Xezer Leleyi - Wikipedia
Xəzər lələyi, Xəzər şeytanağacı (lat. Gleditsia caspica)[1] — lələk cinsinə aid bitki növü.[2]
Xəzər lələyi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Xəzər lələyi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Elmi adı — Astragalus zangelanus Grossh.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"– VU A2abcde+3de. Azərbaycanın nadir növüdür.[3][4]
Qısa morfoloji təsviri
redaktə10–15 (20) m hündürlüyündə, 60–80 sm-ə qədər diametrində, çətiri dağınıq kürəvi və ya ovalvari ağacdır. Yarpaqları lələkvari və ya ikiqat-lələkvaridir, 15–22 sm uzunluğundadır. Çiçək salxımları yarpaqların qoltuğunda yerləşir, uzunluğu (8) 10–12 sm-dir. Kasacıq və tac lələkləri sıxılmış tükcüklüdür. Paxlaları uzunsaplaqlı, düzgün və çox zaman bir qədər oraqvari əyridir, 20–30 sm uzunluğundadır, enli, dairəvi, tünd-qəhvəyi qonurdur, demək olar ki, açılmayandır, daxildən ətlidir. Toxumları yastı, ellipsşəkilli, tünd-qəhvəyidir, 10–12 mm uzunluğunda, 5–7 mm diametrindədir.[3][4][5][6]
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəMay ayında çiçəkləyir, sentyabr-oktyabr aylarında meyvə verir. Toxumla və pöhrələrlə çoxalır. Tozlanması entomofildir. İstiliyə və rütubətə tələbkardır. Dənizkənarı ovalıqda, çay vadilərində və dəniz səviyyəsindən 150 m yüksəkliyədək yayılıb. Çay terraslarının təzə allüvial, narıncı meşə torpaqlarında, həmçinin gilli torpaqlarda, az hallarda dağ-meşə, sarı torpaqlarda, təzə az və ya çox podzollaşmış orta ağırlıqlı torpaqlarda bitir. Hirkan meşələrinin Qafqaz vələsi, şabalıdyarpaq palıd, dəmirağac, göyrüş və başqalarından ibarət meşə bitkilərinin tərkibinə daxil olur. Lənkəran ovalığında həmçinin yalanqoz, qarağac və qovaqla birlikdə çürüntülü yapışqanlı bataqlıq torpaqlarda, bataqlaşmış yerlərdə də təsadüf edilir. Qumsal torpaqlarda yaxşı bitir [1, 2]. Dekorativ bitkidir. Balverəndir. Oduncağı mühkəm, bərkdir, dülgərlik və xarratlıq işlərində istifadə olunur. Meyvələri qışda mal-qara tərəfindən yeyilir.[3][4][7]
Yayılması
redaktəLənkəran ovalığıdır((Astara rayonu- Maşxan və Alaşa kəndləri ətrafı) və Lənkəranın dağlıq hissəsi (Bürcəli kəndi)).[3][4][5]
Sayı və tendensiyası
redaktəPopulyasiyasının təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur.[3][4]
Məhdudlaşdırıcı amillər
redaktəMal-qara otarılması, ağacların qırılması, təbii bərpanın zəif getməsidir.[3][4]
Mühafizə tədbirləri
redaktəİstinadlar
redaktə- ↑ Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
- ↑ Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
- ↑ 1 2 3 4 5 6 7 Azərbaycan Respublikasının Qırmızı kitabı Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
- ↑ 1 2 3 4 5 6 7 "Arxivlənmiş surət". 2021-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-25.
- ↑ 1 2 Флора Азербайджана, 1954
- ↑ Azərbaycanın ağac və kolları, 1964
- ↑ Azərbaycan SSR-in Qırmızı kitabı, 1989
- ↑ Safarov H. M., 2010
İstinadlar
redaktəAzərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T. S. Məmmədov