Xezer Denizinin Neft Ve Tebii Qaz Ehtiyatlari - Wikipedia
Xəzər dənizi böyük həcmdə karbohidrogen ehtiyatlara malikdir. Müxtəlif hesablamalara görə Xəzərdə olan neft ehtiyatları 200 milyard barrelə çatır.[1] Bundan başqa dənizdə böyük həcmdə təbii qaz ehtiyatları var. Xəzərin hidrokarbon ehtiyatlarının çıxarılmasında ətraf dövlətlər və xarici korporasiyalar fəal şəkildə iştirak edirlər. Bu gün Xəzər dənizi dünyada enerji təhlükəsizliyində əsas rol oynayan regionlardan biridir. Xəzərdə hasil olunan enerji resursları həm sahil ölkələrinin, həm də ətraf regiona daxil olan ölkələrin inkişafında vacib rol oynayır.
Tarixi
redaktəXəzərdə neft hasilatının tarixi çox keçmiş dövrə gedib çıxır. Təxminən 2600 il əvvəl Xəzər sahilində yaşayan insanlar dənizə yaxın yerlərdən çıxan "yanan mayedən" kütləvi şəkildə istifadə edirdilər. Eramızdan əvvəl 331-ci ildə Makedoniyalı İsgəndərin İrana hücumu zamanı Xəzər sahilində yaşayan insanlar onun qoşunlarının yerləşdiyi yerə hücum edərək əsgərlərin çadırlarını alışan maye ilə dolu qablarla oda qərq edirdilər. Bundan başqa, qaynar neft qalalarda müdafiə məqsədilə də istifadə olunur, hücum edən düşmən əsgərlərinin üstünə tökürdülər. Yazılı mənbələrdə Xəzərdə neft olması haqqında ilk məlumatı təxminən 7 və 8-ci əsrlərə təsadüf edir. Asiyaya səyahəti zamanı Marko Polo Bakıda insanların neftdən tibbi və dini məqsədlər üçün istifadə etdiyini yazırdı. Neft artıq 14-cü əsardə Bakıdan Yaxın Şərqin digər ölkələrinə ixrac olunurdu. Lakin 19-cu əsrə qədər Xəzər sahillərində neftin kütləvi hasilatı baş verməmişdir. [1]
Sənaye Dövrü
redaktəXəzərdə neft çıxarılmasına ilk dəfə onunla həmsərhəd olan ölkələrin torpaqlarında başlanmışdır. Xəzər neftini daşıyan ilk neft kəməri isə 1908-ci ildə tikilmişdir. Bu kəmər ilə Bakı nefti Gürcüstanın Batumi limanına daşınır, oradan isə xarici ölkələrə satılırdı. Lakin 2-ci Dünya Müharibəsindən sonra Xəzərətrafı ölkələrin qurudan çıxardığı neftin miqdarı azalırdı. Qurudakı neft artıq öz erasını başa vurmaqda idi. Mütəxəssislər isə daha çətin və daha bahalı yolla dənizin özündən neft çıxarılmasını təklif etdilər. İlk dəfə Xəzər dənizinin özündən neftin çıxarılmasının layihəsini mühəndislər 1930-cu illərdə hazırlayıb təklif irəli sürmüşdülər. 1948-ci ildə Pirallahı və Neft Daşları sahələrində dənizdə ilk estakadalar qurulmağa başlandı. Xəzər dənizinin özündə ilk neft quyusu 1949-cu ildə açılıb. Neft daşlarında qurulan estakadalar olan ərazidə ilk neftin çıxarılmasına 24 avqust 1949-cu ildə başlandı. Dünyada dənizdən ilk dəfə neftin çıxarılması dünya tarixində əlamətdar hadisə sayılır. 1950-ci ildən sonra dənizdən neft hasilatı kütləvi müstəviyə keçdi. 1953-cü ildən etibarən neft mədənlərin təzyiqi yüksək saxlamaq üçün rezervuarlara su vurulmağa başlandı.
- ↑ "Xəzər Azərbaycan xalqının misilsiz sərvətidir". 2019-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-22.