Xi Konstantin Palaiologos - Wikipedia
XI Konstantin Paleoloq (yun. Κωνσταντίνος ΙΑ' Δραγάσης Παλαιολόγος) - sonuncu Bizans imperatoru. 1449 - 1453-cü illərdə Bizans imperatoru olmuşdur. II Manuel və Makedoniyalı Serb krallığı Dragasın üzvülərindən olan Helenanın səkkiz övladından dördüncüsü olaraq doğulmuşdur. 1453-cü ilin 29 mayında İstanbulun fəthi zamanı öldürülmüşdür.
XI. Konstantin Paleoloq | |
---|---|
yun. Κωνσταντίνος ΙΑ' Δραγάσης Παλαιολόγος | |
6 yanvar, 1449 – 29 may, 1453 | |
Əvvəlki | VIII İohann Paleoloq |
Sonrakı | yoxdur |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (48 yaşında) |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Atası | II Manuel Paleoloq |
Anası | Helena Dragas |
Həyat yoldaşları |
Madelena Tokko Katerina Qattilusio |
Uşağı | yoxdur |
Dini | şərqi ortodoks xristianlıq |
Hərbi xidmət | |
Döyüşlər | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMora Despotu
redaktəKonstantin 8 fevral, 1405-ci ildə Morada anadan olmuşdur. Uşaqlığı Konstantinopol şəhərində keçmişdir. 1437 - 1440-ci illərdə Bizans imperatoru olan qardaşı VIII Yannis Paleoloq İtaliyanın Florensiya şəhərində kilsə məclislərində iştirak etmişdir. VIII Yannis Paleoloq Florensiyada olduğu 3 il müddətində Katolik və Lüteran məzhəblərini birləşdirməyə calışırdı. Bu müddət ərzində Konstantin Paleoloq taxta naib təyin edilmişdir. 1443-cü ilin oktyabr ayında Konstantin mərkəzi Mistra şəhəri olan Mora despotluğunun despotu təyin olunur. Konstantinin atası II Manuel Paleoloq Mistra şəhərini dini mərkəzə çevirmək istəyirdi. Əvvəlcə bu işlə özü məşğul olmuş, oğlunu şəhərə hakim təyin etdikdən sonra bu işlə məşğul olmağı ona tapşırmışdır. Konstantin yenə atasının məsləhəti ilə Korint körpüsü başda olmaqla, bir çox abidənin və kilsəsini müntəzəm olaraq təmir etdirirdi.
1446-ci ildə Osmanlı imperiyası əleyhinə Yanos Hunaydi tərəfindən üsyan başladı. Macar və Serb birliklərinin birgə hərəkəti nəticəsində Bolqarıstan işğal olunur. Yanos Hunaydinin geniş ərazilər işğal etməsi, digər xristian hökmdarları ruhlandırırdı. Mora despotluğu yaranmış vəziyyətdən istifadə edərək, qoşunlarını kornit körpüsündən keçirmiş Tebai və Afina şəhərlərlərini işğal etmişdir. II Muradın taxta çıxmasından sonra Konstantin tərəfindən işğal olunan ərazilər qeri qaytarılmışdır.
Osmanlı sultanı II Murad Mora Despotu Konstantinin imperiyanın ağır vəziyyətindən istifadə edərək hücum etməsindən bərk qəzəblənmişdi. Bu səbəbdən ən qısa zamanda Moraya hücum edib, Konstantini taxtdan salmağa çalışırdı. Mövsümün uyğun olmamasına baxmayaraq, 60 minlik qoşunla Afinadan Mora Despotluğunun üzərinə hücum etmişdir. Yunanlar müqavimətsiz, Mora qalasına istiqamətinə geri çəkilirdilər. Qala divarları möhkəm şəkildə inşa edilmişdi və bu səbəbdən Konstantin II Muradın qalanı keçə bilməyəcəyini düşünürdü.
Ancaq II Murad səhra topları əldə etmişdi və dövrünə görə yeni hesab olunan bu silahdan bizansların məlumatı yoxdur. 27 oktyabr 1446-cı ildə Korint körpüsü yaxınlığına gələn Osmanlı ordusu səhra toplarından istifadə etməyə başladı. 10 dekabr tarixində bizanslıların çox güvəndiyi Heksimiliyon müdafiə səddləri uçuruldu. Vəziyyətin gərgin olduğunu və hər an ələ keçə biləcəyini anlayan Konstantin Moranın dağlıq bölgəsinə qaçdı. Havanın soyuq olması səbəbindən II Murad Mora şəhərində uzun müddət qalmaq istəmirdi. Şəhər Osmanlı qoşunları tərəfindən iki həftə boyunca yağmalanmış, daha sonra isə önəmli miqdarda xəzinə və əsirlərlə qeri çəkilmişdir.
İmperator seçilməsi
redaktəKonstantinin qardaşı imperator VIII İohann Paleoloqun varis bıraxmadan vəfat etməsi, hakimiyyətə kimi gələcəyi məsələsini meydana gətirdi. Hakimiyyətə iki əsas namizəd vardı. Bunlardan biri Demetrios kilsə tərəfindən dəstəklənir, ancaq real namizəd hesab olunrmurdu. VIII İohann Paleoloqun anası kiçik oğlu və Mora despotu olan Konstantin Paleoloqu taxta cıxması uğrunda mübarizə aparırdı. Hər iki şəxs Osmanlı imperiyasının vasal aslılığını tam qəbul edirdi. Saray tərəfindən dəstəklənən Konstantin II Muradın razılığından sonra XI Konstantin Paleoloq adı ilə 6 yanvar, 1449-cu ildə Bizans imperatoru olaraq taxta çıxmışdır. Kilsənin razılığı olmadan baş verən tac qoyma mərasimində pravaslav rahibi iştirak etməmişdir. Bununla yanaşı tac qoymaq kilsənin etirazı səbəbindən Konstantinopol şəhərində icra edilməmişdir.
Bu iki istisna Bizans imperiyasında ilk dəfə yaşanırdı. İmperiyanın kiçilməsi səbəbindən XI Konstantin Konstantinopol şəhərinə gəmi ilə gətirmək cətinləşmişdi. Katalan gəmisinin köməkliyi ilə 11 mart, 1449-cu ildə sonuncu Bizans imperatoru XI Konstantin Paleoloqu Konstantinopol şəhərinə gətirilmişdir. II Muradın 1451-ci ildə vəfat etməsindən sonra, 19 yaşındakı II Mehmed ikinci dəfə Osmanlı taxtına çıxmışdır. XI Konstantin əsirlikdə saxladığı Sultan övladı Orxanı azadlığa bıraxmaq əvəzində II Mehmedə vergiləri sabit saxlamağı təklif edirdi.
XI Konstantin II Mehmedə elçi heyəti göndərərək onun şərtini qəbul etməyi təklif edirdi. Konstantin vəziyyəti uzadaraq, mövcud hücum planın qarşısını almaq və bu yolla imperiyanın ömürünü uzadmağa çalışırdı. Ancaq sultan ən qısa zamanda Konstantinopolu fəth etmək barədə düşünürdü. XI Konstantin Konstantinopolu müdafiə etmək üçün pravoslav kilsəsinə və Vatikana müraciət etsə də, müsbət cavab almamışdır. Konstantin mümkün müharibə halında məğlub olacağını anlayırdı. Ona təslim olacağı halda, II Mehmed tərəfindən vəzifə və hörmət vəd olunmuşdu. Bütün təkliflərdən imtina edən Konstantin sona qədər döyüşəcəyini bildirmişdir. XI Konstantin Paleoloq 29 may, 1453-cü ildə osmanlı əsgərləri ilə döyüşdə həlak olmuşdur. Şəhərin fəth olunmasından sonra Konstantinin cəsədinin tapılıb tapılmaması barədə müxtəlif fikirlər vardır. Osmanlı əsgərlərinin çəhrayi ayaqqabısı olan kübar geyimli bir kişi cəsədi aşaklanması məlumdur. Həmin dövrdə bu tip ayaqqabılar yalnız imperatorlar tərəfindən qeyinilirdi. Pravaslav kilsəsi tərəfindən XI Konstantin Paleoloq şəhid və müqqədəs elan edilmişdir.