Xezerin Azerbaycan Sektoru - Wikipedia
Xəzərin Azərbaycan sektoru — Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan ərazisi.
Tarixi
redaktə20 sentyabr 1994-cü ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında Xəzərin Azərbaycan sektorunda yerləşən neft yataqlarının birgə işlənməsi barədə sazişin bağlanması bu regiona iqtisadi marağı daha da artırmış, qısa müddət ərzində dünyanın 12 ölkəsindən 20 neft şirkəti burada aparılan işlərə cəlb edilmiş və bu Xəzər dənizinin digər sektorlarında da işlərin canlanmasına səbəb olmuşdur[1].
Xəzərin Azərbaycan sahilərinin morfodinamikası
redaktəXəzər dənizinin Azərbaycan sahillərinin geomorfoloji quruluşu öz müxtəlifliyi ilə xarakterizə olunur, belə ki geoloji quruluş, tektonik rejim və hidrometeoroloji şəraitdən aslıdır və sahillərin formalaşmasında mühüm rol oynayır[2]. Görkəmli alimlər O.K.Leontyev və A.S.Xəlilov Xəzər dənizinin qərb sahillərini üç əsas əraziyə bölür:
- Qərb sahilləri Terek çayı mənsəbindən Sumqayıt çayına qədər.
- Abşeron ərazisi Sumqayıt çayından Buta burnuna qədər.
- Cənubi-Qərb ərazisinin cənub hissələrinə qədər.
Qərb sahilləri abrazion akkumlyativ, alçaq dağlıq relyefə malik olub, dənizdən ensiz sahə ilə ayrılır. Abşeron ərazisinin sahil zonası Xəzər dənizi sahillərinin, ən mürəkkəb quruluşa malik olanıdır. Abşeron zonası N.N.Mehdiyev tərəfindən dörd yarımrayona ayrılır bunlar:
- Şimali Abşeron
- Şimali Şərq
- Şah Dili
- Cənubi Abşeron yarımrayonu.
Bu rayonlar sahillərin müasir inkişaf şəraitinə görə bir-birindən fərqlənirlər və köklü süxurlardan təşkil olunmuş akkumlyativ buxtaların abrazion burunlarla növbələşməsi ilə xarakterizə olunur.
Şimali-Şərq rayonu Amburan burnundan Girdan burnuna qədər olan sahil zonasını əhatə edir. Şah Dili rayonu Abşeron yarımadasının Cənubi-Şərq qurtaracağında yerləşir və düz akkumlyativ sahilə malikdir. Cənubi-Abşeron rayonu Şah Dili burnundan Buta burnuna qədər, qərbə doğru uzanan sahilləri əhatə edir.
Cənubi-Qərb ərazisi isə Qobustan sahil zolağı ilə, Cənubi-Şərqi Şirvanın allüzial dəniz düzənliyini əhatə edir. Rayon morfogenetik tipləri fərqli olan iki yarımrayona bölünür. Ceyrankeçməz yarımrayonu, Aşağıkür yarımrayonu. Cənub Qərb rayonuna Kür deltası, Kür dili, Qızılağac körfəzi daxildir.[3][4].
İstinadlar
redaktə- ↑ "Azərbaycan dəniz neft sənayesinin 50 illik yubileyinin keçirilməsi tədbirləri haqqında" Arxivləşdirilib 2018-09-01 at the Wayback Machine Azərbaycan Respublikasının Prezidentinin 7 noyabr 1997-ci il tarixli, 686 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ N.Şirinov, N.N.Mehdiyev. 1964
- ↑ Şirinov N.Ş., Mehdiyev N.N. Xəzərin Azərbaycan sahillərinin geomorfoloji rayonlaşdırılması. 1964.
- ↑ Mehdiyev.N.N. Xəzərin qərb sahillərinin dinamikası və morfologiyası. Bakı, 1966.