Xezer Lenkeran Merkezi Stadionu - Wikipedia
Xəzər Lənkəran Mərkəzi Stadionu[1][2][3][4] — Lənkəran şəhərində yerləşən və "Xəzər Lənkəran" futbol klubuna məxsus olan stadion.[1] "Xəzər Lənkəran"ın ev oyunlarında anşlaq olduğuna və azarkeşlər tərəfindən güclü dəstək göstərildiyinə görə sadion qeyri-rəsmi olaraq "Fırtınalar meydanı" adlandırılır.[5][6][7][8][9][10][11][12][13][14][15]
Xəzər Lənkəran Mərkəzi Stadionu | |
---|---|
Tam adı | Xəzər Lənkəran Mərkəzi Stadionu |
Qeyri-rəsmi adı | Fırtınalar meydanı |
Yeri | Lənkəran, Azərbaycan |
Açılış tarixi | 11 avqust 2006 |
Tikinti xərcləri | 15.000.000$ |
Sahibi | Mübariz Mənsimov |
Tamaşaçı tutumu | 15.000 |
Ev sahibi komanda | Xəzər Lənkəran FK |
Ot örtüyü | Təbii |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəXəzər Lənkəran Mərkəzi Stadionu 11 avqust 2006-cı ildə rəsmi istifadəyə verilib. Stadion Mübariz Mənsimova məxsus olan Palmali Şirkətlər Qrupunun maliyyə vəsaiti ilə tikilib. Tikintiyə 15 milyondan çox ABŞ dolları xərclənib. Açlış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və "Xəzər Lənkəran FK"-nun fəxri prezidenti Mübariz Mənsimov iştirak edib.[1] Elə həmin gün "Xəzər Lənkəran" öz stadionunda ilk rəsmi matçına çıxdı. Azərbaycan çempionatı çərçivəsində keçirilən qarşılaşmada "Xəzər Lənkəran" əzəli rəqibi "Nefçi" ilə qarşılaşdı. Öz stadionunda ilk qarşılaşmada Lənkəran təmsilçisi "Neftçi"ni 2:1 hesabı ilə məğlub etdi.[16]
Struktur
redaktəXəzər Lənkəran Mərkəzi Stadionu UEFA-nın bütün standartlarına cavab verir. Stadion 15 min (15.000) tamaşaçı tutumuna malikdir. Burada 25 kvadratmetrlik işıq tablosu quraşdırılıb. Stadionda uşaq futbolunun inkişafı üçün nəzərdə tutulmuş xüsusi meydançalar var. Təbii ot örtüyü ilə təchiz olunub. Tribunlarının üstü örtülüdür.[17]
Əlamətdar matçlar
redaktə- "Xəzər Lənkəran" doğma stadionunda ilk qarşılaşmanı 11 avqust 2006-cı ildə "Nefçi"yə qarşı keçirib. Bu oyunda "Xəzər Lənkəran" rəqibinə 2:1 hesabı ilə qalib gəlib.[16]
- "Xəzər Lənkəran" doğma stadionunda Avropa arenası çərçivəsində ilk oyunu 8 iyul 2010-cu ildə keçirib. Avropa Liqasının 1-ci təsnifat mərhələsində Moldovanın "Olimpiya" klubu ilə keçirilən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.[18]
- Azərbaycan milli futbol komandası Azərbaycanda keçirilən bütün ev oyunlarını 2009-cu ilin sentyabr ayına kimi Bakı şəhərində keçirmişdi. Azərbaycan milli yığması tarixində ilk dəfə olaraq rəsmi ev qarşılaşmasını Bakıdan kənarda 2009-cu ilin 5 sentyabr tarixində Xəzər Lənkəran Mərkəzi Stadionunda Finlandiya yığmasına qarşı keçirdi. Bu matç futbol üzrə Azərbaycan milli yığması üçün Bakı şəhərindən kənarda, regionda keçirilən ilk oyun kimi tarixə düşdü.[19][20]
İstinadlar
redaktə- ↑ 1 2 3 "Xəzər Lənkəran Mərkəzi Stadionu". 2018-08-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-28.
- ↑ Xəzər Lənkəran - Xəzər Lənkəran mərkəzi stadionu[ölü keçid]
- ↑ "Foto qalereya / Xəzər-Lənkəran mərkəzi stadionu". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-28.
- ↑ ""Xəzər Lənkəran" mərkəzi stadionu təmirə bağlanır". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-28.
- ↑ ""Fırtınalar meydanı"nda möhtəşəm qələbə". 2020-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-28.
- ↑ ""Fırtınalar meydanı"nda avstriyalı". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-28.
- ↑ "Fırtınalar meydanı"nda təmir işləri[ölü keçid]
- ↑ ""Fırtınalar meydanı"nda heyətlər açıqlandı". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-28.
- ↑ ""Fırtınalar meydanı"nda yeni simalar". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-28.
- ↑ "Fırtınalar meydanı" ilə bağlı rəsmi açıqlama". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-28.
- ↑ ""Fırtınalar meydanı"nda mərkəzi oyun". 2015-06-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-28.
- ↑ “Fırtınalar meydanı”nda mövsümün rekordu
- ↑ ""Fırtınalar meydanı"nda qol yağışı". 2013-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-28.
- ↑ "Fırtınalar meydanı rekorda hazırlaşır (foto)". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-28.
- ↑ "Fırtınalar meydanı"nda 1 "qırmızı", 1 penalti, 1 qol
- ↑ 1 2 ""Xəzər Lənkəran" açılış oyununda öz meydanında qələbə qazanır". 2020-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-28.
- ↑ ""Xəzər Lənkəran" FK-nun yeni stadionu istifadəyə verildi". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-28.
- ↑ ""Olimpiya" Beltsı (Moldova) matçı ilə "Xəzər Lənkəran Mərkəzi Stadionu"nun tarixinə düşəcək!". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-28.
- ↑ "Azərbaycan – Finlandiya oyunu Lənkəranda keçiriləcək". 2018-06-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-28.
- ↑ "Xəzər Lənkəran Mərkəzi Stadionu Finlandiya ilə qarşılaşmaya hazırdı". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-28.