, vahid ölüm səbəbi təsnifatın hazırlanmasını onlara həvalə edir. Parisdə keçirilən II Konqresdə Farr və d`Espin iki müxtəlif prinsipə əsaslanan iki təsnifat siyahısını təqdim edirlər. Farrın təsnifatı 5 qrupdan ibarət olmuşdur və epidemik, orqanik (sistem) xəstəliklər və onların anatomik lokalizasiyasına , inkişafına , təcavüz nəticəsində meydana çıxması qruplarına bölünür. d`Espin isə xəstəlikləri onların meydana çıxması xarakterlərinə görə təsnifləndirmişdir. Konqres 139 rubrikalı komprimiss siyahını əsas kimi qəbul etmiş olur.
Xarici istinadlar
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktəXarici keçidlər
redaktə Tibb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |