Xii Fulminata Legionu - Wikipedia
12-ci İldırımla silahlanmış legion (Legio duodetsima Fulminata) — Yuli Sezar tərəfindən e.ə.58-ci ildə yaradılan və Qall müharibələri zamanı, e.ə.49-cu ilədək onu müşayiət etmiş Roma legionu. Bu legionun eramızın 5-ci əsrində Fərat çayının Meliten şəhəri (müasir Malatya, Türkiyə) yaxınlığındakı hissəsini mühafizə etdiyi məlumdur. Legionun rəmzi ildırım idi. Sonrakı əsrlərdə legion daha çox yanlış olaraq "İldırımsaçan legion" (Legio Fulminatrix) adlandırılmışdır.
XII Fulminata legionu | |
---|---|
| |
Yaranma tarixi | e.ə.58 - V əsrin əvvəlləri |
Ölkə | Qədim Roma |
Sayı | Təxminən 5000 piyada və 300 atlı |
Qərargah | Misir Babilistanı, Rafaney, Brigetsio, Durostor, Meliten |
Müharibələr | Qall müharibəsi, Sezar və Pompeyin vətəndaş müharibəsi, Peruziya müharibəsi, Albaniya yürüşü, Parfiya kampaniyaları |
Döyüşlər | |
Komandanlıq | |
Məşhur komandirləri | Lutsi Sezeni Pet, Hessi Flor, Vespasian |
Vikianbarda əlaqəli mediafayllar |
1930-cu illərdə Qobustanda XII Legionun əsgəri tərəfindən üzərində latın dilində "IMP DOMITIANO CAESARE AVG GERMANICO LVCIVS IVLIVS MAXIMVS LEGIONIS XII FVL" (tərc. "Lusius Yulius Maksimus, XII Fulminata Legionu, Müqəddəs Sezar Germanik Domisianın rəhbərliyi altında") sözləri yazılmış qaya parçası aşkar edilmişdir.